Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə98/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   94   95   96   97   98   99   100   101   ...   108

Nizami Cəfərov 
 
344
Dədəm evdə olsa, sakit duraydım, 
Olmayanda əlli oyun quraydım, 
Ev-eşiyi bir-birinə vuraydım, 
Nənəm gəlib baxaydı, hirslənəydi:  
«Cəhrənin iyini yenə kim əydi?» 
 
…Günəşli, bürkülü bir iyun ayı 
Dəllək Ibrahimlə Məhəddin dayı 
Oturub eyvanda samavar çayı 
Içə-içə deyəydi ki, hazırlaş, 
Müsəlman edirik səni, ay qaqaş… 
 
Böyük Şəhriyar məşhur «Heydərbaba»sı ilə Azərbaycan 
poeziyasının ruhunu təzələdi, ona güclü etnik enerji gətirdi. Və 
yüzlərlə söz ustasının qələminə qüvvət verdi ki, biri də Adəm 
Asnıdı… o Adəm Asnı ki, «Qarabağlarım» şeirində deyir: 
 
Ana qucağı tək isti qucağı, 
Ilk görüş yerimin sığınacağı, 
Atamın-babamın dədə ocağı, 
Xatirəyə dönmüş şirin çağlarım – 
Qarabağlarım. 
 
Burada da «Heydərbaba» ruhu var. Ancaq şeirin özünə-
məxsus poetik ritmi, intonasiyası da hiss ediləcək qədər qabarıq, 
inkar olunmazdır. Bu isə o deməkdir ki, müəllif klassikanı hərfi-
hərfinə təkrar etmir, ondan aldığı təbii impulsla öz qəlbinin, 
ruhunun, daxili dünyasının şərqilərini yaradır. Aydın (və ünvan-
lı) genotipi ilə… 
Adəm öz ədəbi təxəllüsünü Asnı çayının adından alıb. 
Xatırlayır ki, uşaqlıq illərində ziyarətə gedərkən Asnı çayının 
mənbəyinə diqqətlə baxar, bu qədər gur suyun bir yerdən necə 
çıxdığına, haradan əmələ gəldiyinə məəttəl qalar, rəhmətlik 
nənələrimi bu barədə verdiyim suallarla təngə gətirərdim. Onla-
rın Asnının suyunu göz yaşına bənzətmələri məni daha da 


Ədəbiyyat söhbətləri 
 
345
təəccübləndirər, yerin altında göz yaşının necə yarandığı barə-
də… verdiyim suallara uşaq təxəyyülümün qavraya biləcəyi 
sadə cavablar alardım»… 
 
Nənəm deyərdi, qayalar, 
Başı qarlı uca dağlar, 
Yeraltı pünhan dəryalar 
Kim bilir nədən ağlayır… 
Göz yaşıdır ki, çağlayır, 
Asnıçaya dönüb axır, 
Məcrasında bərq vurduqca, 
Sanırsan ki, şimşək çaxır. 
 
Adəmin poeziyasında etnoqrafiya nə qədər zəngin olsa da, 
bu, onu müasir dünyanın mürəkkəb proseslərinə həssas münasi-
bətdən ayırmır. «Indi başqa zamandı» şeiri şairin geniş dünyagö-
rüşündən, ictimai-siyasi hadisələrə çevik ədəbi müdaxiləsindən, 
düzgün nəticələr çıxarmasından xəbər verir… «1992-ci ilin axır-
ları, 1993-cü ilin əvvəlləri… Bu yaxın keçmişimizi, yəqin ki
hamı yaxşı xatırlayır. Ölkədə xaos idi, xalqda bir ruh düşkün-
lüyü var idi, sabah nə olacağını heç kim bilmirdi… Danışanın da 
adını demokratiyanın, aşkarlığın, xalqın düşməni qoyurdular»… 
 
Uşaq kimi xəyallara dalmağa, 
Bu yaşımda ələ qələm almağa, 
Qırxımda öyrənib gorda çalmağa 
Məcbur edən ömrə çökmüş dumandı, 
 Qağa, zaman indi başqa zamandı. 
 
Adəm Həvvasızdı, Həvva Adəmsiz, 
Millət iməkləyir, qolsuz, qədəmsiz… 
Beş-on nadan isə kədərsiz, qəmsiz, 
Verdiyi ata ət, itə samandı, 
Qağa, zaman indi başqa zamandı… 


Nizami Cəfərov 
 
346
bəndləriylə başlayan bu iri həcmli şeirdə «yaxın keçmişimiz»in 
mənzərəsi bütün obyektivliyi (və təfərrüatı) ilə canlandırılır. 
Burada diqqəti cəlb edən əsas cəhət müəllifin yalnız haq-
qında bəhs etdiyi hadisələrin, proseslərin sosioloji təfsilatına 
varması deyil, həmin hadisələrin, proseslərin əxlaqi mahiyyətini 
ortaya çıxarması, onlara milli mənəvi dəyərlər səviyyəsindən 
baxmasıdır… 
Adəm Asnının «Təzadlar»ı ideya-məzmunca mənalı, 
düşündürücü olduğu qədər də şairanədir: 
 
Bu dünyada ziddiyyətlər, 
Əksliklər xalvar-xalvar… 
Dostluq varsa, düşmənçilik, 
Sevgi varsa, nifrət də var. 
 
…Həyatda bu, bir qaydadır – 
Kim aldanır, kim aldadır… 
Vüsalı şərbət olsa da, 
Hicranı zəhrimar dadır. 
 
…Bu bir duyğu, bir hissdir, 
Nəsə yaxşı, nəsə pisdir… 
Gül açırsa solacaq da, 
Yaxşı-pis var, olacaq da. 
 
Böyük sələflərindən – Hüseyn Caviddən, Məhəmməd 
Hadidən Bəxtiyar Vahabzadəyə, Nəriman Həsənzadəyə qədər 
gələn (və bütövlükdə müasir poeziyamızın ruhuna hopan) fəlsəfi 
təfəkkür Adəmin şeirlərində də həm ənənəvi, həm də özünə-
məxsus şəkildə təzahür edir. Ənənəvilik sələflərə ehtiramın, 
özünəməxsusluq isə cəmiyyət həyatının yeni təcrübələrinə isti-
nadın nəticəsidir. Və əminliklə demək olar ki, Adəm filosofluq 
eləməyə qüdrəti çatan, bundan çəkinməyən fikir, mühakimə 
adamıdır. 


Ədəbiyyat söhbətləri 
 
347
Islam dininin fəzilətlərindən gələn mənəvi dəyərlər Adəm 
Asnının şeirlərində həm tərənnüm olunur, həm də bu dəyərlər 
mövqeyindən bugünkü «dünyanın işi»nə, sözün geniş miqya-
sında «əxlaq»ına, əgər belə demək mümkünsə, şərh verilir: 
 
Gör nə günə qalıb dünyanın işi, 
Evlənir qızla qız, kişiylə kişi. 
Ki, dayansın deyə belə gedişi
Qoy dağılsın dünya birdən, naqafil, 
Ya Rəbb, əmr et, surun çalsın Israfil!  
 
…Qoy çıxsın mənsəbdən dənizlər, çaylar, 
Qərq olsun sularda ahlar, haraylar, 
Ötsün üstümüzdən əsrlər, aylar… 
Xəlq eylə yenidən təzə, pak nəsil, 
Ya Rəbb, əmr et, surun çalsın Israfil!.. 
 
Bu cür kəskin etiraz nihilizm, yaxud dünyadan küskünlük 
deyil, əksinə, eybəcərliklərin tənqidi ilə dünyanın əbədi 
dəyərlərinin təqdiridir. 
 
«Lənət» şeirində yazır: 
Lənət düz kimsəyə qara yaxana, 
Özündən kasıba xorla baxana, 
Yaxşılıq eyləyib başa çaxana, 
Yaltaqlıqla mənsəblərə çatana!.. 
Lənət şeytana!.. 
 
 Insan həm bu dünyaya niyə gəldiyini, həm də bu dünya-
dan niyə getdiyini bilmək istəyir… Daha çox da niyə getdi-
yini… Çünki dünyaya niyə gəldiyini bilmir (və bunun üçün heç 
bir məsuliyyət daşımır!), ancaq niyə getdiyini bilmək istəyir. 
Ona görə ki, artıq boynunda «min ilin yükü» var, bu dünyanın 
haqq-hesabı, o dünyanın sorğu-sualı var. Və Xəstə Qasım təsa-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə