Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

Cədvəl 15.

  onlaşdırıcı şüalanmanın orqanizmə təsiri. 

 

Təsirin növü 



Təsirin xüsusiyyəti 

Yüklənmiş 

hissəciklər 

Orqanizmə  daxil  alfa  və  beta  hissəcikləri  hüceyrə 

atomlarının  yanından  keçdikdə  onlarda  qarşılıqlı  təsir 

nəticəsində  öz  enerjilərini  itirirlər.Qamma  şüalanmalarının 

təsiri isə müxtəlif formalarda ola bilər. 

Elektrli qarşılıqlı 

təsir 

Ş

üalanma hüceyrənin atomuna çatandan trilyonda bir saniyə 



sonra bu  atomdan elektron  ayrılır.  Ayrılan  elektronun  yükü 

mənfi  olduğundan  atom  neytral  vəziyyətdən  müsbət 

yüklənmiş  vəziyyətə  keçir.  Bu  proses  ionlaşma  adlanır. 

Qopmuş elektron başqa atomları da ionlaşdıra bilər. 

Fiziki-kimyəvi 

dəyişmələr 

Ayrılmış  elektron  və  ionlaşmış  atom  uzun  müddət  bu 

vəziyyətdə  qala  bilmədikləri  üçün  ionlaşmadan  milyardda 

bir saniyə ərzində onlar çox mürəkkəb reaksiyalarda iştirak 

edirlər.  Nəticədə  orqanizmdə  yeni  molekulalar  yaranır  ki, 

onların  da  “sərbəst  radikallar”  kimi  reaksiyaya  yüksək 

dərəcədə girmək xüsusiyyətləri var. 

Kimyəvi 

dəyişmələr 

Sonrakı  saniyənin  milyonda  biri  ərzində  yaranmış  sərbəst 

radikallar  bir-biri  ilə  və  digər  molekullarla  təbiəti  tam 

öyrənilməmiş  reaksiyalara  girib  yeni  molekulları  əmələ 

gətirirlər. 

Bioloji effektlər  Biokimyəvi  dəyişmələr  şüalanmadan  bir  neçə  saniyə  sonra 

və  yaxud  on  illər  ərzində  baş  verə  biləcək  hadisələr  aiddir. 

Bu  haalda  hüceyrə  tamamilə  məhv  olur  və  yaxud  onda  elə 

dəyişmələr baş verir ki, nəticə xərçəng xəstəliyinə gətirir. 




 

Cədvəl 16.

 Şüalanma dozasının çox təhlükəli qiymətləri. 

Ş

üalanma dozası 



Süalanmanın nəticələri 

100 Qrey və ondan 

yuxarı 

Mərkəzi  sinir  sisteminin  zədələnməsi  ilə  əlaqədar  olaraq 



ş

üalanmadan  bir  neçə  saat  və  yaxud  bir  neçə  gün  sonra 

ölüm halı qeydə alınır. 

10-50 Qrey 

Mədə-bağırsaq traktında daxili qanaxma nəticəsində bir-iki 

həftə ərzində ölüm halı qeydə alınır. 

3-5 Qrey 

Onurğa  beyninin  zədələnməsi  nəticəsində  şüalanmaya 

məruz qalanların 50% bir-iki ay müddətində ölür. 

 

BMT-nin  nəzdində  fəaliyyət  göstərən  atom  radiasiyasının  təsiri  üzrə 



komitəsinin  axırıncı  məruzələrindən  birində  böyük  şüalanma  dozasına  məruz 

qalmış  insanların  orqanizmində  kəskin  dəyişmələri  əks  etdirən  ətraflı  məlumat 

dərc  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  son  20  ildə  belə  informasiya  birinci 

dəfədir ki,verilir. Ümumiyyətlə, radiasiyanın belə təsiri müəyyən bir minimal və 

ya astana qiymətlərindən etibarən başlayır [ 4]. 

nformasiya  əsasən  xərçəng  xəstəliyindən  müalicə  zamanı  şüalanma 

terapiyasının  nəticələrini  əhatə  edir.  Həkimlərin  uzun  illər  müddətində  əldə 

etdikləri  təcrübələr  əsasında  şüalanmanın  hüceyrələrə  təsiri  haqqında  geniş 

informasiya  əldə  olunmuşdur.  Müəyyən  olunmuşdur  ki,  müxtəlif  orqanların 

ş

üalanmaya  reaksiyası  müxtəlifdir.  Bir  sıra  orqanlar  üçün  fərq  olduqca 



böyükdür. Zədələnmənin ağırliq dərəcəsi həmin şüalanma dozasının orqanizmin 

bir dəfəyə və yaxud bir neçə dəfəyə qəbul etməsindən asılı olur. 

 

 



 

Ş

üa  terapiyasında  müxtəlif  orqanların  şüalanma  dozası  (Diaqramma 

P.Rubin,  Q.Qasarellinin  Clinical  Radiation  Pathology,  1968  əsərindən 

götürülmüşdür). 

 

 

 



 

 

 



 

   


 

 

 



 

   


   

 

   



 

   


     

 

 



   

 0              40                  80          120                     160                       200  Qr 

Diaqramda  müayinələrdən  alınan  nəticələr  göstərilmişdir.  Burada 

göstərilən  orqanlar  üçün  buraxıla  bilən  şüalanma  dozasının  qiymətləri 

verilmişdir. Əgər orqan tərəfindən göstərilən doza bir həftə ərzində beş seansda 

qəbul  edilibsə,  bu  şüalanma  təhlükəsiz  hesab  olunur.  Çünki  bu  oqanlar 

göstərilən norma çərçivəsində şüalanmanın təsirinə davamlıdırlar.  

Ş

übhəsiz əgər şüalanmanın dozası çox yüksək olarsa, insan ölür. Bir çox 



mütəxəssislər tərəfindən sübut olunub ki, 100 Qr miqdarında şüalanmanın təsiri 

nəticəsində  beyin  və  mərkəzi  sinir  sistemi  o  dərəcədə  zədələnir  ki,  ölüm  bir 

qayda olaraq bir neçə saat və ya bir neçə gün ərzində baş verir.  

Müxtəlif  dozaların  (100,50,10,5,3  Qr)  fərqləndirici  xüsusiyyəti  ondan 

ibarətdir ki, ölüm hallarının baş vermə müddətləri müvafiq olur. 



Şə

kildən  görünür  ki,  əsas  qanyaradıcı  element  olan  qırmızı  sümük  iliyi 

ş

üalanmaya  daha  həssasdır,  belə  ki,  0,5-1  Qr  şüalanma  aldıqda  bu  orqan  öz 



normal  funksiyasını  itirir.  Lakin  ,  onun  önəmli  xüsusiyyəti  odur  ki,  əgər 

ş

üalanma  hüceyrələrin  çoxunu  sıradan  çıxarmayıbsa  bu  sistem  öz  funksiyasını 



tamamilə  bərpa  edə  bilir.Əgər  şüalanmaya  bütün  bədən  yox,  ancaq  onun  bir 

hissəsi məruz qalıbsa, beyinin salamat qalan hüceyrələri zədələnmiş hüceyrələri 

bərpa edə bilir. 

nsan orqanizmində göz,yumurtalıq və toxumluqlar da şüalanmaya həssas 

orqanlardır.  Məsələn,  toxumluğun  0,1  Qr  şüalanmaya  məruz  qalması  kişilərdə 

müvəqqəti sonsuzluqla,şüalanma 2 Qr-dən yüksək olduqda isə daimi sonsuzluq 

qeydə  alınır.  Qadın  yumurtalıqları  şüalanmaya  daha  həssasdırlar.  Müəyyən 

olunub  ki,  şüalanmanın  dozası  3  Qr-dən  çox  olduqda  qadınlarda  sonsuzluq 

qeydə  alınır.  Gözün  büllur  hissəsi  şüalanmaya  daha  çox  həssasdır.  Şüalanma 

zamanı  məhv  olmuş  hüceyrələr  gözdə  əvvəlcə  katarakta  xəstliyi  yaradır  ,sonra 

isə tamamilə korluğa səbəb olur. Müəyyən olunmuşdur ki, 0,5-dən 2 Qr-ə kimi 

olan şülanmalar göz üçün olduqca təhlükəlidir [ 24].  

Uşaqlar da şüalanmaya olduqca həssasdırlar. Kiçik dozalı şüalanma belə 

onlarda  boy  artımına  mənfi  təsir  göstərir.  Belə  ki,  bir  neçə  həftə  müddətində 

uşaq  10  Qr-ə  kimi  şüalanma  dozası  alarsa,  uşağın  skeletində  müəyyən 

anomaliyalar  meydana  çıxacaq.  Radiasiyanın  belə  təsirinə  heç  bir  minimal 

astana  yoxdur.  Uşaqların  müayinəsi  zamanı  onların  başlarının  terapiyasına 

məruz  qaldıqda  uşaqlarda  dərrakə  zəifləyir.  Uşaqlara  nisbətən  böyüklərdə 

sümük sistemi şüalanmaya daha dözümlüdür [ 22,23]. 

Yaşlı adamın əsas orqanlarının bir çoxu şüalanmanın təsirinə nisbətən az 

həssasdır. Məsələn, böyüklər 5 həftə ərzində 23 Qr-yə kimi , bir ay ərzində isə 

40  Qr-yə  kimi  şüalanma  dozasına  dözürlər.  Sidik  kisəsi  dörd  həftə  ərzində  55 

Qr-ə  kimi  şüalanmaya  dözür.  Ağ  ciyərlər  olduqca  mürəkkəb  bir  orqandır  və 

ş

üalanmaya həssasdır. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə