Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə106/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   100   101   102   103   104   105   106   107   108

Nizami Cəfərov 
 
372
Hökmdar ölürsə, demək, artıq Toltı bəy də yoxdur və artıq kimi, 
nə üçün, nədən ötrü öldürməyinin də fərqi yoxdur. Artıq o, səh-
raya, çöllərə düşmüş bir adamdır. Əsərdəki bu motiv çox yaxşı 
verilir: ya bu cəmiyyətin, bu həyat tərzinin texnologiyası ilə 
yaşamalısan, ya da çöllərə düşməlisən. Çöllərdə də ki ölümdür... 
Bunun başqa yolu yoxudr. Və odur ki, orada Toltı bəyin insan 
kimi yeganə özünüifadəsi, siması qızını öz arvadı kimi qəbul 
eləməsidir. Amma bu da yeni bir perspektiv müəyyənləşdirir: 
sən artıq günahkarsan, günahın içindəsən və sən artıq əvvəl 
adam öldürərək işlədiyin günahdan daha böyük günah işlətmi-
sən. O günahı hakimiyyət, dövlət təlqin edirdi, amma indiki 
hakimiyyətin başqa günah üzərində bərqərar olub. 
N.Cabbarlı: 
– Əsər bütünlüklə ziddiyyətlər üzərində qurulub. Toltı 
bəyin – günah işləmiş adamın gəlib çıxdığı məkan müqəddəs bir 
yerdir. Bunun məntiqi aydındır. Günahkarın təmizlənmək ehti-
yacı və şansı var. Amma eyni zamanda da günahdan doğulan 
müqəddəslik kimi bir ideya da atılır ortaya. Bu müqəddəs 
məkanda o günahı təsdiqləyir və qəbul edirlər. Çünki günahdan 
doğulacaq müqəddəsi gözləyirlər... 
N.Cəfərov: 
– Bəli, biz bu günahın övladını gözləyirdik deyilir... Bəli... 
N.Cabbarlı: 
– Həm oğuldur, həm nəvə... Biz bunu gözləyirdik... 
N.Cəfərov: 
– Bu artıq yeni mərhələdir... Yəni elə bil ki bu mərhələlər 
bir-birini izləyir... Toltı bəyin qızını müdafiə eləməsi, həmin 
vaxtda kanonlar o qədər möhkəmdir ki, qızını yalnız o şəkildə 
müdafiə etməsi, arvadını yandıraraq məhv etməsi... Bunların hər 
bir mərhələsində xarakter var. Bu əsərdə o son mərhələyə qədər 
sıxışdırılır. Din xadimlərinin, buddistlərin öz həyat tərzi var, o 
da heç bir hakimiyyətlə, dövrlə, cəmiyyətlə, cəmiyyətin həyatı 
ilə bağlı deyil, təcrid olunmuş bir mühitdir və bu təcrid olunmuş 
mühitin kontekstindən Toltı bəyin həyatına baxdıqda məlum 


Ədəbiyyat söhbətləri 
 
373
olur ki, Toltı bəyin indiyənə qədər gördüyü işlər – baxmayaraq 
ki, müəyyən gərginlikdən keçib – bir yana, tale ona tamam baş-
qa bir şey hazırlayıbmış. O, sadəcə, öz rolunu oynaya-oynaya 
gəlib. Amma burada da mübahisə üçün yer açılır. Buddist ma-
nastır və buddist həyat tərzi cəmiyyətə, dövlətə, türkün xarak-
terinə təsir edir. Bu, buddizmin məntiqi deməkdir: öz gələcək 
ilahiyyatçısını, özünün gələcək ruhanisini, özünün gələcək 
liderini bu cür yetişdirir. O, günahdan doğulmuş adam olmalıdır.  
N.Cabbarlı: 
– Əslində, xristianlıq üçün aktual olan məsələdir. 
N.Cəfərov: 
– Amma buddizm üçün səciyyəvi deyil. Buddizmin adına 
müəllif günahdan doğulmanı və günahdan doğulmanın müqəd-
dəsliyini və ümumiyyətlə, həyatın yaranmasının özünün bir gü-
nah olmasını yaza bilməz. Xristian məntiqinə görə, İnsan günah-
kardır. O bu dünyaya günahın nəticəsi olaraq gəlib və katarsis 
keçməsinə, təmizlənməsinə ehtiyac var. Elə bilirəm ki, bu 
məntiq buddizmə yazıla bilməz.  
Onu da deyim ki, bu üsul Çingiz Aytmatovun “Plaxa”-
sında da vardı. Yəni müxtəlif ibtidai dinlərdən başlamış dünya 
dinlərində olan müxtəlif hökmlər, süjetlər, nəticələr, obrazlar 
gətirilərək xristianlığın məntiqi ilə son şərhi verilir. Bu, ədəbiy-
yat üçün aktualdır. Amma Azərbaycan ədəbiyyatı üçün xarakte-
rik deyil. Və indi bu, əsərin ya böyük nöqsanıdır, ya da çox 
böyük məziyyətidir ki, onda hadisələrə müsəlman nöqteyi-nəzə-
rindən baxış yoxdur. Dünya ədəbiyyatında Tolstoyda, Avropa 
ədəbiyyatının bəzi klassiklərində islama möhtərəm münasibət-
dən gələn müəyyən nümayişkaranə ideyalar var, amma necə-
dirsə, həmişə nəticə, çıxış yolu, son şərh gəlib xristianlığa çıxır. 
Halbuki bizə tarixdən məlumdur ki, bu, bir qədər epizodiklik 
məsələsidir. Bax ona görə hərdən adam düşünür ki, Aydın Talıb-
zadə roman yox, müxtəlif mənalı süjetlərin birləşməsi ilə eklek-
tik bir traktat təqdim etmək istəyib. Çünki, ən azı, tarixdən bizə 
məlumdur ki, türklər buddizmi, eləcə də onunla əlaqədar digər 


Nizami Cəfərov 
 
374
dinləri qəbul eləyəndə ya maniliklə, xristianlıqla, ya da zərdüş-
tiliklə qarışıq qəbul ediblər. Uyğurlar isə həm də bir tanrıçı ola-
raq buddizmi qəbul ediblər. Tanrıçılığın isə çox ciddi əxlaq 
prinsipləri var. Sonra islama keçiblər və islamın da çox ciddi 
əxlaq prinsipləri var. Ona görə də bu xronologiyanı adam əsərdə 
görmək istəyir. Çünki xristianlığa keçmək və nəticə etibarilə 
Toltı bəyin taleyini xristian məntiqi və fətvası ilə həll etmək, 
mənə elə gəlir ki, asan çıxış yoludur. Artıq ədəbiyyatda da çox 
təcrübədən keçibdir. 
N.Cabbarlı: 
– Amma buradakı çıxış yolu ikinci süjetdə tam bir tanrı-
sızlıq, tam bir azadlıq şəklində həll edilir.  
 N.Cəfərov: 
– Hə, ikinci süjetdə mübahisəli cəhətlər həddindən artıq 
çoxdur. Bəlkə də, bu cəhətlər ona görə çoxdur ki, biz qədim 
dövrü, onsuz da, modelləşmiş, kanonlaşmış şəkildə görür və 
təsəvvür edirik. Yazıçı da o dövrdən yazanda, təbii ki, müəyyən-
ləşmiş təsəvvürlərə istinad edir. Amma müasir dövrdən yazmaq 
təhlükəlidir. Ona görə ki, müasir dövrün insanlarını biz görürük, 
onların həyat tərzində olan müxtəlif çətinliklər hamımıza mə-
lumdur və eyni zamanda müasir dövr elədir ki, onu keçmiş ka-
nonların kontekstində görür və dəyərləndiririk. Biz izahat verən-
də istər-istəməz, bu əxlaqidirmi, bu cür həyat tərzi məqbuldur-
mu, bu cür cəmiyyət idarəçiliyini ideal kimi qəbul edə bilərikmi, 
insanın və cəmiyyətin demokratik olması nə deməkdir kimi 
suallara cavab verir və bu zaman indiyənə qədərki təcrübəyə 
istinad edirik. İndiyə qədərki təcrübə isə birinci süjetdə verilir. 
N.Cabbarlı: 
– Tuncalın simasında bizim müasir sənət adamları, müasir 
yazıçılar, rəssamlar görünmürmü, sizcə?  
N.Cəfərov: 
– Görünmür, yox! 
N.Cabbarlı: 
– Görünmür? Əminsiniz?  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə