Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   2   3   4   5   6   7   8   9   ...   49

 
14 
Həqiqət yolunda ol mənə rəhbər! 
Dedi ki, eşqlə tanış deyilsən, 
Aşiq ol, sonradan yanıma gəl sən! 
Surət şərabından sərxoş olmadan
Məna şərbətini dadmazsan, inan! 
Lakin o şərabdan bir cam içərək, 
Çox tez bu körpüdən kecəsən gərək. 
İstəsən vaxtında mənzilə çatmaq, 
Bu yolda nə durmaq olar, nə yatmaq. 
Allaha şükür ki, yaşadıqca mən,  
Çəkmədim əlimi eşq ətəyindən. 
Mişkimi nafəsiz görən dayələr, 
Nafimi
1
 kəsdilər, eşq oldu xəncər. 
Anam dodağıma döş qoyan zaman, 
Əmdim eşq südü, o süd oldu qan. 
Saçım süd rəngində olsa da bu gün, 
Getməz damağımdan dadı o südün. 
Qocaya, cavana baxmaz məhəbbət, 
İndi də könlümlə bağlayıb ülfət, 
Deyər: – Cami, aşiq sayılmaz qoca, 
Aşiqlik adını uca tut, uca! 
Yarat aşiqlikdən elə bir dastan 
Ki, qalsın o səndən aləmdə nişan! 
Yarat bir əsər ki, adın ucalsın, 
Sən ölüb gedərkən, yerində qalsın. 
Eşqin sədasını eşidən zaman, 
Quş tək qanadlandı bədənimdə can. 
Durdum xidmətində canla-başla mən, 
Sehrlər yaratdım öz qələmimdən. 
Allahın köməyi olarsa əgər, 
Əkdiyim bu ağac haqdan bar verər. 
Eşqin atəşindən bir od qalaram, 
Yanar bu atəşdə ağıllar tamam 
                                                           
1
 Наф – эюбяк. 
 
15 
Tüstüdən fələklər qara bağlayar, 
Sonsuz ulduzların gözü ağlayar. 
Sözü bir məqama çatdırım ki, mən 
Göylər hünərimə seyləsin: «Əhsən!» 
SÖZ FƏZİLƏTİ ÇƏMƏNİNDƏN GÜL   
TOPLAYIB  DƏSTƏ DÜZƏLTMƏK VƏ  
ƏSƏRİN  NƏZMƏ ÇƏKİLMƏSİ SƏBƏBİNİN  
TAMAMLANMASI TELİ İLƏ  
ONU BAĞLAMAQ 
 
Eşq divanının bəzəyi sözdür, 
Eşq gülzarının çiçəyi sözdür. 
Ağlın bar-bəhəri söz olmuş ancaq
Dünyada yadigar tək söz qalacaq! 
Hər nə ki, dünyada bizdən yaranmış, 
Aqillər demiş ki, sözdən yaranmış. 
Sözün nəfəsilə canlandı qələm, 
Varlıq lövhəsinə nəqş etdi rəqəm. 
Sözün çeşməsini qələm ki, açdı, 
Hikmətdən saf, təmiz fəvvarə saçdı. 
Dünyada yüksəkdə, alçaqda nə var, 
Həmən fəvvarədən məst olub qalar. 
Dodaq o təsirdən nüktələr
1
 saçar, 
Məna gülşənində gül kimi açar. 
Atar ətəyinə nəfəs əlini, 
Gülşəndən çıxarar o şux gəlini. 
Açar qapısını önündə qulaq, 
Düşər ayağına bihuş olaraq. 
Könül qarşılayar sevinclə onu, 
Ürək qönçə kimi qucar boynunu. 
Gah dodaq sevincdən açılıb gülər, 
Gah da qəm-qüssədən ağlayar gözlər. 
Gülər qəmlilərin dodağı ondan, 
                                                           
1
 Нцктя – инъя мяналы сюз. 


 
16 
Gülən insanları odur ağladan, 
Onda bu hikməti gördüyümçün mən, 
Çəkmərəm əlimi, bil, ətəyindən. 
Alışdım pir verən meydən içərək
İndi də göylərdə mən uçam gərək, 
Qəlbimdə gizlənən sirri bildirəm, 
Dünyanı ağladam, həm də güldürəm. 
Köhnəlmiş Xosrovla Şirin dastanı, 
Şirin sözlə tapım yeni sultanı. 
Məcnunla Leylinin bitmiş söhbəti, 
Başqa bir aşiqin çatmış növbəti. 
Yusiflə Züleyxa eşqindən həmin, 
Şəkər yeməlidir, tutisi təbin. 
Allah bu dastanı bəyənmiş özü, 
Mən də qaldıraram göylərə sözü. 
Tanrı ki, vəhyində vermişdir xəbər, 
Yəqin onda olmaz yalandan əsər. 
Kimsənin xatiri bizdən şad olmaz, 
Yalanı doğruya qatarsaq, bir az. 
Sözün doğruluqdur hüsnü, kamalı, 
Ay da naqis olsa, solar camalı. 
Yalançı səhərin işığı olmaz. 
Ağarmış olsa da üfüqü bir az, 
Doğruçu səhərlə söküləndə dan, 
Qaldırar bir qızıl bayraq asiman. 
Yalanı sənətlə bəzəsən əgər, 
Onun çırağına nur verər hünər. 
Çirkinin əyninə atlas biçmə, gəl, 
İpək donla çirkin görünməz gözəl. 
Gözəl ola bilməz ipəklə çirkin, 
Çirkin, qiymətini salar ipəyin. 
Ənniyi gül üzə sürtəsən gərək, 
Gözəlin hüsnünü artırar bəzək. 
Ənnik yaxılsa da çirkin bir üzə, 
 
17 
Baxanda çirkinlik dəyəcək gözə. 
Bütün məşuqlardan Yusif gözəldi, 
Belə bir hüsn ilə adı yüksəldi. 
Bir gözəl vəsfində gedərsə söhbət, 
«Yusifi-sanidir» deyərlər, əlbət. 
Aşiqlər içində Züleyxa təkdi, 
Hamıdan ondakı eşq yüksəkdi. 
Eşqə ömrü boyu meylini saldı, 
Şah ikən, əsiri-eşq olub qaldı. 
Qocalıb taqətdən düşdüyü zaman, 
Eşqin qüdrətilə oldu novcavan. 
Ağladı eşq ilə, güldü eşq ilə, 
Doğuldu, yaşadı, öldü eşq ilə, 
Onlardan söz açıb mən birər-birər, 
Qələmin ucuyla saçaram gövhər. 
Nadir inciləri sərf etdikcə mən, 
Yaranar yeni bir xəznə hikmətdən. 
Təkcə arzum budur, bir nəcib insan, 
Məhəbbətnaməmi oxuyan zaman, 
Namə tək uzümdən üzün örtməsin, 
Qələm tək hərfimə barmaq sürtməsin. 
Əsərdə taparsa əgər bir xəta
Açmasın başıma min bir macəra! 
Bacarsa, səhvimi eyləsin islah, 
Bacarmazsa, sussun, olmasın bədxah! 


 
18 
QEYB GECƏ MƏCLİSİNDƏ YUSİF  
CAMALININ ŞƏMİNİN İŞIQLANMASI  
VƏ ADƏMİN KÖNÜL PƏRVANƏSİNİN 
O ATƏŞƏ YANMASI DASTANI 
 
Məna dənizindən inci tapanlar, 
Asiman vəhyindən xəbər tutanlar,  
Bəşər tarixini yazmaq istərkən, 
Verdilər belə bir xəbər Adəmdən: 
Mənəvi göz ilə baxdığı zaman, 
Adəmə nəslini verdilər nişan. 
Durmuş peyğəmbərlər səf-səf aşikar, 
Hər səfin öz yeri, öz məqamı var. 
Övliya
1
 səf çəkib başqa bir yanda, 
Dayanmış xidmətə hazır hər anda. 
Onların ardında yaradaraq səf
Ordular bir tərəf, şahlar bir tərəf. 
Düzülüb sıraya başqa xəlayiq, 
Hərəsi bir işə, bir ada layiq. 
Hamıya diqqətlə baxınca Adəm, 
Canlandı gözündə yeni bir aləm. 
Ay kimi Yusifə sataşdı gözü, 
Ay deyil, o idi günəşin özü! 
Məclisdə hamıdan şam tək seçilir, 
Hüsnü qarşısında hamı kiçilir. 
Günəş qarşısında ulduz itən tək, 
Gözəllər önundə itmişlər, gerçək! 
Çiyninə dilbər tək salmışdır rida
2

Ayağı altında yüz dilbər fəda. 
Hüsnünün kamalı həddini aşmış, 
Vəslində idrakın özü də çaşmış. 
                                                           
1
 Ювлийа – дини рящбярляр. 
2
 Рида – узунятяклн цст палтары. 
 
 
19 
Əynində ilahi lütfündən xələt, 
Başında parlayır taci-səltənət! 
Alnında səadət sübhü açılır, 
Üzündən zülmətə işıq saçılır. 
Vücud zülmətindən pak ola-ola, 
Durmuş peyğəmbərlər ondan sağ-sola. 
Mələklər yanında bir dövrə vurmuş, 
Bayraqlar qaldırıb, nizamla durmuş! 
Bu günəş qəndilin pak mehrabına, 
Bir uca səs ilə edərlər səna. 
Adəm heyran oldu o cah-cəlala
Təəccüb içində daldı xəyala: 
İlahi, bu kimdən almış yaraşıq?! 
Kimin gözlərinə bəxş edir işıq?! 
Haradan yar oldu ona səadət?! 
Haradan bu camal, bu şan, bu şövkət?! 
Səs gəldi: o sənin nuri-didəndir, 
Kədərli qəlbini sevindirəndir! 
Yəqub gülzarında bir növnəhaldır
1

Xəlil səhrasında cavan ğəzaldır
2

Cəlalda keyvanla yanaşı durar, 
Şah olar, Misirdə taxta oturar! 
Hüsn camalını görən gözəllər, 
Qibtədən olarlar hamı xuncigər, 
Odur güzgü tutan ay camalına, 
Nəyin var xəznəndə bağışla ona! 
Dedi: – Bəxşiş ona könlümü verdim, 
Camalın altıda dördünü verdim. 
Yəni gözəlliyi qıl üçə qismət, 
İki pay ona ver, xalqa bir, fəqət! 
Günəş tək camalı nur saçan zaman, 
                                                           
1
 Нювнящал – ъаван аьаъ, тинэя. 
2
 Ьязал – ащу, ъейран. 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə