Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə22/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   18   19   20   21   22   23   24   25   ...   140

__________________________________________ 

78

XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNİMİZ,  



TANINMIŞ MÜĞƏNNİ YAQUB ZURUFÇU İLƏ 

GÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 



 

28 iyul 1999-cu il 

 

H e y d ə r  Ə l i y e v:  Səninlə görüşməyimdən çox 

məmnunam, Klivlenddəki görüşümüz yəqin ki, xatirindədir. 

Sənin Klivlend klinikasına, mənim yanıma gəlməyini özüm 

üçün çox böyük hadisə hesab etdim. Doğrudur, orada müalicə 

olunduğum zaman mənim yanıma çox adam gəlmək istəyirdi. 

Azərbaycandan bu barədə çoxları müraciət etmişdi. Amma mən 

heç kəsə razılıq verməmişdim. Ancaq sən razılıq almamış 

klinikaya gəldin və bizim görüşümüz çox gözəl oldu, sən orada 

mahnı da oxudun. Azərbaycan televiziyası  həmin görüşü 

veribdir və o, tamaşaçılara çox böyük təsir bağışlayıbdır. Çünki 

mən Klivlenddə cərrahiyyə əməliyyatı keçirəndən sonra səninlə 

şən  əhval-ruhiyyədə olan görüşümüz və bizim bir yerdə 

olmağımız tamaşaçılara çox yaxşı təsir bağışlamışdır. 

Sən o vaxt bu görüşümüzü videolentə  çəkmişdin. Onu 

yaşadığın yerin televiziyasında göstərə bildin, yoxsa yox? 



Y a q u b  Z u r u f ç u:  Mən öz videokameramla həmin 

görüşü çəkmişdim, dostlarım da mənə kömək etmişdilər. Mən 

həmin kasseti yaşadığım Los-Anjeles şəhərindəki televiziyada 

göstərdim. Bəli, o, çox qiymətli bir görüş idi. 

Cənab prezident, çox sağ olun ki, Klivlenddə  mənə çox 

böyük diqqət göstərdiniz. Mən qərara aldım ki, Bakıya gəlib 

Sizinlə bir daha görüşüm, Sizə öz məhəbbətimi bildirim. Kalı- 

  



__________________________________________ 

79

forniya ştatında ən azı 300-400 min azərbaycanlı yaşayır. Onlar 



hamısı Sizinlə görüşüm barədə  çəkdiyim videokassetə çox 

böyük maraqla tamaşa etdilər. Onlar Sizin söhbətlərinizə qulaq 

asmağa, Sizinlə görüşlərdən bəhs edən videokassetlərə baxmağa 

həmişə böyük maraq göstərirlər. Onlar istəyirlər ki, Sizin 

söhbətlərinizi tez-tez eşitsinlər, görsünlər, Azərbaycandakı 

vəziyyət haqqında geniş məlumat əldə etsinlər. 

Cənab prezident, mən özümü çox xoşbəxt hiss edirəm ki, 

Sizinlə bir daha görüşdüm və Sizi belə gözəl  əhval-ruhiyyədə 

gördüm. İcazə versəniz, mən Sizinlə bir müsahibə aparardım. 

H e y d ə r  Ə l i y e v: Demək, sən məndən müsahibə almaq 

istəyirsən? Mən razıyam və  sənin sənətini çox sevirəm. Bu da 

təbiidir, Azərbaycanda səni çoxları, bəlkə də hamı sevir. Çünki 

sən Azərbaycanın ağır illərində öz sənətinlə xalqımıza çox xeyir 

vermisən. Ona görə də səni Azərbaycanda sevirlər. Mən də səni 

çox sevirəm. Ona görə  də  mən sənin arzunu yerinə yetirməyə 

hazıram. 

Y a q u b  Z u r u f ç u: Cənab prezident, çox sağ olun. İcazə 

verin, mən də öz məhəbbətimi, sevgimi Sizə  və Azərbaycan 

xalqına bildirim. Çünki Azərbaycan xalqına mənim böyük 

məhəbbətim var. 

Mən 1989-cu ildə Bakıya gələndə bizim Azərbaycanda 

yaşayan millətimiz öz məhəbbətini mənə bildirdi. Mən də o 

zamandan Azərbaycandan ayrı yaşaya bilmirəm. Mən öz 

vətənimə olan doğma hisslərimlə buradayam. Özünüz Ame-

rikaya gəlmisiniz, bilirsiniz ki, orada hər şey var, amma Vətənin 

qoxusu, nəfəsi orada yoxdur. Ona görə də biz, xaricdə yaşayan 

azərbaycanlılar üçün çətindir. Təəssüf ki, biz Vətəndən uzaqda 

yaşayırıq. Amma biz harada yaşasaq da Vətən, Azərbaycan 

kəlməsini, öz milli mədəniyyətimizi yadımızdan çıxarmırıq. Biz 

azərbaycanlı olmağımızla fəxr edirik. 

Cənab prezident, mən Klivlenddəki görüşümüzdə  də Sizə 

demişdim ki, əgər Amerikada Azərbaycan televiziyası açılsa 

  



__________________________________________ 

80

bu, bizə böyük ruh verər. Bilirsiniz ki, dünya, necə deyərlər



reklam üzərində yaşayır. Mən həmin görüşümüzdə  də Sizə 

dedim ki, Kaliforniyada Azərbaycan televiziyasının açılması 

mütləq lazımdır. Onu da deyim ki, Kaliforniya televiziyasının 

gecə saat 10-dan 11-dək olan verilişlərini bütün Amerika görür. 

Buna görə də biz orada öz televiziyamızı aça bilsək bu çox yaxşı 

olar. Onu da deyim ki, Kaliforniyada erməni televiziyası hər gün 

8 saat ərzində öz verilişlərini yayır. 

H e y d ə r  Ə l i y e v: Yəni Ermənistandan verilişlər orada 

yayılır? 



Y a q u b  Z u r u f ç u: Xeyr. Kaliforniyada erməni 

televiziyası açıblar. Mən çox təəssüf edirəm ki, niyə bizim də 

orada televiziyamız yoxdur? Mən bunları Sizə çatdırmaqla ümid 

edirəm ki, bu barədə fikir ləşəcəksiniz. 



H e y d ə r  Ə l i y e v: Yaxşı, mən bu barədə fikir ləşərəm və 

həm də müvafiq orqanlara göstəriş verərəm, bu məsələnin həlli 

üzərində konkret işləsinlər ki, görək nə etmək olar. 

Y a q u b  Z u r u f ç u:  Cənab prezident, mən  əvvəlki 

görüşümüzdə Amerika-Azərbaycan dostluq cəmiyyətinin 

yaradılması barədə də Sizə danışmışdım. Mən istəyirəm ki, belə 

bir cəmiyyət yaradılsın və onun Bakıda bir klubu, yeri olsun. 

Adamlar axşamlar yalnız konsertlərə, restoranlara gedirlər. 

H e y d ə r  Ə l i y e v: Bəs səfirlikdə bu məsələni bilirlər? 

Y a q u b  Z u r u f ç u: Cənab prezident, bunu biz özümüz 

yaratmalıyıq. Bilirsiniz ki, Amerikada hər bir şey xüsusidir. Biz 

bir mərkəz yaratmalıyıq. Mən Amerikadan bir neçə müğənninin 

şəklini də  gətirmişəm. Onlar Azərbaycana gəlməyə hazırdırlar. 

Biz istəyirik ki, onlar gəlib bu klubda oxusunlar və amerikalılar 

öz musiqilərinə qulaq asınaq imkanı qazansınlar. 



H e y d ə r  Ə l i y e v: Yaxşı, mən bu məsələyə də baxaram. 

Y a q u b  Z u r u f ç u:  Cənab prezident, Los-Anjelesdə 

Sizin söhbətlərinizə qulaq asmaq istəyənlər çoxdur. Xüsusən 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə