Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   17   18   19   20   21   22   23   24   25

onu  xüsusi  konteynerlərə  toplayıb  15-20  gün  saxladıqdan  sonra  basdırılmağa 

göndərilməlidir. 

Radioaktiv tullantılar xüsusi yerlərdə, xüsusi konteynerlərdə basdırılır. Bu 

yerdən  1  m.  məsafədə  şüalanma  güçünün  dozası  0,1mZv/saat-dan  artıq 

olmamalıdır. 

Basdırılan yerlərə radioaktiv tullantıların daşınması xüsusi təchiz olunmuş 

avtomobillərlə həyata keçirilir (maye tullantılar xüsusi sisternalarda daşınır). 

Aktivlik dərəcəsi aşağı olan tullantıların basdırılması üçün rezervuar tipli 

xəndəklərdən istifadə etmək olar. Aktivliyi orta və yüksək olan tullantılar ,ciddi 

təhlükə  mənbəyi  hesab  olunurlar.  Bunlar  basdırılmazdan  qabaq  bərk  hala 

salınmalı, sonra isə dərinliyi 300-1000 m olan yeraltı şaxtalarda basdırılmalıdır. 

Böyük  aktivliyə  malik  olan  tullantılar  basdırıldıqdan  sonra  böyük  enerji 

ayrıldıqdan  partlayış baş verə  bilər.Belə  tullantıların okeanda böyük dərinlikdə 

xüsusi konteynerlərdə basdırılması məqsədəuyğun hesab olunur. 

Beynəlxalq  atom  agentliyinin  (MAQATE)  tövsiyələrinə  uyğun  olaraq 

radioaktiv tullantıların  basdırılması  xüsusi  proqram  əsasında həyata  keçirilməli 

və basdırılan ərazidə  müxtəlif məsafələrdə nəzarət məntəqələri yaradılmalıdır [ 

4]. 


Bu  tullantılar  aktivliyi  aşağı  səviyyədə  olan  tullantılar  hesab  olunub, 

borular vasitəsilə ətraf mühitə atılaraq atmosferdə səpələnir. 

Radioaktiv qazların təmizlənməsi üçün bütün mövcud toz tutucularından 

istifadə  olunur.  Yüksək  dispers  hissəciklərin  tutulması  üçün  müxtəlif 

konstruksiyalı süzgəclərdən geniş istifadə olunur. 

Yüksək  aktivliyə  malik  olan  qaz  tullantılarının  emal  olunması  üçün 

onların  tərkibində  olan  radionuklidlərin  qatılığını  artırmalı  və  sonradan 

saxlanılması üçün basdırılmalıdır. 




Havadəyişdiricilərin  tullantılan  radioaktiv    inert  qazlardan  (R O) 

təmizlənməsi  üçün  qazqolderdən  istifadə  olunur.Bunların  iki  prinsipi  ona 

ə

saslanmışdır  ki,  yarımparçalanma  müddəti  az  olan  (saatlarla)  radionuklidlərin 



(

82

Ar-1,82 saat, 



72

Kr-1,14 saat, 

88

Kr-2,77 saat) bu sistemdə olduqları müddətdə 



parçalanmaya  görə  aktivliyinin  azalmasına  əsaslanmışdır.  Qazqolderlərin 

hesabatı  qalm  a  müddətinin  təyini  ilə  başlayırlar  və  bu  aşağıdakı  kimi  təyin 

olunur: 

              

τ

 =2,3     A



baş         

T

1/2

 

                       A



son

                

0,693


 

Burada A



baş

, A

son

  -

 

uyğun olaraq başlanğıc və sonda maddənin aktivliyidir, 



T

1/2

 – radionuklidlərin yarımparçalanma müddətidir. 

Konstruktiv  göstəricilərin  daxil  olması  üçün  qazqolderdə  qazın  sürəti 

təxminən 0,3m/san götürülür. 

Radioaktiv  inert  qazların  adsorbsiya  üsulu  ilə  təmizlənməsi  geniş 

yayılmışdır. 

Təmizlənəcək 

qaz 


istilik 

mübadiləsinə,nəmləşdirici 

seperatora,oradan isə  aerozol süzgəcinə  verilir. Süzgəcdən sonra  qazlar  yüksək 

dərəcədə qurudulması üçün xüsusi seolitlə doldurulmuş kolona ötürülür. Burada 

adsorbsiya  temperaturuna  qədər  qızdırılır.  Qurutma  prosesi  istilik  ayrılması  ilə 

getdiyindən ,qaz əvvəlcə istilik mübadiləedicisinə , sonra isə kömür adsorberinə 

verilir. Havanın qurğuda hərəkətini havavurucu təmin edir. Tənzimləmə prosesi 

xüsusi ventil vasitəsi ilə aparılır. Quruducu seolit kolonlar periodik iş rejimində 

işləyirlər.  Kolonun  birində  qazın  qurudulması  ,digərlərində  isə  isti  hava  ilə 

regenerasiyası  aparılır.  Regenerasiya  aparılan  isti  hava  6  elektrokalorifer  və  7 

tənzimləyici  vasitəsi  ilə  təmin  olunur.  Radiasiya  nəzarəti  ionlaşdırıcı 

ş

üalanmanın dozimetrlər vasitəsi ilə ölçülmə yolu ilə həyata keçirilir. 




 

3.3.Azərbaycan  Respublikasında  radiasiya  təhlükəsizliyinin 

təmini aspektləri. 

Respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində

 

hüquqi 


tənzimləmə      Azərbaycan  Respublikasının    normativ  hüquqi

 

aktları  ilə  həyata 



keçirilir.

 

Azərbaycan  Respublikasının  Qanunları  və  digər  normativ  hüquqi  aktları 



radiasiya təhlükəsizliyinə və onun bu Qanunla müəyyən edilmiş təminatına olan 

tələblərin səviyyəsini azalda bilməz. 

Radiasiya  təhlükəsizliyi  sahəsində  Azərbaycan  Respublikasının  qoşulduğu 

beynəlxalq  müqavilələrin  nəzərdə  tutduğu  qaydalar  Azərbaycan  Respublikası 

qanunvericiliyinin  mövcud  müddəalarından  fərqlidirsə,  onda  beynəlxalq 

müqavilələrin qaydaları tətbiq olunur. 

 

Radiasiya təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:



 

Normalaşdırma  prinsipi  —  əhalinin  bütün  ionlaşdırıcı  şüalanma 

mənbələrindən  aldıqları  fərdi  dozanın  miqdarı  yol  verilən  dozadan  yüksək 

olmaması; 

Ə

saslandırma  prinsipi  —  ionlaşdırıcı  şüa  mənbələrindən  istifadə  zamanı 



insan və cəmiyyətə veriləcək fayda təbii radiasiya fonuna əlavə olunan şüalanma 

dozası nəticəsində yarana bilən zərərin riskindən artıq olmadıqda belə istifadə ilə 

bağlı bütün fəaliyyət növlərinin qadağan olunması; 

Optimallaşdırma  prinsipi  —  ionlaşdırıcı  şüa  mənbələrinin  istifadəsi  zamanı 

iqtisadi  və  sosial  amillə  nəzərə  alınmaqla  fərdi  şüalanma  dozasının  və 

ş

üalanmaya  məruz  qalan  şəxslərin  sayının  mümkün  qədər  aşağı  səviyyədə 



saxlanılması. 

Radiasiya  qəzası  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin  olunmasında 

aşağıdakılar əsas götürülməlidir [ 18]: 

-

  radiasiya qəzasının nəticələrini ləğv etmək üçün nəzərdə tutulan tədbirlər 



zərərdən çox fayda verməlidirlər; 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə