Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə16/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
47 
arasındakı gəlirin yenidən bölüşdürülməsi  kimi bir çox  fəaliyyətlər 
üzərində təsirləri vardır.
99
 
 
Đnflyasiya həddindəki fərqliliyə bağlı olaraq real faiz həddinin 
səviyyəsi ölkədən ölkəyə və ya eyni ölkədə zamanla dəyişməkdədir. 
Məsələn,  1999-da  illik  nominal  faiz  həddi  Rusyada  60%  ikən 
Türkiyədə  80%  idi.  Yenə,  ABŞ-da  1975-də  inflyasiya  həddi  10% 
ikən böyük firmalar 9% faizdən borclana bildiyindən real faiz həddi 
–1%  kimi  neqativ  bir  dəyər  almaqdaydı.  Ancaq,  faiz  hədləri  daha 
sonraları  müsbət  yöndə  artaraq  9  il  sonra  1984-də  ən  yüksək 
səviyyəyə 8%-lərə, 1998-də də 6%-ə gəlmişdir.
100
 
 
Real  faiz  hədlərini  inflyasiyaya  görə  uyğunlaşdırılmış  faiz 
hədləri  olaraq  ifadə  etmək  bəzi  yönlərdən  yetərsiz  qalan  bir  tərif 
olaraq  dəyərləndirilməkdədir.  Çünkü  daha  əvvəl  də  vurğulandığı 
kimi real faiz həddinin hesablanmasında çətinliklər çoxdur. Cari faiz 
həddinin,  ex-ante  (gözlənən)  inflyasiyaya  görə  müəyyən  edilməsi 
lazımdır. Ancaq, ehtimalları ölçmək çox çətindir. Đqtisadi hadisələrin 
ümumi bir araşdırmasını aparmaq, statistik modellər ortaya qoymaq, 
iqtisadi  nəzəriyyələrdən  nəticələr  çıxarmaq  mümkündür  amma, 
xalqın  inflasiyayla  əlaqədar  ehtimallarını  tam  olaraq  ölçmək  müm-
kün  deyildir. Beləcə, tam olaraq müəyyən edilə bilməyən inflyasiya 
ehtimallarına  əsaslanaraq  ortaya  atılan  bazar  faiz  hədlərinin  real 
dəyərləri ilə əlaqədar şüphələr artmaqdadır.
101
 
 
2.Fisher Nəzəriyyəsində Đnflyasiya və Faiz Əlaqələri 
 
Đrving  Fisher  (1867-1947)  yazmış  olduğu  The  Theory  of 
Interest (faiz nəzəriyyəsi) adlı əsərində (1930); borc-alacaq əlaqəsin-
dəki  tərəflərin  gələcəkdə  ortaya  çıxacaq  inflyasiya  ilə  əlaqədar 
ehtimallarının nominal faiz həddi üzərində təsir edici olduğunu ifadə 
etmişdir. Buna görə nominal faiz həddi; real faiz həddi və gözlənən 
inflyasiya həddi olaraq iki qismə ayrılmaqdadır. Bu bərabərlik olaraq 
yazılırsa;  
 
                                                 
99
  James F. Ragan, Lloyd B. Thomas, a.g.e., p. 358. 
100
   Michael Parkin, Economics, p. 594. 
101
   William  Poole,  “Are  Real  Interest  Rates  Too  High?”  September  21,  1999, 
http://www.stls.frb.org/general/speeches/990921.html, 14 Ağustos 2001. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
48 
Nominal Faiz Həddi = Real Faiz Həddi +  
+ Gözlənən Đnflyasiya Həddi - dir. 
 
Bu iki qisimdəki dəyişiklik nominal faiz həddini də dəyişdir-
məkdədir. Fisher bərabərliyi olaraq bilinən bu bərabərlik bu şəkildə 
də göstərilə bilər: 
R

= r
t
 + π
t

Burada  R

nominal  faiz  həddini,  r

real
 
faiz  həddini  və  π
t
e
də 
gözlənən  inflyasiya  həddini  ifadə  etməkdədir.
102
  Buna  görə;  əgər 
gözlənən  inflyasiya  sıfır  isə,  nominal  faiz  həddi  real  faiz  həddinə 
bərabərdir.  Gözlənən  inflyasiya  müsbət  isə  real  faiz  həddi  açıqca 
nominal  faiz  həddindən  kiçikdir.  Bəlli  bir  nominal  faiz  həddində 
gözlənən  inflyasiya  həddi  nə  qədər  yüksək  isə  real  faiz  həddi  də  o 
qədər kiçik olacaqdır.
103
 
 
Bu  bərabərlikdəki  real  faiz  həddi  (r
t
)  nisbi  olaraq  daha  sabit 
sayılmaqdadır. Real faiz həddi sabit olaraq alındığında, nominal faiz 
həddi  ilə  gözlənən  inflyasiya  arasında  ortaya  çıxan  birəbir  əlaqəyə 
Fisher  təsiri  (Fisher  effect)  deyilməkdədir.  Bu  təsirə  görə  gözlənən 
inflyasiya  həddindəki  1%-lik  artım  nominal  faiz  hədlərini  də  1% 
artıracaqdır.  Beləcə,  mal  və  xidmətlər  bazarında  ortaya  çıxan  ehti-
mallar  inflyasiya  həddinə  təsir  edərkən  inflyasiya  ilə  əlaqədar 
ehtimallar  da  nominal  faiz  hədlərinə  təsir  göstərməkdədir.
104
  Hər 
ölkənin  öz  şərtlərində  baş  verən  iqtisadi  hadisələr  fərqli  Fisher 
Təsirlərinə səbəb olmaqdadır. Çünkü dünya ölkələrindəki inflyasiya 
hədlərinin  fərqli  olması  nominal  faiz  hədlərinin  da  fərqli  olmasına 
səbəb  olmaqdadır.  Ancaq,  dünya  səviyyəsində  investorların  əldə 
etdiyi sərmayə gəliri olan real faiz həddi arbitraj işləri səbəbiylə  bir-
birinə çox yaxındır.
105
 
 
                                                 
102
   Yukinobu Kitamura, “Indexed Bonds and Monetary Policy: The Real Interest Rate 
and  The  Expected  Rate  of  Inflation”  http://www.imes.bg.or.ip/japenese/a1197/ 
mc15-1-1.pdf, 19 Ağustos 2001. 
103
   Olivier Blanchard, a.g.e., p. 270. 
104
   The  Economy  in  The  Long  Run, http://www.uh.edu/˜skalemli/lect9-10chp7.pdf, 
20 Ağustos 2001. 
105
   Niranyan  Tripathy,  International  Fisher  Effect:  Assuming,  Spring,  2001, 
http://www.coba.unt.edu/FirelTRIPATY/f4500/F45ch08/sld011.htm,  18  Ağustos 
2001 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
49 
Fisher  bərabərliyi  görünüşdə  keçərli  olmaqla  bərabər  yaxın-
dan  incələndiyində  bəzi  problemləri  də  bərabərində  daşıdığı  görül-
məkdədir. Bu problemlər qısaca belədir: 
 
-  1930-larda olduğu kimi qiymətlərin sürətlə düştüyü və deflasyo-
nist ehtimalların ortaya çıxdığı hallarda real faiz həddi sabit qalsa belə 
formula  görə  nominal  faiz  həddi  azalaraq  neqativ  dəyər  alacaqdır. 
Ancaq, belə bir şəraitdə yığım sahibləri sərmayələrini borc olaraq ver-
mək istəməyəcəklərindən neqativ faiz tətbiq olunmayacaqdır. 
 
-  Əgər  mövcud  inflyasiya  ehtimalı  keçmiş  inflyasiyaya  əsasla-
naraq  müəyyənləşdirilirsə  içində  olduğumuz  dönəmdəki  fövqaladə 
dəyişikliklər  (müharibə,  zəlzələ  kimi)  bu  ehtimalları  yıxaraq  yeni 
inflyasiya  ehtimallarını  ortaya  çıxaracaqdır.  Dolayılı  olaraq  inflya-
siya ehtimalında qeyri müəyyənliklər artacaqdır. 
 
-  Fisherə  görə  real  faiz  həddi,  sərmayə  faydalılığının  nəticəsi 
olduğu üçün əsasən sabittir. Ancaq, real faiz həddi zamanla fərqlilə-
şərsə  nə  olacaqdır?  Əgər  real  faiz  həddi  pulun  satınalma  gücünə 
(inflyasiya)  əsaslanmaq  yerinə  investisiyaların  və  sərmayənin  gəliri 
həddi  ilə  müəyyən  edilirsə  digər  qiymət  dəyişkənləri  kimi  real  faiz 
hədləri də iqtisadi şərtlərdən təsirlənərək dəyişəcəkdir. 
 
-  Đnflyasiya ehtimallarının elmi olaraq ölçülməsi dəqiq deyildir. 
Elmilik  həqiqi  gerçəklərlə  təsdiq  və  ya  inkarı  gərəkdirir.  Məsələn, 
bazarları analiz edərək və hər kəsə ehtimallarının nə olduğunu  soru-
şaraq  doğru  nominal  faiz  həddini,  yenə  mal  bazarları  və  istehsal 
texnologiyalarını  analiz  edərək  doğru  real  faiz  həddini  əldə  etsək, 
əgər  nominal  faiz  həddi  ilə  real  faiz  həddi  arasındakı  fərq  əldə 
etdiyimiz  inflyasiya  ehtimallarına  bərabər  çıxmamışsa  bu  halda 
dəlillərin  bu  nəzəriyyəni  təkzib  etdiyini  irəli  sürə  bilmərik.  Bəlkə 
ölçülərimizin  səhv  olduğunu  düşünərik.  Đnflyasiya  ehtimallarının 
elmi  və  dəqiq  olmaması  real  faiz  hədlərinin  də  əldə  edilə  bilmə-
məsinə səbəb olmaqdadır.
106
 
 
Amerika  iqtisadiyyatında  yaşanan  dəyişikliklərə  baxıldığında 
1960-1980  arasında  nominal  faiz  həddi  ilə  inflyasiya  həddinin 
                                                 
106
 Robert Haney Scott, a.g.e., pp. 267-268. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
50 
demək  olar  ki,  eyni  şəkildə  dəyişdiyi  görülür.  Ancaq,  1980-dan 
sonra inflyasiya həddində  olduqca sürətli bir eniş  varkən faiz həddi 
olduqca  yavaş  enmişdir.  1990-lara  qədər  bu  iki  hədd  bir-birlərinə 
yaxınlaşmamışdır. Beləcə, inflyasiya və nominal faiz həddi arasında 
bir  əlaqənin  olduğu,  fəqət,  bunun  sabit  bir  qayda  olaraq  inflyasi-
yadakı artım və azalışı eyniylə nominal faiz hədlərinin də yaşayacağı 
mənasına  gəlmədiyi  ortaya  çıxmışdır.  Digər  tərəfdən  1980-larda 
inflyasiyadakı sürətli enişə qarşılıq nominal faiz hədlərindəki  yavaş 
eniş  real  faiz  hədlərinin  öncəki  dönəmlərə  görə  yüksək  olmasına 
səbəb olmuşdur. Bu dəyişmədə olduğu kimi bir çox tətbiqi çalışma-
da  da  real  faiz  həddinin  Fisher  bərabərliyinin  tərsinə  zamanla  hətta 
qısa vədədə dəyişdiyini göstərmişdir.
107
 
 
Nominal  faiz  həddi  ilə  inflyasiya  həddi  arasındakı  əlaqələrin 
Fisher  bərabərliyindən  fərqli  yaşandığı  Avstraliya  iqtisadiyyatı  üzə-
rində aparılan başqa bir tətbiqi araşdırmada da əldə edilmişdir. Burada 
da  nominal  faiz  hədlərinin  inflyasiya  hədlərindəki  dəyişikliyi  yavaş 
təqib  etdiyi  görülmüşdür.  1969-1996  dönəmini  əhatə  edən  araşdır-
mada 1970-1980 arasında inflyasiya həddi sürətlə artarkən faiz hədləri 
bunun gerisində qalmışdır. Təkrar tarazlıq qurulduğunda arada 5%-lik 
bir  neqativ  faiz  fərqi  ortaya  çıxmışdır.  1980  sonrasında  da  yenə 
inflyasiya  həddi  sürətlə  düşərkən  faiz  həddi  yavaş  düşərək  real  faiz 
həddi artmışdır.
108
 
 
Nominal və real faiz hədləri ilə gözlənən inflyasiya arasındakı 
əlaqələri ələ alan  mövcud araşdırmalar; inflyasiya ehtimallarının  və 
real  faiz  hədlərinin  ölçülməsi  və  ya  təxmin  edilməsinə  görə  üç 
qrupda ələ alına bilməktədir. Bunlar; 
 
1-  Friedman (1980), Figlewsky və Wacgtel (1981) kimi, investor-
ların  ehtimallarına əsaslanan  məlumatlardan  istifadə  edən  araşdırma-
lardır.  Bu  araşdırmaların  nəticələrini  şərh  etmək  olduqca  çətindir. 
Çünkü  cəmi  qiymətlər  analiz  mövzusu  olan  fərdi  ehtimalları  açıqla-
maqda yetərli deyildir. 
                                                 
107
   Michael  R.  Baye,  Dennis  W.  Jansen, Money,  Banking  and  Financial  Markets, 
Boston, Houghton Mifflin Company, 1995, pp. 651-652. 
108
   Mark  Crosby,  “Real  and  Nominal  Interest  Rate  Determination”  Econochat,  13 
February,2000,http://www.ecom.unimelb.edu.au/ecowww/Econochat/February200
0.pdf,18 Ağustos 2001. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə