Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə155/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   151   152   153   154   155   156   157   158   ...   161

 Şüca Cavanpərəst  

412


“Məgər (müşriklər) kəlam (Allah kəlamı - Quran) haqqında düşünüb daşınmır-

larmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? 

(Onlar Quranın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına 

İbrahim,  İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf 

kimi kitablar nazil olmadımı?)” (Muminun: 68).  

Başqa bir ayədə deyilir:  

“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? 

(Yoxsa ürəklərinin öz kilidləri vardır?)” (Muhəmməd:24). 

B. Tədəbbür halında ayələrin dərinlikləri və  nəticələri, hadisələr və 

başqa məsələlər araşdırılır. Ancaq təfsirdə bunlar izlənilmir. 

C. Tədəbbür halında  şəxs ayələrin ona müraciət etdiyini duyur, özünün 

müxtəlif fikri və ruhi dərdlərinə çarə axtarır; ancaq təfsirçi ayələrin  şərhi və 

təbliği ilə  məşğuldur, adi insanlar kimi özünə çarə axtamır. Hər bir tədəbbü-

rün təbliğat tərəfi də vardır, ancaq hər bir təfsir tədəbbür prosesinə qatılmır. 

D. Tədəbbür psixoloji və fikri bir prosesdir, insan ayələri dinləməklə  və 

onların üzərində praktiki düşüncəyə dalmaqla öz durumuna uyğun nəticə 

çıxarır, bunu əməli cəhətdən öz üzərində  tətbiq edir, burada Quran ayələrinin 

qiraəti həmin proses, yəni tədəbbür üçün zəmin hazırlayır, düşüncəyə 

dalmaq isə onun əməli nəticəsi kimi çıxış edir. Bu prosesi belə göstərmək 

olar: 


Qiraət                fəhm (düşüncə)               əməl 

Ancaq təfsirdə belə xüsusiyyət yoxdur. 

E. Tədəbbürdə  hər kəs – mömin, kafir və müşrik də  iştirak edir, halbuki 

təfsir müsəlmana, özü də müctəhidə aid bir işdir. 

Ə. Çox halda tədəbbür zamanı  hədislərə müraciət etməyə lüzum qalmır, 

istər mömin və istərsə  də kafir ayələr üzərində düşünərək həqiqətə yetişmək 

istəyir. Ancaq təfsirdə  hədislərə müraciət təbii haldır və  bəzən bunlarsız düz-

gün məna çıxarmaq olmur (10.s.373). 

Tədəbbür bir proses olaraq Quranın oxunuşundan başlayır, ayənin dərin 

fəhmi ilə davam edir və  əməl ilə bitir. İmam Sadiq (ə) təlavətlə bağlı  Bəqərə 

surəsi, 121-ci ayənin təfsirində onun tədəbbür baxımından  əhəmiyyətini 

açıqlayır. Ayədə deyilir:  

“Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman 

gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə 

zərər yetirənlərdir” (Bəqərə: 121).  



Quranın düşüncə sistemində “tədəbbür” məfhumu 

413


Bu fikri izah edən Reyşəhri yazır: “Haqq olaraq oxumaq” məhz Quran 

ayələri üzərində düşünmək – tədəbbür mənasına işarə edir və bu proses belə-

dir: ayələrin mənasını anlamaq, hökmlərə  əməl etmək, ilahi və’dəyə ümid, 

əzabdan çəkinmək, hadisələrdən ibrət almaq və haramdan çəkinmək. Burada 

məqsəd Quranın həqiqi oxunması  və ayələr üzərində  tədəbbür prosesidir: bu 

proses qiraətdən başlayır, düşüncə  və  fəhmlə davam edir və  əməl ilə bitir 

(11.c.8.s.84). 

Tədəbbürün Quran qiraəti ilə əlaqəsi. 

Bir neçə Quran ayəsində (Nisa:82, Sad:29, Məhəmməd:23 və s) məhz 

Quran üzərində  tədəbbürdən – düşüncəyə dalmaqdan söz açılır. Bütün bu tip 

ayələrin təhlili göstərir ki, tədəbbür canlı bir prosesdir, ancaq kitabda belə 

bir hərarət və  hərəkət yoxdur. Ruhun, nurun bəlağət və  bəyanın vəsfi 

bütövlükdə oxunan Qurana aiddir. Quranın qiraəti qulaq və  qəlblə 

əlaqədardır və sadəcə kağız üzərində yazıdan ibarət kitabın belə bir təsiri 

yoxdur. Quran üzərində  tədəbbür gerçəkləşdikdə onun qiraətinin bərəkət və 

təsirinə şamil edilir. Aşağıdakı ayə bu məsələni təsdiq edir:  

“Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə  rəhm 

olunsun!” (Əraf: 204). 

Quran oxunub dinlənilərkən “tədəbbür” gerçəkləşir, yəni onun təsiri ilə 

insan rəhm olunur. Biz bilməli və inanmalıyıq ki, bu hökmdə olan hər bir 

dəyişiklik və  həmin prinsipin azacıq pozulması ümumi nəticəyə  xələl gətirər. 

Quran və başqa səmavi kitablar arasındakı bu fərqə diqqət yetirmək 

lazımdır. Müqəddəs Bibliya (Tövrat) yunan və latınca məktub kökündən 

olub Musaya nazil olan ilahi ənənə  və qanundur. İncil (Yevangeliya) isə xoş 

xəbər və müjdə  mənası bildirir. Avesta bilik kitabı  və tanımaq mənası 

bildirir. Hindlilərin “Upanişad” kitabı “upa” (yaxın), ni (aşağı) və sad 

(oturmaq) birləşməsindən düzələrək “aşağıda oturmaq” mənası bildirir. Belə 

ki,  şagirdlər öz ustadlarının dövrəsində  əyləşərək ondan həqiqəti öyrənir və 

cəhalətdən uzaqlaşırdılar. Quran isə “qiraət” kökündəndir Bu sözün sonralar 

pərəstiş  və ibadət mənaları da əlavə olunmuşdur. Göründüyü kimi, 

müqəddəs sayılan bu kitabların heç birində oxumaq anlamına rast gəlmirik 

(12.c.1.s.99; 13.c.2.s.932). Quranın oxunmaq və dinlənilmək üçün nazil 

olması onun ayələri üzərində  qəlb vasitəsilə  tədəbbürlə bağlıdır. Onu da 

əlavə edək ki, Quran əvvəlki səmavi kitabları hidayətedici və  hər  şeyi  əhatə 

edən nur və zikr deyə  tərifləmişdir (Maidə:44,46;  Ənbiya:48). Ancaq həmin 



 Şüca Cavanpərəst  

414


kitablarda Qurana xas olan dil-üslub ecazı yoxdur. Eyni zamanlarda onların 

orjinal dili artıq unudulmuş və buradakı mətnin əsl dil ilə əlaqəsi kəsilmişdir. 

Dinləməyin tədəbbürdə təyinedici rolu. 

Quranın lüğəvi mənasında olan “oxumaq” məfhumu onun dinlənilməsi 

və düşünülməsi ilə bağlıdır. Quranın oxunulması mühüm olduğu kimi, onun 

dinlənilməsi də mühümdür. Çox zamanlar Quranı oxuyanlar öz qiraətini din-

ləmirlər, halbuki “qiraət zamanı qulağı möhürləmək” olmaz (14..c.92.s.207). 

Hədislərdə dinləməyin rolu xüsusi qeyd olunur, yəni dinləmədən qiraət 

məqbul sayılmır. Allahın Rəsulu (s) da bu barədə  xəbərdarlıq etmişdir “ 

14.c.92.s.207). 

Metodoloji baxımdan Quranın qəlbə nüfuzunun onun üzərində düşün-

mək üçün böyük əhəmiyyəti vardır. Quranın qiraəti həmin məqsədlə qulağa 

yetişməlidir. Allahın ayələri üzərində düşünmək baxımından qəlblərə vuru-

lan qıfılların açılması  nə  qədər önəmlidirsə, ayələrin dinlənilməsi üçün qu-

laqlarda olan qıfılların silinməsi də o qədər əhəmiyyətlidir. 

Tədəbbür mətnin qiraəti prosesində formalaşır və qiraət özü dinləmədən 

gerçəkləşmiş sayılmır, dinləmənin tədəbbürlə  əlaqəsi bu nöqtədən başlayır. 

İbn Abbasın rəvayətində dinləmək, dinlənilmək və onun qəlblə birbaşa  əla-

qəsi tamamilə açıq  şəkildə verilir. O, sürətlə Quran oxuyan şəxsə belə tövsi-

yə verir: “Öz qiraətini öz qulağına çatdırmayan  şəxs  əslində qiraət etməmiş 

olur” (15.c.1.s.339). 

Allahın Rəsulu (s) öz qiraət üsulu haqqında belə söyləmişdir: “Mən Qu-

ranın batinini qiraət edirəm, siz isə zahirini oxuyursunuz. Ondan soruşurlar 

ki, “batin” nədir? Cavab verir ki, mənim qiraətim tədəbbür və  əməl üçün 

münasib zəmin yaradır (16.s.622). 

Göründüyü kimi, bu rəvayət qiraət və  tədəbbür arasında olan birbaşa 

əlaqəni göstərir. Onun cümləsindən bəlli olur ki, “mənim qiraətim tədəbbür 

üçün zəmin hazırlayır və  məni bu yöndə  bəhrələndirir. Ancaq siz elə qiraət 

edirsiniz ki, bu sizə belə imkan vermir. Sonra mübarək  əli ilə  işarə edir ki, 

oxuyub gedirsiniz”. 

Başqa bir rəvayətdə Peyğəmbərdən (s) belə  nəql edilir: “Quranı gecə-

gündüz haqq olaraq oxuyun, onu dilinizlə izhar və zümzümə edin, onun 

üzərində düşünün ki, səadətə yetişəsiniz” (16.s.611). 

Buradan görünür ki, Quranın davamlı oxunuşu və dildə zümzüməsi 

tədəbbür üçün zəmin hazırlayır.  Əllamə  Təbatəbai “haqq olaraq təlavət 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə