Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

51 

 

sənayesində 5382 vahid, tikintidə -9326, ticarət və nəqliyyat vasitələrinin təmirində -



23356,  kənd  təsərrüfatında  –  9034  vahid  müəssisələr  fəaliyyət  göstərirlər.  Hüquqi 

şəxs  yaratmadan  fəaliyyət  göstərən  fərdi  sahibkarların  sayı  kənd  təsərrüfatında  – 

63302  vahid,  emal  sənayesində  -12948,  ticarət  və  nəqliyyat  vasitələrinin  təmirində 

176327  vahid,  nəqliyyat  və  anbar  təsərrüfaında  –  68205  vahid  təşkil  edir. 

Sahibkarlığın maliyyə resursları və kreditlərlə təminatı sahəsindəki mövcud vəziyyəti 

xarakterizə  edən  göstəricilər  kimi,  2013-cü  ildə  Sahibkarlığa  Kömək  Milli  Fondu 

tərəfindən  maliyyələşdirilən  biznes  və  investisiya  layihələrinin  ümumi  həcmi  275,0 

mln. manat təşkil etmişdir. Bu məbləğin bölgüsü regionlar üzrə -Aran iqtisadi rayonu 

–  19,2  %;  Gəncə-Qazax  –  15  %;  Lənkəran  –  9,0%;  Şəki-Zaqatala  –  7,5  %;  Dağlıq 

Şırvan – 6,6 %; Abşeron – 7,6 %; Quba-Xaçmaz – 1,8 %; Yuxarı Qarabağ – 3,3 %; 

Bakı şəhərinin qəsəbələri – 30 % təşkil etmişdir. Il ərzində 4468 layihəyə müsbət rəy 

verilçmiş,  bu layihələrdən 95,7  %-i kənd  təsərrüfatı  məhsullarının  istehsalı, 3,9  %-i 

isə  sənaye  və  digər  sahələrin  inkişafı  ilə  bağlı  olmuşdur.  Qeyri-neft  sektorunun 

aparıcı  sahələrindən  biri  olan  aqrar  sektorun  inkişafı  ölkə  əhalisinin  ərzaq 

təhlükəsizliyinin  təmin  olunması  vəzifəsini  daşıyır.  Aqrar  sahənin  daha  da  inkişaf 

etdirilməsi  məqsədilə  dövlət  tərəfindən  investisiya  layihələrinin  reallaşdırılmasına, 

güzəştli  kreditlərin  verilməsinə  diqqət  artırılmışdır  .  Qeyd  olunduğu  kimi,  aqrar 

sektor  və  kənd  təsərrüfatı  sahələrinin  qeyri-neft  sektorunun  potensialının 

artırılmasında  böyük  ehtiyatları  vardır.  Bir  tərəfdən  ölkə  əhalisinin  yarısından  çoxu 

kənd rayonlarında yaşayır, deməli, əmək ehtiyatları vardır, digər tərəfdən, regionların 

sürətli  inkişafı,  investisiya  mühitinin,  cəlbediciliyinin  artması,  infrastruktur 

şəbəklərinin  genişləndirilməsi,  bu  sektorda  məhsul  istehsalının  həcminin 

artırılmasına,  sektorun  davamlı  inkişafına  imkan  verən  əsas  amillər  kimi  göstərilə 

bilər.  


Biz  əvvələr də  bildirmişdik ki,  qeyri-neft  sektorunun  mövcud vəziyyətini  daha 

obyektiv  təhlil  etmək  və  qiymətləndirmək  üçün  ilk  növbədə  ona  təsir  edən  mühüm 

amillərin  qiymətləndirilməsi  vacibdir.  Azərbaycanda  ölkə  iqtisadiyyatının  inkişafı 

proseslərində neft-qaz sənayesinin lokomotiv rolunu qeyd etmək lazım gəlir. Bunlar 

barədə  çoxlu  sayda  tədqiqat  materialları  və  təhlillər  vardır,  bu  səbəbdən  neft-qaz 



52 

 

sektorunun göstəricilərini təhlil etməyi məqbul saymamışıq. Amma, bu sektorun emal 



sahələri,  yəni  qeyri-neft  sektoru  sahələri  ilə  bağlı  bir  sıra  problemlərə  toxunmaq 

zərurəti  qalmaqdadır.  Əvvəllərdə  bildirmişdik  ki,  neft-kimya  sənaye  kompleksi 

ölkənin  ənənəvi  rəqabətqabiliyyətli  və  güclü  sənaye  potensialına  malik  sahələrdən 

biridir. Hələ sovetlər dönəmində bu sektorda Azərbaycanın sənaye istehsalının 20 %-

ə qədəri istehsal olunurdu və sənayedə işləyənlərin hər 8 nəfərindən biri bu sektorda 

çalışırdılar.  Sektorun  bir  sıra  məhsulları  dünya  ölkələrinə,  100-lərlə  sovetlər  birliyi 

şəhərlərinə  göndərilirdi.  Düzdür,  hazırda  iri  neft-kimya  müəssisələrinin  çoxundan 

əsər-əlamət  qalmayıb,  onlar  tamamilə  istismardan  çıxarılıb  və  ya  fəaliyyət 

göstərmirlər.  Biz  qeyri-neft  sektorunun  neft-kimya  sənayesinin  hazırkı  vəziyyətini 

təhlil  edərkən  ARDNŞ-nin  tərkibinə  daxil  olan  “Azərikimya”  stehsal  Birliyinin 

durumuna  toxunmaq  istərdik.  Birlik  hazırda  əsasən  “Etilen-Polietilen”  zavodunun 

bazasında  fəaliyyət  göstərir  .  Professor  E.Hacızadə  ÜDM  ilə  neft-qaz  sektoru  və 

qeyri-neft  sektoru  arasında  statistik  xətti  əlaqədə  korrelyasiya  nisbətətlərinin  əmsal 

ifadəsində  qiymətləndirmişdir.  Müəyyən  olmuşdur  ki,  bütün  istehlak  indekslərinin 

əsasən  qorunub  saxlanıldığı  son  15  il  ərzində  neft-qaz  sektorunda  baş  verən  artım 

aparıcı xarakterizə olmuş və ümumilikdə respublika üzrə ÜDM-in inkişafında başlıca 

rol  oynamışdır.  Digər  tərəfdən  neft-qaz  sektorunun  artım  tempinin  qeyri-neft 

sektoruna  korrelyasiyasında  da  dominantlığın  neft-qaz  sektoruna  məxsusluğu 

əsaslandırılmışdır...  Belə  vəziyyətdə  isə  qeyri-neft  sektorunda  yüksək  dinamizm 

meyarlarına  nail  olmayacağı  təqdirdə  respublikada  2015-ci  ilə  qədər  iqtisadi  artım 

yenə  də  neft-qaz  sektorundakı  artım  tempi  ilə  yanaşı  addımlayacaqdır.  Sonrakı 

mərhələlərdə  isə  neft  hasilatının  azalması  ilə  bu  nisbətlər  bir  qədər 

mülayimləşəcəkdir.  Nəzərə  alınırsa  ki,  2020-2040-cı  illərdə  ölkədə  qaz  hasilatında 

yetərli  artımlar  gözlənilir,  onda  bu  paralellik  həmin  müddət  ərzində  də  müəyyən 

qədər  müşahidə  ediləcəkdir.  Müəllifin  bu  mülahizələrinə  və  qiymətləndirilməsinə 

rəğmən, qeyd etmək olar ki, əgər kimya və neft-kimya kimi geniş potensiallı sənaye 

sahələrinin  güclərindən  səmərəli  istifadə  edilməsə,  çətin  ki  qeyri-neft  sektorunun 

neft-qaz  sektoru  ilə  müqayisədə  iqtisadi  artıma  əsaslı  təsir  edə  biləcək  potensialı 

formalaşsın.  Belə  ki,  əvvəldə  misal  kimi  verdiyimiz  “Azərikmya”  B-nın  ən  iri 



53 

 

qurğusu  olan  –  layihə  gücü  450  min  ton  təşkil  edən  EP-300  qurğusu  uzun  illər 



ərzində modernizasiya edilmədiyindən və kifayət qədər investisiya yatırılmadığından 

bu qurğu fiziki, eyni zamanda mənəvi köhnəlməyə məruz qalmış və hazırda istehsal 

gücünün yalnız 25 %-i səviyyəsində fəaliyyət göstərir. Bir çox müstəqil ekspertlər də 

ölkənin  qeyri-neft  sənayesinin  potensialının  müasir  vəziyyətinə  təsir  etmək  üçün 

enerji  sferasında  sənayeləşmənin  inkişaf  etdirilməsini  və  emal  sektorunun 

genişləndirilməsini  zəruri  hesab  edirlər.  2015-2020-ci  illərdə  sənayenin  inkişafı 

Dövlət  Proqramının  layihəsinə  müasir  neft-qaz  emalı  və  neft-kimya  kompleksinin 

yaradılması, xüsusi iqtisadi zonaların təşkili prosesinin başa çatdırılması və tədbirlər 

planı  çərçivəsində  xüsusən  də  güzəştli  şərtlərlə  xarici  investisiyaların  cəlb  edilməsi 

tədbirləri  təklif  olunur.  Professor  A.Şəkərəliyev  qeyd  edir  ki,  keçid  dövrünün  ilk 

illərində qeyri-neft sektoru ciddi tənəzzülə məruz qalmış və böhran illərində bu sahə 

özünün  istehsal  həcminin  təxminən  80  %-ə  qədərini  itirmişdir...  Qeyri-neft 

sektorunun  stimullaşdırılması  strategiyası  isə  öz  növbəsində  bir  çox  kompleks 

tədbirlərin  həyata  keçirilməsini  tələb  edir...Azərbaycanda  qeyri-neft  sektorunun 

inkişafı potensialının tam reallaşdırılmasına yönəlmiş bütün bu tədbirlərin kompleks 

şəkildə həyata keçirilməsi ixrac yönümlü və idxalı əvəzetmə inkişaf strategiyalarının 

effektiv  sintezinə  imkan  verən  müvafiq  iqtisadi  mexanizmlərinin  işlənməsi  və 

realizasiyası  əsasında  mümkündür  .  Bu  fikirlərlə  razılaşaraq,  qeyd  etmək  olar  ki, 

hazırda  Azərbaycanın  qeyri-neft  sektorunun işinin göstəriciləri  bu sahənin potensial 

imkanlarından  xeyli  aşağıdır  və  sektorun  fəaliyyətinin  gücləndirilməsi  məqsədilə 

çoxşaxəlilik prinsipləri əsasında kompleks tədbirlərin hazırlanması və reallaşdırılması 

problemləri qalmaqdadır. Biz qeyri-neft sektorunun ixrac potensialına bu paraqrafda 

toxunmadıq, bununla bərabər bu sahədə, qeyri neft sektorunda investisiya fəaliyyəti, 

cəlbediciliyi, investisiyalardan səmərəli istifadə olunması problemlərinə, bu sahələrdə 

mövcud vəziyyətin qiymətləndirilməsinə irəlidə qayıdacağıq.  

Qeyri-neft  sektorunun  güclü  potensiala  malik  sektorlarından  biri  də  kənd 

təsərrüfatı  və  ya  aqrar  sektorudur.  Prezident  lham  Əliyev  qeyd  etmişdir  ki,  kənd 

təsərrüfatı  iqtisadiyyatın  çox  böyük  potensiala  malik  olan  nəhəng  sektorudur.  Kənd 

təsərrüfatının  inkişafı  həm  də  gələcəkdə  məşğulluğun  təmin  edilməsi  deməkdir.  Bu 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə