Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   17   18   19   20   21   22   23   24   25

-

  radiasiya qəzasının nəticələrinin ləğvi üzrə fəaliyyətin növləri və miqyası 

ionlaşdırıcı şüalanma dozasının maksimum azalmasını təmin etməlidirlər. 

Radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata 

keçirilməsi nəzərdə tutulur [ 20]: 

-

  təşkilati-hüquqi,  mühəndis-texniki,  sanitariya-gigiyena,  tibbi-profilaktik, 



təlimat və təhsil xarakterli tədbirlər kompleksinin;  

-

  dövlət  və  yerli  özünüidarə  orqanları,  ictimai  birliklər,  hüquqi  və  fiziki 



şə

xslər  tərəfindən  radiasiya  təhlükəsizliyi  sahəsində  qayda,  norma  və 

normativlərə əməl olunma tədbirlərinin; 

-

  radiasiya  şəraiti  və  radiasiya  təhlükəsizliyi  tədbirləri  haqqında  əhaliyə 



məlumat verilməsi. 

Radiasiya  təhlükəsizliyinin  təmin  olunması  sahəsində  dövlət  orqanlarının 

səlahiyyətləri aşağıdakılardır: 

-

  dövlət siyasətinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi; 



-

  müvafiq qanunvericilik aktlarının, digər normativ hüquqi aktların işlənib 

hazırlanması, qəbul edilməsi və onlara əməl olunmasına nəzarət;  

-

  dövlət proqramının hazırlanması və həyata keçirilməsi;  



-

  radiasiya təsiri nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyə bilən 

zərərin  yüksək  riski  ilə  əlaqədar  kompensasiyanın  növləri  və  miqdarının 

təyin olunma qaydalarının müəyyənləşdirilməsi; 

-

  radiasiya qəzası baş vermə təhlükəsi yaranarsa, çevik tədbirlərin təşkili və 



həyata keçirilməsi; 

-

  radiasiya  qəzası  nəticəsində  əhalinin  sağlamlığına  və  əmlakına  dəyən 



zərərin ödənilməsi qaydasının müəyyənləşdirilməsi; 

-

  əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şüalanma 



dozasının  uçotu  və  ona  nəzarət  sahəsində  vahid  dövlət  idarəetmə 

sisteminin yaradılması və onun fəaliyyətinin təmin olunması; 

-

  radiasiya  qəzası  nəticəsində  radioaktiv  çirklənmələrə  məruz  qalmış 



ə

razilərdə iş və yaşayışın xüsusi rejiminin müəyyən edilməsi; 




-

  müvafiq  ərazilərin  radiasiya  şəraiti  haqqında  sakinlərə  informasiya 

verilməsi; 

-

  radiasiya  qəzası  nəticəsində  şüalanmaya  məruz  qalmış  əhaliyə  kömək 



göstərilməsinin təşkili və ona nəzarət; 

-

  radiasiya  qəzası  nəticəsində  radioaktiv  çirklənməyə  məruz  qalmış 



ə

razilərdə təbii qoruqların — nadir bitki və heyvan növlərinin mühafizəsi 

üçün tədbirlər görülməsi; 

-

  strateji  nüvə  materiallarının,  radioaktiv  maddələrin  və  digər  ionlaşdırıcı 



ş

üa  mənbələrinin  idxal  və  ixracının,  onların  tranzit  ötürülməsinin,  ölkə 

ə

razisində  daşınmasının  tənzimlənməsi  və  fəaliyyət  növlərinə  nəzarətin 



həyata keçirilməsi; 

-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  Azərbaycan 



Respublikasının  beynəlxalq  əməkdaşlığının  həyata  keçirilməsi  və 

beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi. 

Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  yerli  özünüidarə 

orqanlarının  səlahiyyət  və  vəzifələri  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericilik aktları ilə müəyyən edir. 

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və 

nəzarətini  öz  səlahiyyətləri  çərçivəsində  müvafiq  icra  hakimiyyəti  orqanları 

həyata keçirirlər. 

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və 

nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanlarının  fəaliyyəti 

qanunvericiliklə tənzimlənir. 

Fövqəladə  vəziyyətin  qüvvədə  olduğu  müddət  ərzində  onun  tətbiq  edildiyi 

ə

razidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin 



fəaliyyəti  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tam  və  ya  qismən 

dayandırıla bilər.  




Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  tədbirləri  həyata 

keçirmək  üçün  dövlət  proqramları,  o  cümlədən  ərazi  (regional)  proqramlar 

hazırlanır.  

Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  dövlət  proqramların 

yerinə yetirilməsi tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti və 

qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. 

Radiasiya 

təhlükəsizliyinin 

təmin 

edilməsi 



sahəsində 

dövlət 


normalaşdırılması  sanitariya-gigiyena  norma,  qayda  və  normativlərinin, 

radiasiya təhlükəsizliyi qaydalarının, dövlət standartlarının, əməyin mühafizəsi, 

tikinti  norma  və  qaydalarının  radiasiya  təhlükəsizliyi  haqqında  sərəncamverici, 

təlimat və başqa sənədlərin qəbul edilməsi ilə həyata keçirilir.  

Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  sanitariya  norma  və 

qaydaları, gigiyena normativləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq 

edilir. 


onlaşdırıcı  şüa  mənbələrindən  istifadə  edildikdə  Azərbaycan  Respublikası 

hüdudlarında 

ş

üalanmanın 



aşağıdakı 

ə

sas 



gigiyena 

normativləri 

müəyyənləşdirilir [ 17]: 

-

  əhali  üçün  orta  illik  yol  verilən  doza  0,001  zivertə  bərabərdir  və  ya 



insanın  bütün  həyatı  dövründə  (70  il)  yol  verilən  doza  0,07  zivert  (zv) 

qəbul  olunur.  Ardıcıl  beş  il  ərzində  orta  illik  yolverilən  doza  0,001 

zivertdən artıq olmamalıdır; 

-

  radiasiya  qurğularında  işləyənlər  üçün  yol  verilən  orta  illik  doza  0,02 



zivertə  və  ya  həyatının  müəyyən  fəaliyyəti  dövründə  (50  il)  yol  verilən 

doza 1 zivertə bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol 

verilən  doza  0,02  zivertdən  böyük  olmazsa,  onda  bu  beş  ilin  ayrı-ayrı 

illərində orta illik yol verilən doza 0,05 zivertə çata bilər. 

Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii 

radiasiya fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə