Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə153/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   149   150   151   152   153   154   155   156   ...   161

 Qurbanəli Süleymanov  

404


yaxın zamanda baş verəcəyini bildirənlər, tərif və  məzəmmət, nəhayət, təəccüb 

bildirən fellərə bölür.

2

 

Köməkçi fellərin çoxluğunu nəzərə alaraq bu kiçik həcmli məqalədə onların 



hamısını izah etmək imkan xaricində olduğundan biz yalnız (mövcud) olma və 

çevrilib olma adlandırılan fellərin bəzisini izah etməyə çalışacağıq.  

Bu fellər aşağıdakılardır: 

 لاعفا


ةموميدلا لاعفا ,ةوريصلا لاعفا , ةنونيكلا

 

Qeyd edilməlidir ki, müəlliflər bu fellərin bölgüsünü gah birlikdə, gah da 



ayrılıqda təhlil edirlər. 

Müxtəsər də olsa, həmin fellər “mövcud olma”, “çevrilib olma” felləri adı 

altında öyrəniləcəkdir.  Əfalud-deymuməti fellərini davamiyyət bildirən fellərlə 

birlikdə araşdırmağa cəhd edəcəyik. Keynunə fellərinə ناك feli daxildir ki, o, müstəqil 

mənaya malik olaraq, müəyyən şəraitlərdə köməkçi məna kəsb edir. 

Deməli, dildə iki vəziyyətdən söhbət gedir. Məsələn, 

يف ديز ناك

 

هدحوب هتيب



 – Zeyd 

öz evində  tək-tənha idi – cümləsində  ناك öz müstəqil (tam) mənasında işlənmişdir. 

Aşağıdakı cümlədə isə bu fel davamiyyəti – hal-hərəkətin keçmişdə davam etdiyini 

bildirir: هدحوب هتيب يف شيعي ديز ناك – Zeyd öz evində tək-tənha yaşayırdı. Yeri gəlmişkən 

qeyd edək ki, Allah təalaya aid olduqda zamandan söhbət gedə bilməz. Ümum 

mənalı fel olduğundan keçmiş, indiki və gələcək zamanı əhatə edir: اميكح امياع ﷲ ناك – 

Allah alim və hikmətlə  rəftar edəndir.اباّوت  ناك  هّنا

3

 – Həqiqətən O, tövbə  qəbul 



(edənlərin) ən böyüyüdür.

 4

 



Aşağıdakı cümlədə isə bu fel (tərkibi xəbərin) birinci komponenti (ابلاط ناك – o, 

tələbə idi) kimi, istimrar (davamiyyət) bildirən isə (لمعي ناك – o, işləyirdi) feli xəbərin 

tərkibində  də köməkçi (yardımçı) fel hesab edilir. Birinci rəyə başqa bir misala 

müraciət edək: 

قارشتسلاا  ةيلك  يف  ابلاط  ديز  ناك – Zeyd şərqşünaslıq fakultəsinin tələbəsi idi (və ya 

tələbəsi olmuşdu). 

Ərəb müəlliflərindən Rəşid əş-Şərtuni qeyd edir ki,  ربخلاو أدتبملا ىلع لخدي لعف ناك

 ّمسي و أدتبملا عفريف

 اسراق دربلا ناك :وحن ناك ربخ ىّمسي و ربخلا بصني و همسا ى

-

 



 - soyuq çox sərt 

idi –  ناك mübtəda və xəbərlə işlənir; mübtədanın adlıq halda olmasını “tələb” edir və 

                                                 

2

  Б.М.  Гранде  ,курс  арабской  грамматики  в  сравнительно-историческом  освещении , 



Москва , 1963, с,249-250 

3

  Qurani-Kərim , əhzab surəsi , ayə 1 



4

 Qurani-Kərim , nəsr  surəsi , ayə 5 




“Ərəb dilində köməkçi fellər haqqında bəzi qeydlər” 

405


mübtəda “ismu kanə” adlanır; xəbərin (isim hissəsinin) təsirlik halda olmasını “tələb” 

edir və o, “xəbəru kanə” adlanır.  

Akademik V.M. Məmmədəliyev  ناك felini analitik (təsviri) formalar tərkibində 

köməkçi fellər adlandırır. 

5

O, göstərir ki, analitik konstruksiyalarda ناك feli öz leksik 



mənasından məhrum olaraq köməkçi fel kimi işlənir. 

Burada tərkibi fellə ifadə olunmuş  xəbəri keçmiş  və indiki-gələcək zaman aid 

edir: 

ةعماجلا  ىلا  ايموي  بھذي  ىّمع  ناك – Əmim hər gün universitetə gedirdi (gedərdi); 



(keçmiş davamedici zaman). Başqa bir misal: 

خ دق ىّمع ناك

ر

ةعاس ذنم هلمع نم ج



 – Əmim bir saat əvvəl işdən çıxmışdır. 

Qeyri mütəsərrif fellərdən isə yalnız  سيل (deyil) felini müxtəsər  şəkildə izah 

etməyə çalışacağıq.  

Əsas (tam) fel kimi سيل “mövcud olmamaq” mənasında işlənir və  ناك felinin 

antonimi olur: تيبلا ىف ىخأ سيل – qardaşım evdə yoxdur.  

Digər tərəfdən, xüsusilə, indiki zamanın inkarını bildirmək istədikdə سيل sözünü 

digər felin indiki zaman forması ilə  işlədirlər ki, bu kimi tərkibdə o, لا  və  ام inkar 

ədatları mənasında işlənir: 

تيبلا ىلا بھذا تسل (لا)– evə getmirəm. 

Bəzən  ام  ,لا inkar ədatları da سيل-nin yerində  işlənir (سيل  ىنعمب  لا  ,ام) adlanır və 

tərkibi xəbər əmələ gətirir: 

بلاطب وا ابلاط (سيل)وھ ام – O, tələbə deyil. 

امئاد ءىش ناك (سيل) لا – daimi heç nə yoxdur. 

Keçmiş zamanda təsrif olunub tərcümədə indiki zamanı bildirən  سيل inkar feli 

köməkçi fel kimi də işlənərək tərkibi xəbər əmələ gətirir. Tərkibi xəbərin ad hissəsi 

təsirlikdə, ya da ب (bi) ön qoşması ilə idarə edilərək yiyəlik halda olur:  ابلاط ديز سيل

اطب)

(بل


 – Zeyd tələbə deyil. Allahın kəlamı Quranı-Kərimdən bir misal da gətirsək 

olduqca yerinə düşərdi: نيمكاحلا مكحأب ﷲ سيلأ – məgər Allah hökm edənlərin ən gözəli 

(ən ədalətlisi) deyil mi?

6

 



Nəticə olaraq qeyd edilməlidir ki, kiçik həcmli bu məqalədə köməkçi fellər 

haqqında geniş  məlumat vermək imkan xaricində olduğunu nəzərə alaraq bu 

                                                 

5

 V.M.Məmmədəliyev , Müasir ərəb ədəbi dilində felin zaman ,şəxs və növ kateqoriyası 



6

 108.ص ،1.ج ، 1964 ، توريب ، ةيبرعلا ئدابم ، ينوترشلا ديشر 

 



 Qurbanəli Süleymanov  

406


müxtəsər icmalla kifayətlənirik. Haqqında danışılan mövzu barədə daha geniş 

məlumata ayrıca məqalə həcr ediləcəkdir. 

 

 

ƏDƏBİYYAT 



 

1.

 



Bekir topaloğlu; Hayreddin Karaman, sarf  nahiv kitabı, Beyazit, İstanbul, 

1994  


2.

 

Ə.C.Məmmədov, Ərəb dili, Bakı, 1998 



3.

 

Cahani T., Naqis fellər, ADU elmi xəbərlər, №2, 1974 



4.

 

Б.М.  Гранде,  курс  арабской  грамматики  в  сравнительно-историческом 



освещении, Москва, 1963 

5.

 



Ziya Bünyadov, V.M.Məmmədəliyev, Qurani–Kərim, Bakı, 2007 

6.

 



V.M.Məmmədəliyev, Müasir ərəb  ədəbi dilində felin zaman, şəxs və növ 

kateqoriyası 

7.

 

 ، توريب ، ةيبرعلا ئدابم ، ينوترشلا ديشر



1964

 

.ج ،



1

.ص ،


108

 

 



 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə