Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə108/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   100   101   102   103   104   105   106   107   108

Nizami Cəfərov 
 
378
Və cəmiyyət həmin eybəcərliyi, kimin şəxsində gəlirsə-gəlsin, 
həzm etməyə də, ona qarşı liberal olmağa da qadirdir. O elə bil 
ki artıq bizim indiki ictimai, əxlaqı münasibətlər sferasında gər-
gin qəbul olunmur.  
Bir də bizim ədəbiyyatımızda bir baxış da var idi... İsa 
Muğanna “Məşhər”də Əmir Teymurun dili ilə deyir ki, Allaha 
inanmayan insan deyil, qudurmuş itdir. Yəni bax o cür kanon-
lara əməl etməyən bir şəxsi biz müzakirə edəndə həmişə ilk 
növbədə onun inamını soruşuruq. Burada isə inamsızlıq hökm 
sürür. Məhz Tuncalın təzahüründə. Amma Toltı bəy inamlıdır, o 
inamsız hərəkət etmir. 
N. Cabbarlı: 
– Burada inam da bir az başqa istiqamətlidir. Əsər boyu 
sanki çıxış yolu kimi intihar təbliğ edilir. Toltı bəy “Əgər kişi 
olsaydım, çoxdan intihar etmişdim”, – deyərək özünü ittiham 
etdiyi halda Tuncal da bir başqa istiqamətdən intihara doğru 
gedir. Əsərin maraqlı cəhətlərindən biri də budur ki, intihar da 
daxil olmaqla bərabər, cəmiyyətin bir sıra mənfi cəhətləri, 
problemləri, alkoqolizmdən tutmuş əxlaq məsələlərinə qədər 
əsərdə qaldırır. Bayaq müasir cəmiyyətlə bağlılıq məsələsini 
qeyd etdiniz. Rəssamın özü ilə, cəmiyyətlə, insanla münasibət-
ləri ön plandadır. Amma məncə, burada fərdi olmaqla bərabər, 
eyni zamanda da cəmiyyətdən qaynaqlanan problemlər qaldırılır 
ki, onları ancaq bir şəxsin taleyi, xüsusiyyətləri kimi dəyərlən-
dirmək düzgün olmazdı.  
N.Cəfərov: 
– O doğrudur... Onu da deyim ki, prinsip etibarilə bu qəh-
rəmanın da fəlsəfəsi buddizmdən gəlir. Buddizmdə belə bir anla-
yış var: “mənim lənətə gəlmiş bədənim”. Deyilir ki, insanı bu 
dübyaya bağlayan, onu alçaldan, onu şərəfsizləşdirən, başqala-
rından asılı edən bədəni və nəfsidir. Və sən bundan xilas ola 
bilsən – bu da heç zaman mümkün olası bir şey deyil, bu ideal-
dır – onda heç kimdən asılı olmayacaqsan. Bu qəhrəman da, 
əslində, bu ideyanın daşıyıcısıdır. Bunun üçün də yazıçı onu 


Ədəbiyyat söhbətləri 
 
379
çalışdırır. Və bu da yaxşı bir bədii kontekst verir ki, cəmiyyətdə 
baş verən bütün qüsurlar onun şəxsində və onun o düşüncə, hə-
yat güzgüsündə görünsün. Bu mənada Tuncal obrazı yazıçının 
yaratdığı təhlilə, interpretasiyaya imkan verən obrazdır. Ona 
görə də bu qəhrəmanın obrazı, mən deməzdim ki, sxematikdir, 
amma yazıçı ideyalarını təqdim eləmək üçün bir vasitədir. 
Klassik romanlarda adətən obraz ona görə yaradılır ki, obraz 
kimi yadda qalsın, obraz kimi özündə hansısa xarakteri daşısın. 
Amma burada xaraktersizlik olduğuna görə, əsas məsələ elə o 
cəmiyyətin özündə olan müəyyən qüsurlar və reallıqların fəlsə-
fəsini açmaqdır. Yalnız hər şeyə pozitiv mövqedə durmaq 
deyil... Bu, ümumiyyətlə, Aydın Talıbzadənin üslubunda var.  
N.Cabbarlı: 
– Üslub demişkən, bütün əsər boyu və xüsusilə də Toltı 
bəyin məbədə gətirilib çıxarıldığı hissədə saysız-hesabsız fəlsəfi 
düşüncələr verilir. Hətta oxucuda belə bir təəssürat yaranır ki, 
Toltı bəyin məbədə gətirilməsinin əsas məqsədi də elə ona fəl-
səfi traktat yazdırılması olub. 
N.Cəfərov: 
– Hə, onları həddindən artıq çox veribdir və mənə elə gəlir 
ki, bu, romana heç də yaxşı təsir etmir. Bədiiliyə də yaxşı təsir 
etmir. Çünki bəzən süjet gəlib elə bir maraqlı məqama dayanır 
ki, həmin məqamda fəlsəfi düşüncə verilə bilər, amma onunla 
bitmir, məsələ o qədər böyüyür ki, artıq sən dəqiq bilirsən ki, 
müəllif öz düşüncələri ilə nə isə tamam ayrı bir əsərə keçdi.  
N.Cabbarlı: 
– Qəhrəmanın xarakteri ilə dilindən təqdim edilən fəlsəfə 
uyğunluq təşkil edərsə, yenə başqa məsələ... 
N.Cəfərov: 
– Amma burada düz gəlmir... O qəhrəman o sözləri deyə 
bilməz. O qəhrəman o fəlsəfənin sahibi deyil. Və onda da belə 
çıxır ki, müəllif bu qəhrəmanları ona görə yetişdirib ki, öz söz-
lərini onlara dedizdirsin. Doğrudur, həmişə müəllif öz sözünü 
qəhrəmanlara dedirtdirir, amma daha bu qədər dərindən yox. Belə 


Nizami Cəfərov 
 
380
olduqda onların öz fəaliyyətləri, obrazları, xarakterləri itir. Toltu 
bəyin izharları ucuzluğa gedir. Toltı bəy hara, yazmaq hara? O 
düşünə və deyə bilər. Aydın hərdən Toltı bəyi katib kimi də verir. 
Söz aparır, fikir çeynənir. Burda çox gözəl məqamı idi ki, Toltı 
bəyin dilindən uyğur abidələrindən seçmə nəsihətlər verəydi. 
Əgər uyğur abidələrini qarşısına qoyub tədqiqat aparsaydı – bu 
gün belə şeylər çox dəbdədi – Toltu bəyin çıxdığı, formalaşdığı 
mühitlə bağlı türk buddizminin çoxlu sayda mənbələrdə nəsi-
hətləri var, onlardan verə bilərdi. Özü də bu qədər ehtiyac yox idi. 
Düzdür, onlar həddindən artıq çoxdur, şeirlərlə də verilib, nəsrlə 
də verilənləri var... Bu oxucu üçün maraqlı olardı, yeni olardı. 
Amma burada bir-birinin ziddi olan o qədər fikirlər var ki... 
Bunlar izharlardı da. İzhar da elə şeydir ki... Rəhmətlik Asif 
Əfəndiyev kimi... Amma burada bir elə də yerinə düşmür. 
Hə, bir də... Yazıçı tam bir fizionomistdir. İnsan bədəninin 
müxtəlif vəziyyətləri, bunları bir-bir detallarına qədər verməsi, 
hərəkətləri.... Bu da ola bilər ki rejissorluqdan irəli gəlir. Bir də 
yaxşı mənada xırdaçılığı var. Təsvir elədiyi, müqayisə üçün cəlb 
etdiyi bütün canlılar xırda həşəratlardır. Mığmığa, qarışqa... Bu 
xırdalamaq hətta müqayisələrində də...  
N.Cabbarlı: 
-Bu heç diqqətimi çəkməmişdi. 
N.Cəfərov: 
–Ağcaqanadın səsi, milçəyin hərəkətləri... Bu da xırdalığa 
getmək həvəsi ilə bağlıdır. O qədər də pis şey deyil. Amma çox 
olmasa... 
N.Cabbarlı: 
– Üslubunda bir xüsusiyyət var. İstərdim bunun mətnə 
verdiyi müsbət, mənfi cəhətləri deyək... Bir cümlənin mətn daxi-
lində müəyyən amplitudalarla təkrarlanması. Məncə, ahəng 
yaratmaq üçündür... Bir çox hallarda buna nail olur da... 
N.Cəfərov: 
– Mənsə bəyənmədim, əsəri yorucu edir. Birdən ki baş-
layır fəlsəfi-əxlaqi mühakimələrə... Dili gözəldir, şeir dili kimi 


Ədəbiyyat söhbətləri 
 
381
gedir. Düzdür, haqlısan, bəzi yerlərdə təkrar lazımdır, çünki har-
moniya yaradır. Eposlarımızda da axı təkrar mövcuddur, “Dədə 
Qorqud”da, “Koroğlu”da... Amma daha bu qədər yox. Bu əsərdə 
detallara varmaq xüsusiyyəti də həddindən artıq güclüdür.  
Sonra bax... yazmışam bura... Təbiətdən danışanda təbiəti 
insan həyatının anlayışları ilə təhlil edir... Bu da rejissorluqdan 
irəli gəlir. Çünki klassik yazıçılar esse müqayisəsinə, esse təli-
minə, esse üslubuna getmirlər. Süjet mükəmməl olmalıdır, hadi-
sələr bir-birini davam etdirməlidir. Burada da bir-birini davam 
etdirmək var, amma hadisələr yarıda saxlanılıb müzakirə möv-
zusuna çevrilməməlidir. Aydın Talıbzadənin bu romanında da, o 
biri yazılarında da belə bir xüsusiyyət var: özündən deyə-deyə 
elə bil hərdən narahat olur ki, bunun müəllifi mənəmmi? Elə bil 
hamını müəllifliyə cəlb edir, elə bil müzakirəyə çıxarır, elə bil 
tamaşa aparır.  
N.Cabbarlı: 
– Son zamanların romanları üçün səhnə elementlərinin ol-
ması da, kollajlar da, sintez xüsusiyyətləri də xarakterik hal alıb... 
N.Cəfərov: 
– Hə bax o kollajlıq məsələsi burada da çox güclüdür. 
Kollaj roman mümkündür və lazımdır da. Bu gün bizim həyatı-
mız da sanki kollajdan ibarətdir. Və o xüsusiyyətlər olmalıdır. 
Amma kollaj özü də bir məntiq yaratmalıdır, burada isə daha 
çox emosiya yaradır. Sonra başlıqların verilməsində də rejissor-
luqdan irəli gələn xüsusiyyətlər müşahidə olunur. Səslər – tap-
pıltı, pıçıltı – həddindən artıq çoxdur. Bu, klassik roman üçün 
qəbul olunan deyil, amma müasir romanın tələbidir və burada da 
o tələblərə bol-bol riayət olunur. Sözlərlə oynamaq xüsusiyyəti 
çoxdur. Düzdür, elə ifadələr var ki, esselikdən irəli gəlsə də, 
qəhrəmanın xarakterini açır. Elə ifadələr var ki, ideyaya xidmət 
edir. Məsələn, Tuncal millət anlayışından işıq ili qədər uzaq 
adam idi. Yəni bu, bugünkü cəmiyyətdə, dünyada mövcud olan 
ideyalara münasibət deməkdir. Təbii ki, belə bir adam uzaq 
olmalıdır da. O, ümumiyyətlə, insanlıqdan uzaqdır, nəinki millət 


Nizami Cəfərov 
 
382
məsələsindən. Çox xoşuma gəldi ki, əsərdə belə şeylərdə obyek-
tivlik gözlənilir. 
N.Cabbarlı: 
– Bir qədər də dilçi münasibəti eşidək... 
N.Cəfərov: 
– Dili haqqında dedim ki, şeir dili kimi axıcıdır, gözəldir. 
Amma məni qane etməyən, bəyənmədiyim o idi ki, çox tez-tez 
və təkrar-təkrar Türkiyə türkcəsinə meyillilik müşahidə etdim... 
N.Cabbarlı: 
– Son vaxtlar nəsrdə də, publisistikada da xarakterik haldır. 
N.Cəfərov: 
– Burada bir məqam var da... Ola bilər ki, türkiyə türkcə-
sindən Azərbaycan dilinə, xüsusilə danışıq dilinə çoxlu sözlər 
keçir. Bəzən elə adamlar bu türkcədən sözlər işlədir ki, görürsən 
70-80 yaşı var. Yəni yaşlı nəslə də təsir edir. Mən isə düşünürəm 
ki, bu cür zərif yazıçıda Türkiyə türkcəsindən o söz işlənməlidir 
ki, o sözlər kolorit yaratsınlar. Oradakı məntiqlə, əsərin intonasi-
yası ilə uyğun olsun. Amma məsələn, birdən-birə tamam məna-
sız olur. “Fikirləri boşluğa düşmüş uçaq kimi çalxalandı”. Tez-
tez işlədir bu sözü. Ümumiyyətlə, bizim bir qrup ziyalılarımız, 
təfəkkür adamlarımız var ki, məsələn Niyazi Mehdi, Aydın 
Talıbzadə və bir sıra başqalar – bu cür danışırlar. Bu həm Tür-
kiyə türkcəsinə meyillilikdən irəli gəlir, həm də onlar milli 
sözlər, milliləşdirilən sözlər tapıb işlədirlər... Amma bu əsərdə 
bəzən o cür sözlər milli, etnik kaloritə yad, millətdən işıq ili qə-
dər uzaq olan bir obrazın mühitində işlənir və bu, yadlıq əmələ 
gətirir. Hiss edirsən ki burada artıq üslub yerində deyil. Təkcə 
qəhrəmanın dilindən söhbət getmir, həm də onun mühitini yarat-
dıqda buna diqqət etmək lazımdır. Sonra yazıçı tez-tez “pauza” 
yazır, səhnə terminologiyasını romana gətirir. “Humayra pauza-
nın içinə girdi. Pauza uzandı. Pauzanı dartıb saxladılar... Pauza-
nın üzünə qırma kimi dəydi və pauza şüşə kimi çiılikləndi”. Bax 
bu, oxucunu əsərdə mətləbdən ayırır. Bu da kollajdır. Kollaj ki 
mətləbə gətirmədi, istər-istəməz təəssürat zəifləyir... Kimsə desə 


Ədəbiyyat söhbətləri 
 
383
ki, mən yazıçının mətləbsizliyindən ləzzət aldım və bununla da 
o mətləbsizliyə haqq qazandırdım, inanmaram... Onda o, ədəbiy-
yat olmur da. Ədəbiyyatda, əlbəttə, müəyyən qədər eksperiment-
lər olmalıdır. Eksperimentsiz ədəbiyyat mümkün deyil. Amma 
külli miqdarda xırda yenilikləri bir yerə yığanda o kollaj artıqlıq 
edir. Teatr effekti başqa nədə görünür? Hadisələri gah dondurur, 
gah hərəkətə gətirir, statika, dinamika, statika... Bu kimi şeylər 
var. Bilirsiniz, müəllim, mühəndis, kənd təsərrüfatı işçisi danı-
şanda mütləq öz müəllimliyini, kənd təsərrüfatı işçiliyini də 
mətninə dartıb gətirir. Bu onun peşəkarlıq xüsusiyyətidir. Burda 
da elədir. Rejissorluğunu gətirib Aydın Talıbzadə romanına... 
N.Cabbarlı: 
– Elədir, amma bu əsərə necə təsir edib, sizcə? 
N.Cəfərov: 
– Adətən, mətləbdən yayındırıb. Amma buna baxmayaraq, 
deməliyəm ki, Aydın sözlə yaxşı işləyir. Hərdən də sözü o qədər 
sıxır, onun mənasının son həddinə qədər o qədər sıxıb çıxardır 
ki, bir də görürsən, söz məhv oldu. Yəni sözü elə bir kontekstə 
salır... Halbuki sözün də son istismar mərhələsi var da... Məsə-
lən, aşırı sözü... Bu sözün semantikası yoxdur. Bu söz üslub ya-
ratmır və yarada da bilməz. Bəlkə də, elə oxucu var ki, o həssas 
deyil, oxuyub üstündən keçir. Amma mən hər dəfə bu sözə rast 
gələndə deyirdim ki, bu sözü adalayaq, görək başımıza nə gəlir... 
Yaxud həmən sözü... Yəni populyar olmayan bir sözü gətirib 
populyarlaşdırsaydı, bu maraqlı olardı. Bu söz isə artıq yeyilib, 
sürtülüb. Xüsusilə qədim dövrdən danışanda mümkün qədər 
gərək o dövrün terminologiyası işlədilsin.  
Amma süjetləri müəyyən ifadələrlə bağlayır. Məsələn, 
sarıqulaqlıq məsələsi. Bu tipli şeylər əsərdə birləşdirici xüsusiy-
yət daşıyır. Dil həssaslığı təkcə mənim dilçiliyimdən gəlmir. Bu 
əsər də dil tərəfdən daha müdaxiləçidir. Bir var hisslərlə, düşün-
cələrə müdaxilə edəsən, bu daha çox ideyaya, düşüncələrə mü-
daxilə edir və o müdaxilələrdən biri də sarılqulaqdır ki, maraqlı 
alınıb. 


Nizami Cəfərov 
 
384
N.Cabbarlı: 
– Əsərin adına da toxunaq... Əbühubb sufizmdə nə dərə-
cədə üzdə olan, aktual anlayışdır? 
N.Cəfərov: 
– Mən onu dəqiq bilmədim ki, bu hansısa cərəyan, yaxud 
ədəbiyyat təəssüratıdır – roman om. O ki qaldı Əbuhübbə... 
Sufizmdə məhəbbətin övladı məsələsidir bu. Amma o qədər də 
geniş yayılmış bir şey deyil. Və ya o qədər də böyük estetik, fəl-
səfi nəticə deyil. Amma hər halda, düşünürəm ki, əsərə simvolik 
verilmiş bir addır. Əsərin məzmununun çıxa biləcəyi mistik 
addır. Və onun təhlili də nə isə adi bir şey olmalıdır. 
N.Cabbarlı: 
– Buddizm və sufizm. Bunların bir mətn daxilində yanaşı 
gətirmək nə dərəcədə düzgündür, sizcə? 
N.Cəfərov: 
– Sufizmə ən çox buddizm təsir göstərib. Xüsusilə də 
islam sufistlərinə. Xristian sufistləri isə panteistdirlər. Axı su-
fizmdə də dünyadan təcrid olunmaq var. Ümumiyyətlə, deyirlər 
ki, bütün dini təriqətlər daxilində sufizmin əmələ gəlməsi bud-
dizmin təsiridir. Niyə? Çünki buddizm tərkidünyalıqdır.  
Bir də bir obraz da xoşuma gəldi. Daş obrazı. Buddizmdə 
sifətin daş kimi dəyişməz olması, möhkəm olması sükutu xarak-
terizə edir... Maraqlıdır ki, Aydın da bunu yazır... Çünki dünya-
da insanların başına nə gəlirsə, daş kimi sakit olmamaqdan gəlir. 
Emosionallıqdan, həyəcandan, hərəkətlərindən, reaksiyaya me-
yilliliyindən gəlir. Elə bilirəm ki, roman demək istəyir ki, insa-
nın ona aid ola biləcək və özünü xilas edə biləcək yeganə halı 
onun sakitliyidir. Bütün fəlakətlər ondan törəyir ki, insan sakit 
olmur, nəyəsə can atır. Buddizmdə isə insan heç nəyə can atmır, 
heç nəyə reaksiya vermir, elə budda kimi səssizdir. Sufizm də 
bu var: hər şeyə qane olmaq, heç nəyə müdaxilə etməmək...  
Ümumiyyətlə elə bilirəm ki, Aydın Talıbzadənin bu əsəri 
bütün o çoxşaxəliliyi ilə, kifayət qədər geniş dünyagörüşü ilə, 
ədəbiyyatın, tarixin, yaşanmış insan texnologiyalarının, hiss tex-


Ədəbiyyat söhbətləri 
 
385
nologiyalarının çıxış yollarını, dinlərdən irəli gələn motivlərin 
hamısını özündə toplayıbdır. Amma bunları o qədər çox bir yerə 
yığıb ki, bu qədər çox materialı ədəbiyyat faktına çevirmək çə-
tindir. Hər halda, çeviribdir. Ona görə də ortaya çıxan əsər sıravi 
romanlardan deyil. İstedadla yazılmış və bu dünyanın tarix boyu 
nə qədər mənasız olduğunu göstərən bir əsərdir. Tək indi yox. 
Elə yaranandan bəri insan və dünya məntiq axtarışındadır və bu 
məntiq axtarışı da heç bir nəticə vermir.  
 
 2017 
 
 


Nizami Cəfərov 
 
386
 
 
MÜNDƏRİCAT 
 
Ön söz ......................................................................................... 3
 
Azərbaycan poeziyası ................................................................. 5
 
Azərbaycan nəsri ....................................................................... 12
 
Azərbaycan xalqının
 
aşıq ədəbiyyatı əmanəti ........................... 17
 
Londonda Nizami günləri ......................................................... 34
 
Oksford Universitetində ............................................................ 40
 
Ədəbiyyat tariximizin
 
ustad dərsləri ......................................... 50
 
Dinlərin dilləri ........................................................................... 62
 
«Əhdi-ətiq»dən «Əhdi-cədid»ə ................................................. 68
 
Qədim türk ədəbiyyatı:
 
problemlər, mülahizələr ...................... 72
 
Qədim türklərdə
 
«həyatın yaradılışı» təsəvvürü ....................... 75
 
Türk xalqları ədəbiyyatı tarixinin ............................................. 79
 
orta dövrü .................................................................................. 79
 
AZƏRBAYCAN MUĞAMININ
 
QƏZƏLLƏRİ ......................  83
 
«Söylədiyim Azərbaycan dilidir»,
                                                            
«Hər şeyin var, nəyin yoxdur, Azərbaycan, Azərbaycan!..» .... 88
 
Hacı Kərim Sanılının
  
Məclisi-Məbusan «deyişmə»ləri ........... 93
 
Almaz Ildırımın ölməz idealları .............................................. 101
 
Milli ədəbi təfəkkürün
 
«Azərbaycan» miqyası ....................... 108
 
Mehdi Hüseynin tənqidçi üslubunda tənqidin tənqidi ............ 118
 
«Bir gəncin manifesti»ndən
 
«Bir səfirin manifesti»nə ........... 124
 
Həyat, ölüm… Və həyat ......................................................... 149
 
Xanımlar xanımı ..................................................................... 152
 
Sinəsində əsl şair ürəyi gəzdirirdi… ....................................... 155
 
Əsl ədəbiyyat əsəri .................................................................. 159
 
Mütəfəkkir ədəbiyyatşünas ..................................................... 168
 
Qürurun üsyanı ........................................................................ 182
 
Böyük ədəbiyyat müəllimi ...................................................... 184
 
Xalqının xalqşünası ................................................................. 190
 
Teymur Əhmədovun ............................................................... 195
 


Ədəbiyyat söhbətləri 
 
387
«Nəriman Nərimanov»u .......................................................... 195
 
O dövrün «Füyuzat»ından
 
bu dövrün «Füyuzat»ına .............. 201
 
Anarın ədəbi gəncliyi…Və ədəbi gəncliyin Anarı .................. 204
 
Səksənindən doxsanına varanda… ......................................... 213
 
Gölbaşında
 
Göygöl havası ...................................................... 216
 
Bir kitabın təəssüratları ........................................................... 220
 
Təbiət qədər təbii .................................................................... 225
 
Yüksək peşəkarlıq…Ictimai məsuliyyət…
                                                   
Və dərin səmimiyyət ............................................................... 236
 
Azərbaycan mühacirət ədəbiyyatı: birinci simpoziumdan                       
ikinci simpoziuma ................................................................... 241
 
Tağı Əhmədovun
 
«Sadiq» dünyası ......................................... 244
 
Taleyin diqtəsi, hisslərin hikkəsi…
 
Və usta təhkiyəsi ............ 251
 
Osman Başın
 
«Xarı bülbül»ü .................................................. 262
 
«Iki od arasında»…Və «yenə»… ............................................ 267
 
Bir Vəli, bir Vəli ..................................................................... 275
 
«Yatağına sığmayan çay»ın poeziyası .................................... 279
 
Rafiq Hümmət
 
və ya tale şairi ................................................ 292
 
Ağrılı günlərin
 
gürcü hekayələri ............................................. 300
 
«Köhnə» sözün yeni ustası ...................................................... 304
 
Azərbaycan tarixinin
 
Atabəy romanı ...................................... 312
 
Tarix yalnız arxada qalmır,
 
həm də öndən gəlir… ................. 322
 
«Ədəbiyyat qəzeti»nin baş redaktoru
                                                
Azər Turana açıq məktub ........................................................ 329
 
Aqşin Ağkəmərlinin ayrılığı…Vətəndən Vətənə .................... 332
 
«İdeal»ın işığı .......................................................................... 336
 
Mükəmməl təfəkkürün
 
müfəssəl təzahürü .............................. 339
 
«Həvəskar»ın peşəkarlığı ........................................................ 343
 
AŞIQ SƏNƏTİ TARİXİ MİSSİYA
                                                 
DAŞIYAN BİR SƏNƏTDİR .................................................. 352
 
Nizami Cəfərovla Aydın Talıbzadənin “Əbuhübb” romanı 
haqqında söhbəti ..................................................................... 364
 
“Mən hər dəfə bu sözə rast gələndə deyirdim ki, bu sözü 
adalayaq, görək başımıza nə gəlir...” ...................................... 367
 


Nizami Cəfərov 
 
388
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Elm və Təhsil» nəşriyyatının direktoru: 
professor Nadir MƏMMƏDLİ 
 
Kompüter dizayneri: Zahid Məmmədov 
Texniki redaktor: Ruhiyyə Abbasova 
 
Korrektor: Nigar Rəhimova 
 
Çapa imzalanmış 30.04.2018 
Şərti çap vərəqi 24,25 Sifariş № 148 
Kağız formatı 60x84 1/16. Tiraj 300 
 
Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya 
müəssisəsində səhifələnib çap olunmuşdur. 
E-mail: nurlan1959 @gmail.com 
Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4. 
 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə