Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   2   3   4   5   6   7   8   9   ...   49

 
20 
Çıxsın gözəllərin hüsnü sıradan. 
Sonra o dilbəri basdı bağrına, 
O təmiz qəlbini bəxş etdi ona. 
Alnından öpərək necə bir ata
Ona öz meylini eylədi əta! 
Oğlunun şövqündən açdı gül kimi, 
O gülü oxşadı bir bülbül kimi. 
 
21 
YUSİF CAMALININ FİDANI QEYB  
GÜLZARINDAN HƏYAT BAĞÇASINA GƏTİRİLİR 
 VƏ YƏQUBUN GÖZ YAŞI ZÜLEYXANIN KÖNÜL 
EŞQİ İLƏ ONU BƏSLƏYİR 
 
Bu surətpərəstlik evində hər kəs, 
Növbətlə varlıqdan dəm vurur əbəs. 
Hər zaman həqiqət eləyir zühur, 
Hər dövrün özünə məxsusdur bu nur. 
Dəyişməz vəziyyət olsa dünyada, 
Bir çox nur örtülüb gedərdi bada! 
Fəzadan itməsə günəş işığı, 
Ulduzlar almazdı bu yaraşığı. 
Şaxta vurmasaydı qışda çəməni, 
Yazda bəzəməzdi güllər gülşəni. 
Dünyanı tərk edib getdikcə Adəm, 
Şeysin
1
 mehrabına üz tutdu aləm. 
O da getdi, İdris oldu peyğəmbər, 
Xalqa həq dərsini oxudu əzbər. 
Uçduqda göylərə İdrisin ruhu, 
Dinin keşikçisi etdilər Nuhu. 
Elə ki, tufana Nuh düşüb batdı, 
Xəlilullah gəlib bir din yaratdı. 
O vaxt ki, yığıldı dəvət süfrəsi, 
İshaqə yetişdi dəvət növbəsi. 
O da bu aləmi tərk edən zaman
Yəqub səs qaldırdı hüda dağından. 
O, daha bir geniş süfrə açaraq, 
Şamdan Kənanadək qaldırdı bayraq! 
Kənanda salınca daimi məkan, 
Sərvəti, övladı artdı durmadan. 
Qoyunun, quzunun yox idi sanı, 
                                                           
1
 Шейс – яфсаняви пейьямбяр ады. 
 


 
22 
Tutdu qarışqa tək sürü səhranı. 
On bir oğlu vardı Yusifdən başqa, 
Yusifi can kimi sevirdi, əmma! 
Yusif o dəmdə ki gəldi dünyaya, 
Hüsnü də bir rəqib kəsildi aya. 
Könül bağçasında bir nəhal idi, 
Canlar səmasında bir hilal idi. 
Xəlil gülşənində açdı bir çiçək, 
Nərgisdən zərifdi, süsəndən göyçək. 
İshaqın bürcündən bir ay ucaldı, 
Dünyanın gözünə o işıq saldı. 
Yəqub bağında bir lalə açaraq, 
Həm məlhəmi oldu, həm də çəkdi dağ. 
Kənanda doğuldu bir gözəl ceyran, 
Ona həsəd çəkdi sərasər Kənan. 
Nə qədər anası sağ idi onun, 
Süd ilə şəkərin yudu oğlunun. 
Bəsləyib çatdırdı iki yaşına, 
Əcəl zəhər qatdı onun aşına. 
O həq dəryasında əziz inciydi, 
Anasız bir yetim qalıb incidi. 
Ata gördü, inci olacaq tələf, 
Bacısı bağrını elədi sədəf. 
Can quşu bibidən pərvəriş aldı, 
Sevinc gülşənində qol-qanad çaldı. 
Böyüyüb boy atdı bir fidan kimi, 
Dil açıb danışdı xoş zəban kimi. 
Bibisi mehrini ona bağladı, 
Bir an görmədikdə qəmdən ağladı. 
Gecələr qucuyub yatdı baş-başa, 
Gündüzlər günəş tək qıldı tamaşa. 
Onsuz istəməzdi, olsun bir günü, 
O idi şad edən qəmli könlünü. 
Yusifə qalmışdı Yəqub tamarzı, 
 
23 
Könlündə yaşadı daim bir arzu. 
Ürəyi istərdi hər gün, hər gecə, 
Yusif öz yanında olsun ölüncə
Dedi: – Əziz bacım, bilirəm, inan! 
Yusifçin yarpaq tək əsirsən, inan! 
Lakin onsuz olmuş həyatım acı, 
Məni gəl möhnətdən qurtar, ey bacı! 
Onu göndər mənim xəlvətgahıma, 
Son qoy hicranıma, son qoy ahıma. 
Yəqubdan bu sözü bacı eşitdi, 
Zahirdə əmrinə itaət etdi. 
Lakin düşündü ki, qursun bir hiylə, 
Yusifi verməsin əldən əliylə. 
İshaqdan qalma bir kəməri vardı, 
Haqq yolda işlənib, çapar-çapardı, 
Hər kəs bağlasaydı onu belinə, 
Çatmazdı fələyin əli əlinə. 
Görcək ayırırlar Yusifi ondan, 
Kəməri bağladı belinə pünhan. 
Elə bağladı ki, tutmadı xəbər, 
Bilmədi belinə bağlanmış kəmər. 
Yəqubun yanına göndərdi xoşhal, 
Sonra haray çəkib, saldı qalmaqal 
Ki, aman o kəmər itmiş evimdən, 
Hər kəsi görüncə tutaraq həmən, 
Təpədən-dırnağa gəzirdi arvad, 
Çoxların gəzdisə, tapmadı bir zad. 
Elə ki Yusifə yetişdi növbət, 
Axtarıb, kəməri tapdı, nəhayət. 
Beləydi şəriət hökmü o zaman 
Ki, qanun sayardı dindar hər insan, 
Əsir aparardı hər mal yeyəsi, 
Oğurluq üstündə tutulan kəsi. 
Baş tutdu bibinin qurduğu kələk


 
24 
Yusifi apardı oğru deyərək. 
Evi işıqlandı, şənləndi üzü, 
Lakin əcəl çatdı, bağlandı gözü. 
Elə ki Yəquba çatdı bu xəbər, 
Qəlbindən silindi iztirab, kədər, 
Yusifi apardı yanına dərhal, 
Bacı matəmində çəkmədi məlal. 
Başqa oğulların daşın ataraq, 
Yusifə qiblə tək tapındı ancaq. 
Xəstə ruhu tapar Yusifdən şəfa, 
Gözləri alardı hüsnündən ziya. 
Yusiflə oturar, Yusiflə durar, 
Yusifin mehrilə min büsat qurar. 
Bəli, o yerdə ki, belə bir ay var, 
Günəşin özü də kölgədə qalar. 
Acizəm, vəsf edim mən o dilbəri, 
Hüsnünə valehdir hurilə pəri. 
Eşq fəzasında bir parlaq aydı, 
Parlayıb, nurunu aləmə yaydı. 
Ay deyil, günəşdən parlaqdı, inan! 
Göydə parlayan ay nur alır ondan. 
Yanıldım, mən ona afitab dedim, 
Durnagöz bulağa mən sərab dedim. 
Misli heç olmayan müqəddəs bir nur
Varlıq aləminə gəlmişsə, odur! 
Dünya gəlişiylə olmuşdur abad, 
Yusifə onunçun verildi bu ad! 
Yəqubun qəlbinə mehri sığmazdı, 
Yolunda can qoysa, yenə də azdı. 
Çünki məftun idi hüsnünə onun, 
Huridən, mələkdən gözəl oğlunun, 
Məğrib ölkəsində gözəl Züleyxa, 
İsmət pərdəsində oturub tənha, 
Yuxuda görməklə o gül camalı, 
 
25 
Eşqini coşdurdu onun xəyalı. 
Yaxın, uzaq bilməz, coşsa məhəbbət, 
Ülvidir ondakı yenilməz qüdrət! 


 
26 
CAMAL GÜNƏŞİNİN TÜLUYU İLƏ 
MƏĞRİB 
 ÖLKƏSİ MƏŞRİQİ OLAN  ZÜLEYXANIN  
ƏSLİ-NƏSƏBİ HAQQINDA 
 
Xəznəsində sonsuz söz dürrü olan, 
Şair xəbər verdi keçmiş zamandan 
Ki, Timus adlı şah Məğrib-zəmində, 
Namusda tək idi öz aləmində. 
Cəlalı, şövkəti, mülkü, ordusu, 
Qəlbində qalmazdı heç bir arzusu. 
Səadət rəmziydi başının tacı, 
Taxtı fələklərdən alar xəracı. 
Ordusu, cövzadən
1
 bağlayar kəmər, 
Qılıncına bəxti bəxş edər zəfər. 
Var idi Züleyxa adlı bir qızı, 
Dünyanın misilsiz parlaq ulduzu. 
Qız deyil, aləmin göz işığıydı, 
Şahlıq xəznəsinin yaraşığıydı. 
Dilimi vəsfində aciz bilərək, 
Xəyalıyla təbi sınayam gərək. 
Saçı tək asılım başdan aşağı, 
Qəlbimə nur saçsın hüsn çırağı. 
Köməyimə çatsın o şirin ləblər
Vəsf edim hüsnünü, bəlkə, bir təhər. 
Rəhmətdən yaranmış sərv qaməti, 
Gülşənə bəxş etmiş o lətafəti. 
Su içib şahlığın sərçeşməsindən, 
Sərvi çəmən içrə salmış nəzərdən. 
Ariflər yolunda saçı tor qurmuş, 
Mişk onun saçına qul olub durmuş. 
Tükləri birbəbir ayırıb daraq, 
                                                           
1
 Ъювза – гядим астрономийада бцръ ады. 
 
 
27 
Saçı ortasında qurmuş incə tağ. 
Nafəni bölmüşdür darağın dişi, 
Mişkdən müşküldür nafənin işi. 
Zülfü səmən kimi düşmüş aşağı, 
Kölgədə qalmışdır gülün budağı. 
Qoşa hörükləri iki hindu tək, 
Şümşad sinəsində ip eşir, gerçək! 
Fələk bəzəyərkən gül camalını, 
Gümüş lövhə olmuş onun alını. 
Sağında, solunda o gümüş lövhün, 
Mişk ilə iki nun
1
 yazmış sərnigun. 
Yazmış öz əliylə sənətkar ustad, 
İki nun altında iki gözəl sad
2

Nunlardan uzanan mim
3
 həlqəsinə, 
Burnu bir əlifdir
4
 gümüşdən yenə. 
Əlifə artırıb ağız sifrini
5

On dəfə artırmış hüsnün qədrini 
Sini
6
 görünməkçin dodağı qaçmış, 
Mimin düyününü
7
 dişiylə açmış. 
                                                           
1
 «Нун» – яряб  ялифбасында  «Н»  щярфи  уълары  йухары 
сямтя  чеврилмиш  щилал  шяклиндя  йазылыр.  Шаир, 
Зцлейханын гашларыны башыашаьы йазылмыш «Н» щярфиня 
охшайыр. 
2
 Яряб 
ялифбасында 
«сад» 
эюзлц 
(С) 
щярфи 
йумуртавары 
щалга 
шяклиндя 
йазылыр. 
Бурада 
Зцлейханын эюзляринин тясбещидир. 
3
 Мим щялгяси – яряб ялифбасында «Мим» (М) щярфинин 
чох  да  шяклиндя    йазылыр.  Бурада  Зцлейханын 
эюзляринин тяшбещидир
. Ь
яли тяшбещ кими ишлянмиш.  
4
 Ялиф  (а)  яряб  ялифбасында  шагули  дцз  хятт 
шяклиндя  йазылыр.  Бурада  эюзялин  бурну  щямин  щярфя 
охшадылыр. 
5
 Аьыз сифри – аьыз сифря (нюгтяйя) охшадылыр. 
6
 Син (дишли с) щярфи – дишляря тяшбещдир. 
7
 Мимин дцйцнц (бах мим щалгасы – аьыз). 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə