Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   40   41   42   43   44   45   46   47   48

73 

 

da tərtib olunan hesabat balansları hadisələr arasındakı qarşılıqlı əlaqələri və nisbətləri xarakterizə etmək-



lə  bərabər,  iqtisadiyyatın  proqnozlaşdırılmasının  elmi  səviyyəsini  yüksəltmək  üçün  mühüm  əhəmiyyət 

kəsb edir. 



    Qarşılıqlı əlaqələrin tədqiqində  analitik qruplaşdırma metodu.  Sosial-iqtisadi  hadisələrin əlaqələrinin 

tədqiqində istifadə edilən mühüm metodlardan biri analitik qruplaşdırma metodudur. Analitik qruplaşdır-

ma metodu sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələrin mövcud olmasını 

və onların istiqamətlərini müəyyən etməyə imkan verir. Hesablanmış qrup orta kəmiyyətlərin variasiyası 

nəticə  əlamətinin umumi  variasiyasının ancaq  bir  hissəsini əks etdirir,  yəni qruplaşdırma əlamətinin nə-

ticə əlamətinə təsirini xarakterizə edir. Əlamətin ümumi variasiyaının qalan hissəsi sair amillərin payına 

düşür.   

     Son dövrdə qarşılıqlı əlaqələrin öyrənilməsində çoxölçülü qruplaşdırma metodundan geniş sürətdə is-

tifadə edilir. Məlum olduğu kimi, nəticə əlamətinə çoxlu sayda amil əlaməti təsir göstərir. Onların nəticə 

əlamətinə  birgə  təsirini  müəyyən  etmək  üçün  çoxölçülü  qruplaşdırmadan  istifadə  edilir.  Çoxölçülü 

qruplaşdırmanı aparmaq üçün məcmunun hər bır vahıd üzrə amil əlamətlərinin natural qiymətləri onların 

hesabi ortaya nisbəti ilə əvəz olunur. Bu o deməkdir ki, amil əlamətlərini hər bir məcmu vahidi üzrə müt-

ləq kəmiyyətlərinin orta kəmiyyətə nisbəti (P

ij

)- yəni nisbi kəmiyyət müəyyən edilir, sonra hər bir məcmu 

vahidi üzrə çoxölçülü orta göstərici aşağıdakı düsturla hesablanır:  

                                         

∑  P

ij

 

                                        P



ij

 ═  ──── 



                                                      

       


    Qarşılıqlı  əlaqələrin  təhlilində  qrafik  metodu.  Əlaqələrin  mövcud  olmasının  və  onun  istiqamətinin 

aşkar edilməsində qrafik metodunun böyük köməyi vardır. Nəzəri təhlil əlaqənin mövcudluğunu və onun 

xarakterini müəyyən etmək imkanına malik olmadığı halda da qrafik metodundan istifadə edilir.  

     Bundan  başqa,  qrafik  metodu  amil  və  nəticə  əlamətləri  arasındakı  əlaqə  və  asılılıqlar,  əyani  şəkildə 

təsvir  etmək  imkanına  malikdir.  Nəticə  əlamətinin  (y)  bir  amil  əlamətindən  (x)  asılılıgını  təsvir  etmək 

üçün əyrilər şəklində xətti diaqramdan istifadə oluna bilər. Bunun üçün düzbucaqlı koordinat sistemində 

absis  oxunda  amil  əlamətinin  (x)  qiymətləri,  ordinat  oxunda  isə  nəticə  əlamətinin  (y)  qiymətləri  təsvir 

edilir. Amil və nəticə əlamətlərinin müvafiq qiymətlərinə uyğun olan nöqtələri sınıq xətlərlə birləşdirəcək 

nəticə  əlamətinin  amil  əlamətindən  asılılığını  əyani  şəkildə  təsvir  edən  xətti  diaqramı  alarıq.  Xətti  dia-

qram vasitəsilə nəticə əlamətinin iki va daha çox amil əlaməti ilə qarşılıqlı əlaqəsi təsvir edilə bilər. Qar-

şılıqlı əlaqələrin tədqiqində korrelyasiya sahəsindən də istifadə edilir. Korrelyasiya sahəsini qurmaq üçün 

absis oxunda amil əlamətinin qiymətlərinə, ordinat oxunda isə nəticə əlamətinin qiymətlərinə uyğun nöq-

tələr  qoyulur.  Qrafik  metodu  kütləvi  məlumat  əsasında  nəzəri  təhlilin  müəyyən  edə  bilmədiyi,  əlaqənin 

mövcudluğunu və istiqamətini aşkar etmək imkanına malikdir. Muşahidə məlumatı çox olduqda amil və 

nəticə əiamətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün hər iki əlamət üzrə qruplaşdırma aparılır və 

qruplaşdırmanın  nəticələri korrelyasiya cədvəlində verilir.  Korrelyasiya cədvəlində amil əlamətinin qiy-

mətləri sətirlərdə, nəticə əlamətlərinin qiymətləri isə sütunlarda verilir.   

    Qarşılıqlı əlaqələrin reqressiya-korrelyasiya metodu ilə təhlili. Məlum olduğu kimi, sosial-iqtisadi ha-

disələr arasında qarşılıqlı əlaqə  və  asılılıqlar korrelyasiya əlaqə  formasında baş verir. Reqressiya-korrel-

yasiya  təhlili  amil  əlaməti  əsasında  analitik  qruplaşdırmanın  davamı  və  inkişafıdır.  Reqressiya-korrel-

yasiya təhlilinin köməyilə amil əlamətinin nəticə əlamətinə təsir dərəcəsi ölçülür və nəticə əlamətinin də-

yişməsində öyrənilən amilin rolu müəyyənləşdirilir. Korrelyasiya təhlilində əlamətlər arasındakı əlaqənin 

sıxlığı və nəticə əlamətinin ümumi dəyişməsində amil əlamətinin rolu müəyyən edilir. Korrelyasiya me-

todu ilə əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsi ölçülilr. Korrelyasiya təhlili aşağıdakı ardıcıl mərhə-

lələrdən keçir: 

   1) ilkin nəzəri təhlil, məsələnin qoyuluşu, amil- nəticə əlamətlərinin seçilməsi; 

   2) statistik məlumatın toplanması və onun hazırlanması; 

   3) qrafik və analitik qruplaşdırma metodlarının köməyilə qarşılıqlı əlaqələrin ilkin öyrənilməsi; 

   4) əlaqə modelinin (reqressiya tənliyinin) qurulması və əlaqənin sıxlığı göstəricilərinin hesablanması; 

   5) tədqiqatın nəticəsinin izahı və təhlili. 

    Hadisələr arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsinə  nə-zəri təhlildən başlamaq lazımdır. Sonra nə-

zəri təhlil əsasında öyrənilən hadisələr arasında əlaqənin mövcudluğu və  istiqaməti müəyyənləşdi-rilmə-

lidir. Nəzəri təhlilə hadisələrin iqtisadi mahiyyətini dərk etməkdən başlamaq lazımdır ki, bunun əsasında 

da amil və nəticə əlamətləri arasında əlaqənin mövcudluğu, onun düz və  ya tərs əlaqə olduğu müəyyən-



74 

 

ləşdirilə bilər. Qarşıya qoyulan vəzifəni rəhbər tutaraq tədqiqat obyekti müəyyən edilir və müşahidə vahi-



di seçilir. Korrelyasiya göstəriciləri bircinsli statistik məcmu hüdudunda hesablanmalıdır.  

    Korrelyasiya  təhlilinin  mühüm  məsələlərindən  biri  nəticə  və  amil  əlamətlərini  seçməkdir.  Qoşa  kor-

relyasiya təhlilində  amil  və  nəticə  əlamətlərinin  seçilməsi çox sadədir. Çoxamilli korrelyasiya təhlilində 

amil əlamatlərinin seçilməsi mühüm amillərin, yəni onların nəticə əlamətinə təsir dərəcələrindən asılı ola-

raq hayata keçirilməlidir. Hadisələrin dinamik prosesdə  təhlili zamanı  müşahidə  vahidi kimi üç və  daha 

çox  ilin  məlumatından  istifadə  edilməlidir.  Statistika  məlumatının  toplanması  və  hazırlanması  mər-

hələsində məlumatın bircinsli, etibarlı, müqayisəli, tam olması qiymətləndirilməlidir. 

     Reqressiya tənliyinin qurulması. Korrelyasiya modelinin qurulmasının başlıca problemi nəticə əlaməti 

və amil əlaməti-nin əlaqə mexanizmini əks etdirən analitik funksiyanın növünü müəyyən etməkdir. Əlaqə 

formasının seçilməsi reqressiya tənliyinin qurulması üçün həlledici əhəmiyyətə malikdir. Buradan aydın-

dır ki, əlaqənin forması düzgün seçilmədikdə aparılan hesablamalar istənilən nəticəni verə bilməz. Əlaqə-

nin forması, hər şeydən əvvəl, öyrənilən hadisənin məzmununun keyfiyyət təhlili əsasında müəyyən edil-

məlidir. Əlaqənin formasının seçilməsində qrafik metodunun rolu böyükdür. Amil əlaməti və nəticə əla-

məti  arasında  düz  əlaqə  olduqda  düzxətli  əlaqə  tənliyi  qurulur.  Düzxətli  əlaqə  tənliyinin  düsturu  aşağı-

dakı kimi yazılır:     

 

                                    y





= a



+ a

1



 

 

Burada,     y



x

 - nəticə əlamətinin dəyişən orta kəmiyyəti,    a

o

 və a



1

 - düz xəttin parametrləri,       - amil əlamətidir. 

 

     Bu tənlikdə amil əlamətinin (x) qiyməti həmişə məlumdur. Deməli, nəticə əlamətinin orta kəmiyyətini 



(y

x

) müəyyən etmək üçün a



o

 və a



1

 parametrlərini hesablamaq lazımdır. a



o

 və a



1

 parametrlərinin tapılması 

ən kiçik kvadratlar üsulu ilə aparılır, bu da iki xətti tənlik sisteminə gətirib çıxarır:  

 

                                          a



o

n + a

1

∑ x =∑ y

 

                                          a

o

∑x +a

1

∑ x



= ∑ xy       

 

    Sistem tənliyin həlli a



o

 və a



1

 parametrlərinin tapılmasını aşağıdakı düsturlarla həyata keçirməyə imkan 

verir:  

  

 



                                     

∑ 

y ∑ x



- ∑ xy ∑ x

 

                                  a

o

  ═  ────────────── ; 

                                                  n∑ x



-  ∑ x ∑ 

 

                                    



n ∑ x

 

y - ∑ y ∑ x

 

                                  a

1

  ═  ──────────── ; 

                                              n ∑ x



-  ∑ x ∑ 

   Elastiklik əmsalı. Amil və nəticə əlamətləri arasındakı əlaqəni iqtisadi cəhətdən xarakterizə etmək üçün 

elastiklik  əmsalından  istifadə  etmək  daha  əlverişlidir.  Xətti  asılılıq  halında  a

1

  parametrinin  iqtisadi  mə-



nasını vermək üçün elastiklik əmsalının düsturu aşağıdakı kimi yazılır:   

 

 



                                                            x 

 

                                           E ═ a

1

 · ─── ; 

                                                            

    Elastiklik əmsalı nisbi ədəd olub amil əlamətinin bir faiz dəyişməsi nəticəsində nəticə əlamətinin orta 

hesabla  neçə  faiz  dəyişdiyini  göstərir.  Elastiklik  əmsalı  ayrı-ayrı  müşahidə  vahidləri  üzrə  də  hesablana 

bilər. O zaman düstur aşağıdakı kimidir:  



                                     

              x 

 

                                           E ═ 

a

1

 · ─── ; 

                                                            y

 

    Qruplaşdırılmamış məlumatdan istifadə edildikdə reqressiya tənliyinin parametrlərinin dəqiq qiymətlə-



ri alınır. Lakin məcmu vahidləri çox olduqdä ilk məlumat əsasında parametrlərin hesablanması işi bir qə-

dər  artırır.  Ona  görə  amil  əlamətinin  qrup-laşdırılması  əsasında  hesablamanı  xeyli  sadələşdirmək  olar. 

Amil  və  nəticə  əlamətləri  üzrə  qruplaşdırma  apardıqda  parametrlərin  hesablanmasını  daha  da  sadələş-

dirmək mümkündür.  

    Sosial-iqtisadi  hadisələrin  qarşılıqlı  əlaqələri  asasən  düzxətli  reqressiya  tənliyi  ilə  ifadə  oluna  bilər. 

Bununla  bərabər  amil  əlaməti  və  nəticə  əlaməti  arasında  əyrixətli  əlaqə  olduqda,  tənliyin  modeli  hiper-




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə