Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   39   40   41   42   43   44   45   46   47

 
133
elementlərini  daha  çox  Qərbdən  götürməyə  can  atır.  Qərb 
mədəni  arealını  faydalandırıcı  mənbə  kimi  qəbul  edir.  Bu  gün 
demək  olar  ki,  Azərbaycanın  dövlət  siyasəti  ilə  onun  ictimai 
səviyyədə  həyata  keçirilən  mədəniyyət  siyasəti  baza  olaraq, 
həm  də  istiqamət  baxımından,  bir-birini  tamamlayır.  İctimai 
siyasət onun dövlət siyasətinə kömək edir və dövlət siyasətinin 
yanında  ona  paralel  olaraq  icraçı  funksiyanı  yerinə  yetirir. 
Məsələn,  Heydər  Əliyev  Fondu  ictimai  istiqamətə  əsas 
rəhbərliyi  öz  üzərinə  götürüb.  Azərbaycan  mədəniyyəti, 
regional  və  qlobal  səviyyədə  mədəni  proseslərə  qatılmaqla, 
həm  özünü  köhnəliklərdən  (inkişafa  mane  olan  şablonlardan) 
azad  etməyə  çalışır,  həm  də  yeni  mədəniyyət  elementləri  ilə 
zənginləşməyi 
qarşısına 
məqsəd 
qoyur. 
Azərbaycan 
mədəniyyətinin  Qərb  mədəniyyəti  ilə  əlaqəsi və  qovuşması ilə 
Qərb mədəniyyəti də yeni bir aralıq coğrafi mədəniyyətlə tanış 
olur.  Azərbaycan  öz  mədəni  dəyərlərini,  irsini  qoruyub 
saxlayır,  Qərb  və Şərqin  elementlərini sintez edir və  yaradılan 
nümunəni  yeni  bir  model  olaraq  Qərbə  nümayiş  etdirir. 
Məsələn,  Heydər  Əliyev  Fondunun  Rusiya,  Almaniya,  Fransa 
və İtaliyada nümayiş etdirdiyi Azərbaycan mədəniyyəti həm də 
yeni  bir  aralıq  coğrafi  mədəniyyətin  Qərbə  nümayişi  kimi 
qəbul  edilə  bilər.  Heydər  Əliyev  Fondunun  ictimai-mədəni 
siyasəti  Azərbaycan  mədəniyyəti  nümunəsini  öz  məkanından 
(dairəsindən) çıxarır və Qərb mədəniyyətinə doğru yayılmasını 
təmin  edir.  Buna  dairəvi  məkan  yayılması  kimi  də  ad  vermək 
olar.  Azərbaycanın  müvafiq  istiqamətli  siyasəti  tələb  edir  ki, 
milli  mədəniyyət  bir  obyekt  olaraq  daima  yenilikləri  qəbul 
etsin,  həm  də  daxili  proseslər  sayəsində  qəbul  olan 
elementlərdən  yeni-yeni  nümunələr  yaransın və ixrac olunsun. 
Qərbə  nümayiş  olunan  nümunələr,  modellər  həmişə  öz 
dəyərinə  və  məzmununa  görə  mövcud  tələblərə  cavab 
verməlidir. 
Yüksək 
mədəniyyət 
nümunələri 
yaratmaq 
istiqamətində  Heydər  Əliyev  Fondu  ictimai  məsuliyyəti  öz 
üzərinə  götürüb.  Siyasətin  reallaşması  yönündə  Azərbaycanın 


 
134
mədəniyyət qapıları kompas xarakteri ilə Qərb və Şərqin üzünə 
açılıb.  Qərb  mədəniyyəti  nümunələri  tez-tez  Azərbaycanda 
nümayiş  olunur.  Musiqi  festivalları  (dünya  caz  musiqisi, 
simfoniya  və  s.  musiqisi  üzrə)  keçirilir,  beynəlxalq  teatr 
festivalları təşkil edilir. 
Məlumdur  ki,  Azərbaycan  mədəniyyəti  əsasən  dörd  baza 
istiqamətindən  formalaşır.  Şərq,  Qərb,  region  və  daxili 
istiqamət.  Daxildən  baş  verən  proseslər  həm  xaricdən  daxil 
olan elementlərin təsirinə məruz qalır, həm də daxili islahatlar 
və daxildən  yaranan enerji hesabına formalaşır. Bu fikrə sübut 
olaraq  musiqi  sahəsində  yeni  aranjemanları,  teatr  tamaşalarını 
qeyd  etmək  olar.  Bir  məsələni  də  xüsusi  olaraq  vurğulamaq 
olar  ki,  istənilən  mədəniyyət  (burada  inteqrasiya  olunmaq 
istəyən,  qovuşmaq  istəyən,  daxilə  qapanmaqdan  xilas  olmaq 
istəyən mədəniyyətdən söhbət gedir) varlığı, obyekti öz-özündə 
islaholunma  proseslərini  yaşayır.  İslah  prosesləri  mədəni 
obyekti  daxilən  mənfiliklərdən  azad  edir  və  yeni  təzahürü 
mahiyyətdə  üzə  çıxarır.  Mədəniyyət  öz-özünü  təkmilləşdirir, 
diqqət  yolu  ilə  bir  növ  tərbiyə  edir.  Mədəni  islahatlar  da  öz 
növbəsində  cəmiyyətin  mədəniyyətinin  məruz  qaldığı  psixi-
ruhi  gərginliklərdən  xilas  edir.  Mədəniyyət  cəmiyyət  üçün 
“antidepressant” rolunu oynayır. Mədəniyyət öz görünüşünü və 
mahiyyətini  yeni-yeni  səhifələrlə  təzələyir,  səhifələr  qatlanılır, 
obyekt  təzələnir.  Belə  halda  yeniliklər,  tələblərə  cavab  vemək 
mahiyyəti  meydana  gəlir.  Mədəniyyət  özündə  məzmun  və  ruh 
baxımından 
etik-estetik 
məfhumu 
birləşdirir. 
Məsələn, 
mədəniyyət  areallarına  münasibətdə  belə  hesab  edilir  ki,  Şərq 
düşüncəsində 
məqsəd 
insanın 
kamilləşməsi, 
Qərb 
düşüncələrində  isə  cəmiyyətin  təkmilləşdirilməsidir.  Şərq  və 
Qərb  coğrafi  bölgüdən  daha  çox  zaman  bölgüsüdür.  Qədimlik 
və ənənəvilik müasirliklə qarşılaşır. Qərbin təməlində din yox, 
elm  dayanır.  Şərq  dünyanın  bədii-estetik  mənzərəsindən  çıxş 
edir,  hissədən  yox,  bütövdən  başlayır.  Qərb  isə  bütövu 
hissələrin cəmi kimi qəbul edir. Əvvəlcə hissələr dərk edilməli, 


 
135
sonra isə onlardan bütöv konstruksiya alınmalıdır. Bunun üçün 
isə  emprik  və  rasional  idrakın  vəhdəti  tələb  olunur.
1
 (Qeyd: 
burada hesab etmək olar ki, elmi tədqiqatların məqsədi tam və 
onun tərkibini müəyyən etməkdən, yeni tərkiblərdən ibarət olan 
tamları əmələ gətirməkdən ibarətdir. Məhz bu proses sayəsində 
yeniliklər  meydana  gəlir.  Kəşflər  və  ixtiralar  üçün  obyektin 
mahiyyəti bütöv və tərkib hissələrdə dərk olunmalıdır).  
Azərbaycan  cəmiyyətində  kişilərlə  yanaşı,  qadınların  da 
iştirakı  ümumi  enerjinin  yaranmasını  zəruri  edir.  Enerji 
vasitələrinin  sayı  artır.  Heydər  Əliyev  Fondunun  prezidenti 
Mehriban  Əliyevanın  rəhbərliyi  ilə  keçirilən  siyasət  sayəsində 
Azərbaycan qadınlarının simasında yeni bir Şərqli-Qərbli qadın 
obrazı  yaranır.  Bu  qadınlar  da  öz  daxillərində  vektor 
elementlərini cəlb etməklə milli Azərbaycan qadını xarakterini 
formalaşdırırlar. 
  
Azərbaycanda rasional-estetik cəmiyyətin əsasları 
 
Rasional-estetik  cəmiyyət  dedikdə,  burada  ideal  (seçilən 
nümunələri  olan,  xoş  təəssürat  bağışlayan  nümunələrə  xas 
olan)  və  təkmil  (sistemli)  cəmiyyətin  vəhdətindən  yaranan 
cəmiyyət  kimi  başa  düşülə  bilər.  Azərbaycanda  cəmiyyətin 
arxitekturasında sistemlilik dayana bilər və onun mexanizminə 
isə etikanın da daxil olduğu estetiklik qatıla bilər. Strukturunun 
a)  variantında  sitemlilik,  b)  və  sonrakı  variantlarda  isə 
ə
nənəvilik 
ə
həmiyyət 
kəsb 
edə 
bilər. 
Mexanizminin 
mahiyyətinin  a)  variantında  etika  və  estetika,  b)  və  digər 
variantlarda isə normativlik əsas götürülə bilər.  
Rasional-estetik cəmiyyət quruculuğu istiqamətində  
-Azərbaycan 
sistemli 
cəmiyyətə 
(əksər 
sahələrdə 
normaların hökm sürdüyü cəmiyyət) keçidi sürətləndirməlidir; 
-Şərqin ruhunu Qərbin təcrübəsi ilə qovuşdurmalıdır; 
                                                 
1
 Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı, 
“Azərbaycan Universiteti” nəşriyyatı, 2004, 624 səh., səh.7-9. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə