Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
127
tonqalın  üstündən  hoppanan  zaman  ağırlığın-uğurluğun 
getməsi, mənfiliklərin tonqalda yanması və s. fikirlər, rituallar) 
isə yaşamaqdadır ki, bu da milli adət-ənənələrin tərkib elementi 
kimi qalıb. Lakin buna baxmayaraq, nadir hallarda rast gəlinən 
mifik  təfəkkür  elementləri  heç  də  ümumu  olaraq  rasionallığa 
kütləvi  şəkildə  təsir  edə  bilmir  və  köklü  dəyişikliklər  yarada 
bilmir.  Artıq  qədim  Misirdəki  kimi  heyvanları  kütləvi  olaraq 
qırıb Allahlara hədiyyə  olaraq  göndərmək kimi silsilə xarakter 
daşıyan 
mifik 
təfəkkürlərin 
icraya 
yönəldilməsi 
sivil 
cəmiyyətlər üçün tamamilə yadlaşıb, arxivləşib.  
Gündəlik  olaraq  elmi  biliklərin  öyrənilməsi  əsasən 
insanların  xarakterini  də  formalaşdırır.  Xarakter  həm  genetik 
amillərdən,  həm  də  ətrafdan  qazanılmış  elementlərdən 
formalaşır.  Sistemli  təfəkkür  başlıca olaraq insanlarda sistemli 
xarakterin  formalaşmasının  baza  əsaslarını  təşkil  edir.  Elm 
insan  xarakterini  və  münasibətlərdə,  obyektlərə  təsirlərdə 
insanın  təkmil  münasibətlərini  və  səmərəli  davranışını 
müəyyən edir. Burada elmi biliklərin etikaya təsirləri məsələsi 
öz əksini tapır.  
Sistemli cəmiyyət elmi biliklərə, yüksək etikaya malik olan 
şə
xslərin,  subyektlərin  çoxluq  təşkil  etməsindən,  maariflənmiş 
şə
xslərin  say  çoxluğundan  formalaşır.  Vasitələr  (obyektlər) 
olaraq  məktəbləri,  mədəniyyət  müəssisələrini  (teatr,  kino, 
incəsənət 
ə
sərlərinin 
sərgiləri 
və 
s.), 
elmi-tədqiqat 
müəssisələrini,  məlumatverici  (istifadə  olunan)  vasitələri-
teleradio  məkan,  kitablar,  jurnallar  və  mətbuat  vasitələrini  və 
internet resurslarını hesab etmək olar. 
Rasionallıqla 
yanaşı, 
cəmiyyətin 
sistemləşməsində 
genlərdən  gələn  və  cəmiyyətdə  qazanılan  əxlaq  (etika)  və 
ideallıq,  gözəllik,  zəriflik,  incəlik  (estetika)  amillərinin  də 
rolunu  müəyyən  etmək  lazımdır.  Əxlaq  mənəvi  nemət  olaraq 
ailədən  və  məktəbəqədər  müəssisələrdən,  ilkin  məktəb 
yaşlarından etibarən mərhələnməyə məruz qalır. Təbii ki, əxlaq 
və  tərbiyə  məsələləri  həm  elmlə  bağlıdır,  həm  də  bir  qədər 


 
128
ayrıca  istiqamət  də  təşkil  edə  bilir.  Məsələn,  hər  bir  alim 
(yüksək elmi olan şəxs) həm gözəl əxlaqa malik ola bilər, həm 
də yüksək əxlaqdan kənarda qala bilər. Bu məsələdə də genetik 
faktorlar  və  insanlara  təsir  edən  məişət  və  ictimai  məsələlər 
mühüm  rol  oynayır  və  kompleks  olaraq  formalaşdırıcı 
elementlər  kimi  çıxış  edir.  Yüksək  əxlaqla  elmin  qarşılıqlı 
ə
laqəsinə  aid  olaraq  onu  qeyd  etmək  olar  ki,  sistemli  təfəkkür 
burada  yüksək  idrak)  məhz  yüksək  əxlaqın  formalaşmasına 
təsir  edə  bilir.  Əxlaq  yüksək  dərketməyə  əsaslanan  bir 
anlayışdırsa,  mənəvi  nemətdirsə,  elm  məhz  yüksək  təfəkkürü 
formalaşdıran  amildir.  Elmi  təfəkkür  əxlaqa  müsbət  təsir  edir. 
Digər  tərəfdən  də,  fəlsəfədə  də  belə  bir  yanaşma  var  ki,  elm 
elmdir (burada texniki elmlər), əxlaq isə əxlaqdır. Bəzən elmin 
inkişafı və tələbləri etik normaları və təbiətə olan münasibətləri 
poza  bilir.  Məsələn,  elmi  nailiyyətlərin  tətbiqi  sayəsində 
ekologiyanın  korlanmasını  elmin  təbiətə  vurduğu  ziyan  kimi 
qəbul  etmək  lazımdır.  Elmin  tətbiqi  sayəsində  (məsələn,  tibb 
elmləri) müəyyən əxlaq normaları pozulur. Əxlaq normalarının 
özü də müəyyən anlarda mütləq, nisbi və şərti xassələrə malik 
ola  bilər.  Əxlaq  məkan,  şərait,  zaman  və  bu  kateqoriyalara 
uyğun olaraq tələblərə bağlı olan mənəvi nemətdir.  
Estetika  isə  müəyyən  ideallığı,  gözəlliyi  tələb  edir.  Təbii 
estetika  duyğular  vasitəsilə  qavranılır  və  inikas  olaraq 
baxışlarda,  zövqlərdə  öz  əksini  tapır.  İdeallıq  və  gözəllik  təbii 
faktorlarla  yanaşı,  insanlar  tərəfindən  də  yaranır.  İnsan 
yaradıcılığında  estetik  zövqlər  mühüm  rol  oynayır.  Rasional 
təfəkkürün estetik zövqlərə də təsirləri vardır. Yüksək idrak və 
təfəkkür  estetikanın  yaranmasını  şərtləndirə  bilir.  Yüksək 
təfəkkürə  malik  olan şəxs daima ideallıq, nümunəvilik axtarır. 
Bu  daha  çox  fəlsəfi  baxışlarda,  filosofların  düşüncələrində 
özünü  biruzə  verir.  Estetika  bədii  yaradıcılıqda  da  başlıca 
obyektə  çevrilir.  Yüksək  təfəkkür,  xüsusilə  yaradıcılıq 
təfəkkürü  ideallığı  tərənnüm  edir,  təbliğ  edir,  bu  baxımdan, 
nümunələri,  seçmələri  üzə  çıxarır  və  önə  gətirir.  Estetika  bir 


 
129
çox 
vasitələrdə, 
nümunələrdə 
yaranır. 
Məsələn, 
bir 
heykəltəraşın əsəri onun estetik baxışlarının aynası hesab edilə 
bilər.  Bəzən  estetika  elmlərdən,  elmi  təfəkkürdən  də  kənarda 
mövcud  olur.  Həm  etika,  həm  də  estetika  yaradıcılıqda, 
zövqalmada,  həm  də  təbii  (burada  anadangəlmə)  və  sonralar 
təcrübələr  sayəsində  əldə  olunan  qabiliyyətlərə  əsaslana  bilir. 
Elmin  özü  (dəqiq  elmlər-ing.  sciense)  estetik  nümunələrin 
korlanmasına  da  səbəb  olur.  Lakin  buna  baxmayaraq,  məhz 
yüksək  idrak  və  qabiliyyətin,  istedadın  birgə  vəhdəti 
estetikanın  meydana  gəlməsini  şərtləndirir.  Zövqlə  binaların 
inşa  edilməsi,  küçələrin  salınması,  interyer  və  eksteryer 
məsələləri,  hətta  moda  aləminin  estetikası  başlıca  olaraq 
rasional təfəkkürün, nisbətən yüksək təfəkkürün məhsulu hesab 
edilə  bilər.  Sistemli  cəmiyyət  normalardan,  etika  və 
estetikadan,  elm,  istedad  və  qabiliyyətin  birgə  vəhdətindən 
meydana gələ bilir.  
  
Sistemli cəmiyyətin mövcudluq xüsusiyyətləri: 
 
-hüquq  normalarının  mövcud  olduğu  və  yüksək  səviyyədə 
ə
məl olunduğu cəmiyyət; 
-münasibətlərdə  müəyyən  hədlərin,  çərçivələrin  olması, 
burada etik normalar da rol oynayır; 
-hər  kəsin  hüquq  sərhədlərinin  olması  (hüquqların 
sərhədlənməsi)  və  sərhədlərin  müəyyən  perimetrləri  və 
perimetrlər daxilində müvafiq hüquq məkanları; 
-cəmiyyətin  inkişafına  sistemli  yanaşma,  qaydalara  əməl 
olunan cəmiyyətlər
-obyektlərə sistemli olaraq  yanaşma (norma və qaydalarla, 
ölçü və dəyərlərlə, çərçivələrlə yanaşma); 
-obyektlərə  bərabər  təsirlərin  (güclər  və  imkanlar 
daxilində) mövcud olduğu cəmiyyət
-etika və estetikaya əsaslanan və rasional təfəkkürün tətbiq 
olunduğu cəmiyyət və s. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə