Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə158/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   153   154   155   156   157   158   159   160   161

Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri 

423


yaxın kişi və qadın monastırı) malik idi. Dini təşkilatlar müxtəlif dövri nəşrlər 

(«Jurnal Moskovskoy patriarxii», «Pravoslavnıy vestnik», «Bratskiy vestnik», 

«Musulmane Sovetskoqo Vostoka» və s.) buraxırdılar. Dini cəmiyyətlərə kilsə 

binalarından pulsuz istifadə etmək imkanı verilmişdi.  

Son illər Bibliya, Quran, ilahiyyata dair əsərlər, kilsə  təqvimləri təkrar nəşr 

olunmuşdur.  Əgər sovet dövründə Azərbaycanda 17 məscid var idisə, 2000-ci ilin 

əvvəlində onların sayı 1200 olmuşdur. Halbuki bu dövrdə 3,5 milyondan çox 

müsəlmanın yaşadığı Fransada 1500 məscid fəaliyyət göstərirdi.  

Türkiyədə dinin tədrisinə  əsrimizin  əvvəlində başlanmışdır. 90-cı illərin orta-

larında bu ölkədə türk vətəndaşlarının hesabına 5 mindən çox Qurani Kərim məktəbi 

fəaliyyət göstərmiş və 387 orta dini məktəb Maarif nazirliyinə tabe idi. 

Tarixən dini  təsisatlarda baş verən dəyişikliklərlə əlaqədar din ictimailəşmişdir.  

Vaxtı ilə dində  təzahür edən böhran halları onun öz funksiyalarını  məhdud-

laşdırması, yerini itirməsi, kilsənin dövlətdən ayrılması, kilsə  əmlakının dövlət 

xeyrinə müsadirə edilməsi ilə bağlı olmuşdur. Dünyada baş verən qlobal sosial 

dəyişikliklər bu prosesləri şərtləndirmişdir.  

SSRİ-nin süqutundan sonra Azərbaycanda dinə maraq artmışdır. Din xadimləri 

hazırlayan mədrəsələr açılmış, dövlət universitetində ilahiyyat fakültəsi yaradılmış, 

köhnə  məscidlər bərpa edilmiş, yeniləri tikilmiş, məscid və dini ziyarətlərə 

gedənlərin sayı artmışdır. Digər tərəfdən bu gün müsəlman dövlətləri ölkəmizdə 

dinin nüfuzunu artırmağa cəhd etsələr də, din dövlətin siyasi həyatına ciddi təsir 

göstərən amilə çevrilməmişdir. 

Hazırda dünyada 1,5 milyarda yaxın insan islam dininə etiqad edir. 

Dünyada «islam yönlü» 52 dövlət mövcuddur ki, onlardan beşi «şəriət 

qanunları» ilə idarə olunur.  

İslamın təsir gücünün müxtəlif olması müsəlman dünyasının mürəkkəb, ziddiy-

yətli siyasi və sosial-iqtisadi strukturu, bu ölkələrdə yaşayan xalqların sosial inkişaf 

səviyyəsi ilə bağlıdır.  

İslam  ən böyük dinlərdən biri və sonuncu dünya dinidir. İslamın siyasiləş-

dirilməsi, onun siyasi və hərbi həyata daxil edilməsi Qərb alimlərini çox narahat edir. 

Fransanın «Lepoint» qəzeti bu münasibətlə yazır: «İslamın davamlılığı  Qərbi  şok 

vəziyyətinə salmışdır» (1, s. 24-25).  

A.Benniqsen  İslamı insan cəmiyyətini məhvə aparan antihumanist bir din 

adlandırır və onun ictimai tərəqqi ilə bir yerə sıxmadığını qeyd edir (2, s. 62).  

Tarixən dinin cəmiyyətə  təsiri müxtəlif olmuşdur. Siyasi təsir nəticəsində yeni 

dövlətlər yaranmış  (Ərəb xilafəti, Osmanlı imperiyası  və s.) və ya məhv olmuşlar 




 Vəsxanım Orucova  

424


(Sasanilər və Bizans imperiyası). Dinin xalqların öz varlığını qorumasında da 

müəyyən rolu olmuşdur. Belə ki, bəzi tədqiqatçılar yəhudilərin öz mövcudluğunu 

qoruyub saxlamasını və müstəqil dövlət qurmasını iudaizmlə əlaqəlandirirlər.  

Dinin iqtisadi təsirini cəmiyyət həmişə hiss etmişdir.  İslamda zəkat müsəlman 

Şərqində kapitalizmin inkişafına mane olmuş, sələmçiliyin pislənməsi bank işini lən-

gitmişdir. Məsələn, Pakistanın federal şəriət məhkəməsi faizi islam qayda-qanun-

larına zidd elan etmiş və iqtisadiyyatla bağlı 20-dən çox qanunu yararsız saymışdır.  

Qeyri-protestantlar kapital toplamağı  hərisliklə  əlaqələndirirlərsə, protestantlar 

bunu Allaha minnətdarlıq və möminlik üçün vacib sayırlar. 

Dinin mənəvi təsiri böyükdür. Din zülm, nifaq, ədavət, yalan və böhtana qarşı 

çıxmaqla insanlara xeyirxahlıq, humanistlik, səbr və dözüm təlqin edir, onları 

yaxınlaşdırrmaq, əməkdaşlığa sövq etmək məqsədi güdür, insanlar arasında ünsiyyət 

körpüsü, əmin-amanlıq yaradır. Yersiz ərazi iddialarının, milli ayrı-seçkiliyin artdığı, 

münaqişə və toqquşmaların vüsət aldığı bir şəraitdə din xadimlərinin sülhə, barışığa 

çağırışı böyük əhəmiyyət kəsb edir.  

Tarixən din xalqın mədəniyyətini özündə əks etdirmiş, onun adət və ənənələrini, 

əxlaqını formalaşdırmışdır. Onun mədəniyyətə, xalqın adət və  ənənələrinə nüfuz 

etməsi insanların dini ibadətlərdə  fəal iştirakını  şərtləndirmişdir. Tolerantlıq yalnız 

hüquqi və əxlaqi normalar çərçivəsində cəmiyyət üçün səmərəli ola bilər.  

Dinin qorunması və nəsildən-nəslə keçməsində ailə böyük rol oynayır. Müşahi-

dələr göstərir ki, dindarların  əksəriyyəti ailədəki mövcud ənənəyə uyğun dindar 

olurlar.  

Təbii ki, əsrlərlə davam edən ehkamçılıq yeni nəsillərin düşüncəsi və mənəviy-

yatına öz təsirini göstərmişdir.  

Dinin müxtəlif inkişaf mərhələlərində dini qrup və təşkilatların xarakteri və yeri 

dəyişikliyə  uğrayır. Belə qruplar birləşərək dini təşkilatlar (kilsə, sekta, denomi-

nasiya) əmələ gətirir.  

Bu gün dini zəmində formalaşan beynəlxalq təşkilatlarla (İslam  Əməkdaşlıq 

Təşkilatı,  İslam liqası, Ümumdünya Kilsə  Şurası, Ümumdünya Buddist Qardaşlığı, 

Ümumdünya Sionist təşkilatı  və s.) yanaşı dini ideologiyaya əsaslanan siyasi parti-

yalar (islam, xristian, buddist və s.) da fəaliyyət göstərir. Müxtəlif institutlar dinin 

siyasətə təsirini öyrənir. 

Dinin cəmiyyətə təsirinin zəifləməsi nəticəsində dini səciyyə daşımayan qruplar 

yaranır. Dini təşkilat şəriətin və ibadətin məzmunu ilə müəyyənləşir.  

Kilsə dini etikanı  və dini fəaliyyəti müəyyənləşdirən, vahid inam simvoluna 

əsaslanan dini təşkilatdır. Sekta bu və ya digər kilsəyə və ya müəyyən dini istiqamətə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə