Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Lakin  yadda  saxlamaq  lazımdır  ki,  müəyyən  müəyyən  vaxt  keçəndən  sonra 

sobada  mikroçatlar  yarana  bilər  və  sobanın  qapısının  hermetikliyi  pozula  da 

bilər.  Bu  hadisələr  çirklənmə  və  mexaniki  zədddələnmələrdən  yarana  bilər. 

Yəni,  bu  sobalar  üçün  mühafizənin  təminatı  yalnız  3-4  il  təşkil  edir.  Bu 

müddətdən sonra, sobaların mühafizə keyfiyyətlərini yoxlamaq lazımdır. Bunun 

üçün EMŞ nəzarət labaratoriyasının işçisi dəvət olunmalıdır. 

Mikrodalğalı sobalarda şüalanma ilə yanaşı 50 Hs sənaye tezliyinin yaratdığı 

maqnit sahəsi də təsir göstərir. Yadda saxlamaq lazımdır ki, mikrodalğalı soba 

mənzildə  ən  güclü  maqnit  sahəsi  mənbəyidir.  MDB  ölkələrində  olduğu  kimi 

Azərbaycanda  da  sənaye  tezlikli  maqnit  sahəsinin  təsiri  normallaşdırılmayıb. 

Maqnit  sahəsinin  güclü  təsiri  əsasən  xörəkləri  sobada  qızdırma  müddətində 

qeydə  alınır.  Bu  zaman  maqnit  sahəsinin  qiymətini  nəzarətdə  saxlamaq 

məqsədəuyğun hesab olunur [ 8]. 

ST  EMŞ  bioloji  təsiri  üzrə  SSR -də  60-70-ci  illərdə  aparılan  tədqiqatlar 

ə

sasən  elektrik  tərtibedicisinin  təsirinə  yönəldilmişdir.  Çünki  qeydə  alınan 



ş

üalanma səviyyəsində maqnit sahəsinin bioloji təsiri qeydə alınmamışdır. 70-ci 

illərdə  əhali  üçün  ST  elastik  sahəsinə  çox  kəskin  normativlər  qəbul 

edilmişdir.1984-cü ildə qəbul edilmiş normativlərə uyğun olaraq elektrotəchizat 

obyektləri layihələndirilib və tikilib. 

Bütün  dünyada  maqnit  sahəsinin  insan  orqanizminə  təsirinin  daha  təhlükəli 

hesab olunmasına baxmayaraq keçmiş SSR  məkanında maqnit sahəsinin təsiri 

normallaşdırılmamışdır.Elektrik  ötürücü  xəttlərin  çəkilişində  bu  amil  nəzərə 

alınmayıb.  

Son illərdə Amerika mütəxəssisləri  tərəfindən aparılan tədqiqat nəticələrinə 

ə

sasən  müəyyən  olunmuşdur  ki,  maqnit  induksiyasının  təhlükəsizlik  qiyməti 



0,2-0,3 mkTl arasındadır. 


1984-cü ildə qəbul edilmiş sanitar normalara əsasən  ST EMŞ BBS 25 kV/m 

qəbul  edilmişdir.Belə  sahədə  qalma  müddəti  maksimum  10  dəqiqə 

müəyyənləşdirilmişdir.  Gərginliyin  qiyməti  5-dən  20kV/m-ə  kimi  dəyişdiyi 

halda,sahənin təsirinə aşağıdakı düsturla təyin olunur: 



                T=       50   -  2

 

                                                                 

Burada  E  –  nəzarət  aparılan  zonada  elektrik  sahəsinin  kV/m-lə 

qiymətlidir; T – saatla ölçülür.  

Ə

gər təsir müddəti 0,5-dən 8 saata kimi olarsa, bu halda ES buraxıla bilən 



gərginlik aşağıdakı kimi hesablanır. 

 E=   50     

                                                            T+2 

Təsir  zonasında  qalma  müddəti  8  saatdan  artıq  olmamalıdır.  Bu  müddət 

ə

rzində  iş  yerində  elektrik  sahəsinin  buraxıla  bilən  həddi  1kV/dən  böyük 



olmamalıdır.  

Aşağıdakı  cədvəldə  müxtəlif  yerlərdə  və  insan  məskunlaşdığı  sahələrdə 

sənaye elektrik sahə gərginliyinin buraxıla bilən səviyyəsi göstərilmişdir.  

Maqnit  sahəsinin  təsiri  üçün  normativlər  müəyyən  olunmasa  da  8  saat 

müddətində  maqnit  sahə  gərginliyinin  qiyməti  8  kA/m-dən  çox  olmamalıdır  [ 

16].  


 

 

 



 


 

Cədvəl 14  .

Sənaye tezlikli elektrik sahə gərginliyinin BBH,V/m 

Yaşayış binalarının içərisində 

0,5 

Yaşayış zonasının açıq ərazilərində 



Yaşayış  evlərinin  kənarında  (müxtəlif  məsafələrdə)yaşayış 

məntəqələrində  -  bağ  evlərində  və  digər  köməkçi  binalarda 

yaşayanlar üçün 

Yüksək gərginlikli elektrik xəttləri və avtomobil yolları keçən 



ə

razilər 


10 

Ə

halinin  az  məskunlaşdığı  ərazilər  kənd  təsərrüfatı  əkin 



sahələri 

15 


Çətinliklə gedilən ərazilər (maşınların gedə bilmədikləri yerlər) 

və əhalinin gedib gəlməsi məhdudlaşdırılan xüsusi ərazilər 

20 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

FƏS L III.   Təbii  və  antropogen  radiasiyanın  insan  orqanizminə  təsirinin 

qiymətləndirilməsi və ondan mühafizə yolları. 

 

3.1.  Radiasiya  təhlükəsizliyinin səbəbləri və insan orqanizminə 

təsirinin göstəriciləri. 

Radiasiya  öz  təbiətinə  görə  həyat  üçün  təhlükəlidir.  Hətta  şüalanmanın 

kiçik dozası belə orqanizmdə  baş  verə biləcək  hər hansı  prosesin  mexanizmini 

(tamamilə formalaşmayan) işə sala bilər ki, nəticədə xərçəng və yaxud genetik 

zədələnmələr  baş  verə  bilər.  Cədvəl  10-da  şüalanma  nəticəsində  insan 

orqanizminə  dəyən  ziyan  və  onun  xüsusiyyətləri  verilmişdir.  Radiasiyanın 

böyük  dozalarda  təsir  etdiyi  zaman  orqanizmin  hüceyrələri  dağılır,orqanlar 

zədələnir,nəticədə orqanizm sürətlə məhv olur. 

Böyük şüalanma dozasını tezliklə qeydə alınması o qədər çətin olmasa da, 

kiçik dozada şüalanma təsirlərinin qeydə alınması ,demək olar ki, həmişə böyük 

çətinlik  yaradır.  Bu  bəzi  hallarda  ümumiyyətlə    heç  mümkün  olmur.  Əgər 

müayinə  vaxtı  hər  hansı  bir  effekt  qeydə  alınıbsa,  onun  bilavasitə  orqanizmdə 

kəskin zədələnmə yaratmaq üçün şüalanma dozası müəyyən səviyyədən yuxarı 

olmalıdır.  Lakin.heç  bir  əsas  yoxdur  ki,  ancaq  hər  hansı  konkret  səviyyədən 

yüksək səviyyədə  xərçəng  və  yaxud genetik  aparatın pozulması baş  verə  bilər. 

Bu ilk növbədə orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Elə orqanizmlər 

var ki,orada hətta nisbətən böyük şüalanmanın təsirini ləğv edə bilən reparasiya 

mexanizmi mövcud olur. 

Hal-hazırda  demək  olar  ki,  dünyanın  bütün  radiologiya  ilə  əlaqəli  olan 

alimləri  müəyyən  etməyə  çalışırlar  ki,  hansı  şüalanma  dozasındn  etibarən 

ş

üalanmalar  riskli  hesab  olunmalıdır.  Lakin,  bir  məsələ  aydındır  ki,şüalanma 



dozası  nə  qədər  az  və  onun  təsir  effekti  nə  qədər  gec  biruzə  versə  faydalı 

informasiya bir o qədər gecikir və ya az olur. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə