Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə156/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   153   154   155   156   157   158   159   160   161

Quranın düşüncə sistemində “tədəbbür” məfhumu 

415


etmək” ifaədsini açıqlayaraq yazır ki, bu məfhum tədəbbür anlamında işlənir 

(7.c.1.s.269). 

Quranın təlavətində onun qiraətindən heç də az əhəmiyyəti olmayan 

dinləmək məsələsi diqqət mərkəzində dayanır. Burada xatırlamaq lazımdır 

ki, Qurani-Kərim zəngin dil xəzinəsidir, özü də  fəal, canlı  və insanlarla 

ünsiyyətdə olan xəzinədir. Dilin təlimində Quranın forması  və ifadə  tərzi 

çox önəmlidir, insanın düşüncəsi və  qəlbi dərhal onun təsiri altına düşür. 

Quranın dil-üslub incəliklərini bilmədən bu səmavi Kitabın Peyğəmbər 

dönəmindəki malik olduğu təsir özünü büruzə verməz. Quran dilinin 

təlimində bir məqamı heç vaxt unutmaq olmaz ki, onu ana dili kimi doğma 

və  təbii duyğularla öyrənmək gərəkdir. Müasir dilçilər və psixoloqların 

nəzərincə dil ilkin mərhələdə  şifahi  şəkildə gerçəkləşən hadisədir. Ona görə 

onun öyrənilməsi  şifahi üsullarla planlaşdırılır. Nitq şifahi  şəkildə icra 

olunur, danışıqla eşitmək arasında  əlaqə qurulur (Beri.s.121). Burada nitqi 

dinləmək çox önəmlidir və Quran dinləməyi görməkdən üstün hesab edir. 

Quran dilinin öyrənilməsində bu məsələyə xüsusi diqqət yetirmək lazımdır 

və müasir elmi baxışlar da bunu təsdiq edir. Həmin məsələyə dair Quranda 

bir sıra dəlillər gətirilir (Kəhf:11, Mulk:9,23; Əhqaf:26;  Ən’am:46; 

Fussilət:20,22). Bu məsələ ilə bağlı daha maraqlı bir cəhət Allahın 

adlarından birinin “eşidən” (səmi’) olmasıdır. Aşağıdakı ayələrdə Allahın 

səmi’ (eşidən) adı onun başqa adlarından (əlim, bəsir, qərib) daha çox 

işlənmişdir: Bəqərə:127,138,181,224,227,244,256; Ali-İmran:12,34-35; 

Maidə:76; 

Ən’am:13,15; 

Ə’raf:200; 

Ənfal:17,42,53,61; Tovbə:97,103; 

Yunus:65; Yusif:34; İsra:1;  Ənbiya:4; Həcc:61,75; Nur:21,60; Şuəra:220; 

Ənkəbut:5,60; Loğman:28; Səba:50; Qafir:20,56; Fussilət:36; 

Şura:11; 

Duxan:9; Hucurat:1; Mücadilə:1; Nisa:58,134,148; İnsan:2. 

Tədəbbür barədə söylənilənlər belə bir ideya üzərində formalaşmışdır 

ki, bu məfhum prinsipcə  əməli cəhətdən önəm daşıyır. Deməli, tədəbbür 

əməli bir prosesdir, lakin bu o demək deyildir ki, biz kimsəni bu işə vadar 

edirik.  Əslində  tədəbbür görüləsi bir iş deyil, bəlkə keçiləsi bir yoldur. Ona 

görə  tədəbbürün metodologiyasından bəhs edərkən başqa bir üsula müraciət 

etməli oluruq. Həmin üsul öz-özlüyündə  tədəbbürlə sonunclanacaq. Onu 

həm də  nəfəs çəkməklə müqayisə etmək olar. Təbiidir ki, yeməyi, yatmağı, 

idmanı, istirahəti və başqa işləri düzgün olan insanın nəfəsçəkməsi də 

düzgün olar. Biz bir nəfərə “bu cür yat”, “bu cür ye”, “bu cür yol get” deyə 

bilərik, ancaq ona “bu cür nəfəs al” deyə bilmərik. 




 Şüca Cavanpərəst  

416


Düzgün tənəffüs bir yoldur və başqa işlərdən fərqli olaraq istər-istəməz 

öz-özünə hasil olan bir prosesdir. Tədəbbür bir sıra mərhələlərdən təşkil 

olunan işlərlə  əlaqəli olan bir hal və prosesdir, həmin mərhələlər keçdikcə 

düzgün tədəbbür də baş tutmalıdır (17.s.160). 

Deməli, qiraət elə  tərzdə omalıdır ki, tədəbbür onun batinindən dogsun. 

Ona görə  də  həmin cəhəti nəzərə almaqla qiraətin təbii və mübarək bir nəticə 

ilə sonuclanmasını  təmin etmək lazımdır. Qiraət qaydaları müəyyən prinsip-

lərə və şərtlərə cavab verməlidir (17.s.158). 

Quran ilahi dəvət olaraq insanın qəlbində özünə yer tutur və Quran 

üzərində  tədəbbürün yeri və qaynağı da qəlbdir. Tədəbbür məfhumu işlənən 

ayələri diqqətlə araşdırsaq bir məsələni anlayarıq ki, tədəbbür Qurandan ayrı 

bir hadisə  və amil deyildir. Quran insan qəlbinə nüfuz edərək orada özünə 

yer tutduğu kimi, tədəbbür də öz-özünə  qəlbin dərinliyindən gələn bir haldır 

və öncə bu barədə Muhəmməd surəsi, 24-cü ayədə işarə edilmişdir. 

Deməli, qəlb tədəbbürün gerçəkləşdiyi yerdir və ona görə  də Quran 

qəlbdə yer alır ki, bu məsələ Quranın öyrənilməsi metodu ilə birbaşa  əlaqə-

dardır. Yəni Quran elə  şəkildə öyrədilməlidir ki, öyrənənin beyninə deyil

qəlbinə nüfuz edə bilsin. Tədəbbürə aid ayələrin üslubundan bəlli olur ki, bu 

məfhum eyni zamanda “təzəkkür” anlamından ayrı deyil. Tədəbbür və 

təzəkkür bir həqiqətin iki ifadə tərzidir. Sad surəsi, 29-cu ayədə deyilir: 

“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir 

Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və  ağıl sahibləri də 

(ondan) ibrət alsınlar!”.  

Bu iki məfhumu nə  qədər bir-birindən ayırsaq da onlar mahiyyətcə bir-

birinə bağlanır. Quran həmişə insanın qəlbində  və yadında olduğu üçün 

onun “təzəkkür” funksiyası  dəyişməz olaraq qalır. Deməli, insan Quranın 

mənalarını  qəlbində daşıdığı halda onlar üzərində düşünməsi təbii məsələdir. 

Başqa sözlə, Quran ayələri onu bütün həyatı boyu – fərdi və ictimai 

həyatında izləyəcək, onun niyyət, söhbət və  əməllərinə  nəzarət edəcək. 

Deməli, tədəbbür üçün Quran ayələri həm də zikr olunmalı, həmişə canlı  və 

fəal şəkildə Quran təlimi ilə bağlı olmalıdır. 

Quranın düzgün üsul ilə qiraəti insanı zikrə  və  tədəbbürə yönəldir və bu 

halda tədəbbür insanın daimi sifətlərindən birinə çevrilir, belə ki, o, tədəbbür 

etmədən keçinə bilmir. Tədəbbürə aid ayələrin ahəngi və ifadə  tərzi elədir ki

bu bir prinsipal məsələ kimi qarşıya qoyulur. Yəni Quranın  əsl və  təbii ruhu 



Quranın düşüncə sistemində “tədəbbür” məfhumu 

417


insanı  tədəbbür halında saxlamaqdır, yoxsa bunsuz ayələrin təsiri və  əhəmiy-

yəti olmazdı.  

Sonda Qurani-Kərimin tədəbbürə  dəvət etdiyi aşağıdakı mühüm mə-

qamları ümumiləşdirək: 

1. Bədən və can barədə düşünmək: Mu’minun: 12-14; 

2. İnsan vücudunun mərhələləri barədə düşünmək: Həcc:5; İnsan:28. 

3. Həyatın sonu barədə düşünmək. Zumər:30. 

4. Son hədəf barədə düşünmək. Bəqərə:156. 

5. Dünya, afaq və ənfəs aləmi barədə düşünmək. Yunus:6. 

6. Keçmiş xalqların taleyi barədə düşünmək. Yusif:109. 



Beləliklə,  tədəbbür Qurannın düşüncə sistemində mühüm bir amil kimi 

çıxış edir; burada əsas məqsəd irəli sürülən hər bir məsələ üzərində  dərin dü-

şüncəyə dalmaq, atılacaq addımların və  əməllərin aqibətini fikirləşməkdir. 

Quran ayələri üzərində  tədəbbür prisipal cəhətdən bir çeşməyə  bənzəyir və 

oradan həmişə saf su qaynayır.  Əgər çeşmədən su kəsilərsə  və ya azalarsa 

onun səbəblərini axtarmaq lazım gələr ki, burada bizlərə  tədəbbür yardımçı 

olur.  

 

 



ƏDƏBİYYAT 

 

1. Qur’ani-Kərim. Azərbaycan dilinə tərcümə edənlər: Akad. Z.M. Bünyadov və 



V.M.Məmmədəliyev. Bakı: “Olimp”. 1998. 552s 

2. Müfrədatül-əlfazül-Qur’an. Rağib  İsfəhani Hüseyn. Qum: Zəviyül-qürbi. 

1412. 

3. əl-Misbahül-münir fi qəribi-şərhül-kəbir. Qum: İntişarati-hicrət. 1373 



4. Məcməül-bəhreyn. Tərihi  Şeyx Fəxrəddin. Təhqiq:  əs-Seyyid  Əhməd  əl-

Hüseyni. Tehran: Dəftəri-nəşri-islami. 1367 

5.  əl-Qamusül-Muhit.  Firuzabadi Məcdəddin Məhəmməd ibn Yəqub. Beyrut: 

Darül-kutub. Tarixsiz.  

6. Qamusi-Quran. Qərəşi Seyyid Əliəkbər. Tehran: Darül-kibabül-islamiyyə. 

1371 


7.  əl-Mizan fi təfsirül-Qur’an. Təbatəbai Məhəmməd Hüseyn. Qum: Dəftəri-

intişarati-islami. 1420. 

8. Furuqül-lüğəviyyə.  Əsgəri  Əbu Hilal. Tərcome: Məhəmməd  Ələvi  Əqdəm. 

Məşhəd: Astani-Qüdsi-Rəzəvi. 1363 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə