Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

34 

 

tendensiayalarında  fikrimizcə  diskussiya  tələb  edən  müzakirə  obyekti  kimi 



xarakterizə edilə bilər. Belə ki, son illərdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə, 

xüsusilə  qeyri-neft  sektoru  sahələrinin  inkişafı  proseslərinə  yönəldilən  investisiya 

resurslarının  əksəriyyəti  daxili  investisiyalardır.  Bu  baxımdan  qeyri-neft  sektoruna 

xarici  investorların  marağının  artırılması,  bu  sahələrin  modernləşdirilməsinə,  qeyri-

neft ixracı potensialının artırılmasına xarici investisiyaların cəlbinin sürətləndirilməsi 

və həmçinin  genişləndirilməsi  problemləri  qalmaqdadır və bu istiqamətlərdə  müasir 

reallaqları  əks  etdirən  strateji  vəzifələr  müəyyənləşdirilməli,  dövlət  siyasəti 

təkmilləşdirilməli,  daha  effektivli  mexanizmlər  tətbiq  edilməli,  qeyri-neft  sektoru 

sahələrinin  ixrac  potensialının  obyektiv  qiymətləndirilməsi  və  bu  potensialın 

reallaşdırılmasının  intensivləşdirilməsi  tədbirləri  həyata  keçirilməlidir.  Tədqiqatçı 

Ç.Abbasov  Azərbaycan  iqtisadiyyatının  “bir  böyrü  üstə”  inkişafının  olmasına 

baxmayaraq,  qeyd  edir  ki,  xarici-iqtisadi  əlaqələrin  inkişafı  ölkə  iqtisadiyyatının 

dirçəldilməsinə, sənayenin və kənd təsərrüfatının modernləşdirilməsinə kömək etmək 

iqtidarındadır.  Bu  halda  ölkənin  dünya  iqtisadiyyatına  daxil  olmasının  fəal  strateji 

siyasətinin  müəyyənləşdirilməsi  və  aparılması,  ixracatçıların  dəstəklənməsi  üzrə 

qeyri-ənənəvi 

tədbirlərin 

görülməsi, 

iqtisadiyyatın 

rəqabət 


qabiliyyətinin 

yüksəldilməsi  tələb  olunur.  Biz  əvvəllərdə  bu  sahələrin  inkişaf  meyarları  və 

prioritetləri  barədə  qeyd  etmişdik.  Bizə  görə,  ölkə  iqtisadiyyatı  özünün  qeyri-neft 

ixracı  potensialının  artırılmasının  bir  qrup  istiqamətlərini  müəyyənləşdirib  və  yaxın 

perspektivdə  ən  mühüm  vəzifələr  kimi  bu  istiqamətlərin  reallaşdırılması,  ixrac 

yönümlü  effektivli  sahələrin  potensialının  gerçəkləşdirilməsi  üzrə  tədbirlərin 

genişləndirilməsi olacaqdır.  

Ölkə  iqtisadiyyatının  inkişaf  tendensiyası  proseslərində  strateji  vəzifələrdən 

mühümlüyü  ilə  fərqlənən  –  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  artrılması 

problemidir. Bu sahədə dövlət mexanizmlərinin iri bir blokunun artıq reallaşdırılması 

müsbət nəticələr verməkdədir. Son 10 il ərzində ölkə ÜDM-ü 3,2 dəfə, adambaşına 

ÜDM-in  həcmi  2,8  dəfə,  qeyri-neft  sektoru  2,6  dəfə  artmış  və  ölkəmizdə  orta  illik 

iqtisadi  artım  12,9  %  təşkil  etmişdir.  Valyuta  ehtiyatları  31  dəfə,  xarici  ticarət 

dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır. 




35 

 

Azərbaycan  iqtisadiyyatı  “Qlobal  Rəqabət  Qabiliyyəti  ndeksi”  hesabatına  əsasən, 



rəqabət  qabiliyyətli  səviyyəsinə  görə  39-cü,  MDB-də  1-ci  olmuş,  ölkəmiz  ilk  dəfə 

dünyanın  “yuxarı  orta  gəlirli”  və  “yüksək  insan  inkişaflı”  ölkələr  qrupuna  daxil 

olmuşdur.  Nüfuzlu  reytinq  agentliklərinin  hamısı  (“Fitch  Ratings”,  “Standart  & 

Poor’s”  və  “Moody’s”)  Azərbaycana  investisiya  kredit  reytinqi  vermiş  və 

Azərbaycan  Qafqaz  ölkələri  arasında  investisiya  reytinqinə  malik  yeganə  ölkə 

olmuşdur.  2004-2013-cü  illərdə  qeyri-neft  sektoruna  investisiyalar  12,9  dəfə  artmış 

və  ölkə  regionlarına  yönəldilən  investisiyaların  həcmi  51  mlrd.  manata  yaxın 

olmuşdur.  Bu  çoxsaylı  amillər  və  əldə  edilmiş  nəticələr,  yaxın  perspektivdə 

Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılması problemlərinə  ciddi  təsir  edə 

bilər. Bunun üçün ölkənin hazırkı iqtisadi inkişaf təndensiyalarını mövcud vəziyyəti 

dərindən təhlil edilməklə, obyektiv qiymətləndirilməli, daha səmərəli dövlət iqtisadi 

siyasəti  işlənib  hazırlanmalı,  milli  iqtisadiyyatın  artımını  təmin  edə  biləcək 

mexanizmlərin  iqtisadi  sistemə  daxil  edilməsi  təmin  olunmalı,  qeyri-neft  sektoru 

sahələrinin  inkişafına  imkan  verən  elementlər  sistemləşdirilməli  və  işlək  alətlərə 

çevrilməli,  ölkənin  ixrac  strukturunun  diversifikasiyalaşdırılmasında  qeyri-ənənəvi 

elementlər  də  nəzərə  alınmalı  və  bu  istiqamətlərdə  aparılan  tədbirlərin  səmərəliliyi 

yüksəldilməlidir.  

Ölkə  iqtisadiyyatının  son  10  ildəki  inkişaf  tendensiyalarının  dolğun 

xarakteristikası  Azərbaycan  Respublikası  (AR)  regionlarının  sosial-iqtisadi  inkişafı 

Dövlət  proqramlarının  icrasına  həsr  olunmuş  konfransda  Prezident  lham  Əliyevin 

giriş  və  yekun  nitqlərində  verilmişdir.  Qeyd  olunmuşdur  ki,  son  on  il  ərzində 

Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmiş, iqtisadiyyat 3,4 dəfə, sənaye 

istehsalı 2,7 dəfə  artmış  və  kənd təsərrüfatı  1,5 dəfə  artmış, 2013-cü ildə  qeyri-neft 

sektorunun artımı təqribən 10 % və ölkəyə iqtisadiyyatı təqribən 6 % artmışdır. Son 

10  il  ərzində  ölkəmizə  160  mlrd.  dollar  investisiya  cəlb  edilmiş,  2013-cü  ildə 

Azərbaycan iqtisadiyyatına 28 mlrd. dollar – rekord səviyyədə sərmayə qoyulmuşdur. 

Son 10 ildə Sahibkarlığa Kömək Milli Fondu hesabına 1200 mln. manat investisiya 

yatırılmışdır,  yəni  sahibkarlara  güzəştli  şərtlərlə  kreditlər  verilmişdir.  Şübhəsiz,  bu 

tədbirlər 

milli 


iqtisadiyyatın 

inkişafına, 

xüsusilə 

ixrac 


potensialının 


36 

 

gücləndirilməsinə,  bu  proseslərdə  sahibkarlıq  subyektlərinin  fəallığının  artmasına, 



sahibkarlıq  subyektlərinin  xarici  ticarət  fəaliyyəti  ilə  məşğul  olmasının 

həvəsləndirilməsinə,  ixrac  yönümlü  müəssisələrin  təşkilinə  təkan  vermişdir. 

Azərbaycanda  sahibkarlığın  inkişafı  iqtisadiyyatın  prioritet  istiqamətlərindəndir  və 

müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi mexanizmləri fəaliyyət göstərir. Son 10 ildə 

sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 

%-ə,  vergi  daxilolmalarında  72,4  %-ə  yüksəlmiş,  ÜDM-də  özəl  sektorun  xüsusi 

çəkisi  80  %-i  ötmüşdür.  Ölkə  Prezidentinin  bu  sahənin  inkişafı  ilə  bağlı  Fərmanı 

qüvvəyə minmişdir . Ölkə rəhbəri 2014-cü ili “Sənaye ili” elan etmiş və bildirmişdir 

ki, sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət 

daşıyır.  Bu  istiqamətdə  artıq  ilkin  nəticələr  vardır.  Sumqayıt  Texnoparkı  fəaliyyət 

göstərir.  Yeni  Kimya  Texnologiya  Parkı  artıq  fəaliyyətə  başlayır.  Digər  şəhərlərdə, 

Mingəçevirdə  texnoparkın  yaradılması  nəzərdə  tutulur.  Balaxanı  Texnoparkının 

yaradılması  gedir.  Bu  istiqamətdə  bu  il  daha  da  ciddi  addımlar  atılmalıdır. 

Ümumiyyətlə,  mən  dəfələrlə  demişəm  ki,  bizim  uğurlu  inkişafımız  qeyri-neft 

sənayesinin  hesabına  təmin  edilməlidir.  Ümumi  daxili  məhsulumuzun  artımı  da 

sənaye  istehsalının  hesabına  mümkün  olacaqdır.  .e.d.  D.Vəliyev  yazır:  “Strateji 

inkişaf  proqramlarının  təhlili  göstərir  ki,  onların  həyata  keçirilməsi  nəticəsində 

Azərbaycanın  zəngin  karbohidrogen  ehtiyatlarının  intensiv  mənimsənilməsi 

nəticəsində əldə edəcəyi irimiqyaslı maddi mənfəət istər hasilat sənayesinin, istəsə də 

onunla  əlaqədar  olan  emaledici  sənaye  sahələrinin  və  bütövlükdə  qeyri-neft 

sektorunun inkişafına sürətli təkan verəcəkdir. Təcrübə göstərir ki, ölkəmizin qlobal 

proseslərə  səmərəli  qoşulmasının  təmin  edilməsi  əhəmiyyətli  dərəcədə  həmin 

mənfəətin iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasına və qeyri-neft sektorunun 

sürətli inkişafına yönəldilməsindən asılıdır . Qeyri-neft sektorunun sürətli inkişafının 

təminatından 

biri 


də, 

onun 


milli 

iqtisadiyyatın 

sərhədləri 

daxilində 

məhdudlaşmadığını və beynəlxalq inteqrasiya məkanına, dünya bazarlarına effektivli 

çıxa  bilmək  potensialını  ortaya  qoya  bilməsidir.  Bu  halda  sektorun  çoxlu  sayda 

sahələrinin  ixrac  potensialı  reallaşma  imkanı  əldə  edir,  ölkənin  dünya  bazarlarına 

çıxardığı  rəqabət  qabiliyyyətli  məhsulların,  milli  brendlərin  siyahısı  genişlənir, 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə