Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   39   40   41   42   43   44   45   46   47

 
143
Aralıq  coğrafi  mədəniyyət  qurşağı  kimi  beynəlxalq  imicin 
formalaşmasının  nəticəsi  olaraq  status  yarana  bilər.  Burada 
status hüquqi vəziyyəti və mövqeni əks etdirə bilər.  
 
Beynəlmiləlçilik və onun müsbət xüsusiyyətləri 
  
Dünya  xalqları  bir-biriləri  ilə  qarşılıqlı  münasibətlərdə  və 
ə
laqələrdə  yaşayırlar.  Qarşılıqlı  münasibətlər  və  əlaqələr 
ümumdünya  münasibətlər  şəbəkəsini  və  mənzərəsini  yaradır. 
Dünya  xalqlarının  say  çoxluğu  və  hər  bir xalqın özünəməxsus 
mədəniyyəti  və  incəsənəti  dünya  mədəniyyətinin  bazasının 
zəngin  olmasını  şərtləndirir,  səbəb  olur.  Bununla  yanaşı, 
xalqların 
sayının 
çoxluğu, 
mədəniyyət 
elementləri 
daşıyıcılarının 
bolluğu 
bəşəriyyətin 
mədəni 
irsinin 
zənginləşməsinə  xidmət  edir.  Xalqların  sayının  çoxluğu 
həmçinin  beynəlxalq  münasibətlərin  də  genişliyini  və 
hərtərəfliyini 
ə
saslandırır. 
Dünya 
xalqları 
mədəniyyət 
xassələrinə  görə  başlıca  olaraq  şərq  və  qərb  xalqları,  Afrika 
xalqları  kimi  coğrafi  bölgünü  özündə  əks  etdirir.  Coğrafiya 
üzrə,  regionlar  üzrə  həyata  keçirilən  mədəniyyət  siyasətinə, 
eləcə 
də 
regional 
ə
saslarla 
xalqların 
mədəniyyətinin 
formalaşmasına,  bu  baxımdan  tarixi-coğrafi  aspektlərə  görə 
geomədəniyyət 
anlayışı 
formalaşmışdır. 
Geomədəniyyət 
anlayışı  özündə  regional  aspektləri  əks  etdirir  və  vahid 
regionda 
yaşayan 
xalqlar 
oxşar 
mədəni 
elementlərin 
daşıyıcıları  rolunda  çıxış  edirlər.  Mədəni  relyativlik  (burada 
mədəni 
qohumluq) 
geomədəniyyətin 
formalaşmasının 
bazasında  durur.  Vahid  regionda  yaşayan  xalqlar  vahid 
mədəniyyət  məfhumunu  təşkil  edirlər.  Məsələn,  Qafqaz 
xalqları,  Şərqi  Avropa  xalqları,  Şimal  xalqları,  Mərkəzi  Asiya 
xalqları,  Latın  Amerikasında  yaşayan  Avropa  mənşəli  xalqlar 
və  s.  Geomədəniyyətin  formalaşmasına  həmçinin  etnik 
kökənlilik  də  təsir  göstərir.  Məsələn,  Ərəb  mədəniyyəti,  Türk 


 
144
dünyası mədəniyyəti, İngilis mədəniyyəti, Slavyan mədəniyyəti 
və s. Burada nəzərə almaq lazımdır ki, məkan amili milli-etnik 
amillərlə  vəhdət  təşkil  edərək,  geomədəniyyəti  yaradır. 
Geomədəniyyət  anlayışına  eləcə  də  dini  amillər  də  təsir 
göstərir.  Din  adət  və  ənənələrin,  yaşayış  tərzinin  və  əxlaqi  və 
estetik baxışların formalaşmasında böyük rol oynayır və din adı 
ilə  bir  neçə  xalqdan  ibarət  mədəniyyət  məfhumu  yaranır. 
Məsələn,  islam  mədəniyyəti,  xristian  mədəniyyəti  və  s. 
mədəniyyət  arealları  yaşanır.  Adətən  geomədəniyyətin  tərkib 
elementlərində etnik və milli bağlılıq, din və regionçuluq amili 
vəhdətdə  çıxış  edir.  Bu  kombinasiya  daha  çox  özünü  Şərqdə 
büruzə verir. Məsələn, Türk xalqları mədəniyyəti türkçülükdən, 
dini  amildən  və  qonşuluq  (eyni  və  qonşu  regionlarda) 
komponentlərindən  formalaşır.  Slavyan  mədəniyyətində  də 
belə  kombinasiya  vardır.  Elə  də  olur  ki,  ancaq  din  və  region 
amili  vahid  mədəniyyət  məkanını  yaradır.  Avropa  regionunda 
din  və  regionçuluq  amili  vahid  Avropa  mədəniyyətinin  tərkib 
komponentləri kimi çıxış edir. Burada xalqların müxtəlifliyi isə 
Avropa  mədəniyyətini  daha  da  zənginləşdirir.  Tərkibdə  daha 
çox  xalqların  mədəni  müxtəliflikləri  durur.  Geomədəniyyət 
ə
sasən beynəlmiləlləşməni yaradır. Regionlar üzrə və regionlar 
arasında  xalqların  mədəni  münasibətləri  genişlənir.  Hər  bir 
xalq  həm  regionundan,  həm  də  regionundan  kənarda  yaşayan 
xaqların  mədəniyyətindən  müsbət  elementləri  götürür.  Bu 
baxımdan 
hesab 
etmək 
olar 
ki, 
sivil 
cəmiyyətlərin 
mədəniyyətləri  arasında  kəskin  sərhədlərin  olması  mümkün 
olmur  və  sivil  cəmiyyətlər  öz  aralarında  qarışıq  mədəniyyət 
prinsiplərinə  üstünlük  verirlər  və  mədəniyyətlərin  ümumilikdə 
insanlığa xidmət etməsini mərkəzi anlayış kimi qəbul edirlər.  
Hər bir mədəniyyət və onun inkişaf səviyyəsi xalqın tarixi, 
onun  adət-ənənələri,  maarifçilk  səviyyəsi,  milli  məfkurəsi  və 
iqtisadi  imkanları  ilə  bağlıdır.  İqtisadi  imkanlar  xalqın mədəni 
səviyyəsinin  yüksəlməsi  üçün  baza  element  rolunu  oynayır. 


 
145
İ
qtisadiyyat cəmiyyəti inkişaf etdirir, inkişaf edən cəmiyyət öz 
mədəniyyətini  qabardır  və  mənəvi  həyatını  mədəniyyətində 
(ədəbiyyat,  musiqi,  adət-ənənlər  və  s.),  incəsənətində  tapır  və 
özünü  dərk  edir.  Bununla  bərabər,  mədəni  cəhətdən  inkişaf 
formalaşmış  xalq,  təkmilləşmiş,  sistemləşmiş  cəmiyyət 
prinsiplərini  üzə  çıxarır  və  iqtisadiyyatda  rasionallıq  yaranır, 
elm  və  mədəniyyətin  vəhdəti  iqtisadiyyatı  inkişaf  etdirir. 
Burada  cəmiyyətin  və  dövlətin  qarşılıqlı  bağlılığı  prinsipi  bir 
daha  özünü  sübut  etmiş  olur.  Bütün  proseslər  bir-biri  üçün 
səbəb  və  zərurət,  şərait  və  nəticə  rolunu  oynamaqla,  biri 
digərini şərtləndirir.  
Xalqlar  beynəlxalq  münasibətlərdə  dövlətləri  vasitəsi  və 
təşkilatları  ilə  tanınırlar  və  əlaqələr  qururlar,  təmsil  olunurlar. 
Dövlətlər siyasət qurumları və vahid sistem və struktur olaraq, 
onlara  məxsus  olan  xalqların  daxili  və  beynəlxalq  maraqlarını 
təmin  etmək  məqsədilə  öz  aralarında  siyasi  əhəmiyyət  kəsb 
edən əlaqələr qururlar. Xalqlar arasında olan əlaqələrin ictimai 
baza  mahiyyətində  mədəniyyət  amili  dayanır.  İctimai 
münasibətlərin 
tənzimlənməsində, 
eləcə 
də 
ictimai 
münasibətlərin  təkmilləşməsində  mədəniyyət  amilinin  də  rolu 
böyük  olur.  Xalq  beynəlxalq  aləmdə  həm  də  öz  mədəni 
səviyyəsi  və  statusu  ilə  tanınır.  Xalqın  mədəni  səviyyəsi  onun 
zəngin  tarixinin  və  formalaşma  yolunun  mürəkkəbliyinin  əsas 
göstəricilərindən 
hesab 
edilə 
bilər. 
Dövlətçiliyin 
ideologiyasının  təkmilləşməsində  də  mədəniyyət  vasitələri  və 
onların  insanların  təfəkküründə,  baxışlarında  oynadıqları  rol 
mühüm  əhəmiyyət  kəsb  edir.  Mədəniyyətin  öz  məkanından 
çıxaraq  ətrafla,  digər  mədəniyyətlə  sintezdə  olması  isə 
mədəniyyətin daha da təkmilləşməsi və müasir tələblərə cavab 
verməsi üçün mühüm baza yarada bilir. Bu baxımdam da hesab 
etmək  olar  ki,  mədəniyyətin  xalqa  xidmət  etməsi  üçün  mütləq 
şə
kildə  daxildən  və  kənardan  elementləri  özünə  daxiletmə 
prosesləri  mövcud  olmalıdır.  Qarşılıqlı  mübadilə  şəraitində 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə