22
Təcrübədə seçmə tədqiqatı ilə ümumi müşahidənin kombi-nələşdirilməsindən də istifadə edilir. Seçmə
müşahidə ilə ümu-mi müşahidənin kombinələşdirilməsi seçmə məlumatın dəqiq-liyini daha yaxşı
yoxlamağa imkan verir.
Ümumi müşahidə zamanı ən mühüm əlamətlər üzrə məlumat toplanılır. Ümumi müşahidənin
məlumatını tamamlamaq üçün əlavə seçmə müşahidəsi aparilır. Əsas proqram üzrə baş məc-munun bütün
vahidləri geniş proqram üzrə isə bir hissə tədqiq edilir.
Kiçik seçmə. Seçmənin nəticəsinin baş məcmuya yayılması böyük ədədlər qanununa görə seçilənlərin
sayını kifayət qədər çox götürmək prinsipinə istinad edir. P.Çebışevin teoremindən məlumdur ki,
seçilənlərin sayı çox olduqda bir o qədər seçmə göstəricilərinin reprezentativliyi yüksək olur.
Lakin bir sıra hallarda böyük həcmli seçmə tədqiqatı apar-maq mümkün və yaxud məqsədəuyğun
olmur. Məsələn, məh-sulların keyfiyyətinin, əmək məhsuldarlığının və digər göstə-riciləri böyük həcmli
seçmə müşahidəsi əsasında tədqiq etmək ya mumkün deyil, ya da məqsədəuyğun hesab etmək olmaz.
Belə hallarda kiçik seçmədən istifadə edilir. Seçmə tədqiqatı ilə əhatə olunan vahidlərin sayı 30-dan çox
olmayan tədqiqata ki-çik seçmə deyilir. Kiçik seçmədə tədqiq olunan vahidlərin sayı 30 vahiddən az olur.
Kiçik seçmə nəzəriyyəsini ilk dəfə ingilis riyaziyyatçı-sta-tistiki V.Kosset işləmişdir. Sonra onun
işlərini ingilis alim, sta-tistik R. Fişer, rus riyaziyyatçılarından isə V.Romanovski və A. Kolmoqorov
davam etdirmişdilər.
Riyazi statistikada sübut edilmişdir ki, kiçik seçmədə seç-mənin nəticəsini baş məcmuya yaymaq olar.
Lakin kiçik seç-mədə seçmə xətasının son həddinin hesablanmasının müəyyən xüsusiyyəti vardır.
Məlumdur ki, böyük həcmli seçmə məc-musunda baş məcmunu almaq üçün seçmə dispersiyanı n/(n-1)
əmsalına vurmaq böyük rola malik deyildir. Lakin seçmə məc-muyu kiçik olduqda bu əmsalı nəzərə
almaq lazımdır. İngilis alimi sübut etmişdir ki, kiçik seçmə halında ehtimalın bölgü qanununun xüsusi
fəaliyyəti mövcuddur.
V. Statistik fəaliyyət özü ilə ardıcıl və məqsədyönlü işin təcəs-sümü kimi ifadə olunur. Əgər onun ilkin
addımları məqsədinin müəyyənləşdirilməsindən sonra onun haqqında zəruri informa-siyanın toplanması
ilə müşayət edilirsə, bu heç də hələ sərf olunan əməyin başa çatması mənasını daşımamamlıdır. Görü-lən
sadalanan işlər sonrakı mərhənin mühüm bazası kimi çıxış etməklə yanaşı qarşıya qoyulan məqsədə
gedən yolu bir mərhə-lədə yaxınlaşdırmalıdır.
Ayrı-ayrı ölkələrin statistikləri birinci araşdırma mərhələsi-nin başa çatması və ikinci mərhələyə keçid
haqqında maraqlı qiymətləndirmələr aparmış və diqqətəlayiq düşüncələrini bil-dirmişlər. Onlardan biri
kimi rus statistiki A.Kaufmanın fikir-ləri qəbul edilə bilər. Bu alimin maraqli ifadəsinə görə “müşa-hidə
nəticəsində alınan məlumatlar statistika sahəsində ev ti-kərkən istifadə ediləcək kərpic” kimi çıxış edir.
Onun fikrini davam etdirdikdə belə nəticəyə gəlmək olar ki, “əgər birinci mərhələnin həyata keçirilməsi
statistik tədqiqatın aparılmasın-da bünövrənin hazırlanmasıdırsa, onun başa çatması qurulacaq statistik
binanın inşası üçün tikinti materiallarıdır. Məhs belə təyinatlı materialların (yəni, informasiyanın)
mövcudluğu mü-vafiq qurğunun tikilərək hazır şəkildə istifadəyə verilməsinə şərait yaradacaq.” Deyilən
obrazlı fikirlər müşahidənin əhəmiy-yətini vurğulamaqla yanaşı, onun ara faza olduğunu və qeyd olunan
istiqamətdə işlərinin davam etdirilməsinin zəruri olduğu-nu bildirir.
Statistik materialların qruplaşdırılması və yekunlaşdırılma-sında kütləvi müşahidə nəticəsində toplanan
ilk məlumatlar sis-temə salınır. Müşahidə nəticəsində əlamətin ayrı-ayrı vahidlə-rini xarakterizə edən
hadisə və prosesləri dərk etmək üçün la-zım olan məlumat toplanır. Elmi prinsiplər əşasında toplanmış
məlumatı dərk etmək və sosial-iqtisadi hadisələrin inkişaf qa-nunauyğunluqlarını müəyyən etmək üçün
həmin məlumatı ye-kunlaşdırmaq, sistemləşdirmək və nəzəri cəhətdən ümumiləş-dirmək lazımdır.
Məlumdur ki, əhalinin siyahıya alınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqda bir sıra
əlamətlər üzrə məlumat toplanır. Lakin ölkənin əhalisi haqqında toplanmış bu ilkin mə-lumat işlənməzsə,
sistemə salınmazsa heç bir nəticə çıxarmaq olmaz. Bunun üçün həmin məlumatı sistemləşdirmək və
əhali-nin sayını bir sıra əlamətlər üzrə müəyyənləşdirmək, yəni ye-kun məlumat əldə etmək lazımdır.
Ancaq belə məlumat əsasın-da ölkə əhalisi haqda aydın təsəvvür əldə etmək mümkündür. Beləliklə,
ictimai hadisələrin tipik xüsusiyyətlərini və qanuna-uyğunluqlarını aşkar etmək üçün ilkin statistik
materialların sistemləşdirilməsi və işlənilməsi statistika materiallarının ye-kunlaşdırılması adlanır.
Yekunlaşdırmanın tərkib elemenlləri statistik materialların müvafiq əlamətlər üzrə qruplara ayrıl-
masından, statistika məcmusunun bütövlükdə va onun ayrı-ayrı qruplarını xarakterizə edən göstəricilər
23
sisteminin işlənməsin-dən, qrup və ümumi yekunların hesablanmasından, yekunlaş-dırmanın nəticəsinin
statistika sıralarında, cədvəllərdə və qra-fiklərdə təsvirindən ibarətdir.
Statistik materialların yekunlaşdırılması statistik tədqiqatın ikinci mərhələsidir. Statistika
yekunlaşdırılmasının düzgün təş-kilinə, onun elmi prinsiplər əsasında aparılmasına xüsusi fikir
verilməlidir.
Statistik materialların yekunlaşdırılması, statistik tədqiqatın vəzifələrinə müvafiq olaraq, əvvəlcədən
tərtib edilmiş proqram əsasında aparılır. Statistika yekunlaşdırılmasının proqramı bir-cinsli qrupları təşkil
etmək üçün qruplaşdırma əlamətlərinin müəyyən edilməsini, qrupların sayını, iş cədvəlinin maketini və
göstəricilərin siyahısını əhatə edir. Yekunlaşdırmanın proqramı elə tərtib edilməlidir ki, yekunlaşdırma
nəticəsində alınmış ma-teriallar öyrənilən hadisəni hərtərəfli xarakterizə edə bilsin. Ye-kunlaşdırmanın
proqramı iqtisadiyyatı idarə edən orqanların, nazirliklərin, idarələrin və yerli orqanların tələblərinin
ödənmə-sini təmin edə biləcək tərzdə tərtib edilməlidir. Proqramda ayrı-ayrı işlərin hansı müddətdə
yerinə yetirilməsi və onların cəd-vəllərdə, statistik məcmuələrdə və s. təsvir edilməsi ilə əla-qədar olan
tədbirlər verilir. Yekunlaşdırmanı aparmazdan əvvəl müşahidə nəticəsində toplanmış məlumatlar əvvəlcə
ətraflı yoxlanmalıdır.
Göstərilənləri yekunlaşdırma komponentləri kimi təsnifat şəklində ifadə etmək mümkündür. Nəticədə
aşağıdakı bölmələr ortaya çıxır:
müşahidədən sonrakı mərhələdə aparılacaq ümumiləşdir-məni və qruplaşdırmanı əks etdirəcək
proqram;
bütövlükdə məcmunu və onun ayrı-ayrı qruplarını özündə təcəssüm etdirən fərdi göstəricilər və
onların sistemi;
qruplar üzrə fərdi yekunların, sonra isə ümumi nəticələrin müəyyən edilməsi;
yekunlaşdrılmış nəticələrin cədvəllər və digər əyani vəsait-lər vasitəsilə ifadə edilməsi və s.
Sadalananların mövcudluğu çoxşaxəli mexanizmə malik olan ümumiləşdirmə işinin həyata
keçirilməsində vacib şərt-lərdir. Beləliklə, statistik müşahidə nəticəsində toplanmış məlu-matın tam və
düzgünlüyü yoxlandıqdan, müvafiq düzəliş edil-dikdən sonra o, qruplaşdırıla, yekunlaşdırıla bilər.
Yekunlaşdırma tərkib etibarı ilə sadə və qrup olmaqla iki ye-rə ayrılır. Sadə yekunlaşdırma öyrənilən
hadisələr arasında müxtəliflik olmadıqda istifadə edilir. Qrup üzrə yekunlaşdırma zamanı məcmu
vahidləri birnövlü qruplara paylandıqdan sonra ümumiləşdirmə işlərinə start verilir.
Yekunlaşdırmanın araşdırılmasında digər bölgü əlamətini məlumatın işlənilməsi forması təşkil edir ki,
bu zaman iki qrup fərqləndirilir: 1) mərkəzləşdirilmiş yekunlaşdırma; 2) qeyri-mərkəzləşdirilmiş
yekunlaşdırma.
VI.Statistik materialların yekunlaşdırılmasında qruplaşdırma mühüm yer tutur. Sosial-iqtisadi hadisə
vahidlərinin mühüm əlamətlər üzrə bircinsli qruplara ayrılmasına statistikada qrup-laşdırma deyilir.
Qruplaşdırma kütləvi statistik məlumatın iş-lənməsi və təhlilinin elmi asasını təşkil edir.
Məlumdur ki, sosial-iqtisadi hadisələr əsasən keyfiyyətcə müxtəlif olan bir çox vahidlərdən ibarətdir.
Həmin vahidləri müəyyən əlamətlər üzrə bircinsli qruplara ayırmadan sosial-iq-tisadi hadisələri dərk
etmək çətin, bəzi hallarda isə mümkün deyildir. Məsələn, əhalinin siyahıya alınmasında onun haqqın-da
bir çox əlamatlər üzrə məlumat toplanır, əhalinin ümumi sa-yını sadəcə olaraq müəyyən etsək, bu əhalini
hərtərəfli xarak-terizə etmək üçün heç də kifayət etməz. Əhalini hərtərəfli xa-rakterizə etmək üçün onun
ümumi sayını müəyyən etməklə bə-rabər, cinsi, ictimai qrupları, yaş qrupları, məşğuliyyəti, təhsili, şəhər
və kənd əhalisi haqda məlumat əldə etmək lazımdır. Bü-tün bunlar haqqında məlumat əhalinin həmin
əlamətlər üzrə qruplaşdırılması nəticəsində əldə edilir. XIX əsrdə tanınmış statistik D.Juravski
qruplaşdırma üsuluna böyük əhəmiyyət vermişdir. O, qruplaşdırmanın, yaxud vahidlərin kateqoriyalar
üzrə hesaba alınmasını statistikanın əsas vəzifəsi hesab edirdi. E.Yanson statistikanı sosial qruplar
haqqında elm adlandırırdı.
Bazar münasibətləri şəraitində statistika materiallarının qruplaşdırılmasının əhəmiyyəti daha da
artmışdır. Təkcə qrup-laşdırma metodunu tətbiq etmək nəticəsində sosial-iqtisadi ha-disələrin tərkibində,
quruluşunda baş vermiş və baş verə bilə-cək dəyişilikləri müəyyən etmək mümkündür.
Qruplaşdırma əlamətinin seçilməsi, qrup və fasilələrin təş-kili prinsipləri. Qruplaşdırma
nəzəriyyəsinin çox mühüm məsə-lələrindən biri qruplaşdırma əlamətinin müəyyən edilməsi və onun
seçilməsidir. Sosial-iqtisadi hadisələrin vahidlərinin qrup-lara ayrılmasına imkan verən əlamət
qruplaşdırma əlaməti ad-lanır. Qruplaşdırma üçün götürülən dəyişən əlamətə qruplaş-dırma əlaməti