Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə154/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   150   151   152   153   154   155   156   157   ...   161

“Ərəb dilində köməkçi fellər haqqında bəzi qeydlər” 

407


                                  

SUMMARY 

 

In the result of research it was studied the interesting features of auxiliary verbs

and it should be continued. 

                                            

 

РЕЗЮМЕ 

 

В  результате  исследовательских  работ  были  затронуты  достаточно 



интересные стороны вспомогательных глаголов; поиски будут продолжены. 

 



Quranın düşüncə sistemində “tədəbbür” məfhumu 

409


 

 

QURANIN DÜŞÜNCƏ SISTEMİNDƏ  

“TƏDƏBBÜR” MƏFHUMU 

 

Şüca Cavanpərəst 

AMEA Əlyazmalar İnstitutunun doktorantı 

 

 



Açar sözlər: Quran, düşüncə, təfəkkür, tədəbbür 

Key Words: Quran, knowledge, thinking, meditation 

Ключевые слова: Коран, познание, мышление, размышление 

 

Giriş.  İslam mədəniyyətində düşüncə sisteminin təşəkkülü barədə  əsas 

qaynaq Qurani-Kərimdir. Burada həmin sistemin tərkib hissələrini təşkil 

edən məfhumlar sırasında elm, ağıl və  təfəkkür və s. mühüm yer tutur. İslam 

düşüncə sisteminin  əhəmiyyətli ünsürlərindən biri də “tədəbbür” məfhumu-

dur ki, ümumi təfəkkür prosesində xüsusi rol oynayır. Həmin rolun nədən 

ibarət olduğunu müəyyənləşdirmək zəruri məsələlərdən biri kimi çıxış edir. 

Tədəbbür sözü “dubr” kökündən olub işlərin arxasınca düşünmək məna-

sı bildirir ki, bu da əslində  dərindən fikirləşmək və  məsələnin gələcəyini 

nəzərə almaq deməkdir. Bu cür düşüncənin nəticəsi olaraq əvvəlcə gözə 

səthi  şəkildə çarpan həqiqətlər aşkar olur. Rağib  İsfəhani “Müfrədat”  əsərin-

də yazır: “Tədəbbür işlərin arxasında düşünmək və  tədbir görmək deməkdir” 

(2.c.1.s.657). Məhəmməd ibn Əbibəkr  Əbdülqadir  ər-Razinin “Muxtarüs-si-

hah” əsərində tədbir sözünün mənasını belə izah edir: 

Tədəbbür – işlərin aqibət üzərində  təfəkkür mənasında işlənir.  Əhməd 

ibn Məhəmməd bin Əli  əl-Müqri  əl-Qəyyumi “Misbahül-münir fi qəribi 

şərhi-kəbir” kitabında yazır: “Dubr ön və qabaq sözünün təzadı olaraq bir 

şeyin arxası deməkdir. Ona görə bu söz işin sonu və aqibəti mənası bildirir. 

Tədəbbür insanın üz və arxa çevirməsi və  gələcəyi düşünməsidir, diqqətlə 

baxaraq işin aqibətini fikirləşməsidir (3.c.2.s.188). 

Şeyx Fəxrəddin Tərihinin “Məcməül-bəhreyn”  əsərində deyilir: “Bir iş 

üçün tədbir görmək onu nəzərdən keçirərək sonunu və aqibətini düşünmək 

deməkdir” (4.s.8). Müəllif sonra Nisa surəsi, 82-ci ayəni misal gətirir:  

“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməz-




 Şüca Cavanpərəst  

410


lərmi?  Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı,  əlbəttə, onda çoxlu zid-

diyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” . 

Allah-təala bu ayədə  tədəbbürdən söz açır ki, bu da işlərin aqibətinə 

baxaraq onlar barədə  dərindən düşünmək anlamına gəlir. O, eyni zamanda 

tədəbbür və  təfəkkür arasında olan fərqə  işarə edərək yazır: “Tədəbbür 

adətən qəlbin hökmü ilə  işlərin aqibətini düşünmək mənası bildirir, ancaq 

təfəkkür qəlbin hökmü ilə dəlillərə diqqət yetirir” (4.s.9). 

Firuzabadinin “Qamus”unda deyilir: “Dubr ön və qabaq sözünün zidd 

tərəfidir, bir şeyin arxası bu sözlə ifadə edilir. Tədbir isə  işlərin sonuna və 

aqibətinə baxmaq mənası bildirir. İstiqbal (qarşılamaq) sözünün təzadı 

“istədbar” sözüdür. Quranda bu sözün işlənməsi sonluğu düşünmək 

baxımından diqqəti cəlb edir (5.s.157).  

Qərəşinin sözlüyündə  tədəbbürün eyni zamanda anlamaq və  dərk etmək 

mənası verlilr, yəni tədəbbür etməmək anlamamaq deməkdir (6.c.2.s.326). 

Əllamə  Təbatəbai həmin sözün mənasını izah edərək yazır: “Tədəbbür 

bir  şeyin başqa bir şeydən götürülməsi deməkdir. Quran ayələrində bu söz 

ayə üzərində düşüncəyə dalmaq və sonra bir daha ayələr üzrə düşünmək 

mənası bildirir” (7.c.5.s.128). 

Əbu Hilal Əsgəri lüğət və  bəlağət elmində tanınmış müəlliflərdən 

biridir. O, “Füruğül-lüğəviyyə”  əsərində “tədəbbür” və “təfəkkür” sözləri 

arasındakı  məna fərqinə  işarə edərək yazır: “Tədəbbür qəlbdə  işlərin 

aqibətini düşünməkdir. Ancaq təfəkkür  əməllərin  və  hərəkətlərin səbəb və 

dəlillərini axtarmaq deməkdir (7.s.67).  

Beləliklə, qaynaqlarda verilən məlumatları ümumiləşdirsək belə bir 

nəticəyə  gəlirik ki, tədəbbür məsələnin zahiri tərəfinin arxasında dayanan 

məqamlar, yəni işin batini tərəfi haqqında düşünmək deməkdir. Belə bir 

düşüncə  gələcək və aqibəti nəzərə alan tədbirli düşüncədir. Məsələnin 

mahiyyətini axtarmaq, diqqəti işin nəticə  və sonuna yönəltmək tədəbbürün 

əsas xüsusiyyətidir. Təfəkkür isə  məsələnin zahir və batinini, səbəb və 

nəticələrini araşdırmaq deməkdir. Təfəkkür məlum faktlar və  dəlillər 

əsasında bəlli olmayan məsələləri araşdırmaq və  aşkar etmək məqsədi 

daşıyır. 

İşlərin sonunu və aqibətini aşkar etmək istəyi insanı  məsələnin səthi 

müşahidəsindən onun dərinliyinin dərkinə sövq edir. Quran ayələrində 

tədəbbür insanı  dərin məna axtarışına dəvət edir, bu səmavi kitabın ilahi 

vəhydən qaynaqlandığını diqqətə çatdırır. Quran səthi səviyyədə  ərəblərin 




Quranın düşüncə sistemində “tədəbbür” məfhumu 

411


danışdığı söz və cümlələrdən ibarətdir və bu səviyyədə  bəşər sözündən o 

qədər də  fərqlənmir. Ancaq ilahi kitab olaraq onun dərin düşüncəyə  və 

aqibətə hesablanmış məna tutumu adi bəşər düşüncəsindən fərqlənir. 

Quranda tədəbbür məfhumu ilə bağlı başqa bir məqam da vardır: 

ayələrin ardıcıl məna düzümündə diqqət onların batininə yönəlir, ayələr 

arasında olan əlaqənin dərinliyi göz önündə canlanır. Bunlar arasında heç bir 

ixtilaf yoxdur, bütün ayələr batini məzmun baxımından bir-birilə uzlaşır, 

bütöv bir tam kimi qarşımıza çıxır. Ona görə  də bir surədə olan ayələri 

ardıcıl izləməklə yanaşı, onları bütöv Quranla tutuşdurmağa ehtiyac duyulur. 

Bununla da məlum olur ki, 23 il ərzində Peyğəmbərin (s) enişli-yoxuşlu yo-

lunda və  fərqli ictimai-tarixi şəraitlərdə nazil olan Qurani-Kərim bəşər zeh-

ninin səviyyəsində deyildir. Bəşər və başqa maddi varlıqlar həmişə  dəyişik-

lik halında olaraq naqislikdən kamala doğru hərəkətdədir. Deməli, Quranda 

tədəbbür ayələr arasında olan batini məna  əlaqələrini, ayələrin özlərinin bir-

birilə bağlılığını nəzərdə tutur. 

Meybodinin “Kəşfül-əsrar” adlı  məşhur təfsirində  tədəbbür barədə belə 

deyilir: “Tədəbbür odur ki, işləri  əvvəldən axıradək tənzimləyərək onun so-

nunu nəzərdə tutasan. Əbu Osman Məğribi deyir ki, tədəbbür üç qisimdir: 

biri öz-özünə fikirləşmək ki, buna möizə yönümlü tədəbbür deyirlər; ikin-

cisi, zahidlərə  məxsus düşünməkdir; üçüncüsü, Quran üzərində düşünmək-

dir. Sonuncu həqiqət və  kəşf yönümlü tədəbbür adlanır və ariflərə xasdır. 

Onlarda batini kəşf ilə  qəlb ilə Haqq arasındakı  pərdə götürülür, arzuları ger-

çəkləşir, müşahidə suları mülahizə arxı ilə  rəvan olur, ürəklə zikrə dolu, dil 

susqun halda özünü unudur. Belə ariflər siddiqlərin sükunət dərəcəsinə 

yetişmiş olurlar və buraya yetişməyən kimsə Quran calalından, onun gizli 

cövhərindən faydalana bilməz (9.c.2.s.515). 



Tədəbbür və təfsir arasında fərq. 

Ayələri diqqətlə 

nəzərdən keçirərkən onun ənənəvi terminoloji 

mənasından əlavə, başqa izahları da ortaya çıxa bilər: 

A. Quranda irəli sürülən tədəbbür məfhumu dərrakə, fəhm, elmi və ruhi 

səviyyəsindən asılı olmayaraq bütün insan təbəqələrinə  şamil edilə bilir. 

Təfsir Quranın anlaşılmasında müctəhidlərin və alimlərin yararlandıqları 

üsuldur. Onlar bununla tədəbbürün elmi izahını verməyə çalışırlar. Ancaq 

Quranın mətnində  hər kəsdən tədəbbür – yəni düşünmək tələb olunur. Hətta 

müşriklər və münafiqlərə düşünmək üçün müraciət olunur. Allah Muminin 

surəsi, 68-ci ayədə buyurur: 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə