Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

 
124 
Züleyxa vəsldən söhbət açırdı, 
Yusif ondan, ancaq, uzaq qaçırdı. 
Züleyxa seyr edir onun üzünü
Yusif ayağına tikir gözünü. 
Züleyxa gözündən axıdır qan-yaş. 
Yusif ondan qaçır hey yavaş-yavaş. 
Züleyxa odlanır, şam kimi yanır, 
Yusif bu atəşdən kənar dayanır. 
Züleyxa həsrətlə bir görüş umur, 
Yusif görməməkçün gözünü yumur. 
Qorxudan baxmayır onun üzünə, 
O fitnə axtaran çılğın gözünə. 
Aşiq o görüşü hesaba almaz 
Ki, üzündə yarın gözü iz salmaz. 
Aşiq bir ümmidlə ah çəkib ağlar 
Ki, üzünə baxsın məhəbbətlə yar. 
Aşiqin halına yar göz örtərsə, 
Haqlıdır, gözündən al qan tökərsə! 
Züleyxa belə bir möhnətə düşdü, 
Sarsıldı qüssədən, zillətə düşdü. 
Dərdü-qəm xəzanı gəldi bağına, 
Sarı lalə qondu gül yanağına. 
Könlündə dağ qədər qəm yükü vardı, 
Bu yük qamətini əyib qırardı. 
Getdi dodağının xoş yaraşığı, 
Söndü üzündəki şamın işığı. 
Ənbər saçlarına dəymədi daraq, 
Təkcə əli dəydi saçın yolaraq. 
Güzgü qarşısında durmadı üzü, 
Üzünü qoyduğu yer oldu dizi. 
Ürəkdən üzünə bəs ki axdı qan, 
Ənniyə ehtiyac duymadı canan. 
Gözünə çəkməzdi sürmə bir ara
Dünya görünürdü gözünə qara. 
 
125 
Ağlayan bir gözə sürmə nə yarar? 
Göz yaşı sürməni yuyub aparar. 
Yandı Züleyxanın qəlbi, nəhayət, 
Dil açıb, özünə eylədi töhmət. 
Dedi: – Ey bir qulun əsiri olan, 
Əl götür bu qədər rüsvayçılıqdan! 
Səni şahlıq taxtı edib sərəfraz, 
Qulla eşqbazlıq sənə yaraşmaz! 
Sən hələ ondakı təkəbbürə bax! 
İstəməz Züleyxa vəslinə çatmaq! 
Misir qadınları bilsələr əgər, 
Məlamətlə məni həlak edərlər! 
Belə söyləyirdi o gözəl, ancaq 
Sözü diləyindən uzaqdı, uzaq! 
Unutmaq olmazdı ona müyəssər, 
Dərdi ovutmazdı bu əfsanələr. 
Xoş demiş ürəyi dağlı eşqbaz, 
Güldən rəng, mişkdən ətir kəm olmaz! 
Bəli, qovuşarsa canla məhəbbət, 
Onları ayırmaq müşküldür, əlbət. 
Bir anda bədəndən ayrılarsa can, 
Eşq ilə peyvəndi qırılmaz bir an. 
Cananın yolunda aşiq verər can, 
Aşiqə canından artıqdır canan! 


 
126 
DAYƏ  ZÜLEYXADAN  YANIB  ƏRİMƏSİNİN 
SƏBƏBİNİ  SORUŞUR 
 
Dayə Züleyxanı görcək pərişan, 
Soruşdu: – Gözündən niyə axar qan?! 
Gözüm işıq tapar səni görəndə, 
Ürəyim şənlənər üzün güləndə. 
Könlündə qubar var, canında, ələm, 
Bu halın səbəbi nədir, ey sənəm! 
Daim yanındadır sevdiyin canan, 
Nədən darıxırsan, nədən yanırsan? 
O zaman ki səndən uzaqdaydı yar, 
Yansaydın, deyərdim, sevənlər yanar! 
İndi vüsal çağı bu yanmaq nədir? 
Eşqdən şam kimi odlanmaq nədir? 
Söylə, hansı aşiq qismətindədir 
Ki, yarı qul kimi xidmətindədir? 
Nə qədər xoşbəxtsən, olum qurbanın 
Ki, sənə qul olmuş sənin sultanın! 
Şahlığın tacına layiq bir sərvər
Əmrinə tabedir, bəs deyil, məgər? 
Üzünə doyunca baxıb şad yaşa, 
Dünyanın qəmini at, azad yaşa! 
Lalə yanağının rəngindən al kam, 
Gözəl yerişini izlə, tut aram. 
Dodağını görüb, canını bəslə, 
O sərv qaməti oxşa həvəslə. 
Züleyxa dayəni dinləyib durdu, 
Qanlı yaş gözündən fəvvarə vurdu. 
Axdı ürək qanı gözündən yerə, 
Açdı qəlbindəki sirri bir kərə. 
Dedi: – Ey anadan əziz, mehriban
Dərdimdən xəbərdar deyilsən, inan! 
Əfsus ki, bilməzsən qəlbimdə nə var? 
 
127 
Deyirsən, daima yanımdadır yar. 
Durur xidmətimdə hər axşam-səhər, 
Lakin o xidmətdən görmürəm əsər. 
Yanımdan bir an da uzağa getməz, 
Lakin bir baxışla məni şad etməz. 
O susuz halına gərək ağlamaq 
Ki, su içə bilməz yanında bulaq. 
Görüncə şam kimi yanan üzünü, 
Tikir ayağına iki gözünü. 
Düşünüb, deyirəm özü-özümdən, 
Ayağı gözəldir mənim üzümdən. 
İstərəm göz açıb üzünə baxmaq
Alnı düyümlənir, tökür qaşqabaq. 
Mən onu etmirəm, lakin, məzəmmət, 
Onun etdiyinə tutulmaz qələt. 
Qaşları bağrıma vurmuş düyümlər, 
Düz işi o əyri qaşlar düyünlər. 
O qədər düyünə düşmüş işlərim 
Ki, ona baxmağa çatmır hünərim. 
Dili dolanmayır mənə söz deyə, 
Deməli, istər ki, aşiq qan yeyə. 
Şövq ilə baxdıqca ləlinə hər an, 
Axır gözlərindən qətrə-qətrə qan.  
Arzumun fidanı olan qaməti, 
Mənə meyl etməyə azdır rəğbəti. 
İstərəm boyundan alma dərəm mən
Yüz sədmə görürəm alma dərmədən. 
Buxaq quyusundan mən istərəm kam, 
Kədər quyusuna salar dilaram. 
Ətəyin tutmağa can əlim çatmaz, 
Ayağı altında olum payəndaz. 
Dayə Züleyxanı dinləyib o dəm, 
Dedi: – Çox çətindir bu dərdə məlhəm. 
Qarşıya çıxan bir zəruri hicran, 


 
128 
Yaxşıdır belə bir acı vüsaldan! 
Bir qəm yetirərsə hicran ələmi, 
Belə vəslin olar iki yüz qəmi. 
 
129 
ZÜLEYXA  DAYƏSİNİ  YUSİFİN  YANINA  
GÖNDƏRİR,  ONDAN VÜSAL İSTƏYİR, 
YUSİF İSƏ ONU RƏDD EDİR 
 
Dərdi sonsuz olan Züleyxa birdən, 
Gördü, ummaq olar əlac dayədən. 
Dedi: – Ey yüz kərə dadıma çatan, 
Hər çətin günümdə əlimdən tutan! 
Bir daha yardım et, mənə ol qəmxar
Bu qəmli canımı qüssədən qurtar! 
Qədəm qoy başıma, get ona tərəf, 
Başım ayağından qoy tapsın şərəf. 
Söylə: – Ey naz ilə boy atan fidan, 
Ey üzü lətafət mülkünə sultan! 
Camal bağçasından, naz gülşənindən, 
Bitməmiş qəddin tək bir sərvü səmən, 
Bir palçıq yoğurub könüllə candan, 
Ona fidan salıb cənnət bağından. 
O fidan yüksəlib atdı qol-budaq. 
Dedilər: – Qəddindir, cürətsiz ancaq. 
Zamanın anası doğandan bəri, 
Doğmamış sənin tək bir saf gövhəri. 
Adəmin gözünün işığı sənsən. 
O gül üzün etdi aləmi gülşən. 
Gözəlliyin olmaz heç bir bəşərdə
Nə huri, nə mələk, nə pərilərdə! 
Pəri utanaraq sənin hüsnündən, 
Qaçıb gizlənmişdir insan gözündən. 
Mələyin məskəni uca göylərsə, 
Öpər ayağından, yerə enərsə, 
Məqamını belə yüksəltmiş fələk, 
Kölgəni aşiqə salasan gərək. 
Züleyxa olsa da gözəl bir nigar, 
Düşmüş kəməndinə ağlayıb sızlar. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə