Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə100/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   96   97   98   99   100   101   102   103   ...   108

Ədəbiyyat söhbətləri 
 
353
mən tarixi planda öyrənmişəm. Bizim elə şairlərimiz var ki
onun təfəkküründə nəinki qədim türk dövrü poeziyasının, heç 
orta əsrlər poeziyasının da yaddaşı yoxdur. Yəni elə bil ki, şeir-
də, yazılı ədəbiyyatda, yazılı poeziyada biz o mərhələləri unuda-
raq arxada qoymuşuq. Amma aşıq unudub arxada qoymayıb. 
Ona görə də müasir dövrdə bizim üçün xüsusi əhəmiyyətlidir ki, 
aşıq sənəti ilə biz sözdə yox, yəni elə-belə söz demək xatirinə 
yox, mahiyyətcə öz tariximizi yaşadırıq. Burada bir sual ortaya 
çıxa bilər ki, aşıq əgər tarixidirsə, həddindən artıq etnoqrafikdir-
sə, onda bu gün onun müasir dəyəri az deyilmi? Amma hadisələr 
göstərdi ki, yox, aşıq sənəti öz mahiyyətini, məzmununu, tarixi-
ni, yaddaşını unutmadan da müasirləşə bilir. Amma bu sənətin 
çox qəribə qoruyucu bir xüsusiyyəti var: yazılı ədəbiyyatdan 
fərqli olaraq aşıq həddindən artıq müasirləşəndə, dövrün sosial-
ideoloji tərəflərinə həddindən artıq cavab vermək istəyəndə dər-
hal onda korşalma əmələ gəlir. Bunu biz ötən əsrin 20-ci illərin-
dən başlayaraq 30-cu, 50-ci illərdə gördük ki, sosializm qurucu-
luğuna, sovet həyat tərzinə münasibət göstərməyə məcbur olu-
nanda aşıq tipologiyasını necə itirir. Amma yazılı ədəbiyyat, şeir 
itirmədi. O, daha çox dəyişə bildi, bir mərhələ yaratdı və sonra 
da bundan imtina olunmadı. Amma aşıq sənəti sonrakı dövrlərdə 
bundan imtina elədi. Məsələn, Mikayıl Azaflı meydana çıxdı və 
məlum oldu ki, ötən əsrin 20-ci, 30-cu, hətta 50-ci illərində 
yaranmış müəyyən “etiket” mövzular, ideyalar sən demə aşığın 
yaddaşından asanlıqla silinə bilərmiş. O şey ki, aşığa aid deyil, 
onun tarixi missiyasına aid deyil, o, asanlıqla silinib gedə bilir. 
Halbuki yazılı ədəbiyyatda, şeirdə bu, silinmir, müəyyən dərə-
cədə tarix kimi qalır.  
İndi müasir dövrdə bizim dövlətin mədəniyyət siyasətinin 
tərkib hissəsi kimi iki sənət sahəsinə xüsusi yer ayrılır. Onlardan 
biri muğam sənətidir, biri də aşıq sənəti. Əlbəttə, muğam sənəti 
kifayət qədər milli, bizim dərk elədiyimiz, ruhumuza uyğun olan 
sənətdir və Azərbaycan muğamının hər halda şərq muğamı tərki-
bində özünəməxsusluğu var. Müxtəlif tədbirlərdə də biz görürük 


Nizami Cəfərov 
 
354
ki, ərəb muğamı, fars muğamı tamam ayrı şeydi, Azərbaycan mu-
ğamı ayrı şey. Azərbaycan muğamı daha çox təmizdir, ərəb, fars 
muğamında isə bir xeyli dərəcədə sənətdən əlavə başqa şeylər də 
var. Məsələn, ruhani melodik sistem var, oxunan şeir mətninin 
məzmununda ilahilik daha çoxdur. Azərbaycan muğamında isə 
daha çox sənət güclüdür. Bununla yanaşı, mən düşünürəm ki, hər 
halda muğamı aşıq sənəti ilə müqayisə eləmək olmaz. Aşıq sənə-
tini bu millətin təbiəti və onun yaradıcılıq mahiyyətində dərk elə-
mək lazımdır. Əvvəla, muğamın tarixi o qədər qədim deyil. İkin-
cisi, əlbəttə, muğamda bir sıra ümumşərq mədəniyyətindən götür-
düyümüz elə xüsusiyyətlər var ki, onlar Türk dünyası üçün ümu-
mi deyil. Aşıq sənəti isə musiqidən başlamış ta sözünə, ideyasına 
qədər bütün türk dünyasının ən ibtidai, ən geri qalmış mədəniy-
yətlərində belə bu gün mövcuddur. Bu musiqi, bu şeir texnikası 
min illərlə qalıb və nisbətən inkişaf eləmədiyi xalqların yaradıcılı-
ğında da biz aşığı görürük, yəni o mənada kökləri kifayət qədər 
dərindir. Bir məsələ də var ki, aşıq mahnısının, sazın həm peşə-
karları var, həm də o, bütövlükdə xalqa məxsusdur. Yəni sazı 
qeyri-professional da çalır, aşıq şeirini qeyri-professional da qo-
şur, bu isə o deməkdir ki, bu, xalqın təkcə sənətkarlığı, sənəti 
deyil, onun yaşam tərzidir, həyat tərzidir, mənəviyyatıdır. Amma 
muğamda peşəkarlıq, professionallıq daha çoxdur. Yəni hər adam 
muğam ifa edə bilməz, amma hər adamın potensialı, gücü var ki, 
onu ifa etsin. Bir maraqlı cəhət də var və biz onu dəqiq bilirik ki, 
Azərbaycanın etnik tərkibində, etnik coğrafiyasında kifayət qədər 
zənginlik var. Burada müxtəlif etnoslar – Qafqaz, İran, Türk 
etnosları yaşayıb və aşıq sənəti, onun yaradıcılıq özünəməxsus-
luğu, mənbəsinin möhkəmliyi türklərə məxsusdur. Burada müba-
hisəli bir şey yoxdur. İkinci çox mühüm cəhət də var ki, başqa 
xalqlar, qeyri-türk mənşəli azərbaycanlılar, ümumiyyətlə, Qafqaz 
xalqları muğamdan daha çox aşıq sənətini imitasiya ediblər. Yəni 
bu, onlara asan gəlib, onlar üçün də doğmalaşıbdır. İndi məlum 
məsələdir ki, 16-cı əsrdən bu günədək 300-ə qədər erməni aşığı 
Azərbaycan dilində yazıb-yaradıb, hətta müəyyən məqamlarda 


Ədəbiyyat söhbətləri 
 
355
dastanların yurd hissəsini erməni dilinə tərcümə ediblər, yazılı 
tərcümə öz yerində, şifahi danışanda erməni məclisində ermənicə 
danışıblar, ancaq şeirləri türkcə, Azərbaycanca oxuyublar.  
Aşıq sənəti bizim üçün birləşdirici bir missiyadır. Həm 
bizim yaratdığımızdır, həm də bizi birləşdirən bir hadisədir. 
Aşıq sənətinin musiqisini, şeir texnologiyasını, dastan yaradıcılı-
ğını, epos yaratmaq hissiyyatını təhlil eləsək görərik ki, bu, çox 
mükəmməl, zəngin və olduqca da mürəkkəb bir hadisədir. 
Amma olduqca da sadəliyi var. Yəni yaradılması baxımından elə 
bil xalqın təbiətinə yazılıb ki, sən bu mürəkkəbliyi çox rahat 
şəkildə yaşat, çox rahat şəkildə yarat. Bu da xalqın fəlsəfəsidir 
və bu gün üçün çox əhəmiyyətlidir. Bu gün bizim dövlətimiz 
aşıq sənətinin inkişafı ilə bağlı böyük maraq göstərir və xüsusi 
qanunların qəbul olunması, onun dünya miqyasında təbliği üçün 
hüquqi prinsiplərin, sənədlərin işlənib hazırlanmasına çalışır və 
onu dünyanın böyük mədəni sərvətlərinin bir hadisəsi kimi təq-
dim eləyir ki, bu da bizim dövlətimizin milli mövqe ifadə eləmə-
sidir və aşıq sənətinə qayğı, aşıq sənətinin dünya miqyasında 
təbliğ olunması Azərbaycan dövlətinə hörmət gətirən bir məsə-
lədir. Yəni onun milliliyini göstərən bir məsələdir və onu da 
deyim ki, bu, bizim dövlətimizin mədəniyyət siyasətinin tərkib 
hissəsidir. Və ən maraqlı cəhətlərdən biri də budur ki, bu gün 
aşıqdan, aşıq sənətindən ötən əsrin 20-30-cu illərində olduğu 
kimi məqsədli istifadə olunmur. Doğrudur, o illərdə aşıqların 
qurultayları keçirilirdi, amma eyni zamanda qurultaylar keçirilə-
keçirilə aşıq sənəti məhv
 
olurdu. Bu gün isə artıq hər şey verilib 
aşıqların öz öhdəsinə. Yəni aşıq yaradıcılığı bugünkü dövrdə 
necə fəaliyyət göstərə və inkişaf edə bilər, tarixi ənənələrini 
qorumaqla necə müasir ola bilər – bütün bunlar onun doğal inki-
şafının öhdəsinə buraxılıb. Artıq aşığa deyilmir ki, bu mövzuda 
yaz, bu istiqamətdə fəaliyyət göstər, bu işləri gör, hətta heç o da 
deyilmir ki, mütləq get xalq qarşısında, rəsmi məclislərdə çıxış 
elə. Bunlar deyilmir. Və mən düşünürəm ki, XX əsrin 20-30-cu 
illərində aşıqlar kolxozdan, fermadan, təsərrüfatdan yazmağa


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə