Microsoft Word Cami Yusif ve Zuleyxa doc


YUSİF  QARDAŞLARI  İKİNCİ  DƏFƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

 
232 
YUSİF  QARDAŞLARI  İKİNCİ  DƏFƏ  
MİSRƏ  GEDİR  VƏ  İBN-YƏMİNİ  
APARIRLAR 
 
Məktub hazır oldu, Yəqub bu zaman
Verdi övladına sidq ilə fərman. 
Səfərə özünüzü hazır ediniz, 
İbn-Yəmini də alıb gediniz! 
Yenə Misrə tərəf yollandı karvan, 
Yolda mənzil edib rahat olmadan. 
Gecələr yuxunun daşın atdılar, 
Sürətlə yol gedib, Misrə çatdılar. 
Burada əyanlar kimi on qardaş, 
Şahın sarayına getdilər birbaş! 
Qəsrin qapısına basınca ayaq, 
Yusif dəvət etdi, onları qonaq. 
Sevincdən oldular gül kimi xəndan, 
Sidq ilə oldular şaha sənaxan
1

Söylənən duaya qulaq asaraq, 
Yusif fikrə getdi, dinmədi ancaq. 
Sükut davam etdi bir neçə saat, 
Dilindən çıxmadı birsöz də – heyhat! 
Keçdi yeddi saat, şah gəldi dilə, 
Dedi qonaqlara bir xoş dil ilə: 
– Səfa gətirdiniz, Misrə, şadam mən, 
Əhdinizə vəfa etdiniz, – əhsən! 
Qardaşlar duaya yenə dil açdı, 
Hər biri ağzından gövhərlər saçdı. 
Ağılla, kamalla etdilər dua, 
O səhvi, xətanı əfv edən şaha. 
Dedilər: –Yəqubdan məktubumuz var! 
Bax, İbn-Yəmin də qarşında durar! 
Bir qardaş irəli keçdi, bu zaman, 
                                                           
1
 Сянахан – тяриф сюйляйян, дуачы. 
 
233 
Əlində o namə piri-Kənandan. 
Taxtının önündə qılaraq təzim, 
Öpərək naməni eylədi təqdim. 
Görüncə adını atasının, şah, 
Gözü yaşla doldu, çəkdi dərin ah! 
Axdı ayağına gözlərindən yaş
Durub hərəminə yollandı birbaş! 
Naməni əlində tutub oturdu, 
Oxudu, həsrətdən başına vurdu. 
Məktubu gözünə sürtüb ağladı, 
Ahı başı üstə duman bağladı. 
Naməyə səpdiyi inci, yaqutdu, 
Xəttini tovrata bərabər tutdu. 
Gah onu tac kimi qoydu başına, 
Qərq etdi gözunün qanlı yaşına. 
Yəqubun gözünün işığı bu dəm, 
Qılmadı kimsəni dərdinə həmdəm. 
Dedi, – Qonaqlara hörmət edərək, 
Süfrə döşəsinlər, versinlər xörək. 
Şahın mətbəxindən xörəklər gəldi, 
Nazü-nemət dolu sufrə düzəldi. 
Yusif əmr verdi hər iki nəfər, 
Üz-üzə oturub xörək yesinlər. 
Məclisə gələrək hər iki qardaş, 
Bir süfrə başında oldular həmaş. 
Təsadüf Yusifə elədi kömək, 
Qaldı İbn-Yəmin o məclisdə tək! 
Ah çəkib, şam kimi od tutub yandı, 
O ahdan Yusifin canı odlandı. 
Dedi: – Bu nə ahdır, niyə qəmginsən? 
Nə üçün ahından odlandı sinən?! 
Dedi İbn-Yəmin: – Ey izzətli şah, 
Nisgilli könlümdən yuksəldi bu ah. 
Mənim də qardaşım vardı bir zaman 


 
234 
Ki, artıq sevərdim onu hamıdan. 
O günəş camallı qalsaydı əgər, 
Həmaşım olardı bu gün, ey sərvər! 
Dedi: – Haradadır indi qardaşın 
Ki, onun qəmində axar göz yaşın? 
İbn-Yəmin dedi: – Böyük hökmdar, 
Deyirlər yemişdir onu canavar. 
Dedi: – Ey ürəyi yaxan şəm kimi
Mən bu gün mehriban bir həmdəm kimi, 
İcazə ver, sənin yoldaşın olum, 
Yusifin yerinə həmaşın olum! 
Ay kimi var idi önündə pərdə, 
Pərdə arxasına gedib bir yerdə, 
Ay ilə müştəri kimi mehriban, 
Bir süfrə başında saldılar məkan. 
Şövq ilə yedilər doyunca xörək, 
O gün təzələndi, demək, duz-çörək! 
İbn-Yəmin etdi şah ilə söhbət, 
Yusifin qəlbində coşdu məhəbbət. 
Yusif də başladı sözə-söhbətə, 
O İbn-Yəmini saldı heyrətə. 
Mehri, məhəbbəti yetmədi sona
Bir çox hekayələr söylədi ona. 
Rəmz ilə söz açdı babalarından, 
Yaxınlıq sirrini eylədi bəyan. 
İbn-Yəmin ona qulaq asaraq, 
Könlündə doğurdu bir şübhə, maraq. 
Yanan sinəsindən qopdu odlu ah, 
Dedi: – Ey günəşdən ulu padşah! 
Səni and verirəm, mən bir allaha, 
Ki, bir gözlə baxır qula, həm şaha. 
Nuru hər zərrədə əyandır onun, 
Lütfü bir keçilməz ümmandır onun. 
Bir sirri gizlətmə məndən lütf eylə 
 
235 
Yoxsa Yusifmisən? Düzünü söylə! 
Az qaldı ki, Yusif getsin özündən, 
Pərdəni götürdü sirrin üzündən. 
Dedi: – O atasız, o qərib mənəm
Qardaşlar əliylə dağlanıb sinəm! 
Qul kimi möhnətlə, dərdlə satıldım, 
Zindanlar küncünə bir gün atıldım. 
Ata həsrətiylə möhnətə dözdüm, 
Yad eldə zillətə, töhmətə dözdüm! 
Bu dəm çatdı başa hicran günləri, 
Yetdi bir-birinə mehrü müştəri! 
Bilincə mehriban süd qardaşdılar, 
Qol açıb, öpüşüb, qucaqlaşdılar! 
İki gül şövq ilə oldu həmağuş, 
Uçdu başlarından saat yarım huş.  
Beləcə qardaşlar huşsuz qaldılar, 
Xoşbəxtlik yar oldu, tez ayıldılar. 
Dedi İbn-Yəmin Yusifə: – Qardaş, 
Ey mənim dərdimə, qəmimə yoldaş! 
Sənin möhnətindən, hicran qəmindən
Bu zalim fələyin hər sitəmindən, 
Atamız qocalmış, bezmiş, yorulmuş, 
O qədər ağlamış, axır kor olmuş! 
Nə vaxtdır olmusan Misirdə sultan, 
Nə üçün atanı bir anmamısan?! 
Özünü nə üçün yüksəkdə tutdun? 
Oğulluq borcunu niyə unutdun? 
Yusif üzr istədi, dedi: – doğrudur, 
Nə edim, allahın fərmanı budur! 
Bu qədər vəfasız bilmə məni sən, 
Allahın əmrinə əməl etdim mən. 
İndi mən vermişəm belə bir qərar 
Ki, bir də Kənana getsin qardaşlar. 
Bir tədbir görmüşəm, biləsən gərək, 


 
236 
Çalışaq, qəzanın işini görək. 
Mənə yəqindir ki, yaxındır o gün, 
Atamla görüşmək olacaq mümkün. 
Tezliklə bu hicran sona çatacaq, 
Biz gərək o günü gözləyək, ancaq! 
Qardaşlar Kənana getdiyi zaman, 
Mənimlə qalmaqçın sən bir az yuban 
Çalış, bu səfərdə onlarla getmə, 
Onlar qayıdacaq geri, qəm etmə! 
Onlara bir hiylə quracağam mən, 
Sən ancaq bu işdə incimə məndən. 
Deyərəm qursunlar belə bir kələk, 
Onları bu kələk sarsıtsın gərək. 
Qızıldan çanağı alıb anbardan, 
Gətirsin anbardar hamıdan pünhan. 
Onu tutarlı bir bəhanə üçün, 
Sənin barxananda gizlətsin o gün. 
Sənin barxananda tapılsa çanaq, 
Onlarla getməyin baş tutmayacaq! 
Deyib dinlədilər, verdilər qərar
Belə bir hiyləyə razılaşdılar. 
 
237 
TAXIL  ÇANAĞI  GİZLİ  SURƏTDƏ  İBN-YƏMİNİN 
YÜKÜNƏ  QOYULUR,  YUSİF  ONU  OĞRU  ADI  İLƏ 
QUL  EDİB  YANINDA  SAXLAYIR 
 
O günün səhəri şahın dilindən, 
Gedib anbardara tapşırıq verən, 
Çanağı gizlətmək əmrini verdi, 
Bu işi anbardar başa yetirdi. 
Elə ki qardaşlar hazır oldular, 
Getməyə icazə istədi onlar. 
Yusif də onlara mane olmadı, 
Səfərə yollandı Yəqub övladı. 
Səhər nəsimi tək çıxdılar çölə, 
Onların sürəti oxşardı yelə. 
Şahın məmurları çatıb arxadan, 
Acıqla səslənib dedilər: – Dayan! 
Kəsib qarşısını bu dəm karvanın 
Ki, alçaq oğrular, bircə dayanın! 
Yəqub uşaqları oğru adlandı, 
Əlbəttə, bu töhmət açıq yalandı. 
Qardaşlar başladı anda, amana: 
Dedilər: salmayın bizi böhtana! 
Təmiz ailədə böyümüşük biz, 
Peyğəmbərlər olmuş bütün nəslimiz! 
Məmurlar yükləri gəzdi bir zaman, 
O qızıl çanaqdan olmadı nişan. 
Çatdı İbn-Yəmin yükünə növbət, 
Çanağı tapdılar onda, nəhayət! 
Yoldan qaytardılar kənanlıları, 
Döndülər Yusifin qəsrinə sarı. 
Yusif söylədi: – Ey nankor adamlar, 
Məgər yaxşılıqdan belə çıxarlar? 
Hamısı dedi: – Ey ədalətli şah
Əgər İbn-Yəmin işləmiş günah, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə