Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   40   41   42   43   44   45   46   47   48

71 

 

     Dinamika sıralarının səviyyələrində  avtokorrelyasiya olduğu kimi, avtoreqressiya da baş  verir. Avto-



reqressiya dinamika sırası səviyyəsi kəmiyyətlərini özündən əvvəlki səviyyələrdən  t-1, t-2, ...., t-p vaxt 

anında asılılığını ifadə edir. Belə asılılıq aşağıdakı hesablama ilə müəyyən edilir: 

 

                       y



t

 = a

o

 + a



y

t-1

  + a



y

t-2 

 + .....

 

  + a





y

t-p

    


      

 

Burada   t -  vaxt,                    p - dəyişən kəmiyyətlərin sayıdır.   



 

    Dəyişən  kəmiyyət  kimi  əvvəlki  dövrlərin  səviyyələri  y



t-1

,  y

t-2 

,.....,  y

t-p

    götürülür.  Hesablamalar  üçün 

avtoreqressiya  modeli əlverişlidir. Lakin burada aradakı dövrləri nəzərə  almadan gələcək dinamika sıra-

sının səviyyələrini hesablamaq olmaz. Avtoreqressiya modeli üzrə gələcək səviyyələrin hesablan-masını 

ancaq  ildən  ilə  tədricən keçmək  yolu  ilə  aparmaq olar. Bu zaman avtoreqressiya  modelinin parametrləri 

yenilərinin alınması ilə əlaqədar fasiləsiz olaraq dəyişir. Avtoreqressiyanın təhrifedici təsirini aradan qal-

dırmaq üçün reqressiya tənliyinə vaxt göstəricisini daxil etmək lazımdır. Onun nəticəsində əlaqənin həqi-

qi vəziyyətini aşkar etmək mümkün olur.  



 

    IV.Sosial-iqtisadi  hadisələr  arasında  qarşılıqlı  əlaqələri  öyrənmək  statistika  elminin  mühüm  vəzifələ-

rindən biridir. Sosial-iqtisadi hadisələr arasındakı əlaqə və asılılıqları öyrənmək mühüm əhəmiyyətə ma-

likdir. Sosial-iqtisadi  hadisələri qarşılıqlı əlaqədə  tədqiq etmədən onu tam öyrənmək, dərk etmək  müm-

kün deyildir. Hadisələrin dəyişilməsi və inkişafı əlaqə və asılılıq şəraitində baş verir. Ona görə də müasir 

dövrdə sosial-iqtisadi hadisə  və proseslərə elmi rəhbərliyin həyata keçirilməsi əlaqə  və asılılıqları hərtə-

rəfli öyrənməyi tələb edir. Statistika qarşılıqlı əlaqələri öyrənərkən  ictimai  həyatdakı hadisələrin ümumi 

və qarşılıqlı əlaqələri haqqında sosial fəlsəfənin müddəalarını rəhbər tutur. Bu əlaqə və asılılıqların öyrə-

nilməsində statistika mühüm rol oynayır. 

    Sosial  fəlsəfə  sosial-iqtisadi  hadisələrin  dərk  edilməsini,  öyrənilməsini  onların  qarşılıqlı  əlaqədə  və 

inkişafda nəzərdən keçi-rilməsində görür. İctimai həyatda baş verən bütün hadisə və proseslər bu prinsipə 

uyğun olaraq bir-birilə sıx əlaqadə və asılılıqdadır ki, onların  belə qayda  ilə öyrənilməsi  müsbət nəticə-

lərə gətirib çıxarır. Tədqiqatçı əmək məhsuldarlığının dinamikasını məhsulun maya dəyərinin dinamikası 

ilə, əmək haqqının dinamikasını əmək məhsuldarlığının dinamikası ilə, məhsulun maya dəyərinin dinami-

kasını  məhsul  istehsalına  çəkilən  xərclərin  dinamikası  ilə,  məhsul  istehsalının  dinamikası  onun  bölgüsü 

və islehlakının dinamikası ilə və s. qarşılıqlı əlaqədə öyrənməlidir.  

     Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələr və asılılıqlar mövcuddur. Ölkənin iqtisadi fəaliyyət 

sahələri arasında, eyni zamanda ayrı-ayrı sahələr daxilində mövcud olan hadisələr arasında çox sıx əlaqə 

vardır.  Həmin    hadisələrin  göstəriciləri  arasında  da  belə  qarşılıqlı  əlaqə  və  asılılıq  mövcuddur.  Sosial-

iqtisadi  hadisələrin dəyişilməsinə  səbəb olan əlamət-  amil (faktor)  əlaməti, amil əlamətlərinin təsiri  əsa-

sında dəyişən əlamət isə nəticə əlaməti sayılır.   

    Əsas  istehsal  fondlarının dəyəri  və  məhsul  istehsalının  həcmi arasında əlaqə  tədqiq edilərkən əsas  is-

tehsal fondlarının dəyəri amil əlaməti, məhsul istehsalının həcmi isə nəticə əlaməti kimi götürülür. Statis-

tika tədqiqatının mühüm vəzifələrindən biri hadisələr va onların göstəriciləri arasındakı qarşılıqlı əlaqə və 

asılılıqları müəyyən etmək və onların sıxlıq dərəcələrini ölçməkdən ibarətdir.      

    Xarakterinə, istiqamətinə, analitik ifadəyə və s. görə əlaqələ-rin müxtəlif forma və növləri  mövcuddur. 

Hadisələr va onların göstəriciləri arasındakı əlaqə  və asılılıqların xarakterinə görə əlaqələr funksional və 

korrelyasiya  əlaqəsinə  ayrılır.  Məsələn,  dairənin  sahəsi  radiusun  kvadratı  ilə  düz  mütənasibdir  (S=πr

2

)

Burada radius amil əlaməti, dairənin sahəsi  isə  nəticə  əlamətidir. Funksional alaqə  dəqiq riyazi düsturla 

ifadə olunur: 

                                      

Y= f(x)  

 

     Sosial-iqtisadi hadisələrin əlamətləri arasında, funksional əlaqədə olduğu kimi, ciddi uyğunluq olmur. 



Burada amil əla-mətinin eyni qiymətinə nəticə əlamətinin müxtəlif qiymətləri uyğun gələ bilər (məsələn: 

eyni iş stajına və yaxud eyni ixtisas səviyyəsinə malik olan fəhlələrin müxtəlif əmək məhsuldar-lığı).  

     Korrelyasiya  əlaqə  formasında  bir  çox  amil  əlamətinin  də-yişməsinin  təsiri  nəticəsində  nəticə 

əlamətinin orta qiyməti də-yişir. Lakin əlamətlərin dəyişməsi  arasında  möhkəm  nisbət ol-mur. Məsələn, 

torpağa  verilən  gübrənin  miqdarı  ilə  bitkinin  məhsuldarlığı  arasında  korrelyasiya  əlaqəsi  vardır.  Eyni 

miq-darda  gübrə  verilmiş  müxtəlif  sahələrdən  müxtəlif  miqdarda  məhsuldarlıq  götürülə  bilər. 

Deyilənlərdən  belə  nəticəyə  gəl-mək  olar  ki,  nəticə  əlaməti  olan  buğdanın  məhsuldarlığına  (y)  amil 

əlaməti  olan  torpağa  verilən  gübrənin  miqdarından  (x)  başqa,  nəzərə  alınmayan  digər  amillər  də  (səpin 

müddəti,  tor-pağın  becərilməsi,  yağıntının  miqdarı,  yığım  müddəti  və  s.)  tə-sir  göstərir.  Ona  görə  də 

korrelyasiya  əlaqəsi  az  götürülmüş  iki-üç  əlamətin  qiyməti  əsasında  deyil,  çox  götürülmüş  müşahidə 

məlumatı əsasında özünü aydın büruzə verir. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə