Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
124
baxımından  fərqlənən  bir  anlayışdır  və  strukturdur  ki,  burada 
fərqli  düşüncələr  hökm  sürür.  Mütləq  şəkildə  iyerarxik 
prinsiplər  öndə  olur  və  cəmiyyət  tənzimlənmək  üçün  tərəflərə 
bölünür. Lakin onu da nəzərə almaq lazımdır ki, rasional əsaslı 
cəmiyyətlər o cəmiyyətlər hesab edilə bilər ki, burada düşüncə 
fərqləri  başlıca  olaraq  maariflənmiş  təbəqənin,  əhalinin 
üzvlərinə məxsus olsun. Maariflənməmiş təbəqə isə azlıq təşkil 
etsin  və  bu  azlıq  da  maariflənmiş  təbəqənin  müəyyən  etdiyi 
axarda  üzə  bilsin,  həmin  üzvlər  axara  qoşulsun.  Rasionalizm, 
pozitivizm  (burada,  həm  də  empirizm)  hal-hazırda  daha  çox 
istehsal  müəssisələrində,  elmi-tədqiqat  və  elmi  tədris 
müəssisələrində üstünlük təşkil edir. Cəmiyyətdə isə baxışların 
rəngarəngliyi,  elmi  təfəkkürə  malik  olan  insanlarla  irrasional 
təfəkkürə  malik  olan  insanlar  arasında  disproporsiyalar 
cəmiyyətin 
tamamilə 
ixtisaslaşmasına, 
rasionallaşmasına 
(birtərərəfli 
qayadada 
təkmilləşməsinə) 
və 
ya 
da 
irrasionallaşmasına  imkan  vermir.  Rasional  və  irrasional 
subyektlər,  tərəflər  arasında  tarazlıq  pozulduqda,  rasional 
təfəkkür  subyektlərinin  sayı  üstələdikdə  cəmiyyət  müsbət 
dinamikaya  malik  olur.  Lakin  əksinə  istiqamətdə  isə  proseslər 
baş  verdikdə,  əqli  təfəkkürü  çox  yerlərdə,  obyektlərdə, 
sahələrdə irrasional təfəkkür əvəz etdikdə, dəyişikliklər əksinə, 
mənfi  istiqamətdə  baş  verir  və  cəmiyyətin  münasibətlər 
mexanizmində  konstruktivlik  əvəzinə,  qeyri-konstruktivlik, 
nizam əvəzinə xaos yaranır. Belə olan halda sistemli və məntiqi 
idrak,  dərketmə  öz  yerini  dayaz,  səthi  yanaşmaya,  formal 
qəbula,  varlığın  formal  anlayışına,  qeyri-pozitivizmə  verir. 
Mahiyyətin dərindən dərk edilməsi mümkün olmur.  
Məlumdur  ki,  hal-hazırda  irrasional  təfəkkürü  rasional 
təfəkkür  əvəz  etməkdədir,  bu  proses  neçə  yüzilliklərdir  ki, 
başlayıb.  Hesab  edilir  ki,  qədim  yunan  fəlsəfə  məktəbi  bu 
istiqamətdə  böyük  fundament  yaradıb  və  fundamentin  üst 
qatları  tədricən  həyata  keçirilən  təkmilləşmə  proseslərinə  xas 
olur.  Rasional  qavrayış  vasitələrinin  sayı  artır,  kompleks 


 
125
xarakter kəsb edir və regionlar üzrə dalğalanır.Yeni-yeni fəlsəfi 
fikir cərəyanları yaranır və bir-birini əvəzləyir. Təbiət fəlsəfəsi 
(natur  fəlsəfə)  (idealist  və  materialist  istiqamətlər-materiya  və 
şüurun  hansı  qarşılıqlı  münasibətdə  olmaları  sualına  verilən 
cavabdan  asılı  olaraq  fəlsəfədə  iki  istiqamət  yaranmışdır: 
materializm  və  idealizm.  Materialistlər  hesab  edirlər  ki,  ilk 
başlanğıc-maddi  varlıq  bütün  mövcudatın  əsasıdır  insan 
şüurundan  asılı  olmayaraq,  yəni  obyektiv  olaraq  yaşayır. 
İdealistlər isə əks mövqedə dururlar və hesab edirlər ki, mənəvi 
amillər  (ideya,  ruh  və  s.)  bütün mövcudatın varlığını müəyyən 
edir.  Həm  materialistlər,  həm  də  idealistlər  monizm-
yun.”monos”  bir,  tək  fikrinə  əsaslanırlar.  Monizm  bütün 
varlığın  bir  başlanğıcı  olduğunu  təsdiq  edən  fəlsəfi  təlimdir. 
Materialistlərdə bu başlanğıc –materiya, idealistlərdə isə şüur, 
ruh  hesab  edilir)
1
 düşüncələri  və  fəlsəfədən  ayrılan  (baza 
olaraq  natur  fəlsəfədən  elmi  istiqamətlər  formalaşmağa 
başlayıb),  nəzəri  və  təcrübi  olan  elmi  biliklər,  obyektə  tam  və 
onun  tərkib  hissələrinin  aspektindən  yanaşmaq  (məntiqi 
analizlər  yolu  ilə  əlaqələndirilmə,  xassələndirlimə),  təhlil 
istiqamətləri  və  əldə  olunan  nailiyyətlər,  vasitələr  demək  olar 
ki,  rasional  təfəkkürün  irrasional  təfəkkürü  zaman-zaman 
üstələdiyini sübut etməkdədir.  
Onu da qeyd etmək yerinə düşər ki, hər bir şəxs cəmiyyətin 
üzvüdür  və  özünü  müvafiq  məkandan  kənarda  hiss  edə  və 
təsəvvür  edə  bilməz.  Cəmiyyətdə  baş  verən  proseslərdə  bu  və 
ya  digər  səviyyədə  iştirak  edir  və  cəmiyyətdən  bu  və  ya  digər 
səviyyədə  pay  alır,  faydalanır.  Şəxslər  cəmiyyətlə  mübadilə 
şə
raitində  daima  təmasda  olurlar.  Rasional  təfəkkürün 
formalaşması  da  öz-özlüyündə  məktəbin  mövcudluğu  amilini 
zəruri  edir.  Hal-hazırda  fundamental  elmlərin  inkişafı,  fəlsəfi 
elmlərin  (təbiət  və  ictimaiyyət  elmlərinin)  nailiyyətləri 
cəmiyyətlərdə 
(sivil 
cəmiyyətlərdə) 
rasional 
təfəkkür 
                                                 
1
 Yusif  Rüstəmov.  Fəlsəfənin  əsasları.  (mühazirə  kursu).  Bakı,  “Nurlar” 
Nəşriyyat-Poliqrafiya mərkəzi, 2007, 504 səh., səh.26. 


 
126
daşıyıcılarının 
sayını 
artırmaqdadır. 
Rasional 
təfəkkür 
daşıyıcılarının  sayının  müəyyənliyi isə  məktəbləşmə,  metodiki 
tədrisləşmə  prosesindən  asılı  olur.  Elmi  fənlərin  tədrisinin 
sistemli  xüsusiyyətləri  cəmiyyətin  üzvlərinin  təfəkkürünün 
formalaşmasında  öz  əvəzsiz  rolunu  oynayır.  İdraka  təsir  edən 
elmi  informasiyalar  inikas  təsiri  yaradaraq  idrakın  məntiqi 
fəaliyyətini  gücləndirir,  idrakın  obyekti  tam  və  tərkib 
hissələrdə  qəbulunu  şərtləndirir.  Beyin  elmi  informasiyalar 
qəbul  etməklə  (duyğu  orqanlarının  köməyi  ilə  informasiyaları 
qəbul  edir)  təkmilləşir.  Təkmilləşmiş  beyin  (informasiyaları 
emal  edən  vasitə)  isə  öz  fəaliyyətində  (istiqamətvermədə 
mərkəzi  aparat  olaraq)  məntiqi  prinsipləri  əsas  götürür.  Beyin 
cisimləri  və  onların  birləşmələrindən  yaranan  maddələri  və 
onların  xassələrini  əlaqəli  şəkildə  dərk  edir.  Elmi  idrak 
təfəkkürdə  xırdalama  və  xırdalardan  birləşdirmə  funksiyasını 
yerinə  yetirir.  Sistemləşmiş  fəaliyyəti  əks  etdirən  beyin 
insanların 
öz 
cəmiyyətlərinə 
olan 
məntiqi 
təsirlərini 
formalaşdırır.  Hər  bir  insan  (fərd,  şəxs)  öz  formalaşmış 
baxışları ilə cəmiyyətdəki proseslərə təsir göstərir. Məktəblərdə 
mənimsənilən  elmi  biliklərin  müvafiq  istiqamətlər üzrə (fənlər 
üzrə)  ard-arda  öyrənilməsi  təfəkkürün  sistemləşməsinə  səbəb 
olur.  Belə  halda  sistemləşmiş  təfəkkür  hər  bir  şeyi  öz  yerində 
dərk  etməyə  imkan  yaradır.  Təbii  ki,  insanların  həyat 
fəaliyyətləri  gündəlik  məişət  səviyyəsindən  ictimai  səviyyəyə 
qədər dəyişərək rəngarənglik təşkil edir. Elmi təfəkkür və geniş 
dünyagörüşü  daha  çox  ictimai  məsələlərdə  faydasını  göstərir. 
Lakin  bununla  yanaşı,  gündəlik  həyat  qaydalarında  da  özünü 
büruzə verir və tətbiqi məsələlərdə xüsusi əhəmiyyət kəsb edir. 
Elmi  təfəkkür  cəmiyyətin  mahiyyətini  olduğu  şəkildə  və  təbii 
ə
saslarla qəbul edir.  
Qeyd  etmək  olar  ki,  elmi  biliklərin  olması  başlıca  olaraq 
irrasional  təfəkkürün  miqyasını  və  kəmiyyətini  azaldıb.  Bəzi 
məsələlərdə, 
məsələn, 
“Novruz 
bayramı”nda 
irrasional 
təfəkkürün,  mifik  təfəkkürün  bəzi  elementləri  (məsələn, 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə