Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          72 

 

müəyyənləşdirdiyi məzənnə üzərindən ən çox (+/-) 5 manat fərqlə alım və ya satım 



edə bilməkdədir. 

Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Azərbaycan Mərkəzi Bankının 

(AMB)  valyuta  ehtiyatları  2010-cü  ildə  təxminən  altı  milyard  dollar  olmuşdur.  Bu 

miqdar ölkənin təqribən 5 aylıq mal və xidmət idxalı qədərdir. Valyuta ehtiyatlarının 

artışı  daha  çox  AMB-nın  valyuta  bazarında  həyata  keçirdiyi  alışlardan 

qaynaqlanmışdır. Umumiyyətlə Neft Fondu və diğər rezervlər daxil edilərsə ölkənin 

valyuta ehtiyatı iyirmi milyard dollara çatmaqdadır. 

Valyuta  ehtiyatları  2004-cü  il  sonu  etibariylə  isə,  bir  əvvəlki  ilə  görə  15.82% 

artaraq  876.86  milyon  dollar  oldu.  2004-cü  ildə  BVF  kreditlərinin  əsas  və  faiz 

ödəmələri üçün Milli Bank ehtiyatlarından 62.6 milyon dollar xərclənmişdir. Beləcə 

nisbi  artış  182  milyon  dollardan  çox  olmuşdur.  Valyuta  ehtiyatlarındakı  artış  əsas 

etibariylə  ölkə  daxili  valyuta  baza-ından  alışlara  istinad  etməkdədir.  2004-cü  ildə 

Milli  Bankın  valyuta  bazarına  müdaxiləsi,  ölkəyə  ölkə  xaricindən  valyuta  axması 

səbəbiylə milli valyutada baş verə biləcək devalvasiyanın qarşısı alınmışdır. 

Eyni  zamanda  2006-cı  ilin  yanvar  ayının  1-dən  etibarən  Azərbaycanda 

denominasiya həyata keçirilmiş, pulun nominal dəyəri 5 000 dəfə azaldılaraq “Yeni 

Azərbaycan Manatı” tədavülə çıxarılmış və bu proses 2007-ci ilin yanvar ayının 1-ə 

qədər  davam  etdirilmişdir.  Yeni  Azərbaycan  Manatının  həm  fiziki  göstəriciləri 

olaraq,  həm  də  dəyər  olaraq  Avroya  yaxın  olması  müəyyən  mənada  ölkədə  dollar 

hegomonluğuna  zərbə  vuracaqdır.  Çünki  ölkədəki  pul  əməliyyatlarının  əhəmiyyətli 

bir  hissəsi  dollar  ilə  reallaşması,  Azərbaycan  manatının  tədavül  bazarını 

məhdudlaşdırırdı. 

Respublikanın valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, 

dövlətin  iqtisadi  tələbatı  sosial  inkişafı  ilə  bağlı  ehtiyacları  ödəmək,  xarici  borcun 

ödənilməsi 

sahəsində 

öhdəlikləri 

yerinə 


yetirmək 

məqsədilə 

yaradılan 

mərkəzləşdirilmiş  xarici  valyuta  və  digər  valyuta  sərvətləridir.  Bu  ehtiyyatlar 

respublika  büdcəsinin  valyuta  gəlirlərindən  və  sabitləşdirmə  fondundan  ibarətdir. 

Onların  formalaşması  qaydası  Respublika  Prezindenti  tərəfindən  müəyyən  edilir. 




 

                                                                                                                                                                       

                                                                                                                                                          73 

 

Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədilə 



ilə yaradılır və ondan istifadə olunması barədə sərəncamı ARMB verir. 

Azərbaycanın  valyuta  ehtiyatlarının  kifayət  miqdarda  olması  əhəmiyyətlidir. 

2015-ci  ilin  ilk  aylarına  ölkənin  valyuta  ehtiyatları  50  milyard  ABŞ  dolları 

həcmindədir. Ancaq, milli sərvətlərlə sadəcə dövlətin deyil, onun vətəndaşlarının da 

mülkiyyəti  daxildir.  Müasir  dünyamızda  dövlətin  varlığı  xəzinədəki  pulun 

məbləğindən  daha  çox,  onun  vətəndaşlarının  rifah  səviyyəsinin  yüksək  olması  ilə 

ölçülür.  Bu  cəhətdən  isə,  Azərbaycanda bəzi problemlərin  mövcudluğu  gözə  çarpır. 

Xalqın  gəlir  səviyyəsi  aşağı,  sosial  təbəqələşmə  kəskin,  ortatəbəqə  yox  deyiləcək 

qədər zəifdir. Bu məsələnin həllində, həm neft fondunda yığılan gəlirlərdən, həm də 

xarici kreditlərdən daha yaxşı istifadə edilməsi lazım gəlir. 

Azərbaycan  Respublikasının  milli  iqtisadiyyatının  getdikcə  dünya  iqtisadi 

sisteminə  inteqrasiyasının  dərinləşməsi  Azərbaycan  Mərkəzi  Bankının  (AMB) 

struktur  bölmələrinin  xarici  texniki  yardıma  olan  ehtiyaclarının  daha  dərindən 

öyrənilməsini,  vaxtında  və  keyfiyyətli  texniki  yardımların  əlaqələndirilməsini  və 

gücləndirilməsini zəruri etmişdir. AMB-nin fəaliyyətinin bütün istiqamətlərində işin 

beynəlxalq standartlara uyğunlaşdırılmasının əsas hədəf olması beynəlxalq təcrübənin 

öyrənilməsi  və  əməkdaşlığın  genişləndirilməsini,  beynəlxalq  imicin  yüksəldilməsini 

daha  da  aktuallaşdırmış  və  bu  istiqamətdə  müvafiq  işlər  aparılmaqdadır.  Bu  işlər 

AMB-nin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan 

islahatlar  və  modernləşmə  tədbirlərində  bank  işində  zəngin  təcrübəyə  malik  olan 

xarici  mərkəzi  bankların  təcrübəsindən  faydalanmağa,  habelə  AMB-nin  beynəlxalq 

arenada layiqincə təmsil edilməsinə zəmin yaratmışdır. 

AMB-nin strateji hədəfləri sırasında ölkənin maliyyə-bank sistemini beynəlxalq 

standartlara  uyğun  olaraq  inkişaf  etdirmək  və  xarici  dövlətlərin  maliyyə-bank 

sisteminə  inteqrasiya  əsas  istiqamətlərdən  biridir.  Eyni  zamanda  AMB-nin 

beynəlxalq  maliyyə  institutları  ilə  əlaqələrinin  intensivləşdirilməsi  xüsusilə  də  BVF 

ilə  və  maliyyə  sektorunun  inkişafı  ilə  əlaqədar  yeni  layihələrin  cəlb  olunması 



 

                                                                                                                                                                       

                                                                                                                                                          74 

 

istiqamətində  işin  genişləndirilməsi  qarşıda  duran  əsas  vəzifələrdən  birinə 



çevrilmişdir. 

 

 



                                                                                                            

Cədvəl 1.3.1 

                BVF-nin Azərbaycanda həyata keçirdiyi proqramlar:

1

 



 

Mexanizmlərin      

          adı 

Valyuta 


   Məbləğ 

    Faiz 

 Tarix 

  Güzəştli müddət (il) 



     STF Kredit 

 

SDR 



   58,5 mln. 

 

1,9–3,5 



1995 

           

    4,5 

     Stand By 

SDR 

   58,5 mln. 



3 – 4,5 

1995 


             

   5,1 


    EFF Kredit 

SDR 


   58,5 mln. 

1,9–3,5 


1996 

             

   4,5 

   SSFF Kredit 



SDR 

   56,3 mln. 

1,9–3,5 

1999 


             

     3 


PRGF+ESAF          

KK         Kredit 

SDR 

80,5+93,6 mln.  0,5 



2001 

     5 


 

 

BVF-nin  Azərbaycanla  əməkdaşlıq  əlaqələri  də  S P  kontestində  qurulmuşdur. 



Qeyd  etmək  lazımdır  ki,  əməkdaşlıq  əlaqələrinin  ilkin  qiymətləndirilməsi  dövründə 

BVF-nin  Azərbaycanda  həyata  keçirdiyi  proqramların  iqtisadi  səmərəsi  böyük 

olmuşdur.  Belə  ki,  1992–1994-cü  illərdə  ölkənin  üzləşdiyi  dərin  iqtisadi  böhrandan 

çıxmaq məqsədilə BVF-nin maliyyə dəstəyi ilə aparılmış struktur islahatları proqramı 

daxili  və  xarici  balansın  tarazlaşdırılması  və  iqtisadi  sabitliyin  təmin  edilməsinə 

imkan vermişdir. 1995-ci ildən başlayaraq struktur islahatları çərçivəsində aparılmış 

sərt  fiskal  və  monetar  siyasət  nəticəsində  dövlət  büdcəsinin  kəsirinin  inflyasiya 

                                                 

1

 Azərbaycan Respublikası Mərkəzi Bankının internet saytı-www.cbar.az 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə