Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   40   41   42   43   44   45   46   47   48

69 

 

eyni  adlı  ayların  həqiqi  səviyyə-lərinin  orta  səviyyəyə  və  yaxud  hamarlaşdırılmış  səviyyələrə  nisbətən 



faizlə ifadəsinə deyilir.  

    Mövsümi tərəddüdləri aşkar etmək üçün adətən aylar və rüb-lər üzrə bir neçə ilin məlumatı götürülür. 

Ancaq bir neçə ilin məlumatı əsasında mövsümi tərəddüdlərin sabitliyi müəyyən edilə bilər. Bir neçə ilin 

məlumatı  əsasında  hesablanmış  möv-sümilik  indeksləri  ayrı-ayrı  illərin  təsadüfi  şəraitini  özündə  əks 

etdirmir. Mövsümilik indeksləri müxtəlif üsullarla hesablana bilər. Sosial-iqtisadi hadisələrin əsas inkişaf 

qanunauyğunluğu orta kəmiyyətlə  ifadə olunduğu halda (onların artma və azalma  meylində əhəmiyyətli 

sıçrayışlar olmadıqda), mövsümilik in-deksləri həqiqi səviyyələrin orta səviyyəsi ilə müqayisəsi əsa-sında 

müəyyən edilir.  

    Movsümilik  indeksləri  bir  neçə  ilin  məlumatı  əsasında  he-sablandıqda,  vəziyyəti  düzgün  xarakterizə 

etmək imkanı əldə edilir. Mövsümilik indekslərini bir neçə  ilin məlumatı əsasında hesablamaq üçün hər 

şeydən əvvəl, aylar üzrə verilmiş müvafiq illərin məlumatını cəmləmək lazımdır. 

     Dinamika sıralarının interpolyasiyası və ekstropolyasiyası haqqında anlayış. Sosial-iqtisadi hadisələ-

rin dinamikasının tədqiqində  müəyyən dövr daxilində  naməlum  səviyyənin tapılması dinamika sirasının

 

interpolyasiyası  adlanır.  Dinamika  sırasının  səviyyələri  sabit  dəyişərsə  sıranın  interpolyasiyasını  orta 



mütləq artım  və  orta illik artım sürəti əsasında aparmaq olar. Bu göstəricilər eyni keyfiyyətli dövr üçün 

hadisənin inkişaf qanunauyğunluğunu düzgün xarakterizə etmək imkanına malikdirlər.  

     Naməlum  səviyyənin  orta  illik  artım  sürəti  əsasında  hesab-lanması  həqiqi  səviyyəni  daha  düzgün 

xarakterizə etmək imka-nına malikdir. Sosial-iqtisadi hadisələrin dinamikasının tədqiqi və keçmiş sırada 

onların  əsas  xüsusiyyətlərinin  aşkar  edilməsi  sıranın  proqnozlaşdırılması  üçün  əsas  verir. 

Proqnozlaşdırma  sıranın  məlum  olmayan  gələcək  səviyyələrinin  müəyyənləşdi-rilməsi  əsasında  aparılır. 

Məlum  olmayan  keçmiş  və  gələcək  səviyyələrin  müəyyən  edilməsi  dinamika  sıralarının  ekstropol-

yasiyası  adlanır.  Dinamika  sıralarının  interpolyasiyası  və  eks-tropolyasiyası  keyfiyyətcə  eyni  dairələr 

əsasında  aparılarsa,  düzgün  nəticə  verə  bilər.  Uzun  müddətə  və  müxtəlif  inkişaf  qa-nunauyğunluqlarına 

malik olan dövrlər üçün dinamika sırala-rının ekstropolyasiyası  həqiqi  vəziyyəti düzgün xarakterizə  edə 

bilməz,  çünki  hadisələrin  dəyişməsinə  bütün  amillərin  təsirini  uzun  müddət  üçün  əvvəlcədən  nəzərə 

almaq  qeyri-mümkündür.  Ona  görə  də  proqnozlaşdırma  üçün  istifadə  edilən  dinamika  sı-ralarının 

ekstropolyasiyasını  qısa  müddətə  aparmaq  məqsədə-uyğundur.  Dinamika  sıralarının  interpolyasiyası  və 

ekstropol-yasiyası sıranın analitik metodla işlənilməsi əsasında aparıldıq-da daha düzgün nəticə verir. 

    Keçmiş  dövrlərin  inkişaf  meyli  əsasında  gələcəyin  proqno-zunu  vermək  mümkündür.  Dinamika 

sıralarının ekstropolya-siyası orta illik mütləq artım və orta ıllik artım sürəti əsasında da aparıla bilər. 



    İnkişafın  zamanda  müqayisəli  təhlili.  Ölkənin,  ayri-ayrı  ra-yonların  sosial-iqtisadi  göstəricilərinin 

zaman  etibarilə  müqa-yisəsi  dinamika  sırasının  müqayisəli  təhlili  adlanır.  Müxtəlif  öl-kələrdə  və 

rayonlarda  istehsal  olunmuş  eyni  növ  məhsulların  paralel  müqayisəsi  əsasında  fərqli  rayon  və  ölkədə 

istehsalın inkişafının hansı səviyyədə olduğunu xarakterizə etmək müm-kündür. 

     Dinamika  sıralarının  təhlilində  məlumatların  müqayisəli  olması  mühüm  əhəmiyyətə  malikdir.  Ona 

görə  də  məlumatların  nisbi  kəmiyyətlər  əsasında  müqayisəli  təhlilinin  verilməsi  məq-sədəuyğundur.  Bu 

üsula dinamika sıralarının eyni əsasa gətiril-məsi  deyilir. Bu  məqsədlə eyni  növ  hadisələr üzrə müxtəlif 

ol-kələrin,  rayonların  mə-lumatları  əsasında  əsas  qaydada  artım  sürəti  hesablanır,  yəni  hər  bir  sonrakı 

dövrün  səviyyəsi  100-ə  vurulur,  müqayisə  üçün  əsas  götürülmüş  dövrün  səviyyəsinə  bölünür.  Müxtəlif 

ölkələrin iqtisadi inkişaf məlumatlarının pa-ralel müqayisəsini verərkən istehsalın ümumi həcmi ilə bəra-

bər, əhalinin hər nəfərinə düşən istehsalın həcmini müqayisə etmək daha məqsədəuyğundur. Ölkələr üzrə 

orta illik artım sü-rətini və  orta illik nisbi artım göstəricilərinin paralel müqayi-səsi vəziyyəti daha aydın 

xarakterizə etməyə imkan verir. 

     Sosial-iqtisadi  hadisələrin  zamanda  müqayisəli  təhlilinin  ve-rilməsində  bir  ölkə  daxilində  dinamika 

sıralarının  eyni  əsasa  gətirilməsinin  də  mühüm  əhəmiyyəti  vardır.  Müvafiq  göstəri-cilər  üzrə  müqayisə 

üçün əsas götürülmüş dövrə görə artım sürətini hesablasaq dinamika sıralarını eyni əsasa gətirmiş olarıq.  



 

    III.Sosial-iqtisadi  hadisələrin  dinamikada  əlaqəli  təhlili  proqnozlaşdırma  işində  mühüm  əhəmiyyətə 

malikdir. İki və daha çox dinamika sırasının paralel müqayisəsi bu sıraların səviyyələrinin dəyişdirilmə-

sindəki uyğunluğu xarakterizə etməyə imkan verir. Dinamika sıralarının dəyişilməsində bu uyğunluq ha-

disələrin  yanaşı  inkişafının  nəticəsi  kimi  ola  bilər,  yaxud  həmin  sıralar  arasında  qarşılıqlı  əlaqələrın 

mövcud  olması  əsasında  baş  verə  bilər.  Dinamika  sıralarında  əks  olunan  hadisələr  ara-sında  əlaqələrin 

tədqiqi  nəzəri  təhlil  əsasında  mümkündür.  Korrelyasiya  metodunun  dinamika  sıralarının  təhlilinə  tətbi-



70 

 

qinin  bir  sıra  xüsusiyyətləri  vardır.  Həmin  xüsusiyyətlər  nəzərə  alınmadıqda  di-namika  sıraları  arasında 



əlaqəni  düzgün  qiymətləndirmək  müm-kün  deyil.  Əlamətlərin  qarşılıqlı  əlaqələrinin  öyrənilməsindən 

məlumdur  ki,  hər  bir  əlamət  bir  çox  səbəblərin  təsiri  nəticəsində  dəyişir.  Dinamika  sıralarında  bu  

səbəblərə  hər  bir  sırada  vaxtın  dəyişilməsi  əlavə  olunur.  Dinamika

 

sıralarında  sıranın  səviyyə-lərinin 



dəyişilməsinə  digər  amillərdən  başqa  vaxt  amili  də  təsır  gostərir.  Vaxtın  dəyişməsilə  səviyyələrin 

dəyişilməsi  avtokor-relyasiyaya  gətirib  çıxarır.  Ona  görə  də  dinamika  sıralarının  sə-viyyələri  arasındakı 

korrelyasiya hadisələr arasındakı əlaqə sıx-lığını, onların hər birində

 

avtokorrelyasiya olmadıqda düzgün 



göstərmək imkanına malik olur. 

     Dinamika  sıralarının  əlaqəli  təhlilini  Azərbaycan  Respubli-kasında  2004-2008-ci  illərdə  bütün 

təsərrüfat  kateqoriyalarında  bitkiçilik  və  heyvandarlığın  ümumi  məhsulu  timsalında  izah  edək.  Kənd 

təsərrüfatının  ümumi  məhsulu  bitkiçilik  və  heyvan-darlıq  sahələrində  yaranır.  Heyvandarlığın  inkişafı 

bəlli səviy-yədə bitkiçiliyin inkisafından asılıdır. 2004-2008-ci illər ərzində  Azərbaycan Respublikasının 

bir rayonunun  bitkiçilik və  hey-vandarlıq  məhsullarının  istehsalı  müqayisəli qıymətlərlə  aşağı-dakı  kimi 

olmuşdur (cəd. 6.14)

 

Qarşılıqlı  əlaqədə  olan  dinamika  sıralarında  avto-korrelyasiya  mövcuddur.  Dinamika  sıraları  arasında 



qarşılıqlı əlaqəni öyrənmək üçün korrelyasiya təhlilinin tətbiqi dəyişən orta kəmiyyətlər arasında nisbətin 

vaxtla sabitliyini nəzərdə tu-tur. Belə bir sabitliyi saxlamaq məqsədilə dinamika sıralarının səviyyələrini 

analitik  hamarlandırma  metodunun  köməyi  ilə  iki  komponentə  ayırmaq  olar.  Hər  bir  sıranın  səviyyəsi 

dəyişən or-ta kəmiyyətlə (y



t

) təsadüfi kəmiyyətin (Ecəminə bərabərdir. Bu o deməkdir ki,                                       



                                   y = y

t

 + E.  

 

    


Təsadüfi  kəmiyyəti  (E)  avtokorrelyasiyaya  məruz  qalmadığı  halda,  sıranın  ümumi  meyli  güclü 

korrelyasiya olunur. Buradan aydındır ki, avtokorrelyasiya ilə tərtıb olunmuş təhrif olunma-yan dinamika 

sıraları arasındakı əlaqəni düzgün xarakterizə et-mək üçün hər bir sıranın səviyyəsindən ümumi meyli əks 

etdi-rən  trendi  kənarlaşdırmaq  lazımdır.  Heyvandarlıq  və  bitkiçilik  üzrə  xətti  trendlər  üçün  istifadə 

olunan düsturlar aşağıdakılar-dır: 

                                                   X



t

 = a

o

 + a

1

t. 

                                                     y



t

 = a

o

 + a

1

t. 

 

    Trendin  qiymətləri  müvafiq  cədvəllərinin  uyğun  sütunlarına  qeyd  olunmalıdır.  Hər  iki  sıra  üzrə 

trendlərin həqiqi səviyyə-lərindən uzaqlaşmalar aşağıdakı kimi müəyyən edilməlidir: 

 

        


birinci sıra üzrə:                       β X - X

t

  

        ikinci şıra üçün:                         X = y  - y

t

  

 

 

Müvafiq hesablamaları aparıldıqdan sonra korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanmalıdır: 



 

                                                                    ∑ α ·  β         

                                                     r ═  ──────────   

                                                                  ∑α

2

  ·  ∑β

2 

    


 

Alınan  nəticə  qalıq  kəmiyyətləri  arasında  sıx  və  tərs  əlaqə  ol-duğunu  göstərəcəkdir.  Bu  o  deməkdir  ki, 

vaxta  görə    bitkiçilik  məhsulunun  artımı  heyvandarlıq  məhsulunun  artımı  arasında  düz  olmayan  nisbət 

vardır.  

    Dinamika sıralarının korrelyasiyasının birinci xüsusiyyəti avtokorrelyasiyanın mövcud olmasıdır. Ona 

görə  də  korrelyasiya  əmsalının  dinamika  sıralarının  səviyyələri  əsasında  deyil,  onların  ümumi  meyldən  

uzaqlaşmaları əsasında hesablamaq məqsədəuyğundur. Hər iki sıra üçün silsiləvi mütləq artım əsasında  

                                  



x

 = X



– X

i+1

  , 

                                  



= y



– y

i+1

  

  

korrelyasiya əmsalını hesablamaqla eyni nəticəni almaq mümkündür. Dina-



mika sırasının səviyyələrinin silsiləvi mütləq artımlarla əvəz etdikdə, hər bir dinamika sırasında avtokor-

relyasiyanın təsiri  mexaniki olaraq aradan qaldırilir. Dinamika sıralarında  vaxta görə dəyişilmə  xəttı ol-

duqda  birinci  fərq  qaydasında  avtokorrelyasiyanın  təsirini  aradan  qaldırmaq  olar.  Vaxta  görə  dinamika 

sırasının səviyyəsinin dəyişməsi parabolanın ikinci qaydası üzrə baş verdikdə, avtokorrelyasiyanın təsiri-

ni ikinci fərq (birinci fərqlərin arasındakı fərq) korrelyasiyanın köməyilə aradan qaldırmaq mümkundur. 

Birinci fərq korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanır:               

 

                                                            

∑∆ 

x

  · ∆ 

y

         

                                           r ═  ──────────  ; 

                                                     ∑∆

2

x

  ·  ∑∆

2

y 

 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə