10
nformasiya cəmiyyəti anlayışı ilə yanaşı, eyni zamanda, “texnotron
cəmiyyət”, “biliklər cəmiyyəti”, “postindustrial cəmiyyət”, “açıq cəmiyyət” kimi
anlayışlardan da istifadə olunmuş və olunmaqdadır.
qtisadi sistemlərin bölgüsünü texnika və texnologiyaların inkişaf
səviyyəsindən asılı olaraq ABŞ iqtisadcıları Con Qelbreyt (1908-2006), Saymon
Kuznets (1901-1985), fransız iqtisadçısı və sosioloqu Raymon Aron (1905-1983)
və tanınmış iqtisadçılar da həyata keçirmişlər. ABŞ sosioloqları Daniyel Bel
(1919-2011) və Uolt Rostou (1916-2003) iqtisadi sistemlərin təsnifatına xüsusi
nəzəri dəyərlər gətirərək, onları industriala qədər, industrial və postindustrial
cəmiyyətlər kimi ayırmışlar. Hal-hazırda iqtisadi sistemlərin cəmiyyət aspekti
təsnifatında bu yanaşma daha geniş yayılmışdır.
lkin iqtisadi sistem olaraq industriala qədər cəmiyyət mərhələsini, həmçinin
ə
nənəvi və ya aqrar adlandırmaq da olar. Bu sistemdə təsərrüfat fəaliyyətinin
hasilat növləri - əkincilik, balıqcılıq, faydalı qazıntıların çıxarılması üstünlük təşkil
edir və burada əsas istehsalçı insan deyil, təbiətin özü götürülür. Ona görə də
ə
nənəvi və ya aqrar cəmiyyətdə əhalinin əksər hissəsinin (təxminən 90%-i)
məşğulluğu kənd təsərrüfatı sferası ilə bağlıdır və bundan irəli gələrək də onun
başlıca vəzifəsi sadəcə əhalini qidalandırmaq üçün yeyinti məhsullarının istehsalı
olmuşdur. Qeyd edilməlidir ki, industriala qədər cəmiyyət üç mərhələli təsnifatı
verilən iqtisadi sistemlərin ən davamlısıdır və onun tarixinin minlərlə il yaşı vardır.
Bununla belə, yaşadığımız dövrdə Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya
ölkələrinin əksəriyyəti hələ də bu inkişaf mərhələsində qalmaqdadır.
Təsnifatı verilən iqtisadi sistemlərin ikinci mərhələsini təşkil edən “ ndustrial
cəmiyyət” termini ilk dəfə fransız filosofu Sen-Simonun (1760-1815) əsərlərində
səslənmişdir. ndustrial cəmiyyətdə zəruri malları istehsal etmək üçün bütün
qüvvələr sənaye istehsalına yönəldilmişdir. Bu cəmiyyətin formalaşması iri maşın
istehsalı, urbanizasiya (əhalinin kəndlərdən şəhərlərə axını), bazar iqtisadiyyatının
bərqərar olması, sahibkarların (burjuaziya) və muzdlu işçi (proletar) sosial
qruplarının meydana gəlməsi ilə sıx əlaqədar olmuşdır.
11
Mövcud nəzəriyyəyə əsasən XX əsrin sonunda industrial cəmiyyəti
postindustrial cəmiyyət əvəzləyir. Postindustrial cəmiyyət konsepsiyasının banisi
D.Bell hesab edilir. Onun 1973-cü ildə nəşr edilmiş “Gələcək postindustrial
cəmiyyət” kitabında postindustrial cəmiyyət konsepsiyasının geniş şərhi verilmiş,
ictimai istehsalın sektorları arasında munasibətlərin dəyişməsində əsas meyillər,
xidmətlər iqtisadiyyatının yaranması, məhsuldar qüvvələrin sərbəst elementi kimi
elmi biliyin formalaşması ətraflı təhlil olunmuşdur. Lakin “postindustrial
cəmiyyət” termininin özu iyirminci yüzilliyin ortalarında Amerika kapitalizminin
1929-1933-cü illərdə Böyuk Böhrana qədər mövcud olmuş industrial
kapitalizmdən çox fərqləndiyi aydınlaşdıqda meydana gəlmişdir.
Postindustrial cəmiyyətinin dəyərli keyfiyyətləri işçinin təhsilinin səviyyəsi,
peşəkarlığı, tədrisi mənimsəmə qabiliyyəti və kreativliyi ilə ölçulur. Müasir
zamanda xidmət sahəsinin payı ÜDM-nin yarıdan çoxunu təşkil edən postindustrial
ölkələr hesab olunurlar. Bu meyar altına ABŞ (80%), Avropa ttifaqı ölkələri
(70%-dən cox), Yaponiya (75%) və Kanada (70%) düşür.
Postindustrial cəmiyyətdə milli informasiya resursları sərvətin çox böyük
potensialı hesab olunur. Burada postindustrial iqtisadiyyat sənaye məşğulluq
göstəricilərinə və milli məhsulda payına görə xidmət sferasından geridə qalır.
Xidmət sferasında isə informasiya emalı üstünlük təşkil edir.
ABŞ futroloqu, iqtisadçısı və sosioloqu Elvin Toffler (1928) XX əsrin 80-ci
illərində nəşr etdirdiyi “Üçuncu dalğa” kitabında insan cəmiyyətinin inkişaf
tarixini üç dalğanın ardıcıl meydana gəlməsi və qarşılıqlı əlaqəsi kontekstində
nəzərdən keçirir:
Birinci dalğa (kənd təsərrufatı sivilizasiyası) - 10 min il əvvəl meydana
gəlmiş və hazırda öz enerjisini itirən;
kinci dalğa (industrial sivilizasiya) - 300 illik aktiv dövrunu başa vuran;
Üçüncü dalğa (informasiya cəmiyyəti) - XX əsrin 50-ci illərində meydana
gəlmiş və hələ indi güclənməyə başlayan.
E.Toffler yeni sivilizasiyanın – üçüncü dalğanın təşəkkülünü və yaranmasını
iqtisadiyyatın informasiya sektorunun kənd təsərrufatı, sənaye və xidmətlər sahəsi
12
kimi ənənəvi sektorlarından üstünlüyü ilə əlaqələndirir. Yeni cəmiyyətdə
informasiya daha yüksək dəyərə malikdir və işləyən insanların yarıdan çoxu
informasiya xidməti gostərməklə məşğuldur. Onun başlıca xüsusiyyətləri industrial
cəmiyyət üçün ənənəvi olan eynitipli malların kütləvi mədəniyyəti, kütləvi
istehsalı, cəmiyyətin və mədəniyyətin iyerarxik təşkilindən imtina, informasiya
mübadiləsinin artırılması, istehsalla istehlakın yaxınlaşmasıdır. Beləliklə, E.Toffler
belə nəticəyə gəlir ki, informasiya cəmiyyəti, inkişafında bilik amili və bilik sahəsi
həlledici rol oynayan cəmiyyətdir.
nformasiya cəmiyyəti haqqında Y.Masuda oz konsepsiyasında onun fərqli
ə
lamətləri kimi aşağıdakıları ayırır:
- yeni cəmiyyətin əsası - insana zehni işində kömək etməyə qabil olan
kompüter texnologiyaları;
- koqnitiv informasiyanın, texnologiyaların və biliklərin kütləvi istehsalı;
- iqtisadiyyatın qabaqcıl sahəsi - intellektual istehsal;
- yeni cəmiyyətin başlıca məqsədi - vaxtın dəyərliliyinin realizasiyası.
qtisadi sistemlərin formaları və transformasiyası sahəsində fransız filosofu və
sosioloqu Alen Turenin (1925) konsepsiyası da fərqli xüsusiyyətlərə malikdir.
A.Turen insan fəaliyyətinin bir cəmiyyət tipindən digərinə keçidini “sosietal
tip” kateqoriyası ilə bağlayır və burada dəyişkənliklər motivasiyası ticarətdən –
istehsala, istehsaldan – kommunikasiyalara, bir mədəniyyət tipindən digərinə və s.
sosioloji transformasiyalar çevrəsində izlənilir.
Tanınmış ABŞ sosioloqu, siyasətçisi və görkəmli dövlət xadimi Zbiqnev
Bjezinski (1928) ozunun 1970-ci ildə nəşr etdirdiyi “ ki əsr arasında. Texnotron
eraya girişdə Amerikanın rolu” adlı kitabında bəşəriyyətin sosial inqilablarla deyil,
Elmi-Texniki Tərəqqi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması konstatasiya
olunur. Z.Bjezinskinin texnotron nəzəriyyəsinə görə, bu keyfiyyət şıcrayışı
təkamüllə alt hədd aqrardan sənaye vasitəsi ilə “texnotron era”ya daxil olur.
Həlledici rol burada avtomatlara, kompüter və kibernetik sistemlərə buraxılır.
Başlıca funksiyanı isə elm ifa edir.
Dostları ilə paylaş: |