Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

nəticəsində  suyun  üzvi  maddələrlə  çirklənməsi  və  patogenlərə  yoluxması 

artır.  nkişaf  etməkdə  olan  ölkələrdə  1,7  milyard  şəhər  əhalisi  üçün 

kanalizasiyanın mühəndis sistemi tikilməlidir. 

Çay  sularında  asılı  maddələr  əksəriyyət  hallarda  narın  torpaq 

hissəciklərindən  ibarətdir.  Asılı  gətirmələrin  qatılığı  torpağın  su 

eroziyasının  ,yəni  hövzənin  vəziyyətinin  göstəricisidir.  Bu  prosesdə  kənd 

təsərrüfatı böyük rol oynayır.Ümumiyyətlə, hər hansı birbeyni şəraitdə əkin 

sahələri çox olduqca çay axını gətirmələri də artır. 

Dünya çaylarının axım gətirmələrinin miqdarı təxminən ildə 20 mlrd.ton 

təşkil edir. Çay hövzəsində insan fəaliyyətinin təsirilə torpaq səthinin və bitki 

örtüyünün  pozulması  nəticəsində  axım  gətirmələrinin  miqdarı  artır.  Axım 

gətirmələrinin  antropogen  çoxalması  çaylarda  gəmilərin  hərəkət  şəraitini 

pisləşdirir, su anbarlarını və suvarma sistemlərini lilləndirir. 

Gətirmələr  halında  narın  torpaq  hissəcikləri  adətən,  öz  səthində  fosfor 

birləşmələrini  adsorbsiya  edir.  Çaylar  üzərində  bəndlər  yaradıldıqdan  sonra 

demək  olar  ki,  gətirmələrin  hamısı  adsorbsiya  edilmiş  forforla  birlikdə  su 

anbarlarında  akkumulyasiya  olunur.  Bu  isə  bəndin  aşağı  yerində  torpağın 

münbitliyini və balığın məhsuldarlığını aşağı salır. 

Turşuluq  göstəricisi  (PH)  5  və  aşağı  olan  təbii  suların  asidifikasiya 

vəziyyətində  olması  qəbul  olunmuşdur.  sveçdə  85000  göldən  4000-i  ciddi 

adifikasiyalı,18000-i  isə  müəyyən  kritik  dövrlərdə,  xüsusən  qarın  ərimə 



dövründə  turşuluğu  çoxalır.  4500  göldə  demək  olar  ki,  balıq  yoxdur,1800 

göldə  isə  olduqca  yüksək  asidifikasiyaya  məruz  qaldığından  demək  olar 

ki,canlı  həyat  yoxdur.  Cənubi  Norveçdə  minlərlə  göl  asidifikasiyaya 

uğrayıb,onlardan  1750  də  balıq  yoxdur.Finlandiyada  8000  göldən  500  ü 

asidifikasiya  olunub.Kanada,ABŞ,Daniya,Qərbi  və  Şimali  Böyük  Britaniya, 

Almaniya,Niderland,Avstriya  və  sveçrədə  də  asidifikasiyaya  məruz  qalan 

göllər çoxdur. 

Ekosferdə  bir  çox  proseslər  turşu-qələvi  reaksiyası  ilə  təyin  olunur,yəni 

PH-  göstəricisinin  ölcüsündən  asılıdır.  Su  hövzələrində  gedən  bioloji 

proseslər  –yosunların  inkişafı,mikroorqanizmlərin  parçalanması,nitrifikasiya 

və denifitrikasiya PH-dan asılıdır.PH-ın optimal ölçüsü 6-8 arasında optimal 

ölçü  hesab  olunur.Su  ekosistemlərində  flora  və  faunanın  dəyişməsi 

asidifikasiyanın  mühüm  indikatoru  sayılır.  Şərqi  Kanada  göllərində  PH-6 

olduqda  xərçəngkimilər,həşəratlar,bəzi  yosunlar  və  zooplankton  yoxa  çıxır. 

PH  5-dən  az  olduqda  balıq  populyasiyaları  da  yoxa  çıxır,  suda-quruda 

yaşayanların reproduksiyası məhdudlaşır. 

Göllərin asidifikasiyasını müəyyən dərəcədə idarə etmək olar. Bunun əsas 

iki yolu var : 1) Gölə və onun bütün hövzəsinə turşulu yağışların miqdarını 

azaltmaq, 2) Suyu əhəngləmək yolu ilə ona bilavasitə təsir etmək. 

Ə

həngləmə  apardıqdan  sonra  göl  suyunun  vəziyyəti  tez  bir  vaxtda 



yaxşılaşır və reaksiyası neytrala yaxınlaşır.  Lakin bioloji bərpa olma prosesi 


yavaş gedir, balıq populyasiyaları isə əhəngləmə apardıqda 5 ildən sonra da 

tam bərpa olunmur. Gölün suyunu kifayət qədər normal saxlamaq üçün dövri 

olaraq əhəngləməni təkrarlamaq vacibdir. 

Evtrofikasiya  yunan  sözü  olub  qida  (trofe)  deməkdir.  O.su  hövzələrində 

biogen  elementlərin  toplanması  nəticəsində  onun  bioloji  məhsuldarlığının 

güclənməsi deməkdir. Biogen maddələrin, yəni fosfor və azot birləşmələrinin 

həddindən  çox  gölə,  su  anbarına,çay  mənsəbinə,həmçinin  dəniz  sahilyanı 

suyuna  daxil  olması  su  bitkilərinin,xüsusən  mikroskopik  yosunların  və 

makrofitlərin  güclü  böyüməsinə  səbəb  olur.  Dövri  olaraq  yosunların  güclü 

inkişafı  (“çiçəklənmə”)  baş  verərək  hətta  sahəcə  böyük  olan  su  anbarlarını 

ə

hatə edə bilər.”Çiçəklənmədən” sonra mikroskopik yosunlar quruyur və çox 



vaxt  kütlənin  oksidləşməsi  üçün  həll  olmuş  oksigenin  hamısını  sudan 

çəkir(alır).  Həm  “çiçəklənmə”,  həm  də  yosunların  destruksiyası 

(parçalanması) zamanı suyun keyfiyyəti pisləşir. 

Evtrofikasiya  bir  sıra  əlverişsiz  siyasi  nəticələr  verir.  Suyun  keyfiyyəti 

pisləşir,gölün  rekreasiya  qiyməti  aşağı  düşür,balıq  populyasiyası  azalır, 

suaşıranları,kanalları,hətta gəmilərin hərəkət yollarını təcrid edir(bağlayır). 

Evtrofikasiya  yavaş  inkişaf  edən  təbii  prosesdir,çox  yerlərdə  insan 

fəaliyyəti nəticəsində sürətlə tezləşir, beləliklə, ekoloji deqredasiya prosesinə 

çevrilir.Evtrofikasiya  həmçinin  fosfor  və  azotun  qlobal  biogeokimyəvi 

siklinin  ciddi  antropogen  dəyişməsidir.Azot  və  fosforun  əsas  mənbəyi  kənd 




təsərrüfatı(əkinçilik 

və 


maldarlıq) 

hesab 


olunur. 

Çox 


hallarda 

evtrofikasiyanın  əsas  səbəbkarı  fosfor  birləşmələrinin  yükünün  artması 

sayılır, bəzən isə azot aparıcı rolu oynayır. 

Su  hövzələrinin  və  dənizlərin  sahil  zonasının  antropogen  evtrofikasiya 

problemi inkişaf etmiş ölkələrdə 25-35 il əvvəl baş vermişdir.Hazırda inkişaf 

etməkdə  olan  ölkələrdə,  məsələn  ,Braziliya,Filippin,Çin,Morokko  və 

başqalarında  evtrofikasiyanın  ciddi  problemlərinin  əlamətləri  meydana 

çıxır.Şübhəsiz  ki,  biogen  elementlərin  qlobal  biogeokimyəvi  siklinin 

intensivləşməsinə  əsaslanan  evtrofikasiya  prosesi  bu  ölkələrdə  genişlənərək 

güclənəcəkdir. 

Təbii sularda və  su təchizatı  mənbələrində  nitratların  əsas  mənbəyi  kənd 

təsərürfatı  sayılır.  Nitratlar  yüksək  həll  olmaları  ilə  fərqlənir.  Odur  ki,  çox 

hissəsi su obyektlərinə, öncə isə yeraltı sulara daxil olur. Kənd təsərrüfatının 

intensivliyi  artdıqca  və  gübrələrdən  istifadənin  tarixi  uzun  müddətlidirsə 

nitratlarla  çirklənmə  bir  o  qədər  çox  olur.Qərbi  Avropanın  bir  çox 

ölkələrində  (Almaniya,Çexoslovakiya,Daniya,Fransa  və  b.)  quyu  sularında 

nitratların  yüksək  dərəcədə  olması  ilə  əlaqədar  istifadə  üçün 

yararsızdır. çməli suda nitratların izafi qatılıqda olması insanın sağlamlığında 

problemlər ,xüsusilə uşaqlarda qan xəstəliyi ,böyüklərdə isə xərçəng xəstəliyi 

təhlükəsi yarada bilər. 




Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə