Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə99/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   95   96   97   98   99   100   101   102   ...   108

Nizami Cəfərov 
 
348
düfi deməyib ki, «gələn bəzirgandı, gedən xocadı»… O mənada 
«xocadı» ki, artıq o dünyanın «sorğu-sual»ında «nə bilim, necə 
oldu» deyə bilməzsən.  
Adəm Asnının mənsub olduğu xalq Islam dinini Tanrıçılıq 
əsasında (və heç bir siyasi, ideoloji konyuktura əyilmədən, ilk 
növbədə, mənəvi dəyər kimi) qəbul etmiş, onun tələblərinə bö-
yük ehtiram, sədaqət göstərmişdir. Bu gün də Islamın dünyada 
xüsusi nüfuz qazanmasında türklərin, o cümlədən Azərbaycan 
türklərinin rolu əvəzsizdir. Çünki islam bu xalqın ruhuna, qanı-
na, ədəbiyyatına, poeziyasına elə hopub ki, ibadət funksiyasının 
kanonik hüdudlarını çoxdan aşıb. 
Adəm Asnının «ailə şeirləri» adlandıra biləcəyimiz olduq-
ca səmimi, məzmun-mündərəcəli bir poetik silsiləsi var… 
 
Iyirmi il öncə rastlaşdıq qəfil, 
Ömrümə gül açdı lalə, qərənfil. 
Eşqi üçün oldum avara, səfil; 
Tale üzüyündə qiymətli daşım – 
Həyat yoldaşım. 
 
Bu illərə birgə sinə gərmişik, 
Birgə alovlanıb cüt közərmişik, 
Sevinc meyvələrin qoşa dərmişik; 
Dar gündə, xoş gündə dostum, sirdaşım – 
Həyat yoldaşım. 
 
…Öndə görüləsi çox işlər durur, 
Hələ çox yoxuşlar, enişlər durur, 
Bilirəm ki, qəlbi qəlbimlə vurur; 
Qoymaz bu işlərdən qorxum, ya çaşım – 
Həyat yoldaşım. 
 
Ailənin sütunu, əlbəttə, həyat yoldaşıdır… Sonra övladlar 
gəlir… Sonra isə, təbii ki, nəvələr… 


Ədəbiyyat söhbətləri 
 
349
Nəvənin səsi babanın səsidi, nənənin səsidi… Ona görə 
deyirlər ki, atalar üçdən deyib… Biz gördüyümüzə inanırıq. 
Gördüyümüz də nəvəmizdi… Ata oğluna nəsihət verir (Seyid 
Əzimi xatırlayın), nəvəsini isə sevir, nəsihətsiz-filansız, çünki iş 
nəsihətdən keçib, indi oğulun nəvəyə nəsihət verən vaxtıdır… 
Böyük filosof Həmid Imanov demişkən, baba ilə nəvə təxminən 
eyni ağılda olurlar. Və onun bir sözü də vardı: baba övladlarına, 
nəvə də valideynlərinə yovuşmur; nəvəyə «can!» deyən baba ilə 
nənə olur, ata ilə ana yox. baba ilə nənənin övladlara «gecikmiş» 
məhəbbətinin mükafatını nəvələr aldıqları kimi, övladların ata-
analara artıq «ayıb» bildikləri sevgini də bütün açıqlığı, məh-
rəmliyilə nəvələr göstərirlər… Həyat belədir, yazan belə yazıb… 
Nəticəyə, kötücəyə vaxt çatmır, o da olsun yadıca…  
 
Gözümün işığı, qızımın qızı, 
Babanın şəkəri, çörəyi, duzu, 
Ata-anasının ilk dan ulduzu, 
Rəbbin bəxş etdiyi ilk bar, ilk sünbül, 
Ömrüm-günüm, təkcə nəvəmdi Nurgül. 
 
…Ağlamağı muğamatdı, segahdı, 
Çığırtısı şur ilə cahargahdı, 
Qığıltısı heyratıdı, dügahdı; 
Dinləyib, ey könül, zövq al, sevin, gül, 
Nənən gözlərinə qurban, a Nurgül. 
 
Həmişə eşitmişdim ki, məşhur atalar sözümüzdə «övladda 
nəvə, dövlətdə dəvə» deyilir, ancaq həmişə də buradakı «dəvə» 
sözü mənə şübhəli gəlirdi. Bu günlərdə görkəmli xalça mütəxəs-
sisi, professor Vidadi Muradov həmin atalar sözünü «övladda 
nəvə, dövlətdə gəvə» şəklində işlədəndə «həə» dedim… 
Adəmin «ailə şeirləri»ni ayrıca kitab halında nəşr etmək, 
müxtəlif dillərə çevirmək pis olmazdı. Və «ailə böhranı» keçirən 
müasir dünya, ola bilsin ki, şairin səmimi, zərif (və bəşəri!) 
hisslərindən bir az təsirlənərdi. 


Nizami Cəfərov 
 
350
«Körpə qığıltısı»nı, fikrimcə, bu mövzuda qələmə alınmış 
(və sayı heç də çox olmayan) ən yaxşı poeziya nümunələrindən 
biri hesab etmək olar: 
 
Bilmirəm tilsimdir, ovsundur, nədir, 
Sədasından könül bir divanədir. 
Şirin bir nəgmədir, xoş təranədir – 
Körpə qığıltısı. 
 
…Yaşamaq, yaratmaq, eşq həvəsidir, 
Sevən ürəklərin zənguləsidir. 
Uca Tanrımızın şah bəstəsidir – 
Körpə qığıltısı. 
 
Adəm Asnının «Köhnə, keçmiş kişilər»i, elə bilirəm ki, 
dəyərli, ibrətamiz bir el nağılıdır… Həm məzmunu, həm də 
forması ilə… 
 
Əvvəllər hər kənddə, eldə, mahalda, 
Hər vəziyyət, hər şərait, hər halda, 
O ki öndə gedər, başda durardı, 
«Köhnə», «keçmiş», müdrik kişilər vardı – 
Bütöv el-obaya mədəd kişilər, 
O köhnə kişilər, o mərd kişilər. 
 
…Sözünün dalında nəsil durardı, 
Kənd adından demək hüququ vardı, 
Hər müşkül işləri sahmanlayardı, 
Cəza verə bilər, bağışlayardı – 
Çiynində bir mahal, bir yurd kişilər, 
O köhnə kişilər, o mərd kişilər. 
 
Adəm Asnnın «dördmisralıq»ları – istedadla, ilhamla və 
idrakla qələmə alınıb: 


Ədəbiyyat söhbətləri 
 
351
Araz axar köç eylər
Ümidləri puç eylər. 
Neçə savab əməli 
Bircə minnət heç eylər. 
 
Və bəzən hisslərin təlatümü «dördmisralığ»a sığmayıb onu 
«beşləş»dirir: 
 
Niyə gəldin, körpə qəm, 
Çağamı gəzdirəcəm? 
Qayıt, böyü, sonra gəl, 
Dağ boyda qəmlərimə 
Gəlib də olma əngəl. 
 
Adəmin şeirlərinin əksəriyyəti mənə böyük zövq verdi, 
zənginləşdim… Və bir daha əmin oldum ki, Azərbaycan poezi-
yasında özünü «həvəskar» sayan elə peşəkarlar var ki, ədəbi 
prosesi onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyil… 
 
 2017 


Nizami Cəfərov 
 
352
 
Aşıq sənəti tarixi missiya 
daşıyan bir sənətdir 
 
Müsahibimiz AMEA-nın müxbir üzvü, Millət vəkili 
Nizami Cəfərovdur. 
 
Nizami Cəfərov: “Geyimindən, görkəmindən başlamış 
danışığına, ədasına, sənət imkanlarına qədər aşıq həm tarixini 
saxlamalı, həm də müasirləşməlidir”.  
 
–  Nizami müəllim, aşıq sənətinin dünəni və bu günü, 
ümumiyyətlə, mədəniyyətimizdə, incəsənətimizdə rolu barədə 
Sizin fikirlərinizi bilmək istərdik.  
– Aşıq sənəti başqa sahələrlə müqayisədə sənətkarlıq baxı-
mından xüsusi tarixi missiya daşıyan bir sənətdir. Əvvəla ona 
görə ki, aşıq sənəti, istər yazılı ədəbiyyat olsun, istər digər bədii-
estetik yaradıcılıq sahələri olsun, onlardan daha çox öz tarixiylə 
bizi Türk dünyasına bağlayır. Yəni qaynaqları, mənbələri çox 
qədimdir və çox da aydındır. Heç bir mərhələdə biz aşıq sənətinin 
dayandığını, dövri səciyyə daşıdığını görməmişik. Həmişə mü-
kəmməl bir tarixlə mərhələlərini verə-verə ozanlıqdan başlamış 
bu günə qədər gəlib çatmışdır. Bu gün xüsusi mistik səciyyə daşı-
masa da, aşıq yaradıcıdı, şeirini deyir, havalarını ifa edir. Öz 
görkəmi ilə müəyyən qədər etnoqrafik məzmuna malikdir, (məsə-
lən, bu gün şairlər üçün xüsusi uniforma təsəvvür etmirik, amma 
aşıqlarda var) yəni müəyyən qədər bu etnoqrafik görüntünü sax-
layıb, amma bununla yanaşı, o mistikasını saxlamayıb. Bununla 
yanaşı, deyim ki, bu sənət çox qədim əcdad varisliyinə malikdir 
mən hesab edirəm ki, bu, çox mühüm, əhəmiyyətli hadisədir. 
Bu gün biz aşıq sənətinin tarixindən danışanda, ümumiy-
yətlə, aşığı təsəvvür edəndə istər-istəməz yadımıza tarix gəlir. 
Bugünkü şair, yazıçı haqqında danışanda isə o qədər də tarix 
yadımıza düşmür. Bugünkü şairlərin, yazıçıların yaradıcılığını 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə