Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

24 

 

deyilir. Onu çox vaxt qruplaşdırmanın əsası da adlandırırlar. Statistik materialların işlənməsi və təhlilinin 



nəti-cəsi əsasən qruplaşdırma əlamətinin düzgün seçilməsindən asılı-dır. Sosial-iqtisadi hadisələr bir sıra 

əlamətlərlə  xarakterizə  olu-nur.  Qruplaşdırma  mühüm,  müəyyənləşdirici  əlamət  əsasında  aparılmalıdır. 

Qruplaşdırma  əlaməti  konkret  şəraitdən  və  vaxt-dan  asılı  olaraq  seçilməlidir.  Müasir  şəraitdə  kəndli 

(fermer) tə-sərrüfatlarını mühüm əlamət olan mal-qaranın sayına, gəlirlərin həcminə  və s. əlamətlər üzrə 

qruplaşdırılmasını  məqsədəuyğun  hesab  edilir.Qruplaşdırma  bir  əlamət  uzrə  aparılarsa  sadə  qrup-

laşdırma  adlanır.  Sadə  qruplaşdırma  ilə  bərabər,  sosial-iqtisadi  hadisələrin  inkişaf  prosesini  hərtərəfli 

öyrənmək  üçün  onlan  iki  və  daha  çox  əlamət  üzrə  qruplaşdırmaq  lazımdır.  Qruplaşdırma  əlaqədə 

götürülmüş  iki  və  daha  çox  əlamət  üzrə  aparılarsa,  belə  qruplaşdirmaya  quraşıq  (kombinasiyalı, 

mürəkkəb)  qruplaşdır-ma  deyilir.  Sadə  qruplaşdırmaya  nisbətən  quraşıq  qruplaşdırma  daha  geniş  elmi 

təhlil  xüsusiyyətinə  malikdir.  Mürəkkəb  sosial-iqtisadi  hadisələrin  təhlilində  quraşıq  qruplaşdırma 

mühüm  əhəmiyyət  kəsb  edir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  quraşıq  qruplaşdırmada  qruplaşdırma 

əlamətinin sayının artması ilə əlaqədar olaraq, qrupların sayı sürətlə artır.  

     Qruplaşdırma  əlamətləri  atributiv  (keyfiyyət)  əlamətinə  və  kəmiyyət  əlamətinə  bölünür.  Kəmiyyətlə 

ifadə  olunmayan  və  hadisənin  xassəsini,  keyfiyyətini  xarakterizə  edən  əlamətə  atri-butiv  əlamət  deyilir. 

Atributiv əlamətlər üzrə qrupların təşkili kəmiyyət əlamətlərinə nisbətən sadədir, çünki, atributiv əlamət-

lər üzrə qruplar əlamətlərin təbii xüsusiyyətlərinə müvafiq ola-raq keyfıyyətlərin, xüsusiyyətlərin siyahısı 

kimi təşkil edilir.    

     Bir  çox  hallarda  bir  sıra  atributiv  əlamətlər  çoxlu  miqdarda  adlara  malik  olur.  Məsələn,  fəhlələrin 

ixtisası,  məhsul  növləri,  səbəblər  üzrə  xəstəliklər  və  s.  Belə  hallarda  atributiv  əlamətlər  üzrə  qrupları 

təşkil  etmək  üçün  onlar  iki  qrupda  birləşdirilir.  Atributiv  əlamətlər  üzrə  xüsusi  işlənmiş  və  möhkəm 

qeydə  alınmış  qruplaşdırmalar  təsnifat  adlanır  (məs,  sənaye  sahələri-nin,  əkin  sahəsinin,  mal-qaranın,  

tədavül xərclərinin  və  s. ha-disələrin təsnifatı).  

    Variantı  miqdarla  ifadə  olunan  əlamətə  kəmiyyət  əlaməti  de-yilir.  Kəmiyyət  əlamətləri  də  öz 

növbəsində  diskret  və  fasiləsiz  əlamətlərə  ayrilır.  Kəmiyyət  əlaməti  üzrə  qruplaşdırma  aparar-kən 

qrupların  sayı  qarşıda  duran  tədqiqatın  vəzifəsindən  asılı  olaraq  müəyyən  edilir.  Məsələn,  müəssisələri 

həcmlərinə görə qruplaşdırarkən kəmiyyətcə fərqləndirilir.  

    Diskret  əlamətləri  üzrə  qruplaşdırmanı  təşkil  etmək  nisbətən  çətin  deyildir.  Məsələn,  fəhlələrin  tarif 

dərəcələrinə  görə  qrup-laşdırılmasında tarif dərəcələrinin sayı qədər qrup təşkil olunur. Bir çox hallarda 

kəmiyyət əlaməti üzrə qruplaşdırmada hadisə-nin bölgusünü necə aparmaq və qrupların sayını necə təşkil 

et-mək məsələsi ortaya çıxır. Belə  halda qruplaşdırmanı fasiləsiz kəmiyyət əlamətləri üzrə apararkən elə 

etmək  lazımdır  ki,  qrupların  sayı  lazımi  miqdarda  olsun.  Bunun  üçün  əlamətin  tə-rəddüd  dərəcəsi  və 

öyrənilən  məcmuda  vahidlərin  az  və  ya  çoxluğu  nəzərə  alınmalıdır.  Əlamətin  tərəddüd  dərəcəsi  yüksək 

olduqda qrupların sayı da çox olmalıdır. Bununla bərabar sta-tistika  məcmusundakı  vahidlər az olarsa o 

zaman  qrupların  sayı  az,  vahidlərin  sayı  çox  olarsa,  qrupların  sayı  çox  olmalıdır.  Qruplaşdırma  zamanı 

hər  bir  qrupda  kifayət  qədər  vahid  ol-malıdır.Əks  təqdirdə  böyük  ədədlər  qanunun  prinsiplərinə  əməl 

edilmədiyi  üçün  qruplar  üzrə  çıxaracağımız  nəticələr  hadisəni  dəqiq,  düzgün  xarakterizə  edə  bilməz. 

Öyrənilən  ictimai  hadi-sənin  mahiyyətini  ətraflı  təhlil  və  dərk  etdikdən  sonra  qrupların  sayını  müəyyən 

etmək lazımdır. 

     Kəmiyyət əlaməti üzrə qruplaşdırmanın mühüm məsələlə-rindən biri də fasilə həcminin, yəni əlamətin 

minimum  və  mak-simum  qiymətlərini  müəyyən  etməkdir.  Statistik  məcmuda  va-hidlərin  bölgüsü 

xarakterindən  asılı  olaraq  fasilələr  bərabər  və  qeyri-bərabər  şəkildə  müəyyən  edilə  bilər.  Vahidlərin 

bölgüsü  nisbi  bərabər  şəkildədirsə,  bərabər  fasilələr  təşkil  etmək  məqsə-dəuyğun  olar.  Bərabər  fasiləli 

qrupları  təşkil  etmək  üçün  fasilə  kəmiyyəti  müəyyən  edilməlidir.  Qruplaşdırma  əlamətinin  mak-simum 

qiymətindən  minimum  qiymətini  çıxıb,  alınan  nəticəni  təşkil  ediləcək  qrupların  sayına  bölsək  fasilə 

kəmiyyətini mü-əyyən etmiş olarıq. Fasilə kəmiyyətini əlamətin minimum qiy-mətinin üstünə gəlməklə I 

qrupun  yuxarı  sərhədini,  I  qrupun  yuxarı  sərhədinin  üstünə  fasilə  kəmiyyətini  gəlsək,  II  qrupun  yuxarı 

sərhədini alarıq.   

     Fasilələr  qapalı  və  açıq  ola  bilər.  Qapalı  fasilələrdə  qrupla-rın  aşağı  və  yuxarı  sərhədləri  göstərilir. 

Açıq  fasilələrdə  ancaq  ya  aşağı,  ya  da  yuxarı  sərhəd  göstərilir.  Açıq  fasilə  ancaq  birin-ci  və  axırıncı 

qruplarda  verilə  bilər.  Kəmiyyət  əlamətləri  üzrə  bərabər  fasiləli  qruplar  təşkil  edərkən  aşağı  və  yuxarı 

sərhədləri dürüst göstərilməlidir.  

     Əlamətin  qiyməti  qeyri-bərabər  və  əhəmiyyətli  dərəcədə  də-yişkən  olduqda,  qeyri-bərabər  fasiləli 

qruplar təşkil etmək la-zımdır. Sosial-iqtisadi hadisələrin böyük əksəriyyəti qeyri-bə-rabər fasiləli qruplar 



25 

 

şəklində təşkil olunurlar. Makroiqtisadi göstəricilərin təhlilində də qeyri-bərabər  fasiləli qruplardan  isti-



fadə  edilir. Qeyri-bərabər  fasiləli qruplar proqressiv  artan və  ya azalan  hesabi  və  ya  həndəsi proqres  ilə 

təşkil oluna bilər. Tutaq ki, bir sənaye sahəsinin müəssisələrinin məhsul satışından gə-lirləri göstəricisi 10 

mln.  manatla  300  mln.  manat  arasında  də-yişir.  Belə  məlumatı  qeyri-bərabər  fasiləli  qruplarda  qruplaş-

dırmaq məqsədəuyğundur, çünki məhsul satışından az gəlirləri olan müəssisələrin sayı daha çox olur. 

     Fasilələrin  sərhəddini  müəyyən  edərkən  nəzərə  almaq  la-zımdır  ki,  kəmiyyət  əlamətinin  dəyişməsi 

yeni  keyfiyyətin  əmələ  gəlməsinə  səbəb  olur.  Qeyri-bərabər  qruplaşdırmada  fa-silələrin  sərhədi  elə 

müəyyən  edilməlidir  ki,  kiçik,  orta  və  iri  müəssisələr  aydın  görünsünlər.  Belə  qruplaşdırmada  müxtəlif 

fəaliyyət növləri üçün fasilələrin sərhədləri differensiallaşdırıl-mış qaydada müəyyənləşdirilir.  



    Statistika qruplaşdırmasının növləri.  Qruplaşdırma vasitəsi  ilə  sosial-iqtisadi  hadisələr tiplərə,  ictimai 

qruplara ayırmaq, on-ların quruluşunu və onda baş vermiş dəyişikləri müəyyənləşdir-mək, sosial-iqtisadi 

hadisələr və  onların əlamətləri arasındakı qarşılıqlı  əlaqəni  müəyyən etmək, həmçinin  istehsalın  iqtisadi 

səmərəliliyini  və  istifadə  olunmamış  ehtiyatları  aşkara  çıxarmaq  və  s.  işlər  görmək  mümkündür. 

Qruplaşdırmanın  vəzifələrinə  uyğun  olaraq  onu  aşağıdakı  növlərə  ayırmaq  olar:  1.tipik  qrup-laşdırma; 

2.quruluş qruplaşdırması; 3.analitik qruplaşdırma. 

     Statistik  məcmunun  bircinsli  hissələrə  və  ya  ictimai-iqtisadi  tiplərə  ayrılmasına  tipik  qruplaşdırma 

deyilir.  Başqa  sözlə,  sta-tistik  məcmunun  tərkibini,  quruluşunu  xarakterizə  edən  qrup-laşdırma  tipik 

qruplaşdırmasıdır.  Bazar  münasibətləri  şəraitində  tipik  qruplaşdırmadan  daha  çox  istifadə  edilir.  Əhali 

ictimai qruplara görə, müəssisələr mülkiyyət formalarına, ÜDM, milli gəlir, əsas fondlar və s. mülkiyyət 

formalarına görə qruplaşdı-rılır. Quruluş qruplaşdırması sosial-iqtisadi hadisələrin qurulu-şunun konkret 

məkan  və  zaman  daxilində  necə  dəyişildiyini  xa-rakterizə  etməyə  imkan  verir.  Quruluş 

qruplaşdırmasından  is-tehsalın  iqtisadi  səmərəlilinin  tədqiqində,  sosial-iqtisadi  hadisə-lərin  quruluşunun 

və  onda  baş  vermiş  dəyişiliklərin  öyrənilmə-sində  geniş  istifadə  edilir.  Quruluş  qruplaşdırılmasında 

müəssi-sələrin  istehsal  fəaliyyətlərini  təhlil  etmək,  onların  işinə  operativ  rəhbərliyi  təmin  etmək, 

istehsalın həcmini artırmaq məqsədilə istifadə edilməmiş ehtiyatları aşkar etmək mümkündür. 

     Sosial-iqtisadi  hadisələrin  və  onların  əlamətləri  arasındakı  qarşılıqlı  əlaqəni  xarakterizə  edən 

qruplaşdırmaya  analitik  qrup-laşdırma  deyilir.  Qarşılıqlı  əlaqədə  olan  əlamətlər  amil  və  nəticə 

əlamətlərinə ayrılırlar. Əlamətin dəyişilməsinə səbəb olan əla-mətlərə amil əlamətləri, amil əlamətlərinin 

təsiri  nəticəsində  də-yişən  əlamətə  isə  nəticə  əlaməti  deyilir.  Məsələn,  müəssisələri  əsas  istehsal 

fondlarının həcminə görə qruplaşdırmaq və hər qrupa düşən məhsulun həcmini müəyyən etsək, onda əsas 

isteh-sal fondları amil əlaməti, hər qrupa düşən məhsulun həcmi isə nəticə əlaməti olar.  

     Qruplaşdırmadan  asılı  olaraq  əlamət  bir  halda  amil,  digər  halda  isə  nəticə  əlaməti  ola  bilər.  Əmək 

məhsuldarlığının  sə-viyyəsilə  əməyin  enerji  ilə  təchiz  olunması  arasında  əlaqəni  öy-rənərkən,  əməyin 

enerji  ilə  təchiz  dərəcəsi  amil  əlaməti,  əmək  məhsuldarlığının  səviyyəsi  isə  nəticə  əlaməti  olar.Amil 

əlaməti  əsasında  qruplaşdırma  aparıb  və  nəticə  əlaməti  üzrə  orta  və  nis-bi  göstəriciləri  hesablasaq,  bu 

göstəricilər arasında qarşılıqlı əlaqəni müəyyən etmək mümkün olar. 

    Qruplaşdırma  vasitəsi  ilə  həll  edilən  vəzifələrə  uyğun  olaraq,  onları  növlərə  ayırmağın  mühüm 

əhəmiyyəti  vardır.  Qruplaş-dırmanın  növlərinə  uyğun  olaraq  qrupların  təşkili  həyata  keçiri-lir, 

qruplaşdırma  əlaməti  seçilir,  qrupları  xarakterizə  edəcək  göstəricilər  sistemi  müəyyənləşdirilir. 

Qruplaşdırmanın  novləri  arasında  sıx  əlaqə  mövcuddur.  Aparılan  tədqiqat  zamanı  sosial-iqtisadi 

hadisələrin  tipləri  müəyyən  edildikdən  sonra,  onların  quruluşu  və  quruluşda  baş  vermiş  dəyişikliklər, 

həmçinin hə-min hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqə-ləri aşkar etmək və öyrənmək 

lazımdır.       



     Statistika icmalı haqda anlayış. Tam məcmu, yaxud onun ayrı-ayrı hissələrini xarakterizə etmək üçün 

vahidlər  haqqında-kı  məlumatlar  ümumiləşdirilməli,  yekunlaşdırılmalı,  yəni  icmal  tərtib  olunmalıdır. 

Statistika  icmalı  statistika  müşahidəsi  materi-allarına  yekun  vurmaqdan,  yaxud  statistika  icmalı  tək-tək 

məlu-matdan vahidlər qrupu haqqında və ümumilikdə məcmu haqqın-da məlumata keçməkdən ibarətdir. 

Statistika icmalı iki növə ay-rılır: sadə yekun və qrup icmalı. 

     Sadə  yekun  icmalında  ayrı-ayrı  vahidlər  haqqında  toplanan  məlumat  birnövlü  qruplara 

bölüşdürülmədən,  tam  məcmu  üzrə  yekunlaşdırılır.  Nəzəri  hissəni  daha  aydın  başa  düşmək  üçün  şərti 

müəssisənin əlli  fəhləsinə  nəzər salaq. Sadə  yekun  icmal  yalnız öyrənilən  məcmu vahidlərinin  sayını  və 

öyrənilən əla-mətlərin həcmini (fəhlələrin ümumi iş stajı, onlara hesablanmış ümumi əmək haqqı məbləği 

və  s.) müəyyənləşdirməyə  imkan verir. Lakin sadə  yekun  icmalı öyrənilən  məcmunun tərkibi  ilə  burada 

əmələ  gələn  proseslər  haqqında  təsəvvür  yaratmır.  Mə-sələn,  sadə  icmal  əlli  fəhlənin  tərkibində  kişi  və 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə