Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
121
(“ağırlıqların”)  tonqala  tökülərək  yanması  üçün  edilir.  Bu 
ritualda  təmizliyə  çıxmaq  mənası  öz  əksini  tapır.  Kəndlərdə 
böyük  tonqallar  yandırılır,  milli  mətbəx  nümunələri  hazırlanır 
və  digər  rituallar  yerinə  yertirilir.  Şəhərlərdə,  xüsusilə  Bakıda 
Novruz  bayramı  dövlət  tərəfindən  yüksək  səviyyədə  təşkil 
edilir.  Bakıda  “İçəri  şəhər”  qala  divarlarında,  “Qız  qalası” 
kompleksi  ətrafında  bayram  şənliklər  keçirilir.  Folklor 
nümunələri  göstərilir,  milli  mətbəx  nümayiş  etdirilir, 
ə
yləncələr,  oyunlar  göstərilir.  Novruz  bayramını  mənalı 
keçirmək  üçün  xaricdən,  o  cümlədən  İrandan  çoxlu  sayda 
turistlər  gəlir,  dünya  azərbaycanlıları ölkəyə üz tuturlar.  Lakin 
bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  şəhərlərdə  ritualları 
yüksək  səviyyədə  (kütləvi  olaraq,  şəhərin  hər  tərəfini  əhatə 
edən)  həyata  keçirmək  mümkün  olmur,  tonqalları  qalamaq  isə 
ekoloji təhlükə və fövqəladə hal hesab edilir. Məsələn, əhalinin 
sıx  yaşadığı  məhəllələrdə  yanğın  təhlükəsi  böyük  ola  bilər. 
Digər  tərəfdən  də  böyük  şəhərlərdə  belə  bayramların 
keçirilməsi  zamanı  böyük  əhəmiyyət  kəsb  edən  həmrəylik  və 
birlik əldə edilə bilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 
Bakı  şəhərinin  ətrafında  kompleks  şəkildə  bayram  tonqallarını 
qalamaq  və  ritualları  keçirmək,  ona  müasir  məzmun  qatmaq 
üçün “tonqal meydanları”nı təşkil etməyə ehtiyac var.  
 
Ə
həmiyyəti: 
 
-şəhərin ekoloji vəziyyətinin qorunması; 
-fövqəladə  vəziyyətin  sabitliyi,  yanğın  təhlükəsinin 
azalması; 
-bayram  ənənələrində  birgə  rituallar  yolu  ilə  birliyin, 
həmrəyliyin genişləndirilməsi; 
-Novruz 
bayramı 
mənasının 
zənginləşdirilməsi 
və 
qloballaşması; 
-bayramlarda, bayram axşamlarında, çərşənbələrdə birliyin 
ə
hatəli şəkildə təşkili; 


 
122
-bayram axşamında gecənin mənalı keçirilməsi; 
-xalqın  təfəkkür  tərzinin  təzələnməsi  və  sivilləşməsi,  yeni 
elementlərin qəbul edilməsi və s. 
 Belə meydanları şəhərin bir çox kənarında tarazlaşdırılmış 
istiqamətlər üzrə təşkil etmək olar.  
Azərbaycan  təbii  alovlar  məskənidir.  “Odlar  yurdu 
Azərbaycan”  ölkəmizin  məkan  rəmzinə  və  şüarına  çevrilib. 
Həm  də  ölkəmiz  neft  və  qaz  ölkəsi  olduğundan  alov  rəmzi  də 
ölkənin  beynəlxalq  imicini  formalaşdırır  və  mədəniyyət 
statusuna  kömək  edir.  Azərbaycan  odlar  yurdu  olduğundan 
atəşpərəstlik məbədləri (Suraxanı atəşgahı, Abşeron rayonunda 
Məhəmmədi  kəndində  olan  təbii  alov  məskəni  və  s.)  də  var. 
Hal-hazırda alov rəmzlərini əks etdirən işgüzar binalar da inşa 
olunur. Alovun rəmzi məna olaraq milli səviyyədən beynəlxalq 
səviyyəyə  qaldırılmasında  böyük  ehtiyac  var.  Onu  da  qeyd 
etmək  olar  ki,  alov  mahiyyətcə,  məzmunca  enerji  mənasını 
verir.  Beynəlxalq  birlik,  xalqlararası  birlik,  eləcə  də 
Azərbaycanın  beynəlxalq  sülh məkanına çevrilməsində alovun 
da  böyük  mənası  ola  bilər.  Sadalananlara  əsasən  “Alov 
rəmzləri  meydanı”nı  Xəzər  dənizində,  Bakının  əksər 
hissəsindən  görünən  yerdə,  turistlərin  diqqətini  çəkəcək  bir 
məkanda  (dənizdə)  təşkil  etmək  olar.  Alov  rəmzləri 
meydanında milli rəmzlərlə yanaşı, beynəlxalq sülhü və birliyi 
ə
ks  etdirən  alov  guşələri  yaradıla  bilər.  İşıqlar  fonlar,  slaydlar 
vasitəsilə  alov  guşələrinin  üzərində  dünya  dövlətlərinin 
bayraqları  işıqlandırıla  bilər  və  s.  Həmin  alov  guşələri  şəhərin 
ə
ksər yerlərindən görünə bilər 
 
 Əhəmiyyəti: 
  
-alovun  rəmzi  əhəmiyyətinin  artması,  ölkənin  “odlar 
yurdu” statusunun möhkəmlənməsi
-milli elementlərə beynəlxalq elementlərin qarışdırılması; 


 
123
-bayram axşamının mənalı olması, xarici ölkə vətəndaşları 
ilə Novruz bayramı birliyinin təmin edilməsi
-Novruz  bayramının  beynəlmiləl  əhəmiyyətinin  artması, 
xalqın mədəni dünyəviləşməsi
-bayramın mənasının genişlənməsi
-Azərbaycanın 
sülhsevər 
ölkə 
kimi 
beynəlxalq 
ə
həmiyyətinin artması və s. 
 
Azərbaycan sistemli (empirizmə və rasional idraka 
söykənən) cəmiyyətlə ruhi (mənəvi, ənənəvi) cəmiyyətlər 
qovşağında və birləşməsində. Yeni rasional-estetik 
cəmiyyətin (təkmil-duyğulu, zövqlü cəmiyyətin) əsasları 
  
 
Rasionalizm  fəlsəfədə  təfəkkürü  duyğu  qavrayışından 
ayıran  və  əqli  yeganə  idrak  vasitəsi  kimi  qəbul  edən  idealist 
cərəyandır. Eyni zamanda rasionalizm dedikdə, əqli və idrak ilə 
iş  görmə,  öz  işində  hərəkətində  əql  və  idraka  əsaslanma  kimi 
başa düşülür. (Qeyd: təfəkkür anlayışına psixologiyada belə bir 
izah verilir: təfəkkür sosial cəhətdən şərtlənən psixi prosesdir. 
Hər  bir  fərdin  təfəkkürü  insanların  ictimai-tarixi  təcrübəsinə 
istinad  edir:  təfəkkür  sayəsində  fərdi təcrübə bəşəriyyətin əldə 
etdiyi  zəngin  bilik  ehtiyatına  qoşulur.  Çünki  əqli  əməliyyatlar, 
proseslər,  fəndlər  və  s.  cəmiyyətin  tarixi  inkişafında,  ictimai-
tarixi təcrübədə təşəkkül tapır. Təfəkkür sayəsində insanın fikri 
prosesi  bu  gündən  gələcəyə  və  ya  əksinə,  gələcəkdən  bu  günə 
(eləcə  də  keçmişə  qayıtmaq)  istiqamətdə  cərəyan  edə  bilər.
1
 
Rasional  təfəkkür  dedikdə  elmi,  məntiqi  təfəkkür  qəbul  edilir. 
Rasional  cəmiyyət  də  daha  çox  təkmil,  səmərəli  və  sistemli, 
elmi  yanaşmanın  böyük  üstünlük  təşkil  etdiyi  cəmiyyət  kimi 
başa  düşülə  bilər.  Təbii  ki,  cəmiyyətin  hər  bir  üzvü  elmi 
təfəkkürə  malik  ola  bilməz.  Cəmiyyət  öz  rəngarəngliyi 
                                                 
1
 Ə.  S.  Bayramov,  Ə.Ə.  Əlizadə.  B19  Psixologiya.  Ali  məktəblər  üçün 
dərslik.  Bakı,  “Çinar-çap”  Nəşriyyat-Poliqrafiya  müəssisəsi,  2006,  -620 
səh., səh.327. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə