Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   39   40   41   42   43   44   45   46   47

 
136
-Qərbin  cəmiyyətində  yaşanan  əksər  normativ  adətləri  öz 
cəmiyyətinə sürətlə inteqrasiya etdirməlidir; 
-Qərbdə 
olan 
davranışların 
ə
ksəriyyyətini 
(ictimai 
obyektlərə  doğma  yanaşma)  öz  ölkəsinə  cəmləşdirməlidir. 
(məsələn, küçələr sakinlər üçün ictimai əhəmiyyət kəsb edir və 
küçələrin,  parkların,  yaşıllıqlaraın  qorunub  saxlanılması 
prioritet istiqamət təşkil edir; 
-inkişaf  etmiş  Qərb  cəmiyyətlərində  olan  bir  çox  insan 
obrazlarını Azərbaycana gətirməlidir (Qərbdə insanların ruhları 
onların normativ yaşayış tərzləri ilə qovuşur, vəhdət təşkil edir. 
Qərb  öz  həyatına  tərkib  hissələr  nöqteyi-nəzərdən  yanaşır  və 
ölçülüb-biçilmiş həyata tərzinə üstünlük verilir); 
-Azərbaycan  öz  sistemli  cəmiyyətində  milli  dəyərləri 
qoruyub 
saxlamaqla, 
normalarla 
nizama 
salınan 
və 
normalardan  əldə  olunan  estetik  vasitələrə  söykənən  cəmiyyət 
qurmalıdır və s.  
 
“Aralıq coğrafi mədəniyyət arealı” imicinə və 
statusuna malik olmaq düsturu (formulası)  
 
Mədəniyyət  dəyərlərə  söykənən,  mənəvi  aləmin  daşıyıcı 
ünsürü  olan  vasitədir,  elementlər  birləşməsini  əks  etdirən 
vahiddir.  Hər  bir  mədəniyyət  əxlaqa,  gözəlliyə,  zövqə  xidmət 
etdiyindən və müvafiq kriteriyaları özündə daşıdığından, tərkib 
elementlər 
də 
qarşılıqlı 
olaraq 
mədəni 
fəaliyyətin 
mövcudluğunu  əks  etdirir.  Mədəniyyətin,  xüsusilə  sivil 
cəmiyyətlərdə, başlıca məqsədi bir tərəfdən ümumilikdə kamil, 
müdrik  və  mənəviyyatı  zəngin  insan  yetişdirmək,  digər 
tərəfdən də,  yüksək etik və estetik baxışlara malik olan fərdin, 
şə
xsin  formalaşmasını  (burada  həmçinin  şəxsiyyətin,  liderin 
yetişməsini  başlıca  məqsəd  olaraq  qarşıya  qoymaq)  təmin 
etmək, eləcə də təkmil cəmiyyətin qurulmasını təşkil etməkdən 
ibarətdir.  Mədəniyyət  cəmiyyətin  tərəqqisinə,  bu  baxımdan 
cəmiyyətdə  olan  bərabərsizliklərə  qarşı  mübarizəyə,  daima 


 
137
ə
dalətin 
axtarılıb 
tapılmasına, 
kontrastların 
aradan 
qaldırılmasına,  münasibətlərin  sadələşdirilməsinə  yönəlmiş 
mənəvi  bir  nemətdir.  Mədəniyyət  və  incəsənət  vasitələri  (bu 
vasitələrdə  bədii  ədəbiyyatda  olan  fikirlər  kütləvi  şəkildə  və 
ə
yani 
olaraq 
cəmiyyətə 
təqdim 
edilir) 
cəmiyyətdəki 
mənfiliklərin  təmizlənməsi,  mikrobların  öldürülm
ə


 
138
yeni  bir  ortaq  forma  və  məzmunu  təşkil  edir.  Aralıq  coğrafi 
məkanlar  mədəniyyətlər  arasında  tarazlıq  yaradan  məkanlar 
kimi  də  qəbul  edilə  bilər.  Aralıq  coğarfi  məkanlarda  hər  iki 
istiqamətdən  axan  cərəyanlar  önündə  müəyyən  hədli  bəndlər 
təşkil edilir və elementlər süzgəcdən keçərək bir-birinə qarışır, 
yeni  xassələr  yaranır,  mahiyyət  üzə  çıxır.  Aralıq  coğrafi 
mədəniyyət  ərazisi  olmaq  həm  coğrafi  aspektləri,  həm  də 
təfəkkür  və  idrak  aspektlərini  birləşdirir.  Bu  iki  istiqamətdən 
birinin  olmaması  aralıq  coğrafi  mədəniyyət  arealı  üçün 
tələblərə cavab vermir. 
Aralıq  coğrafi  mədəniyyət  müəyyən  kriteriyalara  cavab 
verir 
və 
müvafiq 
ş
kalalara 
(cədvəllərə) 
malik 
olur. 
Mədəniyyətin tərkib elementlərini özündə kompleks olaraq əks 
etdirən mədəniyyət məkanı aralıq coğrafi məkan olmaq imicini 
və  statusunu  (vəziyyətini)  formalaşdırır.  Aralıq  coğrafi 
mədəniyyət  imicinin  formalaşması  onun  statusunu  müəyyən 
edir  və  ilkin  mərhələ  hesab  edilə  bilər.  Fəaliyyət 
xüsusiyyətlərindən  formalaşan  imic  status  üçün  əsas  yaradır. 
Aralıq  coğrafi  mədəniyyət  imici  və  statusu  özünəməxsus 
tərkiblərə malikdir ki, bunları aşağıdakılar hesab etmək olar. 
Coğrafi  mövqe  (ilkin  şərtlərdən  biri).  Qərblə  Şərq 
arasında  yerləşmə,  Avroasiya  məkanı.  Rusiya,  Azərbaycan, 
Türkiyə,  Qazaxıstan.-  Rusiya  və  Türkiyə  coğrafi  baxımdan 
Avropaya  daha  yaxındırlar  və  onların  hər  birini  Qərblə  ortaq 
tarix də birləşdirir. Azərbaycan və Qazaxıstan isə qonşu ölkələr 
statusuna malikdirlər.  
Mədəniyyətin  tarixi  inteqrasiyası.  Tarixən  Rusiya 
Avropanın  təsirlərinə  daha  çox  məruz  qalıb.  (Sonradan  I  rus 
imperatoru  olan,  çar  Pyotrun  zamanından  başlayaraq  siyasi, 
iqtisadi  və  mədəni  təsirləri  misal  çəkmək  olar.  Orta  əsrlərdə 
Avropa  mədəniyyəti  kütləvi  şəkildə  Rusiyaya  ixrac  olunub). 
Türkiyə  isə  Osmanlı  imperiyası  dövründə Avropa ilə sıx  bağlı 
olmasına  baxmayaraq,  Avropa  mədəniyyətini  əsasən  XIX 
ə
srdən  etibarən  qəbul  etməyə  başlayıb. Türkçülük ideyalarının 


 
139
yayılması,  millət  anlayışı,  milli  təfəkkür,  sivil  cəmiyyət 
anlayışları  XIX  əsr  Türk  ədəbiyyatında,  ideologiyasında  öz 
yerini  tapa  bildi.  XIX  əsrin  əvvəllərində  Sultan  II  Mahmud 
tərəfindən  dünyəvi  ibtidai  məktəblər  açmaq  haqqında  qərar 
qəbul  edildi.  1834-cü  ildə  hazırlıq  kursları  olan  hərbi  məktəb 
açıldı.  Xaricdən  müəllimlər  dəvət  edilir,  Avropa  dilində  olan 
dərsliklər türk dilinə tərcümə edilirdi. XIX əsrin 40-cı illərində 
osmanlı  hökuməti  ibtidai,  orta  və  ali  məktəblərin  açılmasını 
nəzərdə  tutan  məktəb  islahatı  keçirtdi.  İlk  türk  Elmlər 
Akademiyası  –Elmlər  Komitəsi  1851-ci  ildə  İstanbulda  açıldı. 
Türk  dilində  ilk  qəzet  1832-ci  ildə  nəşr  olundu.  Avropa 
ölkələrinin mətbuatı, elmi və bədii ədəbiyyatı ilə tanış olan türk 
ziyalısı  özünün  bədii  ədəbiyyatını  yaradırdı.  Türk  yazıçıları, 
ədəbiyyatçıları,  tarixçiləri,  musiqişünasları  içərisində  İbrahim 
Şinasi  (1826-1871),  Ziya  Paşa  (1825-1880),  Cövdət  Paşa 
(“Tarix”  əsərini  yazıb,  1884-cü  ildə  nəşr  olunub),  tarixçi 
Mustafa Nuru Paşa (1824-1890), Osman İbrahim, Əli Rza bəy 
(türk bəstəkarlıq məktəbinin əsasını qoyublar), nasir Xalid Ziya 
(1886-1945),  “Gənc  osmanlılar”  ictimai-siyasi  təşkilatının 
görkəmli  nümayəndəsi,  şair,  dramaturq  publisist  və  siyasi 
xadim  Namiq  Kamal  (1840-1888),  Tofiq  Fikrət  (1867-1915), 
Hüseyn  Rəhmi  Gürpinar  (1864-1944)  və  başqaları  müasir 
Türkiyənin 
maariflənməsinin 
əsasını 
qoydular. 
Ölkədə 
incəsənət  sahələri  də  inkişaf  etməyə  başladı.  Osmanlı 
imperatorluğunda ilk milli dram teatrı 1859-cu ildə, bədii teatr 
isə  1822-ci  ildə  yaradıldı.  1928-ci  ildə  ərəb  əlifbasından  latın 
əlifbasına  keçildi.  Avropa  siyasi  sistemini  isə  başlıca  olaraq 
Mustafa  Kamal  Paşa  Atatürkün  islahatları  ilə  qəbul  etməyə 
başlayıb,  Türkiyədə  respublika  quruluşu  (1923-cü  ilin  29 
oktyabrında  elan  olunub,  1924-cü  ildə  xəlifəlik  ləğv  olunub, 
1924-cü  ildə  konstitusiya  qəbul  olunub.  Parlament  yaradılıb), 
hüquqi dövlət prinsipi cəmiyyətin sivilləşməsinə şərait yaradıb, 
Türkiyənin  müasir  siyasi  sistemi  sivil  ideologiya  ilə 
formalaşmağa başlayıb. Bu baxımdan, XX əsrin 20-ci illərində 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə