Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

 
94 
Gördü, dol ağırdır, çətin yüksələr. 
Dedi: – Nə səbəbdən dol ağır çıxar? 
Yəqin, sudan başqa onda nəysə var?! 
Elə ki, quyudan çıxdı o cıraq, 
Su çəkən bu sirrə heyran qalaraq
Dedi: – Bəxtimə bax, qara quyudan, 
Çıxmış nur mənbəyi bir mahi-taban! 
Müjdə! Ki şor suyun içindən bu gün, 
Bir su çıxarmışam şərbətdən üstün! 
Çöldə bir gül açdı onun üzünə, 
Sataşmasın deyə yadlar gözünə, 
Gizlicə apardı onu mənzilə, 
İstəməzdi düşsün söhbəti dilə. 
Bəli, xəznə tapsa bir nəfər əgər, 
Gizlədə bilməzsə, yüz bəla çəkər. 
Hələ yaxındaydı paxıl qardaşlar, 
Onu izləyirdi durmadan onlar. 
Gözdən qoymayaraq o kor quyunu
Bilmək istərdilər işin sonunu. 
Karvandan, Yusifdən tutunca xəbər, 
Qaçaraq quyuya tərəf getdilər. 
Səsləyib Yusifi çağıran zaman, 
Yalnız əks-səda gəldi quyudan. 
Yusifi tapmağa verib qərarı, 
Baş alıb getdilər karvana sarı. 
Gəzib axtardılar tər-qan içində, 
Yusifi tapdılar karvan içində. 
Tutaraq dedilər bu bizim quldur, 
Vəfasız olsa da, yenə qəbuldur. 
Tənbəldir, meyl etməz xidmətə, işə, 
Fikri qaçmağadır bunun həmişə. 
Doğrudur, gözəldir, bir ayparadır, 
Satmaq istəyirik, çün avaradır. 
Çirkin qul iş görər, hünər göstərər. 
 
95 
Qulun gözəlindən gözləmə hünər! 
Bir qul ki işləməz, hey yeyər, yatar, 
Dəyəri-dəyməzə sat, yaxan qurtar. 
Biz əbəs qatlaşdıq ağır zəhmətə, 
Hazırıq ki, sataq ucuz qiymətə. 
Yusifi quyudan çəkib çıxaran, 
Onu satın aldı qardaşlarından. 
Deyirlər, Malikdi o şəxsin adı, 
Azacıq pul verib Yusifi aldı. 
Yığışıb yükünü bağladı karvan, 
Yenə Misrə tərəf oldular rəvan. 
Nadanlar bazara gətirsə Ayı, 
Qədrini bilməyib satar havayı. 
Misrin xəracıydı didarı onun, 
Yüz cana dəyərdi göftarı onun! 
Yəquba bəlliydi onun dəyəri, 
Züleyxa gərəkdi ona müştəri! 
Bir neçə pul üçün, ağlını bilən, 
Səadət xəznəsin verərmi əldən?! 


 
96 
MALİK  YUSİFİ  MİSRƏ  ÇATDIRIR,  
PADŞAH ONLARIN  GƏLMƏSİNDƏN  XƏBƏR  TUTUR  
VƏ 
ƏZİZİ  ONLARI  QARŞILAMAĞA  GÖNDƏRİR 
 
Malik xəznə tapdı zəhmət çəkmədən, 
Qiymətli xəznəyə malik oldu şən. 
O könül oxşayan ayı görüncə, 
Şadlıqdan bilməzdi, otursun necə?! 
Ruh verən ətrinin olub mayili, 
Bir mənzil edirdi iki mənzili. 
Misrə yaxınlaşdı o, uzaq yoldan, 
Oldu Misr elinə qəziyyə əyan. 
Dedilər, səfərdən qayıtmış Malik, 
İbrani bir qula olaraq malik. 
Hüsn fəzasında aydır o dilbər, 
Gözəllikdə yoxdur ona bərabər. 
Görməmiş hələ də min gözlə fələk, 
Bütün yer üzündə bir elə mələk. 
Misrin sultanına çatdı bu xəbər, 
Qibtədən, həsəddən yandı o sərvər. 
Gözəllik bağıdır, dedi ölkəmiz, 
Belə gül hələlik görməmişik biz. 
Cənnət gülşənində açsa da bir gül, 
Misirli yanında yanıb olar kül. 
Əzizə söylədi: – Durma, çıx yola, 
Karvanı şəhərdən kənar qarşıla. 
Get, o ay üzlünü öz gözünlə gör
Sonra izzət ilə saraya gətir. 
Əziz gəlib çatdı yolda karvana, 
Nəzəri sataşdı mahi-Kənana, 
Özünü, sözünü itirdi bütün, 
İstədi önündə səcdəyə düşsün. 
Lakin Yusif onu qaldırıb sonra, 
 
97 
Özü səcdə qıldı hörmətlə ona. 
Baş ancaq o şəxsə gərək əyilsin 
Ki, onun boynunda bir minnət bilsin. 
Sonra Əziz verdi Malikə fərman 
Ki, gərək saraya gəlsin bu oğlan. 
Malik söylədi ki, bir sözüm yoxdur, 
Sənin kərəminə ümidim çoxdur. 
Lakin üzrlü tut bizi bir qədər, 
Hamını yormuşdur bu ağır səfər. 
İzin ver burada bir az dincələk
Yolun his-tozundan biz təmizlənək. 
Yuyunub geyinək, olaq tərtəmiz, 
Şahın hüzuruna sonra gələk biz. 
Əziz bu sözləri dinlədi, dərhal 
Şahın hüzuruna qayıtdı xoşhal  
Yusifin hüsnündən öz sultanına, 
Danışdı, od saldı şahın canına. 
Şah dedi: – Minlərlə ayüzlü cavan 
Hər biri gözəllik mülkünə sultan. 
Hamısı başında qızıl ərəqçin, 
Əyninə zərxara libas geyinsin. 
Bağlasın belinə minalı kəmər, 
Gülsün ləblərindən tökülsün şəkər. 
Hər biri gözəllik bağının gülü, 
Hamı ağ buxaqlı, hamı gül üzlü. 
Yusifi bazara çəkən zamanda, 
Müştəri hüsnünü görən zamanda, 
Hamı bu bəzəklə, bu calal ilə
Dayansın üz-üzə mahcamal ilə. 
Önündə səf çəksin bütün gözəllər, 
Yusifin hüsnü qoy solsun bir qədər. 


 
98 
YUSİF  NİL  ÇAYINDA  ÇİMİR  VƏ  
CALAL  İLƏ 
MİSİR  PADŞAHININ  BARGAHINA  YOLA  DÜŞÜR 
 
Günəşin Yusifi, dördüncü gündə,  
Parladı fələkdən Nilin üstündə. 
Yusifə söylədi Malik: – Ey gözəl
Sən də günəş kimi Nil üstünə gəl! 
Günəşlə tozunu yu, ol tərtəzə, 
Nili canındakı torpaqla bəzə. 
Malikin əmriylə getdi o məhvəş, 
Nil çayı yanında parladı günəş. 
Əlini köynəyin altına saldı, 
Səmən nilufərin altına daldı. 
Başından götürdü zərrin papağı, 
Çıxdı yumurtadan gecənin zağı. 
Köynəyi başından çıxaran zaman, 
Ətəyi şərq oldu, cibi günbatan. 
Elə ki çiyninə toxundu köynək
Sanardın günəşdən nur aldı fələk. 
Belinə bağladı qara bir fitə, 
Gümüş sərv bitdi Nil çayı üstə. 
Nil rəngli fələkdən yüksəldi fəryad 
Ki, Nil qədəmindən oldu Məhabad. 
Kaş Nilin yerinə özüm olaydım, 
Ayağından öpüb ləzzət alaydım. 
Günəş istədi ki, diz üstə çöksün, 
Qızıl çeşməsini o çaya töksün. 
Bir sərab bilərək nur bulağını, 
İstədi Nil yusun əl-ayağını. 
Yusif qədəm qoydu çaya sahildən, 
Tutdu su bürcündə ay kimi məskən. 
Dünyaya nur saçan bir günəşdi o, 
Örtdü əndamını bu günəşin su. 
 
99 
Çılpaq bədənilə dayandı suda, 
Zövq alıb hüsnündən, canlandı su da. 
Saldı saçlarını suya o mələk, 
Saçları bənd vurdu suya zəncir tək. 
Aşiqlər könlünü etməkçin şikar
Tor kimi quruldu ənbərli saçlar. 
Gah suyu başına töküb əliylə, 
Ayı bəzəyirdi reyhan teliylə; 
Gah da əndamına sığal verirdi, 
Gülü barmağıyla şax-şax edirdi. 
Təmizləndi yolun tozu-torpağı, 
Sərv ilə bəzəndi Nilin qırağı. 
Malikin qulundan istədi köynək, 
Gülü zanbağ kimi bəzədi köynək, 
Əyninə geyindi zərli dibanı, 
Bəzəyi heyrətə saldı dünyanı. 
Tacı ayı saldı qədir-qiymətdən. 
Bağladı belinə kəmər hümmətdən. 
Zülfünü çiyninə saldı o dilbər, 
Misrin fəzasını çulğadı ənbər, 
Mindi kəcavəyə, qeyb oldu üzü, 
Qaldı kəcavədə dünyanın gözü. 
Hava qaranlıqdı, qəzadan, o gün, 
Örtmüşdü günəşi bulud büsbütün. 
Yusifə söylədi Malik: – Ey gözəl, 
Kəcavədən çıxıb, təxtgaha gəl! 
Günəşsən, üzünü çıxar pərdədən, 
Bəzə bu aləmi işığınla sən. 
Yusif kəcavədən çıxınca həmin – 
İşıqdan qamaşdı gözü aləmin. 
Görənlər, əvvəlcə, etdilər güman 
Ki, günəş çıxmışdır qara buluddan. 
Lakin üfüqlərə edincə nəzər, 
Gördülər üfüqdə günəş nə gəzər? 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə