Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə9/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   5   6   7   8   9   10   11   12   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

31



 

 

  



 

 

 



 

 

 

 

 

 

 

GßRAYLILAR  




Aydın Çobanoğlu 

 

 



32

 


Ömrün etməyəcək vəfa dedilər 

 

33



 

NƏ ÜÇÜN BELƏSƏN 

 

Gördükcə solğun çöhrəni, 

Hər an xəyal üzür məni. 

Nədir vadar edən səni, 

Ömrü verirsən yelə sən?! 

Könül, nə üçün beləsən?! 

 

Nə tapmısan ağlamaqdan, 



Qəm çələngi bağlamaqdan, 

Nadan dərdi saxlamaqdan 

Yanıb dönmüsən külə sən

Könül, nə üçün beləsən?! 

 

Bilirsənmi, gözəl mələk, 



Çox yaraşır sənə gülmək?! 

Bəsdir, yetər dərd-qəm çəkmək! 

İntizardasan hələ sən?! 

Könül, nə üçün beləsən?! 



 

  20.10.1973 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



34

 

AĞLADIM 

 

Qanmazın xam xəyalından 



Göz yaşı töküb, ağladım. 

Hər cür qüssə, qəm-kədəri 

Odlara büküb, ağladım. 

 

Yaralandım “dost” sözündən



Haşa çəkdim pis üzündən. 

Titrətmə qalxdı dizimdən, 

Torpağa çöküb, ağladım. 

 

Mehribanım, gözəl mələk, 



Sənsən arzu, sənsən dilək! 

Gördüm, qəfil qalxan külək 

Ömrümü söküb, ağladım. 

 

Söyləsin dil, desin dəhan, 



Bilsin ellər, bütün cahan. 

Mənimləsən hər bir zaman, 

Bir nalə çəkib, ağladım. 

 

Gözüm yaşı axdı dən-dən, 



Söyləmə ki, acizəm mən. 

Aydın, hicranın əlindən 

Dad-aman çəkib, ağladım! 

 

      11.11.1973   




Ömrün etməyəcək vəfa dedilər 

 

35



 

ÜZÜLMƏSƏ 

 

Şeyda bülbül fəqan etməz



Güldən əli üzülməsə. 

İgid ölməz əsrlərlə, 

Eldən əli üzülməsə. 

 

Aşiq dönməz əhli-dildən, 



Sərv boylu incəbeldən. 

Tərlan baxışlı gözəldən, 

Əldən əli üzülməsə. 

 

Qoy, dinləsin məni aləm! 



Eşidilməz ahım, naləm. 

Aydın bilməz nə dərd, nə qəm, 

Teldən əli üzülməsə. 

 

     27.12.1974   

 

 




Aydın Çobanoğlu 

 

 



36

 

ALLAH, ALLAH 

 

Bir dəryayam, yad əliylə 



Bulanmışam, Allah, Allah! 

Quduzların dişləriylə 

Dalanmışam, Allah, Allah! 

 

Ağ görənlər qara yazıb, 



Düz işimi tərsə yozub. 

İndiyəcən necə dözüb, 

Dolanmışam, Allah, Allah?! 

 

İnanmışam “mələklərə”, 



Ömrüm gedib küləklərə. 

Fitnələrə, kələklərə 

Calanmışam, Allah, Allah! 

 

Gəzmədiyim məni tapıb, 



Ağrılarım cana hopub. 

Yaraların gözü qopub, 

Sulanmışam, Allah, Allah! 

 

Gözü, könlü tox imişəm, 



Çox yad gözə ox imişəm. 

Elə bil ki, yox imişəm

Yalanmışam, Allah, Allah! 



Ömrün etməyəcək vəfa dedilər 

 

37



Çobanoğlu, təklənmişəm, 

El qəminə yüklənmişəm. 

“Dilqəmi”nə köklənmişəm, 

Çalınmışam, Allah, Allah! 

 

 



Aydın Çobanoğlu 

 

 



38

 

OLMALIDIR 

 

Gözəl adlı hər nə varsa, 



Düzü, gözəl olmalıdır. 

İnsandırsa, hər addımı, 

İzi gözəl olmalıdır. 

 

Mina boyu, şux qaməti, 



Düz ilqarı, sədaqəti, 

Məhəbbəti, ünsiyyəti

Sözü gözəl olmalıdır. 

 

Çobanoğlu, hər bir anın, 



Qəlbi ellə bir vuranın, 

Gözəlliyi yaradanın 

Özü gözəl olmalıdır. 



Ömrün etməyəcək vəfa dedilər 

 

39



 

QIRMIZI GEYİNDİ 

 

Qələbənin sevincindən, 



Ellər qırmızı geyindi. 

Al bayrağın şəfəqindən 

Yollar qırmızı geyindi. 

 

Güldü torpaq, güldü Vətən, 



Laləzardı, güldü Vətən. 

Düz onuncu ildi, Vətən, 

Əllər qırmızı geyindi! 

 

Bəhrəlidir yayın, yazın, 



Qəhrəmandır oğlun, qızın. 

Zəhmətilə hər ulduzun 

Çöllər qırmızı geyindi. 

 

Öz hüsnü var payızın da, 



Qışının sərt ayazında. 

Aşıq Aydının sazında 

Tellər qırmızı geyindi. 

 

“Abşeron” qəzeti, 



10.03.1980 

 



Aydın Çobanoğlu 

 

 



40

 

SÜLH İSTƏRƏM 

 

Sülhün məğrur sarayını, 



Ey yaradıb, quran, Vətən! 

Keşiyində gecə-gündüz 

Mərd, mübariz duran, Vətən! 

Sülh istərəm hər an, Vətən! 

 

Sülh – yüksəliş, sülh – səadət, 



Sülh nur payı, sülh məhəbbət. 

Sülh gələcək, əbədiyyət,  

Sönməsin bu çıran, Vətən! 

Sülh istərəm hər an, Vətən! 

 

Həqiqətin aynasını, 



Qardaşlığın binasını, 

Haqq-ədalət dünyasını, 

Sülh olubdur quran, Vətən! 

Sülh istərəm hər an, Vətən! 

 

Yerdə nahaq qan görəndə



Üzgün, xəstə can görəndə. 

Harda bağrıqan görəndə, 

Qəlbim olur viran, Vətən! 

Sülh istərəm hər an, Vətən! 

 

Şər boğulsun beşiyində, 



Öz evində, eşiyində. 

Dursun sülhün keşiyində, 

Qoca, cavan, piran, Vətən! 

Sülh istərəm hər an, Vətən! 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə