Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   2   3   4   5   6   7   8   9   ...   108

Nizami Cəfərov 
 
6
Ən yeni dövrdə isə Şair «mən»inin milli mənəvi (və ideo-
loji) qüdrətini Səməd Vurğun nümayiş etdirərək bütöv bir xalqın 
adından Vətənə birbaşa müraciət etmək səlahiyyəti olduğunu 
təsdiq elədi: «El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskə-
nimsən!..» 
Azərbaycan poeziyası tarixinin dövrləşdirilməsində müəy-
yən mübahisələr (bu da tamamilə təbiidir) olsa da, ümumi qə-
naət belədir ki, o, aşağıdakı dövrlərdən keçmişdir: 
1) I minilliyin ortalarından XIII əsrin əvvəllərinə qədər; 
2) XIII əsrin əvvəllərindən XVII əsrin ortalarına qədər; 
3) XVII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər; 
4) XIX əsrin əvvəllərindən sonlarına qədər; 
5) XX əsrin əvvəlləri; 
6) XX əsrin 20-ci illərindən bu günə qədər. 
Hər bir dövrün tərkibində müxtəlif mərhələlər də ayırmaq 
mümkündür ki, bu, Azərbaycan poeziyası tarixini daha analitik 
və ya diferensial təsəvvür etmək ehtiyacından irəli gəlsə də, fik-
rimizcə, elə ciddi elmi-metodoloji əhəmiyyət kəsb etmir. Hər bir 
dövrün isə aydın tipologiyası ilə seçilən ideya-estetik, poetexno-
loji xüsusiyyətləri mövcuddur. 
Görünür, ən ciddi problem Azərbaycan poeziyasının hansı 
mənbədən və ya mənbələrdən törədiyini müəyyənləşdirməkdən 
ibarətdir ki, həmin problem, ənənəvi olaraq, Azərbaycan xalqı-
nın tarixi taleyinə – etnogenezinə münasibətdən irəli gələn iki 
prinsipial baxışla bir-birindən fərqli şəkildə «həll olunur». Birin-
ci baxışın məzmunu ondan ibarətdir ki, ən qədim dövrlərdən 
etibarən Azərbaycanın tarixi ərazisində məskunlaşmış müxtəlif 
mənşəli etnosların müxtəlif dillərdə (və dünyagörüşlərdə) yarat-
dıqları bütün poetik məhsullar bir küll halında Azərbaycan 
poeziyasını təşkil edir… Ikinci baxış isə yalnız türk mənşəli 
Azərbaycan xalqının poetik yaradıcılığını əsas götürür… Lakin 
məsələ burasındadır ki, hər bir xalq həm yaşadığı coğrafiyanın, 
həm də etnik mənsubiyyətinin varisi olduğundan Azərbaycan 
poeziyasının mənşəyi məsələsinə multikultural metodologiya, 


Ədəbiyyat söhbətləri 
 
7
yəni milliliklə ümumbəşəriliyin dialektikasında baxmaq özünü 
daha çox doğruldur. Və bu metod bir də ona görə optimal və ya 
prioritet sayılmalıdır ki, elə sonrakı dövrlərdə də həm şifahi, 
həm də yazılı poeziyanın ən mükəmməl hadisələrini yalnız etnik 
atribusiya və ya əlamətlərlə izah etmək mümkün deyil. Məsələn, 
Nizaminin, Füzulinin, Vaqifin, hətta «Koroğlu» eposunun poezi-
yasında türkçülüyün aparıcı olması ilə yanaşı, həm qədim 
ümumbəşəri poetik təfəkkür texnologiyaları iştirak edir, həm də 
orta əsrlərdə ümummüsəlman mədəniyyətinin ciddi (kompleks!) 
təsiri olur ki, bütün bunları etnokulturoloji hüdudda izah etmək 
mümkün deyil. Hələ o da var ki, XIX, XX əsrlərdə Azərbaycan 
poeziyasına modernist missiya ilə elə mövzular, ideyalar, janrlar 
gəlir ki, bütünlüklə ümumbəşəridir və ya hətta, belə demək 
mümkünsə, hər cür etnik-milli oriyentasiyadan məhrumdur… 
Ancaq bunlar Azərbaycan poeziyasının bütün dövrlərdə istər 
məzmun, istərsə də formaca eyni bir genotip üzərində qərar tut-
ması kimi istənilən mükəmməl xalqın poeziya tarixi üçün səciy-
yəvi olan universal (və populyar) fakt-hadisəni heç zaman inkar 
etmir… Yaradıcılığı bütünlüklə fars dilində olan (ancaq maraqlı, 
xarakterik və məntiqlidir ki, nizamişünaslar hələ də dahi şairin 
türkcə-ana dilində əsərlərini axtarır, hərdən də «tapırlar») Niza-
minin poetik təfəkkürünün əsasında qədim (ümum) türk eposu-
nun dayandığı heç bir mübahisə doğurmadığı öz yerində, möh-
təşəm poema-dastanlarında türk sözləri və ifadələrini gen-bol 
işlətməsi, Türküstanda geniş yayılmış Makedoniyalı Iskəndər 
obrazını «Isgəndərnamə»də ideal fundamentallığı ilə qabartması 
(heç bir fars şairi, təbii ki, milli təəssübkeşlikdən irəli gələrək, 
Iranı zəbt etmiş yunan sərkərdə – hökmdarını bu dərəcədə ideal-
laşdırmazdı) onun poeziyasının ideya-məzmunca türklüyünü 
göstərir. Yaxud heç bir siyasi-məfkurəvi təzyiqə məruz qalma-
dan, yalnız mədəni-mənəvi tələbata, dövrün estetik zövqünə 
görə həm türk, həm fars, həm də ərəb dilində yazmış Füzuli yeri 
gəldikcə özünün (və poeziyasının) türklüyünü yada salır, özü də 
xüsusi təəssübkeşliklə yanaşı, yüksək mədəniyyətlə: 


Nizami Cəfərov 
 
8
Ey feyzrəsani-ərəbü türkü əcəm, 
Qıldun ərəbi əfsəhi-əhli-aləm, 
Etdün füsəhayi-əcəmi Isadəm, - 
Bən türkəzəbandan iltifat eyləmə kəm – deyir. 
 
Şeirlərində bir dəfə də olsun nə «türk», nə də «Azərbay-
can» sözünü işlətməyən Vaqif XVII–XVIII əsrlər milli intibahı-
nın təsiri altında Azərbaycan türk poeziyasının sonrakı dövrlər 
üçün örnək olacaq ən gözəl əsərlərini yaradır. Və məşhur təbirlə 
desək, «Füzulinin göylərdə pərvaz edən gözəllərini yerə en-
dirir»: 
Ala gözlü, sərv boylu dilbərim, 
Həsrətin çəkdiyim canan, bəri bax! 
Gecə-gündüz fikrü zikrü əzbərim, 
Üzüldü taqətim, aman, bəri bax! 
 
Özünün də dəfələrlə etiraf etdiyi kimi, şairlik dərslərini 
Füzuli ilə Vaqifdən alan Səməd Vurğun isə həm yaradıcılığında, 
həm də nəzəri-estetik mühakimələrində «Azərbaycan poeziyası» 
anlayışını bir fenomen olaraq mütləqləşdirir. Və deyir: 
 
Nədən şeirimizin baş qəhrəmanı 
Gah Irandan gəlir, gah da Turandan? 
Bəs mənim ölkəmin varlığı hanı?.. 
Böyük bir şairin yazdığı dastan 
Gah Irandan gəlir, gah da Turandan!.. 
 
Göründüyü kimi, şair, bir tərəfdən, Azərbaycan şeirinin 
keçdiyi tarixin idyea axtarışları, tərəddüdləri barədə bəhs edir, 
digər tərəfdən isə, onun ideallarının əsaslarını formulə etməyə 
çalışır ki, heç şübhəsiz, bunlar bir-biri ilə sıx bağlı olan ciddi 
nəzəri problemlərdir. O mənada ki, hər dövrün özünəməxsus, 
aydın tipologiyası ilə seçilən poeziya qəhrəmanları mövcud-
dur… Və müşahidələr göstərir ki, Azərbaycanda milli ictimai 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə