Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   2   3   4   5   6   7   8   9   ...   25

ş

üalanma  mənbələrindən  mühafizə  üsullarının  rolunun  qiymətləndirilməsindən 

ibarətdir. 

Dissertasiya  işində  qoyulmuş    məqsəddən  irəli  aşağıda  göstərilən 

vəzifələrin tədqiqi nəzərdə tutulmuşdur : 

-

  Canlı  aləmin  ionlaşdırıcı  şüalara  həssaslığının  ekoloji-iqtisadi 



qiymətləndirilməsi. 

-

  Sənaye  müəssisələrində  elektromaqnit    şüalanma  mənbələrinin  təyin 



edilməsi və mühafizə yolları. 

-

  Radiasiya təhlükəsizliyinin səbəbləri. 



-

  Respublikada radiasiya təhlükəsizliyinin təmini vəzifələri. 



Dissertasiya işinin predmeti : 

Elektromaqnit və ionlaşdırıcı şüaların  bioloji 

təsir 

xüsusiyyətləri 



və 

onların 


insane 

orqanizminə 

təsirinin 

qiymətləndirilməsi,işin obyekti – bütün ətraf təbii mühit,canlılar və insanlardır. 



Dissertasiya  işinin  metodoloji  və  nəzəri  əsaslarını  – 

fizika  və  iqtisad 

elmlərinin  klassiklərinin  əsərləri  ,  Azərbaycan  və  xarici  ölkə  alimlərinin 

elektromaqnit  şüaları  və  radiasiya  mənbələri  sahələrindəki  elmi-tədqiqat 

işləri,ÜST, beynəlxalq təşkilatlar və elmi araşdırma mərkəzlərinin bu problemlə 

bağlı  qəbul  etdikləri  qanun  və  sənədlər  ,  sərəncamlar,  analitik  materiallar, 

müxtəlif  statistik  məlumatlar  mənbələri təşkil edir. 

Tədqiqatın elmi yeniliyi : 

 

-



  Elektromaqnit  şüalanmalarından  ehtiyatlı  olma  vasitələrinin  tətbiqi  ilə 

sənaye tezlikli elektromaqnit şüasından  mühafizənin təmin olunması. 

-

  Maqnit sahələrindən mühafizə  üçün məsafədən idarə etmə vasitələrindən 



istifadə  etməklə  xüsusi  bloklaşdırıcı  qurğuların  tətbiq  olunmasına  şərait 

yaratmaq. 




Dissertasiya işinin birinci fəslində ətraf mühitdə təbii və antropogen radiasiya 

mənbələri ,xüsusiyyətləri və istifadə sahələri araşdırılır. 

Dissertasiya  işinin  ikinci  fəsli  fərdi  və  məişət  avadanlıqlarının 

ş

üalanmasından  mühafizəyə  həsr  edilmiş,  maqnit  sahəsinin  və  elektromaqnit 



ş

üalanmasının  təsirindən  mühafizə  və  onun  neytrallaşdırılması  məsələləri 

araşdırılmışdır. 

Dissertasiya  işinin  üçüncü  fəslində  radiasiya  təhlükəsizliyinin  səbəbləri  , 

onların  insane  orqanizminə  təsiri  ,ionlaşdırıcı  şüalardan  və  radioaktiv 

tullantılardan 

mühafizə 

yolları 


göstərilmiş 

,respublikada 

radiasiya  

təhlükəsizliyinin təmini ilə əlaqədar fikirlər bildirilmişdir. 

Buraxılış işinin sonunda nəticə,təkliflər və ədəbiyyat siyahısı verilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


FƏS L I.   Ətraf mühitdə təbii və antropogen radiasiya mənbələri, onların 

xüsusiyyətləri və istifadə sahələri. 

1.1.Ətraf  mühitdə  ionlaşdırıcı  şüalanma  mənbələri,  onların 

xarakteristikası və istifadə əhəmiyyəti. 

 

Elektromaqnit dalğaları elektromaqnit sahəsinin (EMS) təsirindən yaranır. 

EMS  mövcudluğu  proqnozunu  1832-ci  ildə  ingilis  alimi  M.Faradey  tərəfindən 

verilmiş,1865-ci ildə ingilis alimi C.Maksvell tərəfindən EMS nəzəri məsələləri 

həll edilmiş,  maqnit və elektrik sahələrinin qarşılıqlı əlaqə forması riyazi yolla 

ə

saslandırılmışdır. 1885-ci ildə alman alimi H.Hers təcrübədə EM sahəsini əldə 



etmişdir. Bu tarixdən başlayaraq EMS bəşər cəmiyyətinin həyatına ciddi surətdə 

nüfuz etmişdir. 

EMS  materiyanın  xüsusi  forması  olub,  yüklü  hissəciklər  arasında 

qarşılıqlı əlaqə nəticəsində yaranır. Sahə dəyişən elektrik və maqnit sahələrinin 

qarşılıqlı əlaqəsi ilə səciyyələnir. Elektrik  E  və maqnit  H  sahələrinin qarşılıqlı 

ə

laqəsi  ona  əsaslanmışdır  ki,  onlardan  hər  hansı  birinin  dəyişməsi  digərinin 



yaranmasına səbəb olur. Belə ki, hərəkət edən elektrik yüklərinin sürətli hərəkəti 

nəticəsində  (  mənbənin  hesabına)  dəyişən  elektrik  sahəsi  yaradır,bu  sahə  isə 

qarşılıqlı  fəzada  (oblastda)  dəyişən  maqnit  sahəsi  yaradır.  Bu  sahə  isə  öz 

növbəsində dəyişən elektrik sahəsi yaradır və bu proses təkrar olunur. Beləliklə, 

EMS  fəzada  elektromaqnit  dalğaları  kimi  bir  nöqtədən  digər  nöqtəyə  yayılır. 

Elektromaqnit  dalğalarının  sürəti  məhdud  olduğundan  ,  onu  yaradan  səbəb 

(mənbə) olmadıqda belə mövcud olmur.  

Elektromaqnit  dalğaları  (EMD)  yayıldığı  mühitin    xüsusiyyətindən  asılı 

olaraq  müəyyən  bir  sürətlə  yayılan  elektromaqnit  rəqsləridir.  Müxtəlif 

mühitlərdə  yayılarkən  EMD  digər  növ  dalğalar  kimi  iki  mühitin  sərhəddində 

sınmaya  ,  əks  olunmaya,  udulmaya,  interferensiya  və  difraksiya  hadisələrinə 

məruz qalır. [ 1] 




Bütün diapazonlara aid olan EMD öz təbiətinə görə bir-birinə oxşardır. Bu 

dalğaların  hər  biri  dalğa  uzunluğundan  asılı  olaraq  vahid  elektromaqnit  dalğa 

ş

kalasında müəyyən yer tutur.  



Elektrik  sahəsi  EMŞ  yaranmasının  xüsusi  formasıdır.Elektrik  sahəsinin 

ə

sas  xüsusiyyəti  sahəyə  daxil  edilən  elektrik  yükünə  müəyyən  qüvvə  ilə  təsir 



etməsidir.  Bu  təsirin  qiyməti  yükün  sürətindən  asılı  olmur.  Elektrik  sahəsinin 

mənbəyi elektrik yükləri (hərəkətsiz  və ya hərəkət edən) və zamana görə dyişən 

maqnit sahəsidir. 

Maqnit  sahəsi  EMŞ-in  xüsusi  halıdır  və  təsir  qüvvəsinə  malikdir.Maqnit 

sahəsi hərəkət edən yüklərə, cərəyanlı naqilə, həmçinin hərəkət xüsusiyyətindən 

asılı olmayaraq maqnit cisimlərinə təsir göstərir. 

Radiotezlik  ilə  (RT)  ifrat  yüksək  tezlik  ( YT)  şüalanmalarının  mənbəyi 

insane fəaliyyətinin müxtəlif sahələrində istifadə edilən xüsusi təyinatlı texniki 

avadanlıqlar  və  əşyalardır.  Nəticə  etibarı  ilə  həmin  avadanlıq  və  əşyalar  dab  u 

ş

üalanmaların  fəzada  yayılması,  müxtəlif  materiallardan  əks  olunma 



xüsusiyyəti,  materialların  qızdırılması  ,maddələrlə  qarşılıqlı  əlaqə  və  s.  RT  və 

YT    EMŞ  fəzada  yayılması  və  iki  mühitin  sərhəddindən  əks  olunmasında 

rabitədə ( radio və televiziyada, retranslyatorlarda, radio və mobil telefonlarda) 

,radiolokasiyada, naviqasiya sistemlərində geniş istifadə edilir. RT və  YT EMŞ 

müxtəlif  materialları  qızdırmaq  xüsusiyyıtinə  malik  olması  ,onlardan  xüsusi 

materialların  emalı  texnologiyasında  ,yarımkeçiricilərin  istehsalında,  sintetik 

materialların  qaynaq  edilməsində  ,məişətdə  yeməklərin  hazırlanmasında 

,səhiyyədə fizioterapiya avadanlıqlarda tətbiq olunur [ 2]. 

Elektromaqnit  şüalanmalarının  bilavasitə  mənbəyi  texniki  qurğuların  o 

hissələridir  ki,  onlar  fəzada  elektromaqnit  dalğaları  yaradırlar.  Radiotexniki 

qurğulara  antenna  sistemləri,  generator  lampaları,  maqnetronların  katod 

çıxışları, fider traktı, materialın termoemalında istifadə olunan işçi indikator və 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə