Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   39   40   41   42   43   44   45   46   47

 
130
Hal-hazırda dünyada Qərb və Şərq adlanan fəlsəfi düşüncə 
məkanları anlayışı mövcuddur. Bununla bərabər, hər iki coğrafi 
mədəniyyət  arealı  arasında  olan  birləşdirici,  qovuşdurucu, 
bəzən  də  toqquşdurucu,  ziddiyyətlərin  qarşılaşdığı  və 
mübarizəsi  ilə  müşahidə  edilən  aralıq  coğrafi  mədəniyyət 
sahələri  də  mövcuddur.  Buraya  əsasən  Rusiya, Cənubi Qafqaz 
ölkələri  və  Türkiyə  kimi  dövlətləri  aid  etmək  olar.  Belə  hesab 
edilir  ki,  Şərq  mədəniyyət  arealı  başlıca  olaraq  ənənələrin 
(məsələn,  Ərəb  cəmiyyətləri,  İran,  Pakistan  və  s.)  qorunub 
saxlanılması  üzərində  dayanır,  Qərb  cəmiyyətləri  isə  daima 
islahatlara  meyilliliyi  ilə  seçilir.  Fəlsəfi  baxışlarda  həm  Şərqlə 
Qərbin  qovuşmasını,  həm  də  kontrastların  mövcud  olduğunu 
ə
sas  gətirərək,  hər  bir  arealın  özünəməxsus  istiqamətlərinin 
olduğunu  baza  prinsip  olaraq  qəbul  edənlər  və  kəskin  fərqlər 
baxımından  qovuşmanı  qəbul  etməyənlər  var.  Şərqin  ruhunun 
Qərb  düşüncələri  ilə  birləşdirilməsi  də  bir  çox  düşüncələrdə 
özünə yer tapmaqdadır.  Məsələn, fəlsəfəşünas S.Xəlilov hesab 
edir  ki,  Qərbin  intellekti  onu  həyatın  təməl  prinsiplərindən, 
fəlsəfi  bazisdən  ayrı  salmışdır.  Çox  uzağa  getdiyindən  geri 
qayıtmaq  mümkün  deyil.  Qərb  mədəni-mənəvi  süquta 
uğrayıbdır.  Qərbin  həyat  tərzi  ümumbəşəri  fəlsəfi  düşüncə 
ə
nənəsindən  uzaqlaşmışdır.  Fəlsəfəni  daha  çox  praqmatik 
düşüncələr əvəz edibdir.
1
 
Azərbaycanda rasional-estetik cəmiyyət.Azərbaycançılıq 
məfhumu,  məfkurəsi  dedikdə,  coğrafi  amil  (Şərq-Qərb),  milli 
(öz  müasir  dövlətinə  xas  olan,  formalaşmış  xalq),  etniklik 
(burada azəri türkləri ilə yanaşı digər etnik xalqlar), ənənəvilik 
(şərqin  ənənələri  ilə  çulğaşaraq  yaşamaq  qaydaları),  müasirlik 
(reformizmin 
zamanla 
ayaqlaşması 
prinsipləri) 
və 
postmodernizm, milli adət-ənənlər, müasir yaşam tərzini qəbul 
etmə,  islam  dininə  etiqad,  “odlar  yurdu”  statusu  və  imicinin 
                                                 
1
 Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı, 
“Azərbaycan Universiteti” nəşriyyatı, 2004, 624 səh., səh.6. 


 
131
olması  və  s.  kriteriyaları,  xüsusiyyətləri  özündə  cəmləşdirən 
anlayış başa düşülür.  
Azərbaycanlılar həm şimal və cənub, həm də şərq və qərb 
mədəni,  iqtisadi  və  siyasi  elementlərini  qəbul  edərək,  öz  milli 
və  coğrafi  mədəni  elementlərini  formalaşdırırlar.  Burada 
regionçuluq  (Qafqazçılıq)  amili  də  mühüm  rol  oynayır. 
Azərbaycanda, 
xüsusilə 
müasirliyi 
yaşamış 
və 
onun 
nemətlərindən  bəhrələnmiş  və  postmodernizmi  qəbul  edən 
xalqın  yaşadığı  məmləkətdə  zəka  olaraq,  təfəkkür  tərzi  olaraq 
birtərəfli  (bircəhətli) 
istiqamət  mümkün  deyil. 
İ
ndiki 
Azərbaycan özünün dövlət quruculuğu və fəaliyyəti sistemində 
müasir  demokratik  prinsipləri  əsas  götürür,  dünyəvi  hüquq 
sistemi  tətbiq  edilir.  Digər  tərəfdən  də  ənənəyə  sadiq  qalaraq 
adət  və  ənənələr  yaşanır.  Bu  baxımdan  Azərbaycanda 
dünyəvilik  (rasionallıq,  pozitivlik,  təkmil  cəmiyyət,  təbiət 
elmlərinin  ideyalarının  bir  çox  məsələlərdə  üstünlük  təşkil 
etdiyi  elmi  cəmiyyət)  və  ənənəvilik  (adət-ənənələrə  uyğun 
yaşayış  tərzi  qaydaları,  ənənənələrin  nəsillərdən-  nəsillərə 
ötürülməsi,  adətlərin  vahid  xətt  üzrə  yaşamasını  təmin  etmə) 
qovuşmuş  şəkildə  mövcud  olur.  Milli  Azərbaycan  fəlsəfi 
düşüncəsi  obyekt  olaraq  məhz  ənənəvilik  və  müasirliyin  birgə 
şə
kildə, vəhdətdə daimi qorunub saxlanması üzərində cəmləşir 
və bu sintezdən məhz Azərbaycançılıq yaranır və yaşanır.  
Qeyd  edildiyi  kimi,  hal-hazırda  Qərbə  inteqrasiya 
istiqamətində  hüquqi  cəmiyyət  quruculuğu  prioritet  məsələ 
olaraq  qarşıya  qoyulub.  Burada  qaydaları  özündə  əks  etdirən 
dövlət  və  cəmiyyətin  birgə  mövcudluğu  prinsipi  mühüm 
ə
həmiyyət  kəsb  edir.  İndiki  cəmiyyət  quruculuğunda  ictimai 
təfəkkürün  və  elmi  təfəkkürün  qarşısında  duran  əsas  obyektiv 
problem 
cəmiyyətin 
təkmilləşdirilməsi 
və 
daha 
çox 
sistemləşdirilməsidir.  Əgər  dövlət  dünyəvi  xarakter  kəsb 
edirsə,  deməli,  onun  məxsus  olduğu  cəmiyyət  də  hüquq 
normalarına  tabe  olmalı,  cəmiyyət  öz-özünü  hüquq  normaları 
vasitəsilə tənzimləməlidir. Lakin onu da nəzərə almaq lazımdır 


 
132
ki,  adət-ənənələr  təbii  olaraq  hüquq  normaları  ilə  yox, 
özünəməxsus  qaydalarla  tənzimlənir.  Ancaq  cəmiyyətdə 
yaşamaq,  sosial  rifaha  nail  olmaq,  xoşbəxtlik,rəftar  qaydaları, 
nəzakət  formaları  tək  adət-ənənələrə  söykənmir.  Onun  tərkib 
elementləri  isə  daha  genişdir.  Məsələn,  adi  küçədə 
münasibətlər  (küçəni  keçmək  qaydaları,  məsələn  sürücülərlə 
piyadalar  arasında  olan  təhlükəsizlik  münasibətləri  və  s.), 
məişət  davranışı,  normalarla  yaşamaq  (israfçılığa  yol 
verməmək,  ekonomiksin  tələbləri  ilə  yaşamaq,  təmiz  küçə  və 
həyət  və  s.  prinsipləri)  heç  də  milli  adət-ənənlərlə  (məsələn, 
milli bayramlara) tənzimlənmir. Bu baxımdan hesab etmək olar 
ki, cəmiyyətin yaşayış qaydalarında iki baza əməl prinsipi var: 
hüquq  normalarına,  mövcud  qaydalara  bu  və  ya  digər  faktlar 
üzrə əməl etmə və ya əməl etməmə.  
Xaos  (siyasətdə  anarxiya)  və  nizam  (siyasətdə  qayda-
qanunlara  tabe  olmaq)  prinsipi  əhəmiyyət  kəsb  edir.  Belə 
hesab  etmək  olar  ki,  sistemli  həyat  tərzi  daha  çox  insanların 
ə
hatə  olunduqları  cəmiyyətin  sistemləşməsinə  gətirib  çıxarır. 
Sistemli  həyat  tərzi  dedikdə,  eləcə  də  həyat  rejimləri  də  daxil 
olmaqla,  ona  aid  olan  bütün  münasibətlərin  normalar  əsasında 
qurulması  kimi  başa  düşülə  bilər.  Ümumiyyətlə,  sistemli 
həyatın  faydası  baxımından  hesab  etmək  olar  ki,  bu  istiqamət 
daha  çox  nailiyyətlərin  qazanılmasına  səbəb  ola  bilər  və  s. 
Cəmiyyətin  sistemləşməsi  proseslərinin  tərkib  elementləri 
çoxçalarlıdır,  müxtəlifdir.  Burada  elm,  mifologiya  və  rasional 
təfəkkürün  mövcud  olduğu  bədii  ədəbiyyat,  fəlsəfə  xüsusi  rol 
oynayır. İncəsənət, musiqi, rituallar isə vasitələr kimi çıxış edir. 
Cəmiyyətin 
təkmilləşməsi 
proseslərinin 
komponentləri 
içərisində  elmlə  yanaşı,  elmin  və  fəlsəfnin  vəhdət  təşkil  etdiyi 
və  təsir  göstərməsi  ilə  təkmilləşən  mədəniyyət  də  mühüm  rol 
oynayır  və  mədəniyyət  insan  təfəkkürünün  rasionallaşmasına 
böyük müsbət təsir göstərir.  
Reallıq  ondan  ibarətdir  ki,  Azərbaycan  hal-hazırda  Qərbə 
inteqrasiya  istiqamətini  əsas  götürüb  və  öz  milli  mədəni 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə