Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          66 

 

 



Son  vaxtlar  bu  problem  su  təchizatı  sisteminin  daha  da  bərbad  hala  düşməsi 

səbəbindən daha  da acınacaqlı hala çatmışdır.  Sektorlara su  paylama  sisteminə  bəzi 

məhdudiyyətlər  qoyulmuşdu.  Bəzi  ailələr  su  boru  xətlərindən  gün  ərzində  ancaq  6 

saat istifadə edə bilirdilər. Suyun keyfiyyətsiz olması şəhər sakinləri arasında yolxucu 

xəstəliklərin yayılmasına səbəb olmuşdur. Dünya Bankı Bakı şəhərinin su təchizatını 

inkişaf  etdirmək  üçün  61  mln.  ABŞ  dolları  məbləğində  kredit  vermişdir.  Bu  kredit 

Bakı  şəhərinin  su  təchizatı  sisteminin  yenidən  qurulması  və  tez  bir  vaxtda 

səmərəliliyini  artırmaq  üçün  istifadə  olunacaqdır.  Kreditin  əsas  məqsədi 

aşağıdakılardır:  a)Bakının  su  təchizatı  sisteminin  yenidən  qurulması;  b)Hökumətə 

daha  uzun  dövr  üçün  istifadə  olunacaq  yeni  su  sistemlərinin  quraşdırılmasında 

köməklik göstərmək. 

Layihə  hazırlanarkən  layihənin  Bakının  əhalisinə  hansı  istiqamətdə  təsir 

göstərəcəyinin  ölçülməsi,  Bakının  su  təminatı  idarəsi  və  su  istifadəçiləri  arasındakı 

danışıq  və  əlaqələrin  inkişafına  yönəltmək  məqsədilə  layihənin  sosial  səbəbləri  və 

nəticələri  gözəl  bir  şəkildə  analiz  edilmişdir.  Analiz  vaxtı  müəssisələrin  və  əhalinin 

su  təminatının  nə  vəziyyətdə  olduğu  əsasında  araşdırmalar    aparılmış,  deputatlarla 

rəsmi olmayan görüşlər keçirmişlər, media təmsilçiləri və beynəlxalq özəl qurumlarla 

ə

məkdaşlıq  edilmişdir.  Analiz  naticəsində  əhalinin  böyük  bir  hissəsinin  və  əksər 



müəssisələrin  su  ilə  təmin  edilməməsi  və  suyun  keyfiyyəti  ilə əlaqədar  olaraq  bəzi, 

amma çox ciddi problemlərə rast gəlinmişdir. Bundan əlavə analizin nəticəsi olaraq 

su  təminatındakı  kəsintilərin  əsas  səbəbləri  boru  xətlərinin  deşilməsi  nəticəsində 

itirilən  su,  su  xəttinə  qanunsuz  birləşmələr  və  suyun  verilmə  gücünün,  təzyiqinin 

lazımi  səviyyədə  olmaması  ortaya  çıxmışdır.  Analizə  görə  su  pulunun  40-50  faizi 

ödənilməmiş  olaraq  qalır,  ancaq  ailələrin  digər  mənbələrdən  aldıqları  hazır, 

təmizlənmiş  suların  məsrəfləri  dövlət  su  boru  xəttinin  aylıq  istifadə  olunan 

qiymətindən 17 dəfə çoxdur

.

    


 

  1995-ci ildə iyun ayında həyata keçirilən layihə  3 əsas məqsəddən ibarət idi: 




 

                                                                                                                                                                       

                                                                                                                                                          67 

 

  a)  Ehtiyacın  istiqamətləndirilməsi  (6,7  mln.  dollar)  -  Sudan  daha  əlverişli 



istifadə etmək üçün lazımi yerlərdə 15.000-ə yaxın su sayğacları yerləşdiriləcəkdi, su 

xəttində istifadə haqqının ödənilməsi sistemi isə yenidən nizama salınacaqdı. 

  b) Maddi - texniki bazanın ehtiyaclarının qarşılanması (28,7 mln. dollar) - Su 

ilə təmin olunma sisteminin moderinizasiyası üçün lazımi işlərin görülməsidə istifadə 

olunacaq  yük maşınları, qaldırıcı kranlar,  avtobuslar və tikinti texnologiyası alınmalı, 

emalatxanalar isə yenidən bərpa olunacaqdı. 

  c)Su  təminatının  moderinizasiyası  (39,5  mln.  Dollar)  -  Ceyranbatan  gölü  və 

Kür  çayındakı  su  təmizləmə  təchizatlarını  əsaslı  təmir  etdirmək,  13  əsas  su 

pompalama  məntəqələrini  və  251  su  pompalamanı  gücləndirən  məntəqələrini  təzə 

elektrik  transformatorları,  nasos  və  su  boruları  ilə  təchiz  ediləcəkdi.  Hər  bir  su 

mənbəyində  su  vuran  məntəqələr,  başlıca  su  ötürülən  xətlərdə  su  sayğacları 

ə

saslışəkildə dəyişdiriləcəkdi. 



Hökumət  etibarlı  su  və  kanalizasiya  xidmətlərinin  təchiz  olunmasını  ölkə üçün  

prioritet  olaraq    müəyyən  etmişdir.  Dünya  Bankı  və  Hökumət  bu  prioriteti 

dəstəkləyir.  Dünya  Bankının  dəstəklədiyi  layihələr  üzrə  məqsəd  daha  yaxşı  su 

təchizatı  və  kanalizasiyadan  istifadə  edən  insanların  sayını  100,000-dən  ÖTS 

müddətinin  sonuna  kimi  1,000,000  nəfərə  çatdırmaqdır.  kinci  hədəf  xidmət 

göstərilən  əhali  üçün  su  təchizatının  etibarlılığının  yüksəldilməsidir.  Bu  nəticələrə 

nail  olmaq  üçün  əsas  vasitə  Milli  Su  Təchizatı  Layihələri  1  və  2  olacaq.  Bu 

layihələrin  icra  vəziyyətindən  asılı  olaraq  Bank  növbəti  yəni,  Su  Təchizatı  3 



Layihəsini 

də  nəzərdən  keçirə  bilər.  Özəl  sektorun  iştirakı  üçün  potensial  olduqda, 

BMK  məsləhət  xidmətlərinin  və  ya  investisiya  dəstəyininin  genişləndirilməsini 

nəzərdən  keçirə  bilər,  ancaq  hal-hazırda  bununla  bağlı  hər  hansı  razılaşma  yoxdur.       

1995-ci  ilin  oktyabr  ayında  BY B  Bakı  şəhərində  yaşayan  2,5  milyonluq  sakinə  su 

sisteminin  bərpası  istiqamətində  23  milyon  ABŞ  dolları  həcmində  kreditin 

ayrılmasına  dair  saziş  imzaladı.    Bu  investisiya    proqramının  3  məqsədi  vardır:    su 

tələbatının  ödənilməsi; qurğuların qorunmasının gücləndirilməsi;  su təchizatının və 

istehsalın gücləndirilməsi; 



 

                                                                                                                                                                       

                                                                                                                                                          68 

 

Bu  layihənin  əsas  hissəsi  Bakı  şəhər  dövlət  su  sisteminin  korporatizasiyası 



nəticəsində  bu  qurumun  birgə  səhmdar  cəmiyyəti  adı  altında  Abşeron  Regional  Su 

Ş

irkətinə çevrilməsi idi. Bu şirkət qərb şirkətləri ilə birgə tərəfdaşlıq quraraq maliyyə 



və  su  istehlakçılarına  daha  yaxşı  xidmət  göstərilməsi  sahəsində  əməliyyatların 

inkişafı  istiqamətində  inkişafa  nail  olmuşdur.  Bununla  yanaşı  tariflər  isə  imkanlara 

uyğun  olaraq  qalmışdır.  Layihənin  ümumi  dəyəri  95  milyon  ABŞ  dolları  həcmində 

olmuşdur  və  Azərbaycan  hökuməti  ilə  Dünya  Bankının  birgə  maliyyə  dəstəyi 

nəticəsində həyata keçirilmişdi.  

“Böyük  Bakının  Su  Təchizatının  Reabilitasiyası”  layihəsi  1996-2001-ci  illər 

ə

rzində  həyata  keçirilmiş  və  layihə  “Azərsu”  ASC  tərəfindən  icra  olunmuşdur. 



Layihənin icrasına cəlb olunmuş kreditin məbləği 65.99 mln. ABŞ dolları təşkil etmiş 

və əlavə vəsait  qtisadi Məsələlər üzrə  sveçrə Dövlət Katibliyi tərəfindən ayrılmışdır. 

Layihənin  məqsədləri:  qısa  bir  müddətdə  su  təchizatı  sistemini  yaxşılaşdırmaq  və 

bununla su təchizatını Bakı şəhərinə,  əsasən əhalinin kasıb təbəqəsini bərpa etmək; 

ümumilikdə,  su  təchizatı  sistemini  təkmilləşdirmək;    uzunmüddətli  planlaşdırmanın 

və bərpanın əsasını qoymaq.  

2000-ci ildə Bakıda baş vermiş zəlzələ nəticəsində su təchizatı qurğularına dəyən 

ziyanı aradan qaldırmaq məqsədilə Bank tərəfindən 12.92 mln. ABŞ dolları həcmində 

ə

lavə vəsait ayrılmışdır.  



Hal-hazırda  Dünya  Bankının  su  mütəxəssisləri  tərəfindən  “Böyük  Bakının  Baş 

Planı”  hazırlanır.  Qeyd  olunan  plan  Bakı  şəhərinin  qeyri  səmərəli  su  paylanması 

problemini  aradan  qaldıracaq,  o  cümlədən  mövcud  su  xətlərinin  təhlilini  və  yeni 

hidravlik  modelin yaradılmasını əhatə edəcək.  

Dünya  Bankı  2011-ci  il  27  apreldə  Azərbaycanda  su  istifadəçiləri 

assosiasiyalarının  inkişafı  layihəsinin  həyata  keçirilməsi  üçün  80  mln.  ABŞ  dolları 

həcmində  kreditin  ayırmasını  təsdiqləyib.  Kreditin  76.8  mln.  dolları  Beynəlxalq 

nkişaf Assosiasiyası, 3.2 mln. dolları isə Beynəlxalq Yenidənqurma və  nkişaf Bankı 

tərəfindən ayrılacaq. Ümumilikdə layihənin dəyəri 114.3 mln. dollardır ki, qalan 34.3 

mln. dolları Azərbaycan hökumətinin iştirak payıdır. Layihənin əsas məqsədi ölkədə 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə