72
Onu da qeyd etmək lazımdır ki, korrelyasiya əlaqəsi tam ol-mayan əlaqədir. Ona görə də təhlil zamanı
məlumat çox gö-türülsə, həmin amillərin bir çoxu nəzərdən keçirildiyinə görə əlaqə tam olmayacaqdır.
Bu korrelyasiya əlaqəsinin ikinci mü-hüm xüsusiyyətidir. Əlaqələr istiqamətlərinə görə düz və tərs
əlaqəyə ayrılır. Düz əlaqədə həm amil, həm də nəticə əlamətləri eyni istiqamətdə dəyişir. Düz əlaqədə
amil əlamətinin qiyməti artdıqca və yaxud azaldıqca nəticə əlamətinin də qiyməti artır, yaxud azalır.
Amil əlamətinin qiyməti artdıqca və ya azaldıqça nəticə əlamətinin qiyməti müvafıq olaraq azalarsa və ya
artarsa, belə əlaqə tərs əlaqə adlanır. Düz və tərs əlaqə həm funksional, həm də korrelyasiya əlaqələrində
mövcuddur. Deməli, düz əlaqə formasında amil əlamətinin qiymətinin artması əsasında nəticə əlamətinin
fərdi və orta qiymətlərinin artması meyli müşahidə olunur, tərs əlaqədə isə amil əlamətinin qiymətinin
artması nəti-cə əlamətinin qiymətinin azalmasına və ya artmasına doğru meyl etməsinə səbəb olur.
Analitik ifadəyə görə əlaqə düzxətli və əyrixətli əlaqəyə ay-rılır. Amil əlamətinin kəmiyyətinin
artması və ya azalması nəti-cəsində nəticə əlamətinin kəmiyyəti müntəzəm olaraq artarsa, yaxud azalarsa,
belə asılılıq düzxətli korrelyasiya asılılığı və ya xətti əlaqə adlanır. Belə asılılıq riyazi cəhətdən düzxətli
tənliklə ifadə olunur:
y
x
=a
o
+a
1
x
Düzxətli əlaqənin koordinat sistemində qrafiklə təsviri düz xəttə yaxın olan birxətlə ifadə oluna bilər.
Əgər amil əlamətinin qiyməti artdıqca və ya azaldıqca nəticə əlamətinin qiyməti mü-əyyən nisbətdə
azalarsa və ya artarsa belə korrelyasiya asılılı-ğına əyrixətli əlaqə deyilir. Belə əlaqənin qrafiklə təsviri
əyri xəttə yaxın olan hər hansı qırıq xətlərlə ifadə oluna bilər. Ancaq funksional əlaqə analitik tənliklə də-
qiq ifadə oluna bilər, korrelyasiya əlaqəsi isə təqribi ifadə olu-nur. Korrelyasiya təhlilində əgər bir amil
əlamətilə nəticə əla-məti arasında əlaqə öyrənilərsə, belə əlaqə qoşa korrelyasiya, nəticə əlamətinə bir
neçə amil əlamətinin təsiri öyrənildikdə isə belə asılılıq çoxamilli korreyasiya adlanır.
Sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqların müəyyənləşdirilməsi nəzəri təhlilə
əsaslanmalıdır. Nəzəri təhlil əsasında əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri, əməyin əsas istehsal
fondları ilə silahlanması və əmək məhsuldarlığı, fəhlələrin iş stajları və əməyin ödənişi, əmək məhsul-
darlığı və məhsul istehsalı arasında əlaqə olduğunu müəyyən etmək çətin deyildir. Məntiqi olaraq, əmək
məhsuldarlığı artdıqca məhsul vahidinin maya dəyəri azalır. Əməyin kəmiyyət və keyfiyyətinə uyğun
ödənildiyini nəzərə alsaq, onda aydın olar ki, əmək məhsuldarlığı artdıqca əmək haqqı üzrə məhsul va-
hidinə çəkilən xərclər azalacaqdır. Beləliklə, bu iki göstərici arasında əlaqə olduğunu nəzəri cəhətdən sü-
but etdik. Bununla bərabər ictimai həyatda elə hadisələrə rast gəlmək olur ki, onların arasındakı əlaqəni
nəzəri təhlil əsasında müəyyən etmək mümkün deyildir. Belə halda statistikanın köməyindən istifadə et-
mək lazımdır.
V. Sosial-iqtisadi hadisə-lərin əlaqələrinin öyrənilməsində istifadə edilən ən sadə və səmərəli statistika
metodu paralel sıraların gətirilməsi metodudur. Hadisələr və onların əlamətləri arasındakı əlaqənin möv-
cudluğunu və istiqamətini müəyyən etmək üçün tədqiqat işlərində paralel sıraların gətirilməsi meto-
dundan da istifadə edilir. Belə paralel sıraların gətirilməsi hadisələrin və ya əlaqələrin kəmiyyətlərinin də-
yişilməsi arasındakı əlaqə və asılılığı və onun istiqamətini müəyyən etməyə imkan verir.
Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin təhlilində balans metodu xüsusi əhəmiyyət kəsb edir.
Balans metodunun mahiyyəti ondan ibarətdir ki, o öyrənilən hadisənin ehtiyatlarını, istehsalını və böl-
güsünü xarakterizə edir. Balans hər iki tərəfi bir-birinə bərabər olan ikitərəfli cədvəl şəklində tərtib edilir.
Cədvəldə məlumatlar elə verilməlidir ki, ehtiyatlar və onların bölüşdürülməsini xarakterizə edən göstə-
ricilər arasında bərabərlik (balans) olsun. Statistika balansları dəyər və natura göstəriciləri əsasında tərtib
edilə bilər. Statistika balanslarında qarşılıqlı əlaqədə olan göstəricilər sistemi verilir. Balansın ən sadə
forması ayrı-ayrı müəssisələrin material ehtiyatları balansıdır. Material ehtiyatları balansını funksional
əlaqəyə xas olan bərabərlik şəklində vermək olar:
dövrün əvvəlinə qalıq+daxil olma = xərc+dövrün axırına qalıq
Bu balans bərabərliyi ayrı-ayrı müəssisələrdə material ehtiyatlarının hərəkətini və onun ayrı-ayrı ele-
mentləri arasında olan qarşılıqlı əlaqəni xarakterizə edir. Statistikada, ilk növbədə, müxtəlif balans he-
sablamalarından, sənaye və kənd təsərrüfatı məhsullarının material balanslarından, əhalinin pul gəlirləri
və xərcləri balanslarından və s. istifadə edilir.
Balanslar vasitəsilə mahiyyətcə iqtisadi fəaliyyət sahələri, ölkələr, rayonlar arasındakı əlaqə və nisbət-
ləri öyrənmək mümkündür. Hazırda statistika orqanlarında çoxlu miqdarda müxtəlif balanslar tərtib
olunur. Onlardan məhsulun istehsalı, istehlakı və yığımı balansını, əmək ehtiyatları balansını, əsas fond-
lar balansını, milli gəlir balansını, maliyyə balansını və s. balansları göstərmək olar. Statistika orqanların-