Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   2   3   4   5   6   7   8   9   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          4 

 

•    nkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrin sosial-iqtisadi inkişafında 



beynəlxalq maliyyə qurumlarının rolunu araşdırmaq; 

•  Azərbaycanın  BVF  ilə  əməkdaşlığı:  valyuta-kredit  əlaqələrinin  həcmi, 

dinamikası və təhlilini vermək; 

•   Dünya      Bankı      tərəfindən    layihələr    çərçivəsində  Azərbaycana  yatırılan 

xarici  investisiyaların  və  ayrılan  kreditlərin  həcmi,  dinamikası  və  təhlili 

vermək; 


•   Azərbaycanın  valyuta  siyasəti  və  BVF  ilə  əməkdaşlığının  genişləndirilməsi 

istiqamətlərini tədqiq etmək və təkliflər vermək; 

•  Azərbaycanın  Dünya  Bankı  ilə  əməkdaşlığının  genişlədirilməsi  istiqamətləri 

tədqiq etmək və təkliflər vermək. 



           Tədqiqatın  obyekti  və  predmeti.    Tədqiqatın  obyektini 

Beynəlxalq 

Valyuta 

Fondunun 

və 

Dünya 


Bankının 

dünya 


iqtisadiyyatında  rolu  və  mövqeyi,  onların  təşkilatı  quruluşu,  fəaliyyət 

dairəsi  və  iş  prinsipi,  predmetini  isə  bu  təşkilatların  Azərbaycan  ilə 

qarşılıqlı əməkdaşlığı və onun genişləndirilməsi istiqamətləri təşkil edir.  

  Tədqiqatın  informasiya  bazasını    Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin, 

qtisadiyyat  və  Sənaye    Nazirliyinin,  Azərbaycanda 

Beynəlxalq  Valyuta  Fondunun  və    Dünya  Bankının  nümayəndəliyinin, 

BMT-nin  ixtisaslandırılmış  maliyyə  qurumlarının  illik  hesabatları, 

monoqrafiya, 

jurnallar  və 

“ nternet”  şəbəkəsindən  informasiya 

məlumatlardan ibarətdir.  



 Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

-

  qloballaşma  şəraitində  BVF-nun  və  Dünya  Bankının  konkret 



fəaliyyəti,  onların  dünya  iqtisadiyyatına  təsiri  və  ilk  növbədə  inkişafda 

olan  ölkələrin  sosial-iqtisadi  problemlərinin  həllində  bu  beynəlxalq 

maliyyə qurumlarının rolu öyrənilmişdir; 

-

  Dünya  Bankının  Azərbaycanda  həyata  keçirdiyi  layihələrinin 



iqtisadi səmərəliliyi qiymətləndirilmişdir; 


 

                                                                                                                                                                       

                                                                                                                                                          5 

 

-



  Azərbaycanın  Beynəlxalq  Valyuta  Fondu  və  Dünya  Bankı  ilə 

qarşılıqlı əməkdaşlığının inkişaf strategiyası göstərilmişdir. 



Tədqiqatın  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki,  onun  əsas 

müddəaları,  nəticələr  və  irəli  sürülən  təkliflər  dövlət  proqramların 

həyata  keçirilməsində,  o  cümlədən  yoxsulluğun  azaldılması  və  davamlı 

inkişaf,  infrastruktur  layihələrdə  dövlət  orqanları  üçün  əhəmiyyətli  ola 

bilər.  Bununla  yanaşı  ali  məktəblərdə  “Beynəlxalq  iqtisadi  təşkilatlar” 

kursunun tədrisində dissertasiya materialları istifadə oluna bilər. 



 

 

 

 



 

 

 



 

              

               

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

                                                                                                                                                                       

                                                                                                                                                          6 

 

I Fəsil.  Qloballaşma şəraitində  Beynəlxalq maliyyə qurumlarının dünya 



iqtisadiyyatında rolu və mövqeyi 

 

1.1. Beynəlxalq Valyuta Fondunun   yaranması , məqsədi 

və funksiyaları. 

 

Beynəlxalq Valyuta Fondunun (BVF) yaranma kökləri hələ 1929-1932-ci illərdə 

bütün  dünyanı  bürümüş  olan    dərin  iqtisadi  böhranlar  dövrünə  gedib  çıxır.  qtisadi 

ə

dəbiyyatlarda  o dövrü  “böyük depressiya”  dövrü adlandırırlar. Bu dövrə aid olan 



yazılardan  və  şəkillərdən  aydın  olur  ki,  göstərilən  dövrdə  iqtisadiyyatın  bütün 

sahələrində  böyük  dağıntılar  baş  vermişdir.  Yəni,  kənd  təsərrüfatı  məhsulları  və 

torpaq  dəyərindən  dəfələrlə  ucuz  satılır,  heyvandarlıq  ziyanla  işləyir,  minlərlə  bank 

müflisləşir,  bütün  sahələrdə  işsizlik  baş  alıb  gedir,  zavodlar  işləmirdi.  Bir  sözlə, 

iqtisadiyyatın bütün sahələri “iflic” vəziyyətinə düşmüşdü. Bu vəziyyət eyni zamanda 

özünü  beynəlxalq  pul-kredit  bazarında  da  göstərirdi.  Kağız  pullara  qarşı  inamsızlıq 

dünyada  qızıla  təlabatı  şiddətli  dərəcədə  artırdı.  Bir  sıra  ölkələr,  o  cümlədən, 

Birləşmiş Krallıq qızıl standartlarından yəni, valyuta dəyərinin qızılla təyin edilməsi 

prosesindən məcburi surətdə imtina etməli oldu. Hansı ki, bu qanun uzun müddət idi 

ki,  pulun  dəyərinin  sabit  saxlanmasına  qulluq  edirdi.  Buna  görə  də  qızıl 

standartlarından  imtina  edən  ölkələr  qızıl  standartlarını  qəbul  edən  ölkələr  arasında 

valyuta mübadiləsi məsələsi çətinləşdi. Ölkələr kağız pulun dəyərində qızıl ödəmələri 

olduqları  üçün  qızıl  və  pul  ehtiyatları  yığmağa  başladılar.  Kağız  pulun  dövriyyəyə 

buraxılması  azaldıldı.  Bu  da  iş  yerlərinin  azalmasına  səbəb  oldu.  Həyat  səviyyəsi 

kəskin  şəkildə  aşağı  düşdü.  Bəzi  ölkələr  milli  pulun  xarici  pula  dəyişdirilməsinə 

qadağa qoydular və barter mübadiləsini tətbiq etməyə başladılar. Bir qism ölkələr isə 

öz  milli  valyutalarını  dəyərlərindən  aşağı  qiymətə  xarici  alıcılara  satmaqla  öz  kənd 

təsərrüfatı  məhsullarını  əslində  çox  ucuz  qiymətə  satdılar.  Bununla  da  onlar  digər 

ölkələrin  ticarət  əlaqələrini  pozurdular.  Yəni  rəqabət  devalivasiyası  yaradırdılar.  Bu 

da  rəqiblər  tərəfindən  eyni  qayda  ilə  cavablandırılırdı.  Məhsulun  dəyəri  ilə  pulun 

nisbəti  pozulurdu  və  beləliklə,  bütün  bunlar  nəticə  etibarilə  dünya  iqtisadiyyatının 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə