Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə13/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   9   10   11   12   13   14   15   16   ...   140

__________________________________________ 

47

İcazə verin Sizə deyim ki, Azərbaycan Respublikasının Milli 



Məclisi sədrinin bizə göstərdiyi bu diqqət və qayğını, 

nümayəndə heyətimizi onun belə yüksək səviyyədə 

qarşılamasını biz heç bir vaxt unutmayacağıq. Burada 

olduğumuz bütün gün ərzində o, bizi diqqət və qayğı ilə  əhatə 

etdi və  əlindən gələn hər bir şeyi etdi ki, səfərimiz çox xoş 

keçsin. Nümayəndə heyətimizin Azərbaycana səfəri həm də 

zəngin xarakterli bir səfər oldu. 

Mən Azorbaycanın xarici işlər naziri ilə bugünkü görüşüm 

haqqında da danışmaq istəyirəm. Mən onu vaxtilə Fransada 

qəbul etmişəm və onunla Senatın rəyasət heyətinin binasında 

söhbət etmişik. Bugünkü görüşümüz də xüsusi bir görüş oldu. 

Biz iki yaxın dost kimi bütün məsələlər barədə  həqiqət notları 

üzərində söhbət apardıq. 

Cənab prezident, nümayəndə heyətimizin Azərbaycana bir 

günlük səfəri barədə Sizin dediyiniz fikir lərə şərik çıxmamaq və 

səfərimizin belə  qısa olmasına təəssüflənməmək mümkün 

deyildir. Mən Sizə onu da demək istəyirəm ki, bu məsuliyyət 

yalnız mənim üzərimə düşür. Çox xahiş edirəm ki, Siz məni 

başa düşəsiniz.  Əminəm, Siz məni başa düşəcəksiniz, çünki iş 

rejimim elədir ki, bu dofə  mən bundan artıq bir şey edə 

bilmərəm. 

Cənab prezident, mən bir daha demək istəyirəm ki, 

Azərbaycana bu səfərimiz zamanı diqqət və qayğı ilə  əhatə 

edilməyimiz bizim üçün ən gözəl bir xatirə olacaqdır. Bu elə bir 

xatirə olacaqdır ki, Azərbaycana yenidən gəlməyi, dəvəti yerinə 

yetirməyi öz borcumuz kimi yadımızda saxlayacağıq.  Əlbəttə, 

bu, yaxın vaxtlarda, gələcəkdə olacaqdır. 

Cənab prezident, Siz qeyd etdiyiniz kimi, Fransa demokratiya 

yolunu seçmiş gənc Azərbaycan Respublikasını tez bir zamanda 

tanıdı  və biz Sizin dövlətlə yaxın dostluq əlaqələri yaratdıq. 

Əlbəttə, burada söhbət şəraitə uyğunlaşmaqdan getmir. 

Siz özünüz də dediniz, Fransaya ilk rəsmi səfəriniz zamanı 

mərhum prezident Fransua Mitteranla apardığınız mühüm 

əhəmiyyətli danışıqlar, söhbətlər, ondan sonra zati-aliləri pre-




__________________________________________ 

48

zident Jak Şirakla aranızda yaranmış dostluq münasibətləri çox 



vacibdir. Qeyd etmək istəyirəm ki, görürsünüz, bunların davamı 

kimi iki xalq arasında dostluq münasibətləri bərpa olunmuşdur 

və  hər iki dövlətin qurumlarının da əlaqələri genişlənib 

möhkəmlənməkdədir. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz 

arasında münasibətlərin belə yüksək səviyyədə olması doğrudan 

da hər iki dövlətin maraqlarına, Cənubi Qafqaz ölkələrinin 

maraqlarına və sülhə xidmət edir. 

Cənab prezident, mən onu da demək istəyirəm ki, biz gənc 

Azərbaycan dövlətinin bütün fəaliyyətini, burada gedən 

prosesləri çox böyük diqqətlə izləyirik. Biz sizin gənc 

dövlətinizdə baş verən, həyata keçirilən iqtisadi prosesi, sosial 

tərəqqini izləyirik və buna çox həssas münasibət bəsləyirik. Biz 

bu qədər hünərli və cəsarətli fəaliyyətinizə görə şəxsən Sizə öz 

dərin minnətdarlığımızı bildiririk. Biz bilirik ki, siz demokratik 

bir dövlət qurursunuz, sizin dövlətiniz dözümlü bir dövlət 

olacaqdır, bu ölkədə demokratik prinsiplərə xas olan bütün 

azadlıqlar bərpa olacaqdır. 

Cənab prezident, biz bilirik ki, Azərbaycanda söz azadlığı 

vardır, çoxlu partiyalar fəaliyyət göstərir. Biz bir daha gördük 

ki, Azərbaycanda söz, mətbuat azadlığı vardır, üstəlik də 

partiyalar vardır. Cənab prezident, bunların hamısı ilə birlikdə 

Siz bu gün Azərbaycanda dünyəvi dövlət qurursunuz və bunu 

çox böyük cəsarətlə edirsiniz. Biz elə bu cəsarətinizə, 

fəaliyyətinizə görə də Sizə «çox sağ olun» deyirik. 

Cənab prezident, mən demək istəyirəm ki, ölkələrimizm 

parlamentləri arasında gözəl, səmimi münasibətlər yaranmişdır. 

Bu münasibətlər daim davam edir, diqqət mərkəzindədir. 

Münasibətlərimizin bugünkü səviyyəyə çatmasında göstərdiyi 

xidmətlərə görə bizim bugünkü görüşümüzdə iştirak edən, 

  

 




__________________________________________ 

49

Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun sədri 



Fatma Abdullazadəyə minnətdarlığımı bildirirəm, «sağ olun» 

deyirəm. Çünki doğrudan da o, bu münasibətlərin  ən yüksək 

səviyyəyə çatması üçün əlindən gələni edir, iki ölkənin 

parlamentləri arasında əla münasibətlər yaranmasına çalışır. 

Cənab prezident, mən bu münasibətlərdən danışandan sonra 

onu da bildirirəm ki, Fransa Senatı bu gün Sizə bir təkliflə 

müraciət etmək istəyir. Bu təklif isə bizim, daha doğrusu, 

Avropa Parlamentinin iş təcrübəsinin məntiqi məhsuludur. 

Cənab prezident, mənim ölkəm Fransa öz tarixində çox şeylər 

– müharibələr, qələbələr, məğlubiyyətlər, soyqırım, 

deportasiyalar görübdür, çoxlu ölənlər, yaralananlar olubdur. 

Mən məşhur filmdən bir ifadəni Sizin nəzərinizə çatdırmaq 

istəyirəm: «Bizim xalqlar bu cür hadisələrdən artıq yorulublar». 

Cənab prezident, təcrübəmiz onu qeyd etməyə imkan verir ki, 

biz öz fəaliyyətimizdə geriyə yox, yalnız gələcəyə, qarşıya 

baxmağa borcluyuq. Belə bir vəziyyətdə biz dərk edirdik ki, 

necə qurub yarada bilərik, hansı cəmiyyəti qurmaq və yaratmaq 

lazımdır. Doğrusunu deyim ki, bunun üçün böyük hünər və 

cəsarət lazım idi. Amma onu da deməliyəm ki, Sizin hünər və 

cəsarəti heç kimdən borc almağa ehtiyacınız yoxdur. 

Cənab prezident, beləliklə  də biz özümüz istədiyimiz 

cəmiyyəti qurduq. Bizim yüksək keyfiyyətli, peşəkar xarici işlər 

nazirinin dediyi kimi, bu, qurmaq istədiyimiz cəmiyyətin birinci 

mərhələsi oldu və biz altı ölkə  yığışib belə bir cəmiyyət 

yaratdıq. Bunlar da Almaniya, İtaliya, Belçika, Lüksemburq, 

Fransa və Hollandiyadır.  

Beləliklə, cənab prezident, biz qurduğumuz cəmiyyətin ilk 

mərhələsindən başlayaraq öz təbii ehtiyatlarımızı hamımızın 

qarşısına qoyduq, onlardan birlikdə istifadə etməyə çalışdıq. 

Ondan sonra kənd təsərrüfatından birlikdə istifadə etməyə 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə