Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

,siqnalizasiya  sistemləri  ,  düzləndiricilər  və  s.  aid  edilir.  Əgər  qeyd  olunan 

işlədicilər gecələr də işləyirsə,mənzildə yataq yerlərin bu mənbələrdən 2 m-dən 

az olmayan məsafədə yerləşdirilməsi tövsiyə olunur. 

Kollektiv  mühafizə  tədbirlərindən  ilkin  yerinə  yetirilməli  olanlardan  biri 

elektrik  ötürücü  qurğuların  layihələndirilməsini  müəyyən  tələblər  səviyyəsində 

həll edilməsidir.Bu tədbirlərə aşağıdakılar aid edilir: 

-

  əgər  ötürücü  məftillərin  yaratdığı  elektrik  sahə  intensivliyinin  qiyməti 



buraxıla  bilən  həddən  yuxarıdırsa,  bu  halda  yaşayış  məntəqələri  xəttin 

yaxınlığında olmamalıdır; 

-

  əhalinin gediş-gəlişi üçün qadağan olan zonalar müəyyənləşdirilməlidir; 



-

  təhlükəli zonaya təsadüfən gələn şəxslər üçün xəbərdarlıq göstəricilrinin 

qoyulması tələb olunur və s. 

Elektrik  ötürücü  xəttlərin  yaratdığı  elektromaqnit  şüalanmasından  əhalinin 

mühafizə  olunmasının  əsas  prinsipləri  :  sanitar  mühafizə  zonalarının 

yaradılması,yaşayış  mənzillərində  gərginliyin  aşağı  salınması,bunun  mümkün 

olmadığı hallarda isə şüalanmadan mühafizə ekranları tətbiq olunmasıdır. 

Elektrik  ötürücü  xəttlərinin  sanitar-mühafizə  sərhəddi  sahə  gərginliyinin 

böhran qiymətinə əsasən müəyyənləşdirilir. Bu qiymət 1kV/m qəbul edilmişdir. 

Sanitar-mühafizə  zonalarının  sərhədləri  daxilində  aşağıdakılar  qadağan 

olunur : 

-

  yaşayış, ictimai binaların və qurğuların tikilməsi; 



-

  avtomobillərin  dayanacağə  və  saxlanılması  üçün  meydançaların 

quraşdırılması; 

-

  avtomobillərə  xidmət  stansiyalarının  ,neft  və  neft  məhsullarının 



anbarlarının tikintisi; 


-

  yanacaq materialları ilə əməliyyat aparılması,maşın və mexanizmlərin hər 

hansı bir təmirinin həyata keçirilməsi. 

Çox  yüksək  gərginlik  xəttlərinin  (750  və  1150  kV)  yerləşdirilməsinə  daha 

ciddi tələblər irəli sürülür. Belə ki, bu xəttlərlə ən yaxın yaşayəş məntəqələrinin 

arasındakı məsafə 250-300 metrdən az olmamalıdır. 

Elektrik  xəttlərinin  gərginliyini  müəyyənləşdirmək  üçün  yerli  energetika 

müəssisələrinə  müraciət  etməklə  yanaşı  onu  bilmək  lazımdır  ki,  elektrik 

dirəklərində ötürücü xəttin gərginliyi göstərilir. 

Xəttin  konstruktiv  quruluşuna  görə  də  vizual  olaraq  gərginliyin  qiymətini 

təyin etmək olar. Məsələn, fazada olan məftillərin sayına görə (dirəklərdə olan 

məftillərin sayına görə yox!) – 330 kV-2 məftil, 500 kV-3 məftil. 

330  kV-dan  aşağı  gərginliklərin  təyin  olunması  üçün  dirəklərdəki 

izolyatorların  sayına  baxmaq  lazımdır.  Bu  halda  gərginlik  220  kV  olduqda 

onların sayı 10-15, 110 kV olduqda onların sayı 6-8; 35 kV olduqda onların sayı 

3-5, 10 kV və aşağı olduqda 1 ədəd olur. 

Ə

gər bağ sahəsi sanitar-mühafizə zonasının sərhəddində yerləşirsə, bu halda 



ə

razi  üzrə  nəzarət  laboratoriyasından  mütəxəssis  dəvət  olunmalıdır.  Onun 

göstərişlərinə  uyğun  olaraq  sakinlərin  çox  qala  biləcəkləri  sahələr  təyin 

olunmalıdır. 

Sanitar-mühafizə  zonalarının  ərazilərini  kənd  təsərrüfatı  bitkilərinin 

yetişdirilməsi (əkini) üçün istifadə etmək olar. Lakin elə bitkilər seçilməlidir ki, 

onlara xidmətdə əl əməyi tələb olunmasın. 

Ə

gər bu və ya digər səbəbdən sanitar-mühafizə zonalarının kənarlarında olan 



ə

razilərdə  elektrik  sahə  gərginliyinin  qiyməti  0,5  kv/m-dən  çox  (yaşayış 

binasının içərisində), yaşayış evinin ətrafında 1,0 kv/m-dən çox olarsa, sahənin 

aşağı salınması üçün tədbirlər görülməlidir. Bunun üçün mənzilin damına ( əgər 




dam metal örtüklə örtülməyibsə) istənilən metaldan hazırlanmış tor çəkilməli və 

o, iki nöqtədə yerlə birləşdirilməlidir. Əgər dam metal örtüklə örtülübsə, onu iki 

yerdən  torpaqlamaq  kifayətdir.  Digər  mühafizə  tədbiri  kimi  həyətyanı  sahədə 

hündürlüyü 2 m-dən çox olmayan ağac və kollardan istifadə etmək olar. 

Mühəndis-texniki  işçilərin  kollektiv  mühafizəsini  təmin  etmək  məqsədilə 

mühafizə  örtükləri  adlanan  vasitələrdən  istifadə  olunur.  Bunlara  bəzən 

ekranlayıcı örtüklər də deyirlər. 

Ekranlayıcı  örtükləri  diametri  3-5  mm  və  aralarındakı  məsafə  20  sm  olan 

paralel  naqillərdən  hazırlayırlar.  Bu  örtüklər piyadaların hərəkət  etdiyi  yolların 

üstündə,  yer  səthindən  2,5m  hündürlükdə  quraşdırlır.  Bu  halda  örtüyün 

mərkəzində şüalanmanın intensivliyi 17 dəfə, kənarlarında isə 4 dəfə azalır. Bir 

sıra  hallarda  gərginliyi  400  və  500  kV  olan  qurğularda  4,5m,  750kV  olan 

qurğularda  isə  6  m  məsafədə  ekranlar  yerləşdirilir.  Bütün  hallarda  ekranlayıcı 

qurğu torpaqlanır. Torpaqlanma müqaviməti 10 Om olmalıdır [ 12 ]. 

Gərginliyi  buraxıla  bilən  həddən  yuxarı  olan  sənaye  tezlikli  şüalanmaların 

təsirindən qorumaq üçün fərdi mühafizə vasitələrindən geniş istifadə olunur. Bu 

fərdi vasitələr içərisində çox nazik məftildən hazırlanmış, adi parçadan tikilmiş 

paltarlar aid edilir. Hal-hazırda perspektivli hesab olunan polimer keçiricilərdən 

hazırlanmış  paltarların  tətbiqi  üzrə  tədqiqatlar  aparılır.Mühafizə  paltarlarından 

istifadə olunduqda onun bütün hissələri naqillə etibarlı birləşdirməli,naqil isə ya 

keçirici ayaqqabıya,yaxud bilavasitə yerə birləşdirilməlidir. 

Mühafizə-profilaktik  tədbirlər  də  işçilərin  mühafizə  olunmasının  bir 

istiqamətidir.  Bu  istiqamətdə  işçi  işə  qəbul  edilən  vaxt  və  iş  müddətində  onun 

sağlamlıq göstəriciləri nəzarətdə saxlanılır. 

Sənaye  tezlikli  elektromaqnit  şüalanmasının  ekoloji  və  istehsal 

təhlükəsizliyinin  kollektiv  şəraitdə  təmin  olunması  üçün  mühəndis-texniki 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə