Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə97/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   93   94   95   96   97   98   99   100   ...   108

Nizami Cəfərov 
 
340
yə, ərəbcədəndə azərbaycancaya xeyli dəyərli əsərlər çevirməsi-
dir ki, onların içərisində «Müasir Azərbaycan nəsri» antologi-
yası, Nəcib Məhfurun «Liderin qətl günü» romanı ayrıca qeyd 
olunmalıdır. 
Əhmədlə artıq neçə illərdir ki, görüşür, əməkdaşlıq, yol-
daşlıq, dostluq edirik. Ona minnətdaram ki, Azərbaycan Tərcü-
mə Mərkəzinin rəhbəri, görkəmli yazıçımız Afaq Məsudun 
təşəbbüsü ilə mənim «Azərbaycan xalqının tarixi və ya tərcü-
meyi-halı» kitabçamı ərəbcəyə tərcümə etmişdir. 
Onunla, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə ol-
sun, hər görüş, söhbət mənə xüsusi zövq verir. Əvvəla ona görə 
ki, çox xeyirxah, humanist işlər görür, iki xalqın mədəni əlaqələ-
rinin güclənməsi, genişlənməsi üçün intellektini, zəhmətini 
əsirgəmir; ikincisi isə, Azərbaycanı yaxşı tanımaqdan başqa, bir 
sıra türk dillərində, o cümlədən azərbaycanca da azacıq aksentlə 
çox gözəl danışır… Və hərdən ona zarafatla deyəndə ki, «Əh-
məd, sən azərbaycanca əcnəbi kimi yox, Azərbaycanın hansısa 
rayonundan Bakıya yeni gəlmiş adam kimi danışırsan», özünə-
məxsus səmimiyyətlə gülüb «hə, elədi» deyir, «bu sözü çox eşi-
dirəm, çox da xoşuma gəlir».  
«Müstəqillik dövrü Azərbaycan romanı»nın uğurunu tə-
min edən ən mühüm cəhətlərdən ikincisi mövzu-problematikanı 
lazımi miqyasda əhatə etməsidir ki, buraya aşağıdakılar daxildir: 
1) roman janrı tarixi yaddaş və dövrün həqiqətləri kon-
tekstində; 
2) sosial-siyasi və fəlsəfi-psixoloji problemlər roman 
janrının təqdimatında; 
3) Azərbaycan romanı Azərbaycan xalqının milli-mənəvi 
dəyərlərinin təcəssümü kimi
4) müstəqillik dövrü romanlarının sənətkarlıq xüsusiy-
yətləri. 
Ancaq məsələ yalnız onda deyil ki, müəllif öz tədqiqatının 
mövzu-problematikasını bu miqyasda müəyyən edir, əsas odur 
ki, həmin miqyasda da peşəkar ideya-estetik təhlil-interpretasiya 


Ədəbiyyat söhbətləri 
 
341
verməyə nail olur. Müstəqillik dövrünün, əgər belə demək olar-
sa, gündoğanında yaranmış «Ölən dünyam» (Ismayıl Şıxlı), 
«Zərrintac-Tahirə», «Eşq sultanı», «Xəzərin göz yaşları» (Əzizə 
Cəfərzadə), «Axirət sevdası», «Kef», «Ömür urası» (Sabir Əh-
mədli), «Isahəq, Musahəq», «Cəhənnəm» (Isa Muğanna), «Ağ 
qoç, qara qoç» (Anar), «Günah duası» (Mövlud Süleymanlı), 
«Azadlıq» (Afaq Məsud), «Gəlinlik paltarı» (Hüseynbala Mirə-
ləmov), «Ovlaq keçidi» (Ağarəhim Rəhimov), «Insan dənizi» 
(Vaqif Sultanlı), «On üçüncü həvari və ya 141-ci Don Juan» 
(Elçin Hüsenbəyli) və s. romanları araşdıran Əhməd Saminin 
muvafiq dövrün Azərbaycan tədqiqatçılarından üstünlüyü, özü-
nün də qeyd etdiyi kimi, onun əsərində «çağdaş Azərbaycan 
romanlarının müxtəlif ərəb ölkələrində yaranmış romanlarla 
müqayisəli şəkildə tədqiq olunması, bu kontekstdə oxşar və 
fərqli cəhətlərin, xüsusiyyətlərin üzə çıxarılmasıdır». 
Monoqrafiya müəllif yazır: 
«…Istiqlaliyyət dövrü Azərbaycan romanları ilə müxtəlif 
ərəb ölkələrində eyni janrda yaranan əsərlər arasında mövzu, 
problem və ideya-estetik baxımdan oxşar məqamlara təsadüf 
olunmaqdadır. Bu aspekt daha çox Nəcib Məhfuz, Yusif Issiba-
yi, Əbdürrəhman Nasif, Yusif Əli Qaid və başqa yazıçıların 
romanlarında özünü birüzə verməkdədir». 
Nəhayət, əsərin üçüncü mühüm məziyyəti barədə… 
Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan roman yara-
dıcılığının ilk on beş illik axtarış yollarını araşdıran Əhməd sami 
bir sıra görkəmli Azərbaycan tənqidçi-ədəbiyyatşünasları (Bəkir 
Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Tofiq Hüseynoğlu, 
Himalay Qasımov, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Təyyar 
Salamoğlu, Nərgiz Cabbarlı…) ilə polemikada belə bir qərara 
gəlir ki, «müstəqillik dövründə yaranmış romanlar mövzu-məz-
mun baxımından zəngin və rəngarəngdir. Bu romanlarda, demək 
olar ki, Azərbaycan cəmiyyətini və çağdaş dünyanı narahat 
edən, düşündürən ən mühüm məsələlər mövzu obyektinə çevril-
mişdir… Milli kontekstdə yanaşılarsa, araşdırılan dövrdə nəşr 


Nizami Cəfərov 
 
342
olunmuş istər tarixi, istərsə də müasir mövzulu romanlar janrın 
poetikasını xeyli dərəcədə yeni çalarlarla zənginləşdirmişdir». 
«Müstəqillik dövrü Azərbaycan romanı»na «Çağdaş döv-
rün nəsri yeni paradiqmalar müstəvisində» adlı giriş sözü yaz-
mış fəlsəfə doktoru Samirə Məmmədli tamamilə haqlıdır ki, 
«Əhməd Sami Elaydinin monoqrafiyası, müəyyən mənada, ədə-
bi prosesə kənardan və daxildən baxışın vəhdəti olmaqla gələ-
cəkdə aparılacaq araşdırmalar üçün də, müəyyən mənada, yol 
açır, çünki fərqli dünyagörüş və dünya duyumunun sərgilədiyi 
münasibət həmişə «mübahisəlidir», həmişə düşünməyə sövq 
edir». 
Ancaq bir məsələ mübahisəsiz (və inkar edilməzdir) ki, 
Əhməd bəy kimi istedadlı, geniş dünyagörüşlü, mehriban bir 
gəncin qədim (və zəngin) tarixə malik ərəb ölkələrindən birin-
dən – Misirdən gəlib «Müstəqilik dövrü Azərbaycan romanı» 
mövzusunda əsər yazması, həmin mövzuda kitab nəşr etdirməsi 
Azərbaycanın məhz dövlət müstəqilliyinin nəticəsidir…  
 
 2017 
 
 


Ədəbiyyat söhbətləri 
 
343
 
 «Həvəskar»ın peşəkarlığı 
 
Şeir yazmaq, bütün qarşısıalınmaz daxili (mənəvi-ruhi) 
tələbatı ilə birlikdə, nə qədər ağrılı prosesdirsə, kiməsə oxun-
ması, çap etdirilib cəmiyyətə çatdırılması, əslində, ondan da 
ağır, məsuliyyətli bir işdir. 
Təbiidir ki, insan öz hisslərini, yaşantılarını, dünyaya, hə-
yata emosional münasibətlərini kiminləsə bölüşdürmək istəyir. 
Və bölüşdürür də… Ancaq bu, hamıya müyəssər olmur ki, onla-
rı poetexnoloji modellərlə, poeziyanın təsirli, yadda (və həmi-
şəlik dünyada!) qalacaq dili ilə desin. Hər sahədə olduğu kimi 
burada da bir həvəskarlar var, bir də peşəkarlar… 
Adəm Asnının şeirlərilə tanış olduqdan sonra ona, özünün 
təvazökarlıqla israr eləməsinə baxmayaraq, «həvəskar» deməyə 
dilim gəlmədi. Adəm Asnı şairdir… 
 
Giley dolu, tənə dolu sözlərin 
Sinəmə çəkdiyi dağına qurban. 
Çatma qaş altında ahu gözlərin 
Qarasına qurban, ağına qurban. 
 
Adəm zəngin etnoqrafik, etnocoğrafi yaddaşı olan qələm 
adamıdır. 
«Allah sənə rəhmət eləsin, ustad Şəhriyar» epiqrafı ilə 
başlayan «Xatirə» şeirində yazır: 
 
O barlı-bəhrəli yaşıl bağların, 
Hər daşın andığım uca dağların, 
Doğma kəndimizin – Qarabağların 
Qoynunda yenidən uşaq olaydım, 
Yenidən boy atıb yaşa dolaydım. 
 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə