Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Müalicə  məqsədləri  üçün  şüalanma  dozaları  gələcəkdə  insanların 

xərçənglə  xəstələnməsinə  səbəb  ola  bilər  və  yaxud  sonsuzluq  halları  müşahidə 

oluna bilər. Adətən şüalanma xərçəng xəstəliyi olan şəsxlərə tətbiq edilir.Bunlar 

adətən ümidsiz xəstələr olduğundan onların həyatının az da olsa uzadılması üçün 

bir cəhd kimi qiymətləndirilməlidir. 

Ş

üalanmanın kiçik dozasına məruz qalmış adamların gözlədiyi ən böyük 



təhlükə xərçəng xəstəliyidir. 1945-ci ildə Xirosima və Naqasakinin bombardman 

olunmasından sonra 100000-lərlə adamlar üzərində aparılan müayinə nəticələri 

ə

yani surətdə sübut etdi ki, qeyd olunan xəstəlikdən ölüm halları böyük üstünlük 



təşkil edir. 

BMT-nin  apardığı  araşdırmalar  nəticəsindən  müəyyən  olunub  ki, 

ş

üalanmaya  məruz  qalıb  bütün  bədəni  0,01  Qr  dozasında  şüalanan  insanlarda 



leykozun iki il gizli dövründən sonra açıq dövrü başlayır və şüalanmadan 6-7 il 

sonra maksimal qiymət alır. Sonradan leykoz tədricən azalır və təqribən 25 ildən 

sonra  tamamilə  dayanır.  Orqanizmdə  şişlərin  əmələ  gəlməsi  isə  təqribən 

ş

üalanmadan    10  il  sonra  başlayır  və  sonrakı  20  il  müddətində  getdikcə  artır. 



Çox təəssüf ki, bundan sonrakı illərdə müşahidələrin nəticələri dərc olunmayıb [ 

18,19]. 


Bütün  qeyd  olunanlara  baxmayaraq  insanların  şüalanma  nəticəsində 

xərçəng  xəstəliyinə  tutulması  heç  də  böyük  ehtimallı  məsələ  deyil.  Xərçənglə 

xəstələnmə riskinin etibarlı olması üçün, insanların müayinəsi nəticəsində alınan 

təcrübinəticələrin  bir  neçə  şərti  ödəməsi  vacibdir.  Udulmuş  dozanın  qiyməti 

məlum  olmalı,  şüalanma  bütün  bədənə  eyni  dərəcədə  təsir  göstərməli  və 

bilavasitə  müayinə  olunan  orqan  eyni  dozada  şüalanmaya  məruz  qalmalıdır. 

Ş

üalanmaya məruz qalmış əhali on illər ərzində müntəzəm müayinə olunmalıdır 



ki,  bütün  növ  xərçəng  şişləri  özünü  göstərsin.  Diaqnostika  olduqca  keyfiyyətli 

olmalıdır ki, bütün hallarda xərçəngin bütün növləri aşkar oluna bilsin. 




Hal-hazırda  bir  məsələ  tamamilə  aydındır  ki,  şüalanmanın  elə  minimal 

astanası  yoxdur  ki,  həmin  astanadan  aşağı  qiymətlərdə  xərçənglə  xəstələnmə 

riski  olmasın.  stənilən  aşağı  səviyyəli  şüalanma  insanda  xərçəng  xəstəliyi 

yarada bilər, sonrakı şüalanma isə bu prosesi sürətləndirə bilər. 

kinci aydın olan məsələ odur ki, bu xəstəliyə düçar olma riski şüalanma 

dozasının artması ilə düz mütənasibdir.Doza iki dəfə artarsa xəstələnmə riski iki 

və ondan çox dəfə arta bilər. 

Ə

ldə  olunmuş  məlumatlara  əsasən  müəyyən  olunub  ki,  xərçəng 



xəstəlikləri  işərisində  birinci  yeri  leykoz  tutur.  Bu  xəstələr  adətən  10  il 

müddətində  ölürlər.  Digər  növlərdə  isə  bu  müddət  çox  olur.  BMT-nin 

məlumatlarına görə 1 Qr şüalanma alan 1000 nəfərdən ikisi leykozdan ölür. 

Ş

üalanma  nəticəsində  xərçəngə  ən  çox  tutulan  orqanlar-  qadınların  süd 



vəzisi  və  qalxanabənzər  vəzidir.  BMT-nin  məlumatlarına  görə  şüalanmaya 

məruz  qalan  1000  qadından  10-da  süd  vəzilərinin  xərçəngi,  eyni  zamanda  da 

qalxanabənzər vəzidə xərçəng qedyə alınmışdır [ 5]. 

Ö

lüm hallarının intensivliyinə görə ağ ciyər xərçəngi də xüsusi yer tutur. 



Bu  xəstəlik  ən  çox uran  filiz  mədənlərində  fəhlələr  arasında geniş  yayılmışdır. 

Müəyyən  olunmuşdur  ki,  bu  mədənlərdə  işləyənlərin  aldığı  şüalanma  dozası 

atom bombardmanına məruz qalmış adamlardan 4-7 dəfə yüksək olmuşdur. Bu 

mədənlərdə işləyənlərdən hər 1000 nəfərdən azı 5-i ciyər xərçəngindən ölür. 

Ş

üalanmaya  məruz  qalmış  adamların  digər  orqanlarının  xərçənglə 



xəstələnməsi  nisbətən  az  müşahidə  olunur.  Mədə,böyrək  və  yoğun  bağırsaqda 

qeyd olunan xəstəliklərdən ölmə halları 1000 nəfərdən 1-i təşkil edir [ 20]. 

Yaponiyada  və  digər  ölkələrdə  aparılan  tədqiqat  nəticələrində  ölüm 

hallarının sayının müxtəlif olması ilk növbədə informasiyanın qeyri-dəqiqliyi ilə 

izah olunur. 



3.2.  onlaşdırıcı şüalardan və radioaktiv tullantılardan mühafizə yolları 

Antropogen  təsirli  ionlaşdırma  mənbələrinin    buraxıla  bilən  təsiredici 

səviyyəsi  hər  bir  ölkənin  radiasiya  təhlükəsizliyi  nöqteyi-nəzərindən  baxılır  və 

normalaşdırılır.Bu  normalara  əsasən  bilavasitə  ionlaşdırıcı  şüalanma 

mənbələrində işləyən şəxslər iki qrupa bölünürlər. 

B qrupu. Bu qrupa məhdud sayda şəxslər aid edilir ki, onların yaşayış və 

yaxud iş yerləri radioaktiv şüalanma mənbələrinin təsirinə məruz qala bilərlər. 

C  qrupu.  Bu  qrupa  ionlaşdırıcı  şüalanma  təsirinə  böyük  əhali  kütləsi 

(respublika,region,rayon) məruz qalmış olur. 

B  qrupuna  daxil  olan  şəxslər  üçün  şüalanma  dozasının  il  ərzində  həddi 

aşağıdakı  kimi  qiymətləndirilib.Yuxarıda  göstərilənlərə  əlavə  olaraq 

qiymətləndirmədə  insanın  ionlaşdırıcı  şüalanmaya  həssas  olan  üzvləri 

(orqanları) şərti olaraq üç qrupa ayrılır [ 1, 2] : 

I qrup- bütün bədən ümumilikdə və onurğa beyni; 

II  qrup  -  əzələlər,  qalxanabənzər  vəzi,  piy  hüceyrələri,  qara  ciyər, 

böyrəklər, dalaq, mədə-bağırsaq traktı, göz bülluru və s. 

III qrup – dəri örtüyü,sümüklər,oynaqlar və s. 

Cədvəl 17. 

Müxtəlif qrupa aid olan orqanların şüalanma 

həddi.(Zivertlə

Orqanların qrupları 

II 


III 

Ş

üalanma dozasının həddə,Zv/il 



0,005 

0,015 


0,03 

  

Daxili  şüalanma  olduğu  hallarda  radionuklidlərin  yaratdığı  şüalanmanın 



illik  həddi  (Ş H)  suyun,  qidanın  və  havanın  tərkibində  onların  həcmi 

konsentrasiyasının dozası (KD) əsas götürülür. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə