Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   17   18   19   20   21   22   23   24   25

Xarici  şüalanma  olduğu  halda  isə  dozanın  buraxıla  bilən  gücü  (DBG)- 

hissəciklərin  buraxıla  bilən  sıxlığı  (HBS)  və  səthin  (torpağın)  buraxıla  bilən 

çirklənməsi  (BÇ) əsas götürülür. 

KD  hesablanarkən  il  ərzində  qəbul  olunmuş  radionuklidlərin  insan 

orqanizminə qəbul olunmuş su, qida və atmosfer havasının həcminə nisbəti ilə 

təyin olunur. B qrupu üçün havanın həcmi 7,3·10

6

 litr/il təşkil edir. Suyun həcmi 



isə  800  l/il  təşkil  edir.  Cədvəl  12-də  atmosfer  havasının  tərkibində  daxil  olan 

müxtəlif elementlər üçün KD-nin qiyməti göstərilmişdir. 

Atmosfer  havasının  tərkibində  naməlum  tərkibli  radionuklidlərdən  olan 

Ş

H və KD-in qiyməti uyğun olaraq 3,7 Bk/il : 3,7·10



-7

Bk/l təşkil edir [ 3,14]. 

Göstərilən parametrlər suyun tərkibində uyğun olaraq 1,11·10

3

 Bk/l; 1,11 



Bk/l-dir. 

Cədvəl 18. 

Atmosfer havasının tərkibində əsas radionuklidlərin 

konsentrasiya dozası (KD) 

Radionuklidlər 

KD,Bk/l 

Radionuklidlər 

KD,Bk/l 

41

Ar (Arqon) 



1,81 

133


Xe (Ksenon) 

51,8 


85

 Kr (Kripton) 

96,2 

135


Xe (Ksenon) 

9,25 


88

Kr (Kripton) 

1,15 

137


Xe (Ksenon) 

2,15 


 

Yaşayış  və  inzibati  binaların  ionlaşdırıcı  şüalanmadan  mühafizə  etmək 

üçün  onların  ətrafında  sanitar-müdafiə  zonaları  yaradılmalıdır.  Sanitar-müdafiə 

zonalarının  ölçülərini  müəyyənləşdirmək  üçün  əsasən  il  ərzində  tənəffüs  və 

qidalanma  prosesində  orqanizmə  düşən  radioaktiv  maddələrin  buraxla  bilən 

həddi  götürülür.  Bu  zonada  müəyyən  məhdudiyyətlər  qoyulur  və  radiasiya 

nəzarəti həyata keçirilir. 



Radioaktiv  maddələrlə  işləyən  müəssisələrdə  nəzərdə  tutulmayan 

radioaktiv  tullantıların  buraxıla  bilən  həddə  yaxın  və  ondan  yuxarı  olmasının 

təsirinin nəzərə alınması üçün müşahidə zonaları yaradılır. Müşahidə zonalarının 

sahəsi  adətən  sanitar-müdafiə  zonalarının  sahəsindən  3-4  dəfə  böyük  olur  və 

orada radiasiya nəzarəti həyata keçirilir. 

Atom  sənayesi  və  nüvə  energetikası  sahələri  üçün  sanitar-müdafiə 

zonalarının eni əhalinin sayından asılı olaraq aşağıdakı kimi seçilir [ 16]: 

Cədvəl 19. Ş

üalanma mənbəyindən sanitar-mühafizə zolaqlarının eni. 

Ə

halinin sayı,min nəfər 



Məsafə,km 

100 və daha çox 

10 

300 və daha çox 



25 

500 və daha çox 

30 

1,0-2,0 mln 



40 

 

Ə



traf mühitdə ionlaşdırıcı şüalanmanın əsas mənbələrindən biri radioaktiv 

tullantılardır.  Radioaktiv  tullantılar  bərk,maye  və  qaz  halında  olub  aktivlik 

xüsusiyyətlərinə görə zəif,orta və güclü qruplara bölünürlər. 

Maye  radioaktiv  tullantılar  xüsusi  aktivlik  dərəcəsinə  görə  aşağıdakı 

cədvəldə göstərilən 3 qrupa bölünür [ 10]. 

Cədvəl 20. 

Maye radioaktiv tullantıların xüsusi aktivlik dərəcələri. 

Maye tullantının qrupu 

Xüsusi aktivlik 

Tullantıya təcrübi 

münasibət 

Aktivliyi zəif olan 

˂

3,7·10


5

 

Təmizlənmir və ətraf 



mühitə buraxılır 

Aktivliyi orta olan 

3,7·10

5

-dən 3,7·10



7

-ə 


Təmizlənmir və ətraf 


qədər 

mühitə buraxılır 

Aktivliyi yüksək olan 

3,7·10



10

 

Saxlanılmağa 



göndərilir.Emaldan sonra 

basdırılır.  

 

Təsərrüfat-məişət  kanalizasiya  sisteminə  radioaktiv  tullantılar  o  zaman 



buraxıla  bilər  ki,  suda  radioaktiv  elementlərin  qatılığı  KD-nin  miqdarından  10 

dəfədən çox olmasın.  

Maye  tipli  radioaktiv  tullantıların  quyulara,  xəndəklərə  süzülmək  üçün 

torpağa  verilməsi,  həmçinin  balıq  yetişdirilən  su  hövzələrinə  buraxılması  qəti 

qadağan olunur. 

Ə

gər  tullantıların  miqdarı  gün  ərzində  200  litrdən  çox  deyilsə,  o  xüsusi 



tutumlara  qablaşdırılıb  və  basdırılması  üçün  lazımi  yerlərə  göndərilir.  Əgər 

radioaktiv çirklənmiş suyun miqdarı gün ərzində 200 l-dən çox olarsa və onun 

aktivliyi  10  KD-dən  yuxarı  olarsa,  müəssisə  təmizləyici  qurğusu  olan  xüsusi 

kanalizasiya  ilə  təmin  olunmalıdır.  Bu  kanalizasiyada  su  dezaktivasiya 

olunduqdan sonra, təkrar olaraq texnoloji prosesə qaytarılmalıdır. 

Zəif  və  orta  aktivlik  dərəcəsinə  malik  olan  suların  təmizlənməsi  üçün 

xüsusi üsullardan (ion mübadiləsi, kimyəvi üsul və s. ) istifadə olunur [ 19]. 

Bərk  radioaktiv  tullantılar  o  zaman  radioaktiv  hesab  olunurlar  ki,  α 

ş

üalanmaları  üçün  onların  xüsusi  aktivliyi  7,4·10



3

Bk/kq  (transuran  elementlər 

üçün  3,7·10

2

Bk/kq,  β  –  şüalanma  7,4·10



4

Bk/kq,  γ  –şüalanması  üçün  1·10

-

7

q·ekv·radiy/kq olsun. 



Ə

gər  bərk  tullantıların  radioaktivliyi  yuxarıda  göstərilən  qiymətlərdən 

aşağıdırsa,  o  toplanılıb  basdırılmağa  göndərilir.  Əgər  toplanmış  tullantıların 

tərkibində yarımparçalanma müddəti 15 gündən artıq olan radionuklidlər olarsa, 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə