Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   39   40   41   42   43   44   45   46   47

 
140
şəriət  məhkəmələri,  vəqf  nazirliyi  və  məktəbləri  ləğv  olunub, 
din  dövlətdən  ayrılıb.  Türkiyə dünyəvi dövlət elan edilib. Ölkə 
Avropa  qanunvericiliyini  nümunə  olaraq  qəbul  edib,  qadın  və 
kişinin hüquqları bərabərləşib.
1
 
Qazaxıstan  isə  Avropa  mədəniyyətini  başlıca  olaraq 
Rusiyadan  mənimsəyib.  Qazaxıstanda  mədəni  inqilab  Sovet 
hökumətinin  adı  ilə  bağlıdır.  Ruslarla  sıx  interqasiya  şəraiti 
Qazaxıstanda  hətta  qazax-rus  qarışıq  etnosundan  (millətindən) 
ibarət 
yeni 
bir 
nəsil 
yaradıb. 
Azərbaycanda 
Qərb 
düşüncələrinin  formalaşması  isə  öz  başlanğıcını  XIX  əsrin  II 
yarısından, 
maariflənmə 
dövründən 
götürüb. 
Burada 
Türkiyənin  (Osmanlı  dövlətinin),  Çar  Rusiyası  imperiyasının, 
sonradan  isə  Sovetlər  Birliyinin  siyasətinin  təsirləri  olub. 
Türkçülük  ideologiyasının  nümayəndələri  olan  Ziya  Göyalp, 
Yusif  Akçura  və  başqalarının  iştirakları  ilə  türkçülük 
ideologiyası  (türk  millətinin  özünüdərki)  Avropa,  Türkiyə, 
Rusiya və Qafqazı əhaətə edib. Demokratik Respublika (ADR) 
dövründə  ali  məktəblər  təşkil  edilib,  Şərq  aləmində  ilk 
parlamentli  Respublika  qurulub.  Qərbə  inteqrasiya  prioritet 
siyasət hesab edilib. Müasir dövr (XX əsrin sonları, XXI əsrin 
ə
vvəlləri)  Azərbaycan  mədəniyyətinin  inkişafı  və  Qərbə  sıx 
inteqrasiya  prosesləri  isə  daha  çox  Azərbaycan  xalqının 
Ümummilli  Lideri  Heydər  Əliyevin  siyasəti  ilə  əlaqəlidir  və 
müasir  Azərbaycanın  müstəqil  şəkildə  Qərb  inteqrasiyasının 
təməli Heydər Əliyevin siyasi kursu ilə müəyyən edilib. 
Xalqın  milli-etnik  şüuru,  formalaşmış  təfəkkürü, 
mədəniyyət  yaradıcılığı  qabiliyyətinin  olması.  Məsələn, 
ruslar,  azərbaycanlılar,  türklər  daima  Şərq  və  Qərb 
                                                 
1
 Qeyd:  müvafiq  tarixi  faktlar  professor  Sevda  Süleymanovanın  “Türk 
xalqlarının  tarixi”  adlı  əsərindən  götürülmüşdür.  Bax,  S.Y.Süleymanova, 
tarix  elmləri  doktoru,  BDU-nun  professoru.  Türk  xalqları  tarixi  (ən  qədim 
zamanlardan bu günümüzədək). Ali məktəb tələbələri üçün dərs vəsaiti. Rus 
dilindən  tərcümə.  Bakı,  “Elm  və  təhsil”,  2011,  352  səh.,  s.187-188,  279-
281.  


 
141
mədəniyyətlərinin 
qovşağında 
öz 
milli 
təfəkkürlərini 
zənginləşdirməyə çalışmışlar. Hal-hazırda qazaxlar da özlərinin 
Avroasiya  mədəniyyət  qovşağında  yerləşən  xalq  olaraq,  yeni 
model əsasında mədəni təfəkkürlərini formalaşdırırlar. Əslində 
Qazaxıstanın mədəniyyət modeli postovet Mərkəzi Asiya üçün 
formalaşmış, təkmilləşmiş bir Avroasiya nümunəsidir.  
Müxtəlif  dini  baxışların  mövcudluğu,  çoxistiqamətlilik 
və  tolerantlıq.  Rusiya,  Azərbaycan  və  Türkiyədə  dini 
baxışlarda liberallıq var. Rusiya cəmiyyətində müxtəlif dinlərə 
sitayiş edən xalqlar yaşayırlar. Burada islam, xristian, yahudilik 
(musəvilik),  buddizm  kimi  dinlərə  etiqad  edənlər  yaşayırlar. 
Azərbaycanda  da  islam,  xristian  (həm  katolik,  həm  pravoslav 
kilsələri),  yahudi  dininə  sərbəst  etiqad  mövcuddur. Dinlərarası 
dialoqlar  təşkil  edilir.  Qazaxıstanda  da  xristianlar  və 
müsəlmanlar arasında mədəni tellər möhkəmlənməkdədir.  
İ
qtisadi  inkişaf,  coğrafi  iqtisadiyyat.  Rusiya,  Türkiyə, 
Qazaxıstan 
və 
Azərbaycan 
iqtisadi 
cəhətdən 
inkişaf 
etməkdədirlər.  Bu  ölkələr  həm  də  coğrafi  baxımdan  iqtisadi 
layihələr  üçün  vektor  əsaslı  tranzit  məkan  rolunu  oynayırlar. 
Bir məsələni də xüsusi olaraq qeyd etmək olar ki, aralıq coğrafi 
məkanda yerləşən istənilən bir ölkənin iqtisadiyyatı zəif olarsa, 
o,  heç  zaman  aralıq  coğrafi  mədəniyyət  arealı  rolunu  oynaya 
bilməz.  İqtisadiyyat  baza  mənbə  olaraq  digər  istiqamətlərin 
elementlərini hərəkətəgətirmə funksiyasını yerinə yetirir.  
Dövlətçilik.  Qeyd  edilən  ölkələrdə  dünyəvilik  var. 
Dövlətlər  daxilində  ictimai-siyasi  sabitlik  hökm  sürür. 
Dövlətlər  öz  siyasi  sistemlərinin  strukturunda  klassik  Avropa 
siyasi nəzəriyyələrini komponentlər olaraq tətbiq edirlər.  
Xalqın  sivil  səviyyəsi,  düşüncə  tərzi.  Bir  çox  müsəlman 
ölkələrindən 
fərqli 
olaraq 
Türkiyə, 
Azərbaycan 
və 
Qazaxıstanda  yüksək  düşüncə  sahibləri  var.  Cəmiyyətə  olan 
münasibətlərdə  təfəkkürdə  rasionalizm  mövcuddur.  Lakin 
problemlər  də  olduqca  çoxdur  və  ziddiyyətlər  xüsusilə 
Türkiyədə  yaşanır.  Burada  insanlar  arasında  kəskin  düşüncə 


 
142
fərqləri 
var. 
Fərqlərdə 
radikallıq 
mövcuddur. 
Rusiya 
cəmiyyətini isə müqayisədə isə daha sivil və dünyəvi cəmiyyət 
hesab  etmək  olar.  Türkiyə,  Azərbaycan  və  Rusiyada  digər 
xalqlara və dinlərə qarşı liberal, barışıdırıcı mövqe var. 
İ
ctimai 
siyasət
Məsələn, 
Azərbaycan 
cəmiyyəti, 
ictimaiyyəti başlıca olaraq dünyəvilik prinsipini prioritet hesab 
edərək,  dünyanın  mədəni  nemətlərindən  istifadə  etməyə  can 
atır.  Adı  çəkilən  digər  dövlətlərdə  yaşayan  xalaqlar  da  öz 
gələcək inkişaflarını Avropa ilə qarşılıqlı inteqrasiya şəraitində 
görürlər.  Cəmiyyətin  üzvlərində  Avropa  islahatçılığına 
meyillər 
göstərənlər 
çoxluq 
təşkil 
edir. 
Avropaya, 
postmodernizmə  yönüm  qeyd  edilən  ölkələrin  əhalisinin 
ruhunun immanentlik xassələrindən irəli gəlir.  
Ümumiyyətlə,  Qərblə  Şərq  arasında  Rusiya,  Qazaxıstan, 
Türkiyə  və  Azərbaycandan  ibarət  olmaqla  aralıq  mədəniyyət 
qurşağı  yaradıla  bilər.  Bu  ölkələr  bağlayıcı  və  qovuşdurucu 
məkan telləri rolunu oynaya bilər. Onu da əlavə etmək lazımdır 
ki,  Mərkəzi  Asiyada  Qazaxıstan  da  Qərblə  Şərq  arasında  bir 
bağlayıcılıq yarada bilər. Belə ki, Qazaxıstan bir tərəfdən islam 
aləmi  ilə  xristian  aləmi  arasındakı  zolaqda  yerləşir,  digər 
tərəfdən  də  buddizm  ilə  müsəlman  və  xristianlığın  məkan 
baxımından  qovuşmasını  təmin  etmək  iqtidarında  olmaq 
imkanlarına  malk  olan  bir  dövlətdir.  Yuxarıda  qeyd  edilənləri 
nəzərə  alaraq,  gələcəkdə  RQAT  adlanacaq  aralıq  coğarfi 
mədəniyyət arealı formatı da yaradıla bilər.  
Aralıq  coğrafi  mədəniyyət  arealı  qurşağı  Qərb  və  Şərq 
mədəniyyətləri arasında mübarizədə yumşaldıcı vasitə (məkan) 
rolunu  oynaya  və  hər  iki  mədəniyyət  elementlərinin 
qovuşmasını  təmin  edə  bilər.  Bununla  yanaşı,  iki  coğrafi 
mədəniyyət  arealı  arasında  mərkəz  rolunu  oynamaqla  bir 
yükdaşıyıcı,  məsuliyyətdaşıyıcı  element  kimi  əhəmiyyət  kəsb 
edə bilər.  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə